BAKANLIK
BAKİRE
OBASTAN VİKİ
Bakır torpaqlar layihəsi
Bakır torpaqlar layihəsi - Nikita Xruşşovun istəyi ilə 1954-cü ildə başladılan layihədir. == Mahiyyəti == Bu layihənin mahiyyəti Qazaxıstan Sovet Sosialist Repsublikasında və Altay bölgəsində olan heç vaxt əkilməmiş torpaqların təsərrüfata açılmasından ibarətdir. == Həyata keçirilməsi == Proqramın ilk ilində 190.000 km² torpaq və 1955-ci ildə isə 140.000 km²-dan çox torpaq əkin üçün hazır vəziyyətə gətirildi. Torpaqda işləmək üçün lazım olan insanların böyük bir qismi Sovet İttifaqının başqa hissələrindən gətirilirdi. Bu vəzifəni yerinə yetirmək Komsomola tapşırılmışdı. 300.000-dən çox insan,daha çox Ukraynalılar bu torpaqlarda kəndlilər olaraq yaşamağa başladılar. 100 minlərlə hərbçi,tələbə və texnika mütəxəsisləri də onlara qatılacaqdı. Bu torpaqlara kütləvi köçlər nəticəsində Qazaxıstanın bir çox yerində Ukraynalılar Qazaxlardan çox oldular. == İlk məhsul == İlk məhsul 1956-cı ildə heyrətləndirici formada uğur göstərdi. O il Sovet İttifaqında 125 milyon ton buğda yığıldı.
Bakırdağ
Baqırdağ - türk və altay mifologiyasında yeraltı dağı. Mis Dağ mənası vardır. Müxtəlif türk dillərində Bakırtav, Pakırtağ olaraq da deyilər. Maştağ (Mıştav) da yenə bu sözlə eyni mənalı və ya xarakterizə edici olaraq istifadə edilər. Yeraltında doqquz dəniz vardır, bunların hamısının birləşməsindən Böyük Dəniz (Taluy) meydana gəlir. Burada doqquz Tanrı yaşayır. Bu doqquz dənizin qovuşduğu yer olan tam orta nöqtədə Mis Dağ iştirak edər. Mis üçüncü olmağı ifadə edir. Birinci sırada qızıl, ikinci sırada dəmir vardır. Bakırdağ, mifologiyada Altındağın yeraltındakı hissəsi olaraq düşünülər.
Bakırköy
Bakırköy (türk. Bakırköy) — İstanbul ilinin ilçəsi. Avropa hissəsində yerləşir. İstanbulun Qərb yarısında, Mərmərə dənizinin şimal-şərq sahillərində, Paşaeli yarımadasında yerləşir. 1926-cı ildə əsası qoyulmuş Bakırköy rayonu, 1992-ci ildə indiki sərhədlərinə çatmışdır. İlçə qərbdən Kiçikçəkməcə, şimaldan Bağçalıevlərlə, şimal-şərqdən Güngörən, şərqdən isə Zeytunburnu ilçələri ilə həmsərhəddir. == Adının tarixçəsi == İstanbulun ən qədim və ənənəli məkanlarından biri olan Bakırköy, tarixinin Roma İmperiyasına qədər getdiyi bu ilçənin adı o illərdə "Hebdomon" olaraq bilinirdi. Bəzi mənbələrə görə, Bizanslılar bu rayonu "Makro Hori" (uzun kənd) adlandırdılar. Osmanlı İmperiyası dövründə də istifadə edilən "Makro Hori" adı respublika elan olunduqdan sonra, 1925-ci ildə Bakırköy adını almışdır. == Yerləşməsi == 1989-cu ilə qədər 275 km² sahəsi ilə İstanbulun ən geniş sahəli ilçələrindən olan, Kiçikçəkməcə, Bağçalıevlər, Güngörən və Zeytunburnu ilçələri ilə həmsərhəd olan bu ilçənin ərazisi 1992-ci ildə hal-hazırkı formasına çatmışdır.
Bakırköyspor
Bakırköyspor - İstanbulun Bakırköy bölgəsində 1949-cu ildə yaradılıb.
Orxan Bakırcıyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub. Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.
Tuncer Bakırhan
Tuncer Bakırhan (1970, Qayadibi[d], Qars ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, DEM Partiyasının həmsədri. Tuncer Bakırhan 1970-ci ildə Qars ilinin Susuz ilçəsində anadan olub. İbtidai və orta təhsilini Qarsda alıb. Bursa Uludağ Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Siyasi fəaliyyəti ərzində HEP, DEP, HADEP, DEHAP, DTP, BDP, HDP və DEM üzvü olub. 2003-2005-ci illərdə DEHAP sədri olub. 2014-cu ildə Siirt bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 16-da “PKK/KCK üzvü olmaq” ittihamı ilə həbs edilib və əvəzinə qəyyum təyin edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. 15 noyabr 2023-cü ildə HEDEP həmsədri seçilib.