Orxan Bakırcıyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub.
Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.