balıq ehtiyatları

Su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi

baqaj çeşidləmə yeri
balıq təsərrüfatı meliorasiyası
OBASTAN VİKİ
Balıq ehtiyatları
Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi.Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Begg GA, Friedland KD and Pearce JB (1999) "Stock identification and its role in stock assessment and fisheries management: an overview." Fisheries Research, 43:1–8. Booke HE (1999) "The stock concept revisited: perspectives on its history in fisheries" Fisheries Research, 43 (1–3): 9–11. DOI:10.1016/S0165-7836(99)00063-6 Cadrin SX, Friedland KD and Waldman JR (2004) Stock Identification Methods : Applications in Fishery Science.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfitənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Aqroiqlim ehtiyatları
Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir === İsti ehtiyatları === Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir. Müxtəlif torpaq – iqlim şəraitinə malik olan ərazilərdə çoxsaylı tədqiqatçıların apardığı coğrafi və bioloji tədqiqatlar göstərir ki, havanın orta sutkalıq temperaturunun yazda O°C-dən yuxarı keçməsi ilə bir sıra bitkilərdə ilkin vegetasiya elementləri müşahidə edilir, payızda isə temperaturun həmin həddən aşağı keçməsi ilə bitkilərdə qış sakitliyi dövrü başlayır. Dağlıq ərazilərə doğru getdikcə ərazinin hündürlüyündən, yamacların makro- və eləcə də mikro istiqamətindən asılı olaraq temperaturun 0o-dən keçməsi tarixləri dəyişir. Yüksək dağlıq ərazidə (3000 m-ə qədər) havanın temperaturunun 0o-dən yuxarı keçməsi mayın ortalarına qədər baş verir.
Göl ehtiyatları
Göl ehtiyatları – su, enerji, kimyəvi maddələr, peloidlər, biokütlə və s. Göl ehtiyatlarının mühüm təsərrüfat əhəmiyyəti var.
Qızıl ehtiyatları
Qızıl ehtiyatları — dövlət pul qurumlarının nəzarəti altında yüksək likvidli aktivlər . Pul qızılından və xarici valyuta fondlarından, xüsusi çəkilmə hüquqlarından, BVF-dəki ehtiyat mövqeyindən ibarətdir. == Qızıl-valyuta ehtiyatlarının quruluşu == === Xarici valyutada vəsait === Xarici valyutada olan fondlara aşağıdakılar daxildir: nağd xarici valyuta; müxbir hesablardakı qalıqlar, o cümlədən qızılda bölünməmiş metal hesablar; 1 ilədək ilkin vadəsi olan əmanətlər, o cümlədən - qızıl depozitlər, əks geri satın alma müqavilələri çərçivəsində verilən kreditlər, * * xaricdəki mərkəzi banklarla, Beynəlxalq Hesablaşmalar Bankı və ən azı uzunmüddətli kredit reytinqi olan digər qeyri-rezident kredit təşkilatları ilə. "Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına görə "A" (və ya "Moody's" reytinq agentliyinin təsnifatına görə "A2");"Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına əsasən "AA-" dan aşağı olmayan borc qiymətli kağızları (və ya borc qiymətli kağızları emitentləri) reytinqi olan qeyri-rezidentlər tərəfindən buraxılmış borc qiymətli kağızları »), Qeyri-rezidentlərə orijinal ödəmə müddəti 1 ilə qədər olan digər maliyyə tələbləri. == Tarixi == Əvvəllər dövlət ehtiyatları qızılla yaradılmışdı, lakin Bretton Woods konfransı nəticəsində Amerika Birləşmiş Ştatları, ABŞ dolları və qızıla çevrilmə öhdəliyi ilə ABŞ dollarına dünya valyutası olaraq dəstək verdi. Qızıl Standartdan sərbəst konversiyaya keçmə müddətində ABŞ dolları qızılla birlikdə dünya pulu növünə çevrildi. Ardından, 1971-ci ildə Bretton-Vuds sisteminin çökməsindən sonra, ABŞ dollarının qızıla çevrilməsindən imtina etdi, lakin qlobal əməliyyatlarda ABŞ dollarının üstünlük payını nəzərə alaraq, ABŞ dolları əsas ehtiyat valyutası olaraq qalır və əksər mərkəzi banklar böyük valyuta saxlamağa davam edir ABŞ dollarındakı beynəlxalq ehtiyat həcmi. Dünyadakı beynəlxalq ehtiyatların valyuta quruluşundakı dəyişiklik göstərir ki, XX və XIX əsrin əvvəllərində ABŞ və Böyük Britaniya valyutalarını ən çox möhkəmləndirdilər. Yalnız avronun yaradılması ilə Avropanın aparıcı kontinental ölkələri Rusiyanın fəal şəkildə qarşı çıxdığı bu qədər həddindən artıq möhkəmlənmə meylinə müqavimət göstərə bildilər. == Beynəlxalq ehtiyatların səviyyəsi == Qeydlər: Çin məlumatları üç ayda bir yeniləyir.
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.
Əmək ehtiyatları
Əmək ehtiyatları - əmək bazarında işçi qüvvələrin ehtiyatları. == Əmək bazarı == Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
İstehsal ehtiyatları
İstehsal ehtiyatları — müəssisənin qəbul etdiyi, lakin hələ iş yerinə köçürülməmiş ehtiyatlar. == Tərifi == Böyük Rusiya Ensiklopediyasının məlumatına görə, istehsal ehtiyatları müəssisəyə daxil olmuş, lakin hələ də iş yerlərinə köçürülməmiş xammal, materiallar, alınmış yarımfabrikatlar və komponentlər, yanacaq, alətlər və digər istehsal vasitələridir. Ehtiyatlar təbii və pulla ölçülən maddi ehtiyatların bir hissəsidir.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Balıq-əsgərlər
Balıq anodontu
Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır. == Xariçi görünüşü == Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur.
Balıq göl
Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir. Gölün yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Dağ suları ilə qidalanır. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır. Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir.
Balıq kababı
== Tərkibi == Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Balıq pitomniki
Balıq pitomniki — balıqların süni yetişdirilməsi üçün pitomnik. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq qızartması
Balıq südü
Balıq südü - ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Balıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq təsərrüfatı
Balıq təsərrüfatı — balıqları yetişdirib artıran, sonra isə onlardan tutub istifadə edən təsərrüfat. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq xalçaları
Balıq xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça. == Ümumi məlumat == Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül etdi. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi. Bu dövrdə İranın, Azərbaycanın ən böyük müəssisələrində "Maxi" ("Balıq") xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçalar "Balığ"ın təsvirləri əsasında toxunurdu. == Bədii analiz == Əvvəlcə xalçanın adına və onun lüğəti mənasına diqqət edilməlidir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də yerli və xarici incəsənətşünaslar bu xalça növünü "Balıq" adlandırırlar.
Balıq xalçası
Balıq xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça. == Ümumi məlumat == Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül etdi. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi. Bu dövrdə İranın, Azərbaycanın ən böyük müəssisələrində "Maxi" ("Balıq") xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçalar "Balığ"ın təsvirləri əsasında toxunurdu. == Bədii analiz == Əvvəlcə xalçanın adına və onun lüğəti mənasına diqqət edilməlidir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də yerli və xarici incəsənətşünaslar bu xalça növünü "Balıq" adlandırırlar.
Balıq xəstəlikləri
Başqa canlılar kimi balıqlar da müxtəlif xəstəliklərə tutula bilirlər. Təbii su hövzələrində yaşayan balıqlar arasında təsadüf edilə bilən xəstəliklərin mənfi təsiri kəskin hiss olunmasa da, süni balıqartırma və göl (əmtəə) balıqçılıq təsərrüfatlarında bu təsir özünü kəskin surətdə göstərir. Belə ki, xəstəliklərə tutulan balıqlar böyümədən qalır, cinsiyyət üzvlərinin fəaliyyəti pozulur, ətinin keyfiyyəti pisləşir və yararsız hala düşür, bəzi hallarda isə onlar kütləvi qırılırlar. Odur ki, əmtəə (göl) balıqçılıq təsərrüfatlarının səmərəli təşkili və inkişaf etdirilməsi üçün ən vacib məsələlərdən biri də balıqlar arasında geniş yayılmış xəstəliklərin əlamətlərini, onların törəmə səbəblərini, xəstəlik törədicilərinin bioloji xüsusiyyətlərini bilmək, bu xəstəliklərə qarşı vaxtında səmərəli mübarizə tədbirləri həyata keçirməkdən ibarətdir. Azərbaycanda balıq xəstəliklərinin öyrənilməsilə Respublika Elmlər Akademiyası Zoologiya İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq İnstitutunun mütəxəssisləri məşğul olurlar. Adətən balıqlar arasında müşahidə olunan xəstəlikləri 2 qrupa bölürlər: 1. infeksion xəstəliklər və 2. invazion xəstəliklər. İnfeksion xəstəlikləri ibtidai birhüceyrəli orqanizmlər (viruslar, bakteriyalar, göbələklər, xırda yosunlar), invazion xəstəlikləri isə müxtəlif parazitlər törədirlər. az.m.wikipedia.org <ref> == İnfeksion xəstəliklər == '''Qırmızı ləkə''' xəstəliyi.
Balıq yağı
Balıq yağı — qida məhsulu Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Kaliforniya ştatının Amerikan Universitetindəki alimlər balıq yağının tərkibində Omeqa 3 olduğunu aydınlaşdırmış və bunun da insan orqanizminin gec qocalmasına səbəb olduğunu bildirmişdir. Tədqiqatlarda həkimlər də yer almışdır və onlar da insanın qan sistemində bu tərkibin əhəmiyyətli rolunu tibbi sahədən açıqlamağı bacarmışdır. Omeqa 3 xromosomlara da öz təsirini göstərir. Nəticədə insanın həyatı əhəmiyyətində rol oynayan şəbəkələrin müddəti çoxalır və orqanizmdə qocalma prosesi olduqca ləng gedir. Məhz buna görə də alimlər həftəlik qida rasionunda balığın rolunun mühüm olduğunu bildirmiş və xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoymuşdur. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verin. Həmçinin bu yağın tərkibi təxminən yunan qozu, toxumlu qabaq və soya bitkisində də vardır. Məhz bu qidaların insanın daha uzun yaşamasına yardım edir.
Balıq şorbası
Balıq şorbası – Azərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü. == Tarixi == Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir. == Hazırlanması == Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir.Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.
Bölgə (balıq)
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Can-balıq
Can-balıq və ya Canbalıq – Qaşqarlı Mahmud Divan-I Lüğətit Türkdə bir uyğur şəhəri deyə tərif etdiyi və çəkdiyi xəritədə Uyğur elindəki Beşbalıqın sağ tərəfində işarələdiyi tarixi şəhər. == Haqqında == Bəzi araşdırmaçılara görə, Can-balıq hal-hazırkı Çində Sintzsyan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sancı Hui Muxtar Bölgəsinə bağlı Manas nahiyyəsidir və ya Djambalıkdır.
...но́сый вска́тываться изъеда́ться конвейеризова́ть лингви́ст погора́ть сверже́ние сожали́тельный сопровожда́ть тевто́нка хо́хлиться дислоци́ровать полониза́ция ры́царский самочи́нно снять голову cadenza dizdar hag swing-round thigh-boot ввоз испуг литератор паяц