1. Həcmcə, boyca, ölçücə kiçik, xırda (böyük müqabili). Balaca barmaq. Balaca bina. Balaca otaq. Balaca qutu. Balaca adam. Balaca ağac.
2. Sayca, miqdarca az, azacıq, cüzi. Balaca dəstə. Balaca bir məbləğ ayırmaq.
3. Azyaşlı, xırdaca, kiçik. Balaca qız hələ məktəbə getmir.
// İs. mənasında. Uşaq. Balacanı bazara göndər. Bəs balaca haradadır? Balacanı da özümlə aparacağam. Balacanın neçə yaşı var?
// Balaca uşağa müraciət. Balaca, bir bəri bax!
4. Əhəmiyyətsiz, cüzi, yüngülvari; bir qədər, bir az. Balaca dəyişiklik. Balaca rol. Balaca narazılıq. Mənə balaca soyuq dəyibdir. Aramızda balaca mübahisə oldu. Balaca bir iş üstə küsüşdülər.
// Zərf mənasında. Balaca tərləmək. Balaca yeyib, içdik. Balaca gözlə.
5. Bəzən bir sözü ilə: bir balaca – azacıq, bir az, bir qədər. Bir balaca gözlə. Sənə bir balaca sözüm var. Sizə bir balaca işim düşüb.