BALAŞ

Qırğızlarda “uşaq” anlamını verir. Bala (balaca, kiçik) sözünün əzizləmə formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BALANSÖLÇƏN
BALDIR
OBASTAN VİKİ
Balaş Abbaszadə
Balaş Abbaszadə (tam adı: Balaş Əlizaman oğlu Abbaszadə; 20 aprel 1950, Bakı – 7 may 2005, Bakı) — tarixçi-müəllim; yazıçı, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1990); pedaqoji elmlər doktoru. == Həyatı == Balaş Abbaszadə 1950-ci il aprelin 20-də Bakı şəhərində anadan olub. Bakı şəhəri Yasamal rayonu 21 nömrəli məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1980-ci illərdə Xanlar (indiki Göygöl) rayonunda məktəblərarası tədris-istehsalat kombinatının direktoru, daha sonra həmin rayonun Qarabağlar kənd orta məktəbinin direkotru, sonralar isə Maarif Nazirliyində inspektor, eləcə də şöbə rəisi vəzifəsində işləmişdir.1989–cu ildə Elmira Qafarovanın əmri ilə Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi təyin edilib. 1996-cı ilə qədər həmin vəzifədə çalışıb. Bu dövrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin köməkçisi vəzifəsi də daxildir. 1990-cı il 20 yanvar gecəsi Elmira Qafarovanın səsləndirdiyi bəyənatın ərsəyə gəlməsində xidmətləri olmuşdur. Bəyənatın mətninin müəlliflərindən biridir.
Balaş Azəroğlu
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu) — şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981). == Həyatı == Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır.. İlk mətbu şei ri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynamışdır. İran Xalq Partiyasına daxil olur (1942).
Balaş Cəfərov
Balaş Namiq oğlu Cəfərov (18 iyul 2002, Hökməli, Abşeron rayonu – 23 dekabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş Cəfərov 18 iyul 2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuşdur. == Hərbi xidməti == Balaş Cəfərov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Balaş Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Balaş Cəfərovun nəşi 23 dekabr 2020-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Balaş Fərziyev
Balaş İltizam oğlu Fərziyev (6 mart 1994, Bibiyani, Lerik rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş İltizam oğlu Fərziyev 6 mart 1994-cü ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Balaş evin 3-cü övladı idi. Mikayıl Qasımov adına tam orta məktəbdə oxuyub. == Hərbi Xidməti == Fərziyev Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müharibə başlıyan zaman könüllü kimi yazılıb. 29 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə mina düşməsi nəticəsində şəhid olmuşdur.
Balaş Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Balaşixa
Balaşixa — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Balaşov
Balaşov — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir
Balaşum
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Balaşum (Qədim yaşayış yeri)
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Balaşum qədim yaşayış yeri
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Balaşum yaşayış yeri
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Balaşzadə Röyal
Balaşşadyarmat
Balaşşadyarmat (mac. Balassagyarmat, slovak. Balašske Ďarmoty, alm. Jahrmarkt‎) — Macarıstanın şimalında şəhər. == Coğrafiyası == Qəsəbə Noqrad medyesinin mərkəzi Şalqotariyan şəhərinin 45 km qərbində, paytaxt Budapeştin 85 km şimalında, Slovakiyanın sərhədində yerləşən İpel çayının cənub sahilində yerləşir. == Demoqrafiyası == 2001-ci ilin siyahıyaalınmasına əsasən, Balaşşadyarmat şəhərində 18 474 sakin məskunlaşmışdır. Əhalisi homojenlərdən təşkil olunmuşdur və böyük əksəriyyəti macarlardır (98% macarlar, 2 % rumınlar). Toplam əhalinin 100%-i-nin ana dili macar dilidir. == Tarixi == İpel çayının kənarında yerləşən Balaşşadyarmat əlverişli coğrafi mövqeyə sahib olduğundan bir sıra tayfalar burada məskunlaşmışdır. Avropanın monqollar tərəfindən istilasından sonra qəsəbədə qala inşa edilmişdir.
Balint Balaşşi
Balint Balaşşi (mac. Gyarmati és kékkői báró Balassi Bálint, slovak. Valentín Balaša barón z Ďarmôt a Kameňa; 20 oktyabr 1554[…], Zvоlеn, Macarıstan krallığı[d] – 30 may 1594[…], Esterqom, Macarıstan krallığı[d]) — Macarıstan intibahının ən görkəmli şairlərinindən biri idi. Əsasən macar dilində yazırdı, lakin latın, italyan, alman, polyak, türk, slovak, xorvat və rumın dillərində də danışa bilirdi. Müasir Macarıstanın lirik və erotik şeirinin banisidir. == Həyatı == Balint Balaşşi Macarıstan Krallığının Zolyom (hal-hazırda Slovakiyanın Zvolen şəhəri) şəhərində anadan olmuşdur. Peter Bornemisa və anası Anna Sulyokdan təhsil almışdır. Polşada sürgündə olan atasına təsəlli vermək üçün Maykl Bokun Wurlzgertlein für die krancken Seelen əsərini tərcümə etmişdir, bu onun ilk işi idi. Atasının reabilitasiyası zamanı onu məhkəməyə aparmış və eyni zamanda 1572-ci ildə Macarıstan Krallığının paytaxtı Pressburqda (indiki Bratislava) keçirilən tacqoyma mərasimində iştirak etmişdir. Daha sonra isə orduda xidmət etməyə başladı və Şimal-şərqi Macarıstanda yerləşən Eqer qalasında zabit kimi türklərə qarşı vuruşdu.
Röyal Balaşzadə
Röyal Balaşzadə (23 noyabr 2003; Anzov, Yardımlı rayonu – 17 sentyabr 2022; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Balaşzadə Röyal Atduxan oğlu 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuşdur. Ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailə yaşayış yerini dəyişib Bakıya köçür və 2010-cu ildə Röyal yaşadığı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün müxtəlif peşələrdə işləməyə başlayır. 2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir. 12/13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi, Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi. Döyüş yoldaşları bildirir ki, biz Röyala heyran qalırdıq, çox yüksək bacarıqla döyüşürdü.14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur. Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə "X" adlı rayon xəstəxanasında yaxınlarına təhvil verilir. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirib, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə-sovxoz qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.

Digər lüğətlərdə

алта́йцы диглосси́я куса́ть ларь несинхро́нно сто́я фарширо́вка чи́нность яйцекладу́щий есть грех испы́тываться ле́то отбу́чить социа́л-демокра́т шу́ры-му́ры алый марш feasibility fully-fledged revive suppression tank-training ground негромкий плодородность присоседиться