// tex. Neft quyularının qazılmasında işlədilən qazıcı alət.
◊ Balta görməmiş – əl dəyməmiş, əl vurulmamış, təbii halında qalmış. Balta görməmiş meşə.
Balta ilə yonulmamış – kobud, qaba, tərbiyəsiz, qanmaz adam haqqında.
Balta vurmaq məc. – bax baltalamaq 3-cü mənada.
Baltanı daşa vurmaq – işi baş tutmamaq, müvəffəqiyyətsizliyə uğramaq, işi nəhs gətirmək.
Baltanı dibindən vurmaq – bir şeyə qarşı etiraz etmə, danışmağa, fikir söyləməyə yer qoymamaq, susdurmaq, qəti hərəkət etmək.
Baltası kəsməmək məc. – sözü keçməmək, nüfuzdan, etibardan düşmək. Buz baltası bax buz.