BALON
BALTALAMA
OBASTAN VİKİ
"Balta Mika" Milli Parkı
"Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park. Milli park Breila judetsi ərazisində yerləşir. Əsasən su-bataqlıq əraziləri əhatə edir. Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır. Dunayın mənsəbindən 62 km qərbdədir. Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır. "Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var. Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir. == Ümumi məlumat == Ərazidə yerləşən əsas coğrafi obyeklər Braile düzənliyi, Böyük Braile adası və Kiçik Braile adasıdır. 12 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir.
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Şaroşkalı balta
Qazma baltası- yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. == Təsnifatı == Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Balta-Liman konvensiyası
Balta-Limanı ticarət konvensiyası — Osmanlı imparatorluğu ilə İngiltərə arasında 16 avqust 1838-ci il tarixində İstanbulun Balta-Limanı mahalında imzalanmış ticarət müqaviləsi.Osmanlı imperiyası 1826-cı ildən bəri ehtiyac duyduğu yerli xammalın xarici tacirlər tərəfindən ixrac edilməsinin qarşısını alan yed-i vahid (inhisar) sistemini tətbiq etdi. Bu sistem Böyük Britaniyanın mənafeyinə uyğun deyildi və ingilislər onlara Osmanlı ərazilərində imtiyazlar vermək üçün Osmanlı imperiyasına təzyiqlər göstərirdilər. Osmanlı dövlət xadimi,diplomatı Mustafa Rəşid paşa, Misir valisi Kavalalı Mehmet Əli paşanın qiyamını yatırmaq üçün İngilislərdən kömək istədi. Bu yardım qarşılığında, ingilislər Balta-Limanida bir dövlət malikanəsində Böyük Britaniyaya böyük ticarət imtiyazları verən ticarət konvensiyasının imzalanmasını istədilər. Konvensiya 8 oktyabr 1838-ci ildə kraliça I Viktoriya tərəfindən, bir ay sonra sultan II Mahmud tərəfindən təsdiq edildi. == Tarixi == Britaniya imperiyası Osmanlı ərazilərində sərbəst ticarət hüququnu almaq üçün uzun müddət mübarizə aparmışdır. Lakin hər dəfə ingilislərin cəhdləri uğursuzluğa düçar olurdu. XIX əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhran keçirən Osmanlı imperiyası böyük dövlərin güclü təzyiqinə tam gətirə bilmirdi. Həmçinin ölkənin daxili vəziyyəti də Osmanlı dövlətinin xarici təzyiqə müqavimət göstərməsinə imkan vermirdi. 1830-cu illərdə xüsusən Osmanlının ən böyük əyaləti olan Misirdə müstəqillik meyllləri Sultan II Mahmudu ingilislərə güzəştə getməyə məcbur etdi.
Balta (cizgi-serial, 2018)
Balta — 6 fevral 2018 tarixindən etibarən yayımlanmağa başlayan, dram, komediya və fantastika janrlarını özündə birləşdirən, müasir Azərbaycanın ilk professional animasiya serialıdır. Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində isə 38 dəqiqəlik final seriyası ilə izləyicilərinə vida etmişdir. == Məzmun == "Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır. Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır. Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib. == Cizgi filminin yaradıcı heyəti == Prodüser: Nicat Manafov Layn Prodüser: Elçin Hüseynov Rejissor/Ssenarist: Rəvan Muradov Art Direktor: Əmrah Niyazalı Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev Qrafik Dizayner: Nihad J Layihə Məsləhətçisi: İlkin Yusif == Personajlar == İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır. Musa: İsmayılın kiçik qardaşı. Hüseyn: İsmayılın atası.
I Eyrik Qanlı Balta
I Eyrik Qanlı Balta (norv. Eirik Blodøks; 895 – 954) — I Harald Gözəlsaçın oğlu. Horfaqerlər sülaləsindən Norveçin ikinci konunqu (kralı). == Həyatı == Eyrik I Haraldın çoxsaylı oğullarından biri olub onun Raqnhilddən olan yeganə övladı idi. I Harald böyük oğlu olmamasına baxmayaraq Eyriki uşaqlıqdan özünün sələfi görmüş və onun formalaşmasında böyük rol oynamışdır. Uşaqlıq və yeniyetməlik illərini atasının yanında keçirən Eyrik 927-ci ildə Byarmaland torpağına (müasir Rusiya və Finlandiya sərhədinə yaxın) yürüşə çıxır. Bu əraziləri yağmaladıqdan sonra qardaşı Byörnün yanına gələrək Vestfoldan ataları I Haralda gətirilən vergi və bəxşişləri onun aparmasını istəyir. Ancaq Byörn bununla razılaşmayaraq bütün mal-mülkü adamları vasitəsi ilə paytaxta göndərir və Eyrikə icazĕ vermir. Bundan qəzĕblənən Eyrik bir mûddĕt keçdikdən sonra Seheym şəhərində qaradaşını öldürür. Latın dilli mənbələrdə Eyrikin ləqəblərindən biri "qardaş qatili"dir (lat.
Amblyseiulella baltazarae
Amblyseiulella baltazarae (lat. Amblyseiulella baltazarae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.
Annovka (Baltas)
Annovka (rus. Анновка) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 71 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 90 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (50%) tatarlar (35%) üstünlük təşkil edir.
Ardaqış (Baltas)
Ardaqış (rus. Ардагыш, başq. Әрҙәгеш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 37 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 21 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 86 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (96%) üstünlük təşkil edir.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Aşağı Sikeyaz (Baltas)
Aşağı Sikeyaz (rus. Нижнесикиязово, başq. Түбәнге һикеяҙ) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Sikeyaz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 15 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (91 %) üstünlük təşkil edir.
Aşağı Yanaqtay (Baltas)
Aşağı Yanaqtay (rus. Нижнеянактаево, başq. Түбәнге Янаҡтай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Yuxarı Yanaqtay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 5 km., kənd sovetliyindən (Yeni Yamurza): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 78 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (69%), başqırdlar (30%) üstünlük təşkil edir.
Aşağı İvanay (Baltas)
Aşağı İvanay (rus. Нижнеиванаево, mari Йыванай; başq. Түбәнге Иванай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Kuntuquş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 7 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 76 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (96 %) üstünlük təşkil edir. == Tanınmış şəxslər == Qeorgi Qeytiyahmetoviç Kalitov (7 sentyabr 1952) — Başqırdıstan Respublikasının Xalq Artisti (2012), Salavat Yulayev adına Başqırdıstan Respublikasının Dövlət mükafatı laureatı (1995), 1995-ci ildən Rusiya Rəssamlar İttifaqının üzvü.
Baltacı Araz
Baltacı Araz və ya Məhəmməd Məhəmmədəli oğlu (23 oktyabr 1953, Mərənd, Cənubi Azərbaycan - 25 iyun 2012, Münster, Almaniya) — azərbaycanlı şair. == Həyatı == Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Cənubi Azərbaycanın, Mərənd bülgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-1979-cu illərdə İstanbulun Memar Sinan Gözəl Sənətlər Universitetində ali təhsil almışdır. 1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan "Yoldaş" dərgisində işıq üzü görmüşdür. 1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir. Baltaçı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini, tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ... əsaslarının nəzəri təhlilini vermişdir. Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır. Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur.
Baltadimdik
Baltadimdik (lat. Coccothraustes coccothraustes) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Uzunluğu 16.5-18 sm olan bu quşun ayırdedici xüsusiyyəti başına nisbətdə olduqca iri olan dimdiyidir. Müxtəlif bitkilərin toxumlarını (xüsusən gilas, ərik və yemişan) qırmaqda istifadə etdiyi bu dimdiyi ilə 50 kq-lıq güc tətbiq edə bilir. Arada böcəklərlə də qidalanır. Daha çox meşəlik və ya sıx ağaclar olan ərazilərdə rast gəlinir. Olduqca aqressiv olurlar, xüsusən də çoxalma və balalama dövründə. Yuvasını əsasən ağac oyuqlarında qurur və 4-5 ədəd yumurta qoyur. Balalrın qayğısına daha çox dişi quş qalsa da yuva yerinin seçilməsi və konstruksiyası işini erkək fərd edir.
Baltalimanı sazişləri (1838-1846)
Baltalimanı sazişləri (1838-1846) - Baltalimanında (İstanbul) Avropa dövlətləri ilə Osmanlı imperiyası arasında imzalanan tisari sazişlərin ümumi adı. 1838-ci il 16 avqustda İngiltərə, 25 noyabrda Fransa, 1839-cu il 18 mayda Hanza şəhərləri, 2 sentyabrda Sardiniya krallığı, 1840-cı il 31 yanvarda İsveç və Norveç, 2 martda İspaniya, 15 martda Hollandiya, 30 apreldə Belçika, 1841-ci il 1 mayda Danimarka, 1843-cü il 20 martda Portuqaliya ilə bağlanmışdı. Baltalimanı sazişləri Avropa dövlətləri üçün əlverişli olsa da, Osmanlı imperiyasının iqtisadiyyatına mənfi təsir göstərmişdi. 1846-cı il 30 apreldə Rusiya ilə bağlanan saziş Osmanlı dövlətinin iqtisadi vəziyyətini nisbətən yüngülləşdirdi. Bu sazişin şərtlərinə görə, rus tacirlərinin Osmanlı torpaqlarında ticari birliklərinin yaradılması qadağan olunmuş, həmçinin bir sıra malların (içki, tütün, duz, barıt və s.) satışına məhdudiyyətlər və qadağalar qoyulmuşdu. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, 2011, səh.142.
Baltalı
Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şəkinin 6–7 km-ində yerləşir.
Baltalı bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baltan (Sərdəşt)
Baltan (fars. بالتان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Baltaoğlu Süleyman bəy
Baltaoğlu Süleyman bəy (ö. 1458) — II Murad və II Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əslən bolqar əsilzadələrindən olub, Sultan Murad səltənətində dəvşirmə olaraq Əndəruna alınmış, burada təlim-tərbiyə edildikdən sonra qapıçıbaşılığa qədər yüksəlmişdir. Səlib ordusuna qarşı uğur qazana bilməyən Turhan bəyi 1443-cü ildə sədrəzəm Xəlil Paşanın əmriylə həbs edərək Tokata aparmışdır. Macar kralı Vladislavla aparılan sülh müzakirələrində iştirak etmiş, sülh bağlandıqdan sonra müzakirə şərtlərini qarşı tərəfə elçi ünvanıyla bildirmiş, geri dönərkən isə sülhə əsasən təslim edilməli olan serb qalalarını boşaltmışdır. Müxtəlif dövlət vəzifələrində göstərdiyi şücaətlə Sultan Muradın etimadını qazanan Süleyman bəy, daha sonra sancaqbəyliyinə gətirildi. Bu vəzifədə ikən yenicə taxta çıxan Sultan Mehmedlə birlikdə Qaramanoğullarına qarşı mübarizə aparmışdır. 1449-cu ildə Midilli adasına tərtib etdiyi hücumla donanmadakı bacarığını göstərmiş, Kalonya qəsəbəsini ələ keçirmişdir. 1451-ci ildə Gəlibolu sancaqbəyi olaraq ilk dəfə kaptan-ı dərya ünvanı almışdır. Əmrindəki 400-ə yaxın döyüş gəmisi ilə birlikdə 1453-cü ildə Konstantinopolun mühasirəsində iştirak etmiş, şəhər sahilində zəbt etdiyi ilk bölgə onun adıyla Baltalimanı adını almışdır.
Baltas rayonu
Baltas rayonu (başq. Балтаc районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Starobaltas kəndidir. == Coğrafi yerləşməsi == Rayonun ərazisi 1598 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. Ərazisindən Bıstrıy Tanıp çayı axır. Ərazisində əsasən boz meşə və qara torpaqlar geniş sahə tutur. Enliyarpaqlı meşələr ərazisinin 21,6 % təşkil edir. Bölgədə neft (Şavyadinskoye, Stepanovski), gil (Baltaçevskoye, Yakşeevskoye, Seytyakovskoye) yataqları vardır. == Tarix == Baltas rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Baltazar
Baltazar Alpbiy, Alpbəy (?-390) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Əsl adı Alp bəydir. Balamirin oğludur. Balamirdən sonra 378-ci ildə Alpbiy, Hun imperatoru olmuşdur. 378-ci ildə hunlar, Dunay çayını keçmişlər və Trakyaya qədər irəliləmişdilər. Hunlar, Trakyaya qədər irəliləmələrinə rəğmən Roma imperatorluğundan bir dirəniş görməmişdilər. Hunların basqısı altındaki barbar tayfalar, Roma imperatorluğunu zorlamağa başlamışdılar. Roma imperatoru I Thəodosiusun 17 dekabr 395-ci il tarixində ölməsi üzərinə hunlar təkrar hərəkətə keçmişdilər.
Baltazar Bekker
Baltazar Bekker (ing. Balthasar Bekker; 20 mart 1634[…] – 11 iyun 1698, Amsterdam, Hollandiya qraflığı) — Hollandiyanın naziri və fəlsəfi və teoloji əsərlərin müəllifi idi. Xurafatla mübarizə apararaq, o, erkən müasir Avropada cadugərliyin təqibinin sonunda əsas fiqur idi. Ən məşhur əsəri De Betoverde Vereld (1691) və ya The Enchanted World (1695). == Həyatı == Becker Metslawierdə (Dongeradeel) Bielefelddən olan bir Alman pastorunun ailəsində anadan olub. O, Qroningendə Jacob Althing və Franekerlə birlikdə təhsil almışdır. Yerli Latın məktəbinin rektoru olduqdan sonra o, 1657-ci ildə Osterlittendə (Littenseradiel) keşiş təyin edildi və bazar günü günortadan sonra təbliğ edən ilklərdən biri oldu. 1679-cu ildən Frieslanddan qovulduqdan sonra Amsterdamda işləyir. 1683-cü ildə İngiltərə və Fransaya səfər etdi. İki ay ərzində Bekker London, Kembric, Oksford, Paris və Levenə səfər edərək istehkam sənətinə böyük maraq göstərdi.
Baltazar Karlos (Asturiya şahzadəsi)
İnfant Baltazar Karlos (isp. Infante Baltasar Carlos) (17 oktyabr 1629, Madrid – 9 oktyabr 1646, Saraqosa) – İspaniya kralı IV Filippin ilk oğlu və ölümünədək İspaniya taxt-tacının (Kastiliya və Leon, Araqon, Siciliya və Navarra krallıqları da daxil olmaqla) varisi, İspan infantı. Atasının apardığı diplomatik danışıqların nəticəsi olaraq İngiltərə kralı I Karl və xalası Henretta Mariyanın qızı Mariya Stüartla evlənməsi təklif edilsə də, dini məzhəb fərqlilikləri səbəbilə bu evlilik təklifi qəbul edilmədi. Nəhayət, 1646-cı ildə Müqəddəs Roma imperatoru III Ferdinand və bibisi Mariya Annanın qızı Marianna ilə nişanlandı. Ancaq nişandan bir neçə ay sonra Karlos tutulduğu çiçək xəstəliyi səbəbilə 16 yaşında vəfat etdi. Qurulan diplomatik əlaqələrin qorunması və varissiz qalan atasının istəyilə 14 yaşlı nişanlısı bir neçə il sonra atası IV Filiplə evləndi. == Mənbə == Diego Velázquez (3 January 2016). Complete Works of Diego Velázquez (Delphi Classics). Delphi Classics. p.
Baltazar Kastilyonenin portreti (Rafael)
Baltazar Kastilyonenin portreti — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1514–1515-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Parisin Luvr muzeyində saxlanılmaqdadır.
Baltazar Monkornet
Baltazar Monkornet (1600[…], Brüssel – 11 avqust 1668, Paris) — fransız qravürçü və tapisyer. == Həyatı və yaradıcılığı == 1600-cü ildə Ruanda doğulmuş və 1668-ci ildə Parisdə vəfat etmişdir.
Baltazar Qrasian
Baltazar Qrasian (isp. Baltasar Gracián y Morales; 8 yanvar 1601[…] – 6 dekabr 1658[…]) — İspaniya yazıçısı, filosofu. == Həyatı == İspaniyada barokkonun ən böyük nasirlərindən və nəzəriyyəçilərindən biri Baltasar Qrasian olmuşdur. O, 1601-ci ildə Belmontda həkim ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir. Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və qrammatikanı öyrənmiş, Saraqossa universitetində isə ilahiyyat elmləri ilə tanış olmuşdur. 1627-ci ildə Kallatude şəhər kollecinə qayıdıb orada qrammatika və ritorika üzrə müəllim işləyir. 1636-cı ildə Ueska şəhərinə dəyişilən Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə düşür, yazıçı kimi formalaşır. Zadəgan don Vinsensio Xuan da Lastanossanın ədəbi məclisləri, zəngin kitabxanası onun dünyəvi meyllərini gücləndirir. Yezuit ordeninin rəhbərliyi onun dünyəvi meyllərini, ədəbi fəaliyyətini xoşlamırlar.
Baltaç rayonu
Baltaç rayonu (tatar. Baltaç rayonı, Балта́ч районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimalında yerləşir. İnzibati mərkəzi Baltaç şəhəridir. == Coğrafiyası == Tatarıstanın Kukmara, Arça, Saba rayonları, Kirov vilayətinin Malmıj rayonu və Mari El Respublikasının Mari-Turekski rayonu ilə həmsərhəddir. Relyefi hündürlüyü 170–200 m olan yüksək bir düzənlikdir. Çay şəbəkəsi Şuşma çayı və onun qolları Arbor, Kuqubork və Kuşket ilə təmsil olunur. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Kazan qəzası və Vyatka quberniyasının Mamadış qəzasına daxil idi. 1920-1930-cu illərdə rayon Arça və Mamadış kantonlarının, 1930-1932-ci illərdə isə Tyunterski rayonunun tərkibində idi. 2 mart 1932-ci ildə Tyunterski rayonu Baltaç adlandırıldı.
Baltaçı Həsən Paşa
Baltaçı Həsən Paşa (ö. 1700) — Osmanlı sultanı IV Mehmed, II Süleyman, II Əhməd və II Mustafanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunda yetişmiş, ardından bostancılar bölümündə xidmət etmişdir. Ardından öncə Validə Turhan Sultanın, 1683-cü ildə onun vəfatıyla Hasəki Gülnuş Əmətullah Sultanın kəndxudası oldu. 1687-ci ilin martında vəzirliklə Misir bəylərbəyi oldu. Ancaq bir neçə ay sonra vəzifədən alınaraq Bağdad əyalətinə təyin olundu. 1688-ci ildə vəzifədən alınsa da, çox keçmədən yenidən Bağdada, ardından 1691-ci ildə Şəhrizora təyin olundu. Rodos adasının mühafizəsi ilə vəzifələndirildi və 1695-ci ildə təqaüdə ayrıldı. 1697-ci ildə vəzirliyi alınsa da, 2 il sonra geri qaytarıldı.
Baltaçı Mehmed Paşa
Baltaçı Mehmed Paşa (1662, Osmancık, Çorum ili – iyul 1712) — III Əhmədin səltənətində 2 dəfə - ümumlikdə 2 il 7 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Silâhdar, Nusretnâme, II/2, s. 207, 229, 262, 268-275, 286. Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, Freiburg 1969, s. 7, 10. Hammer, HEO, XIII, tür.yer. Sicill-i Osmânî, IV, 208-209. Ahmed Refik, Baltacı Mehmed Paşa ve Büyük Petro, İstanbul 1327, s. 61-83. Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s.

Digər lüğətlərdə

ещё чего́ кифа́ра нагры́жник по че́тверо порно́граф село́ скла́дчинка телелюби́тель тру́бчатый фитопато́лог четырёхсо́тая вде́сятеро где наше не пропада́ло киновоспита́ние малопита́тельный понизо́вье прошнуро́вывание вагиль огорошить Таврул over spirit fresco конфисковать нервический фаллический