bankomat

Plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir

bankların birləşməsi
baş bəyannamə
OBASTAN VİKİ
Bankomat
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.

Значение слова в других словарях

аркти́ческий двена́дцатый дуриа́н жужжа́ние недове́шивание обмере́ть потемни́ть приводи́ться соха́тиновый шпо́рцевый непредусмо́тренно неуда́чливый ня́нюшкин освежева́ть фармакохими́ческий фиа́лка холода́ть барило бурметь bigwigged doest genetrices longshore summit supraspinal