BAPTİZM
BAR(İ)-İLAHİ
OBASTAN VİKİ
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Barat Qaravəliyev
Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən, Qazax qəzası – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. == Həyatı == Barat Qaravəliyev 1923-cü ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1930-cu ildə kənddəki yeddillik məktəbə daxil olub. 1939-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib Dağ Kəsəmən kəndində müəllim təyin edilib. 1942-ci ilə kimi Əli Bayramli və Tərtər rayonlarında İcraiyyə Komitəsinin sədri olub. 1942–1945-ci illərdə Ukrayna, Belarus, Latviya, Litvada Sovet ordusu tərkibində alman faşistlərinə qarşı vuruşub. "Şöhrət", "I dərəcəli Vətən müharibəsi", "III dərəcəli Şərəf nişanı", "Qırmızı Ulduz" ordenləri və 12 medalla təltif olunub. Müharibədən sonra bir müddət Dağ Kəsəmən kəndində pedaqoji fəaliyyət göstərib. 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirir. O vaxt yaradılmış Gəncə vilayətində hələ təhsilini qurtarmamış təlimatçı təyin olunub.
Barat Quliyev
Barat Quliyev (əsgər)
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Barat Şəkinskaya
Barat Həbib qızı Şəkinskaya (15 (28) iyun 1914, Şuşa – 14 yanvar 1999, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1949). == Həyatı == Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib.O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.
Barat Yusubov
Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.) 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb. Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir. Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur. 1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb. 1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
Barat Quliyev (şəhid)
Barat Quliyev (əsgər)
Barataşvili körpüsü
Barataşvili körpüsü (gürc. ბარათაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Avlabari rayonunu Qədim Tbilisi ilə birləşdirir. 1960-cı illərin arxitekturasına uyğundur. == Yerləşir == Körpü Barataşvili küçəsinin girəcəyində yerləşir. Körpüdən Tbilisi Beynəlxalq Hava Limanına qısa yol keçir. Körpüdən yuxarı axar boyunca Saarbuken, aşağı axar üzrə isə Sülh körpüləri yerləşir. Körpü yaxınlığında Gürcüstan Mərasim Sarayı yerləşir. == Adı == İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Murxan körpüsü adlanırdı. Bu hissədə knyaz Baqration-Murxanskiyə məxsus saray olmuşdur.
Baratye
Baratye (fr. və oks. Baratier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05012. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 529 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 338 nəfər arasında (15-64 yaş arasında) 245 nəfər iqtisadi cəhətdən, 93 hərəkətsiz (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə bu 69.3%) idi. Fəal olan 245 nəfərdən 226 nəfəri (129 kişi və 97 qadın), 19 nəfəri işsizdir (6 kişi və 13 qadın).
Larissa Barata
Larissa Barata (d. 30 mart 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Larissa Barata 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Larissa Barata 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Fernanda Kavaliyeri, Jennifer Oliveyra və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Nikolaz Barataşvilinin ev-muzeyi
Nikolaz Barataşvilinin ev-muzeyi (gürc. ნიკოლოზ ბარათაშვილის სახლ-მუზეუმი) — Gürcüstanın Tiflis şəhəri, Çuxruxadze küçəsi 17 ünvanında yerləşən mədəmiyyət müəsissəsi. Ev-muzeydə «Mədəniyyət dialoqu» proqramı çərçivəsində musiqi və şeir gecələri, sərgilər, kitab təqdimatları keçirilir, mədəniyyətlərarası görüşlər təşkil edilir. «Kiçik nəsillər» adlı ədəbi müsabiqə keçirilir. Muzeyin ekspozisiyası erkən vəfat etmiş görkəmli gürcü romantik şairi Nikoloz Barataşvilinin (1817—1845) həyatına və yaradıcılığına həsr olunumuşdur. Muzey fonduna 2 min eksponad daxildir (şəxsi əşyaları, foto materiallar, təsviri və qrafik işlər, əlyazmalar, köhnə mebellər və s.) Muzey təşkil olunarkən muzey zallarının dizayn tərzi Barataşvilinin yaşadığı dövrü əhatə edən bir atmosfer yaratmaq cəhdi edildi. Model olaraq Ekaterina Cavcavadzenin ev muzeyi istifadə edildi. Onun sevgisinə görə görkəmli gürcü şairi öz işini ona həsr etmişdir. Muzey 31 oktyabr 1982-ci ildə klassik Gürcüstan ədəbiyyatının fəal iştirakı Nodar Dumbadzenin rəhbərliyi altında açılır. Muzeyin açıldığı XIX əsrin sonuncu dörddə birində inşa edilən tarixi bina Barataşvilinin yaşadığı dövrün elementlərini qoruyur.
Nikoloz Barataşvili
Nikoloz Melitonoviç Barataşvili (gürc. ნიკოლოზ მელიტონის ძე ბართაშვილი; 27 dekabr, 1817, Tiflis −21 oktyabr, 1845, Gəncə) — gürcü şairi. Nikoloz Barataşvili 27 dekabr 1817-ci ildə Tiflisdə anadan olmuşdu. Anası adlı-sanlı gürcü knyazı Zurab Orbelianinin qızı idi. Dayısı Qriqol Orbeliani də gürcü romantik ədəbiyyatının əsas simalarındandır. Maraq üçün deyək ki, Q. Orbeliani də 1829-cu ildə bir müddət Naxçıvanda ezamiyyətdə olmuşdur. Nikoloz rus, fransız və alman dillərini təhsil aldığı pansionda əla öyrənmişdi. Ən çox sevdiyi müəllimi Solomon Dodaşvili Gürcüstanın tanınmış maarifçilərindən idi. Sankt-Peterburq Universitetini bitirmiş Solomon 1832-ci ildə yaradılmış gizli cəmiyyətin üzvü idi. O da istəyirdi ki, Gürcüstan azad, müstəqil ölkə olsun.
Yevgeni Baratınski
Yevgeni Abramoviç Baratınski (rus. Евгений Абрамович Баратынский, d. 2 mart 1800 — ö. 11 iyul 1844) — rus şairi. Yevgeni Abramoviç Baratınski 2 mart 1800-cü ildə , Tambov quberniyasının , Mara qəsəbəsinin Vyajla kəndində doğulmuşdu. Soylu bir ailədən gəlirdi. İlk təhsilini evdə anasından və Borgeze adındaki İtalyan müəllimindən aldı. Borgeze, şagirdini Fransız ədəbiyyatı ilə tanış edir və onda gözəllik qavramının yetişməsini təşkil edir, klassik İtalyan sənətinə qarşı bir istək oyandırır. 1808-ci ildə , ailəsi Moskvaya köçür.1810-cu ildə isə atası Abram Andreyeviç ölür. Buna görə ana övladlarını alaraq Maraya dönür.
Zülfüqar Baratzadə
Zülfüqar Baratzadə (tam adı: Zülfüqar Yaqub oğlu Baratzadə; 8 iyul 1931 – 11 fevral 1991) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1981). Baratzadə Zülfüqar Yaqub oğlu 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub. 1949-cu ildə Gəncə DDT-nin truppasına daxil olub. Xarakterlər aktyoru idi və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanmışdı. 11 fevral 1991-ci ildə 60 yaşında vəfat etmişdir. Aktyorun teatrda əsas rolları: Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman), Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət"), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Aşıq, Dinar, Şişman ("Kişilər", "Dəli Domrul" və "Yadmdamı?..", Altay Məmmədov), Mustafa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Həbəş ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Nəroğlan ("Qız atası", Əfqan Əsgərov), Vəzir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çmqıl ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Ne-sin), Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil), küçə xanən-dəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "111 Riçard", Vilyam Şekspir), kişi ("Qatarlar səhər gedir", Raymond kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud ("Boş barılar", Əhməd İsayev), Eyvaz ("Üçatılan", İlyas Əfəndiyev), Məmmədşəfi ("İtkin gəlin", Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald Zaqradnik). Azərbaycan SSR əməkdar artisti — 27.12.1971 Azərbaycan SSR Xalq artisti — 24.12.1981 Yenilməz batalyon (film, 1965) Yeni evlənənlər (film, 1983) Bəyin oğurlanması (film, 1985) Ölsəm...
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.
Nikolay Baratov
Nikolay Nikolayeviç Baratov (rus. Николай Николаевич Баратов; 1 fevral 1865, Vladiqafqaz – 22 mart 1932, Paris) — Birinci Dünya müharibəsi və Rusiyada vətəndaş müharibəsi illərində Rusiya İmperator Ordusunun generalı. Nikolay Nikolayeviç Baratov 1 fevral 1865-ci ildə Rusiya imperiyasının Terek vilayətinin Vladiqafqaz şəhərində anadan olmuşdur. Etnik gürcüdür. O, həmçinin Terek kazaklarının atamanı idi. 1882-ci ildə hərbi xidmətə getmiş, 1885-ci ildə Konstantinovski Artilleriya Məktəbini və Sankt-Peterburq Hərbi Mühəndis-Texniki Universitetini (Nikolayevski) bitirmişdir. Terek kazak ordusunun 1-ci Sunca-Vladiqafqaz alayına təyin edilmiş və həmin ilin dekabrında sotnik rütbəsinə yüksəlmişdir. 1891-ci ildə Nikolayev Baş Qərargah Akademiyasını kapitan rütbəsi ilə bitirmiş və Qafqaz Hərbi Dairəsinə xidmətə təyin edilmişdir. O, 1893–1894-cü illərdə draqunlar eskadrilyasına komandanlıq etmiş, 1895–1897-ci illərdə Stavropol Kazak Kadet Məktəbinə təlimatçı təyin edilmişdir. 1900-cü ilin iyulunda süvarilərdə polkovnik rütbəsi almışdır.

Digər lüğətlərdə