bar
barbu
OBASTAN VİKİ
Achillea barbeyana
Achillea barbeyana (lat. Achillea barbeyana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ageratina barbensis
Ageratina barbensis (lat. Ageratina barbensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe barberae
Aloe barberae (lat. Aloe barberae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Barber Təsviri İncəsənət İnstitutu
Barber Təsviri İncəsənət İnstitutu (ing. Barber Institute of Fine Arts) — Birmingem Universitetinin təhsil müəssisələrindən biri. == Tarixi == İnstitut 1939-cu ildə Robert Atkinson tərəfindən yaradılmışdır. == Binası == Binası Birmingem Universitetinin memarlıq üslubuna görə seçilən tikililərindən biridir.
Barberini favnı
Barberini favnı (it. Fauno Barberini) və ya Kefli satir — Münhenin Qliptotek muzeyində saxlanan həyat ölçülü mərmər heykəldir. Favn yunan mifologiyasının qəhrəmanı olan satirin Qədim Roma mifologiyasındakı ekvivalentidir. Yunan mifologiyasında satirlər bəzi heyvan xüsusiyyətlərinə malik meşə ruhlarıdır. Onlar əksər hallarda keçi saqqalı, quyruğu və buynuzuna malik oğlanlar kimi təsvir edilirlər. Satirlər tez-tez Dionislə görüşür və ona kömək edirlər. == Tarixi == === Aşkarlanması və restavrasiyası === Heykəl ya Perqam məktəbinin davamçısı olan naməlum ellinist heykəltaraş tərəfindən e.ə. III əsrin sonu-II əsrin əvvəllərində hazırlanmış, ya da Qədim Yunan heykəlinin yüksək keyfiyyətli Qədim Roma kopyasıdır. Hazırkı mükəmməl vəziyyətinə heykəl bərpaçı Vinçenzo Paçetti tərəfindən restavrasiya edilməsindən sonra gətirilmişdir. Heykəl, əvvəllər Adrian mavzoleyi kimi də tanınan Müqəddəs Mələk qəsri yaxınlığındakı xəndəkdən təxminən 1620-ci illərdə tapılmışdır.
Barberye
Barberye (fr. Barberier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03016. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 126 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 52 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 73.9%). Fəal 52 nəfərdən 51 nəfər (25 kişi və 26 qadın) çalışdı, 1 kişi işsizdi. 20 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Barbeya
Barbeya oleoides
Barbeya oleoides (lat. Barbeya oleoides) — barbeyaceae fəsiləsinin barbeya cinsinə aid bitki növü.
Cynodon barberi
Barmaqvari çayır (lat. Cynodon dactylon) - qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü. == Sinonim == Agrostis bermudiana Tussac. ex Kunth [Invalid] Agrostis filiformis J.Koenig ex Kunth [Invalid] Agrostis linearis Retz. Agrostis stellata Willd. Capriola dactylon (L.) Kuntze Capriola dactylon var. maritima (Kunth) Hitchc. Chloris cynodon Trin. [Illegitimate] Chloris maritima Trin. Chloris paytensis Steud.
Erigeron barbellulatus
Erigeron barbellulatus (lat. Erigeron barbellulatus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Ferdinand Barbedinni
Ferdinand Barbedinni (fr. Ferdinand Barbedienne; doğum 10 yanvar 1810, Sent Martin-de-Fresnay, Kalvados - ölüm 21 mart 1882, Paris) — fransız karxanaçı və dəmirçi. Bürüncdən hazırladığı əsərləri ilə məşhurdur. Barbedinni Aşil Kolla ilə birlikdə heykəllərin nüsxələrini yaradan firma yaratmışdır. Firma 1200-ə qədər əsərin nüsxəsini yarada bilmişdi. == Həyatı və karyerası == Ferdinand Ferdinand Barbeddinin atası Kalvadosdan olan kiçik fermer olub. 1822-ci ilə kimi Paris kağız düzəldən məktəbdə şagirdlik edib. 1834-cü ilə kimi Barbedinni uğurlu divar kağızı istehsalçısı olub. Onun əsas məqsədi Antik və İntibah dövründən əsərləri yenidən istehsal etmək idi. O, karyerasına Parisdə divar kağızı satıcısı kimi başlayıb.
Nectandra barbellata
Nectandra barbellata (lat. Nectandra barbellata) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Renzo Barbera stadionu
"Renzo Barbera" stadionu — İtaliyanın Palermo şəhərində yerləşir.
Senecio barbertonicus
Senecio barbertonicus (lat. Senecio barbertonicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Xosrovun Barbedin musiqisini dinləməsi
Xosrovun Barbedin musiqisini dinləməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirinin hicrində qovrulan Xosrov dərdini unutmaq üçün məclis düzəldib kefə başlayır, lakin şərab da ona dərdini unutdura bilmir. Nəhayət, əfsanəvi Barbədin füsnkar musiqisiXosrovun fərağına çatır. Nizami bu səhnəni belə təsvir edir: == Təsvir == Gənc şah yay köşkünün yuxarı küncündə tək oturmuşdur. O, nə qarşısındakı şəraba, nə saqiyə, nə meyvə təklif edən əyyara, nə də ətrafındakı adamlara məhəl qoymur. Başını sol çiyninə əymiş şah, kədər içində Barbedin musiqisini dinləyir.Məclis izdihamlıdır. Xosrovdan bir qədər aralıda ox-kamanla yaraqlanmış bir əsgər və əlində şahin tutmuş quş ağası dayanmışdır. Aşağıda fəvvarəli çarhovuzun yanında qonaqlara şərab paylayan saqi görünür.
Barbenheymer
Barbenheymer, həmçinin Oppenbarbi, Barbiheymer və Boppenheymer — 21 iyul 2023-cü il tarixində ABŞ və bir sıra başqa ölkələrdə iki blokbaster filmi "Barbi" və "Oppenheymer"in eyni vaxtda kinoteatrlarda nümayiş edilməsindən əvvəl sosial mediada yayılmağa başlayan internet fenomeni. Bu söz iki filmin adlarının portmantosudur. Yaranan dixotomiya — Qreta Gerviqin Barbi moda kuklası haqqında fentezi komediya filmi "Barbi" və İkinci Dünya müharibəsi zamanı ilk nüvə silahlarını hazırlayan, Manhetten layihəsinin elmi direktoru, fizik C. Robert Oppenheymer haqqında Kristofer Nolanın epik bioqrafik trilleri "Oppenheymer" memlər və merçendayzinq məhsulları da daxil olmaqla internet istifadəçilərinin komediyalı reaksiyasına səbəb olmuşdu. "Polygon" bu iki filmi "ifrat əks qütblər" kimi təsvir etmiş və "Variety" bu fenomeni "ilin kino hadisəsi" adlandırmışdır.Hər iki film geniş rəğbət qazanmış və maliyyə gözləntilərini aşmışdır. Bu fenomen iki filmin çoxlu fərqləri haqqında zarafat kimi başlasa da, bəzi media şərhçiləri onlar arasında bəzi oxşarlıqlara diqqət çəkmişdilər. Hər iki film ekzistensializmi və antroposenin nəzəri anlayışını araşdıran kimi təhlil edilmişdir. Hər ikisinin rejissoru və ssenaristi "Oskar" mükafatına namizəd olmuşdu.
безотве́тственность братки́ ли́повый непочти́тельно нота́бль обмундиро́вка продира́ть пропа́рщица стяну́ться двухчасово́й напыли́ть нарожда́ть отны́не поразве́дать строкоотливно́й anaplasty archaebacteria committor micro-chemistry sizeable soft-shelled дышаться кал минувшее поспеть