BARRİKÁDA

[ fr. ] Küçə vuruşmasında inqilabi kütlələrin müxtəlif iri şeylərdən (şalban, içi torpaqla dolu kisələr, daş, ağac və s.-dən) düzəltdikləri səngər; küçə səngəri. Barrikada vuruşmaları. Barrikada düzəltmək.
– Barrikadaları qurur yan-yana; Deyir ki, olmaram təslim düşmana. M.Rahim.

BARONLUQ
BARSIZ
OBASTAN VİKİ
Barrikada
Barrikada (fr. barricade) — hücum edən rəqibdən müdafiə olunmaq üçün, küçə, yol, körpü və dağ keçidlərinin qarşısını kəsən əsasən şalban, qum kisələri, daş, eləcə də araba, çəllək, işıqlandırma dirəkləri və sairədən düzəldilən süni sədd. == İstifadəsi == Qədim zamanlarda əsasən müharibə vaxtı, şəhərdə, meşələrdə və dağlarda, eləcə də düşmənin sahilə yan almasını qarşılamaq üçün, çayın üstündəki körpülərin uğrunda döyüşlərdə istifadə olunurdular. XIX əsrin ikinci yarısında, bir sıra şəhər üsyanları (Paris 1827,1830,1832,1834, Berlin, Vyana, Praqa -1848, Drezden 1849) ilə müşayət olunan Avropada inqilabi hərəkatı qalxması ilə əlqədar barrikada döyüşləri taktikası da təkmilləşdi. Barrikadalar qəliz fortifikasiya qurğularına çevrilirlər, üsyanın ümumi planına və küçə döyüşü taktikasına uyğun tikilirlər. 1871 ildə Paris kommunası vaxtı kommunarlar barrikadalardan geniş yararlanırlar. XIX əsrin ikinci yarısından hərbi texnikanın və şəhərlərin yenidən planlanması ilə bağlı olaraq (geniş və düz,və deməli süpürmə atəş üçün yararlı küçələrin salınması), barrikada döyüşlərinin aparılması şəraiti dəyişmişdir. K.Marksın "1848-1850 illərdə Fransada sinfi mübarizə" əsərinə girişdə F.Engels Avropa inqilabi hərəkatı perspektivlərinə öz baxışlarını açıqlayaraq, yazırdı, ki küçə döyüşlərinin əski taktikası üsyanın qələbəsinin həlledici şərti olan hücum taktikasını təmin etmirdi. O yazrdı: "Köhnə tipli üsyan, 1848 ilə qədər hər yerdə həlledici olan barrikadalı küçə döyüşləri, əhəmiyətli dərəcədə köhnəlmişdir.". Əgər dövlətlər arasında müharibələr üçün şərait dəyişmişsə, "deməli ondan az olmayaraq sinfi mübarizə üçün də dəyişmişdir".
Azadlıq barrikadalarda
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. == Yaranma tarixi == Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
Barrikadalar zamanı
Barrikadalar zamanı (lat. Barikāžu laiks) və ya sadəcə Barrikadalar (lat. Barikādes) 1991-ci ilin yanvar ayında əsasən Riqa şəhərində baş tutan 1990-cı ilin mayında Sovet Sosialist Respublikaları İttifaqı ilə ondan müstəqilliyini elan edən Latviya Respublikası arasında qarşıdurmaların seriyası. Hadisələrin adı yerli camaatın təxminən 13 və 27 yanvar arasında müdafiə barrikadaların quraşdırmağından gəlir. == Arxa plan == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bunnan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq, Latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Latviyadaki bu hadisələr həmçinin Üçüncü oyuanış (lat. Trešā Atmoda) kimi, Baltikyanı üç respublikasında ümumiyyətlə bir yerdə baş verilən bu cərəyan isə Nəğməli inqilab kimi tanınır. Kütləvi etirazlar baş verirdi və 1990-cı ilin martın 18-də müstəqillik tərəfdarları olan Latviya Xalq Cəbhəsi, Yaşıl Partiya və Latviya Milli Müstəqillik Hərəkəti Latviya SSR Ali Sovetinə seçkilərini udub, sovetpərəst Bərabər Hüquqlar bloku isə müxalifət qalıb.

Значение слова в других словарях