Leucoagaricus barssii
Leucoagaricus barssii (lat. Leucoagaricus barssii) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin agaricaceae fəsiləsinin leucoagaricus cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
== Qısa morfoloji təsviri ==
Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5-8 sm diametrindədir, qalın lətlidir, yarımdairəvi, mərkəzdə enli təpəcikli, bozumtul qəhvəyi, kənara getdikcə kremvari-ağ, əsasən mərkəzdə iri, bozumtul qəhvəyiyə bənzər pulcuqvaridir. Lövhələr sərbəst, kollariuma birləşmiş, papaqcıqdan asan yarılan, ağ, sonradan krem rəngli, quruduğu zaman qəhvəyi rəng alır. Lövhələr arasında müxtəlif ölçüdə lövhəciklər olur. Ayaqcıq 4-10 x 1.5-2sm əsasa doğru nazikləşən və torpaq altında, kökəbənzər çıxıntılıdr. Hamar, ağımtıl, əsasa doğru qəhvəyilşən, ayaqcığın ortasında qıfabənzər ağ halqanın üstü hamar, alt hissəsi dilimlidir.