batiskaf
batka 2021
OBASTAN VİKİ
Jan-Batist Dükass
Jan-Batist Dükass (fr. Jean-Baptiste du Casse; 2 avqust 1646, Po, Fransa – 25 iyun 1715, Burbon-l'Arşambo, Fransa) — Fransa bukanyeri, admiralı və müstəmləkə idarəçisi. Bir hugenot ailəsində anadan olan Dükass gənc yaşlarında fransız ticarət donanmasına qoşulmuş və Ost-Hind Şirkətində, eləcə də kölə ticarəti ilə məşğul olan Seneqal Şirkətində fəaliyyət göstərmişdir. Daha sonra Fransa Hərbi Donanmasının bir üzvü olan Dükass Auqsburq liqası müharibəsi zamanı Karib adaları və İspaniya Cənubi Amerikası cəbhələrində müxtəlif uğurlara nail olmuşdur. O, İspaniya varisliyi uğrunda müharibə zamanı Velez-Malaqa döyüşü və Barselonanın mühasirəsi kimi bir neçə önəmli hərbi qarşıdurmalarda iştirak etmişdir. Göstərdiyi xidmətə görə İspaniya kralı V Filipp tərəfindən Qızıl Dəri Ordeninə layiq görülən Dükass 1691–1703-cü illərdə San-Dominqo müstəmləkəsinin qubernatoru olaraq çalışmışdır. O, karyerasını Fransa Donanmasının general-leytenantı (XVII əsr Fransasının ən yüksək rütbəsi olan general-leytenant, müasir vitze-admiral rütbəsi ilə eynidir), Müqəddəs Lüdovik Hərbi Ordeninin isə komandiri olaraq bitirmişdir. == Bioqrafiya == O zamanlar soyadların yazılışının düzəldirilməsi adi bir əməl olmadığından, Dükassın soyadı müxtəlif yazılışları var idi. du Casse yazılışı doğum sənədindən əsaslanır, fəqət digər sənədlər Ducasse, Ducas və Du Casse yazılışlarını göstərirlər. Onun qardaşının nəvəsi Robert 1876-cı ildə Jan-Batist Dükassın bioqrafik əsərini yazanda ulu əmisinin və özünün soyadını du Casse olaraq qələmə vermişdir.
Jan-Batist Lamark
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[…], Bazentin[d], Pikardiya, Fransa krallığı – 18 dekabr 1829[…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası. J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Jan-Batist Lülli
Jan-Batist Lülli (fr. Jean-Baptiste Lully; 28 noyabr 1632[…], Florensiya – 22 mart 1687[…], Paris) — Fransalı bəstakar.
Jan-Batist Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. == Həyatı == Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Jan Batist Bio
Jan Batist Bio (21 aprel 1774[…], Paris – 3 fevral 1862[…], Paris) — fransız fiziki, geodeziyaçısı və astronomu, Paris EA-nın üzvü (1803). == Həyatı == Parisdə Politexnik Məktəbdə təhsil almışdır. Kollej de Fransın (1800) və Paris Universitetinin (1809) professoru, Yer meridianının uzunluğunu ölçmə üzrə komissiyanın üzvü olmuşdur (1806). Göy mexanikasına və qazların xassələrini öyrənməyə aid işlərin müəllifidir. 1804-cü ildə J.L. Gey–Lüssakla birlikdə müxtəlif hündürlüklərdə havanın tərkibini öyrənmək üçün aerostatda uçuş həyata keçirmişdir. == Fəaliyyəti == Əsas tədqiqatları optika, elektrodinamika və akustikaya aiddir. İşığın polyarlaşma müstəvisinin fırlanma qanununu müəyyənləşdirib (Bio qanunu, 1815), kristallarda və üzvi maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanmasını tədqiq etmiş və bununla da saxarimetriyanın əsasını qoymuşdur. F. Savarla birlikdə sabit elektrik cərəyanının maqnit sahəsinin intensivliyini təyin edən qanunu kəşf etmişdir (Bio–Savar qanunu, 1820). İ. Nyutonun irsini araşdırıb; məşhur fizika kursunun müəllifidir (1816).
Jan Batist Bussenqo
Jan Batist Bussenqo (fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault) (2.2.1801, Paris – 11.5.1887, Paris) — Fransız aqrokimyaçısı, Paris Elmlər Akademiyasının üzvü (1839-cu ildən). == Həyatı == Sent-Etyendə Ali Mədən Məktəbini bitirmişdir. Lion Universitetinin (1832-ci ildən), Versal Aqrokimya İnstitutunun (1837-ci ildən) professoru olmuşdur; 1839-cu ildən İncəsənət və Peşə Konservatoriyasında (Paris) dərs demişdir. == Fəaliyyəti == Əsas işləri bitkilərin kök qidalanmasına və təbiətdə maddələrin (başlıca olaraq, torpaqda azotun) dövranına həsr edilmişdir. Bitkilərin (paxlalılardan başqa) torpaqdan azot almasını müəyyənləşdirmişdir. Havadakı karbon-dioksidin yaşıl bitkilər üçün karbon mənbəyi olduğunu sübut etmişdir. Bitkilərin udduğu karbon-dioksidin həcminin ayrılan oksigenin həcminə bərabər olduğunu müəyyənləşdirmişdir (1864).
Jan Batist Buyo
Jan Batist Buyo (fr. Jean-Baptiste Bouillaud) - fransız terapevti, ürək xəstəliklərinin semiotikası haqqında təlimin banisi; Fransa Elmər Akademiyasının 1868-ci ildən üzvü. Tibb təhsilini 1823-cü ildə Paris Universitetində almışdır. Parisin Şarite xəstəxanasında daxili təbabət kafedrasının proffesoru, Sorbonnada tibb fakültəsinin dekanı olmuşdur. Klinik və patolo jianatomik müşahidələrini müqayisə etməklə ürək qüsurlarının diferensial diaqnostikasının əsasını yarat mışdır. 1835–1840-ci illərdə nəşr olunmuş klassik əsərlərində kəskin endokarditi təsvir etmiş və göstərmişdir ki, revmatizmin əsas hədəfi oynaqlar deyil, ürəkdir. Bununla da revmatizmin sistem xəstəliyi kimi müasir izahına qəti dönüş başlanmışdır. Həmçinin ürəyin səyirici aritmiyasını, çapma ritmini təsvir etmişdir. Jan Batist Buyo öz tibbi fəaliyyəti nəticəsində klinik məktəb yaratmışdır. Fəxri Legion ordeni ilə təltif edilmişdir.
Jan Batist Kolber
Jan Batist Kolber (fr. Jean-Baptiste Colbert; 29 avqust 1619[…], Reyms, Fransa krallığı – 6 sentyabr 1683[…], Paris, Fransa krallığı) — fransız dövlət xadimi, 1665-ci ildən sonra faktiki olaraq XIV Lüdovik hökumətinin başçısı. Əsas vəzifəsi maliyyə naziri olmuş, eyni zamanda bir çox başqa rəhbər vəzifələrdə çalışıb. Merkantilizm siyasətinin tərəfdarı, milli donanma, ticarət və sənayenin inkişafına töhfələr vermişdir. Fransız müstəmləkə imperatorluğunun formalaşması üçün iqtisadi şərtlərin əsasını qoyub. Onun himayəsi altında Yazılar və Ədəbiyyat Akademiyası (1663), Kral Elmlər Akademiyası (1666), Kral Musiqi Akademiyası (1669) və Kral Memarlıq Akademiyası (1671) qurulmuşdur.
Jan Batist Mimyaq
Jan Batist Mimyaq (3 fevral 1871, Vilfranş syur Mer – 6 avqust 1929, Nitsa) — Fransalı qılıncoynatma idmançısı. 1900 Paris Yay Olimpiya Oyunlarında Jan Batist Mimyaq yalnız qılıncoynatmanın ustalar arasında rapira növü üzrə yarışlarda iştirak etmişdi. Bu növdə o, məşhur italiyalı İtalo Santelliyə qalib gələrək, bürünc medal qazanıb.
Jan Batist Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. == Həyatı == Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Jan Batist Perren
Jan Batist Perren (fr. Jean Baptiste Perrin; 30 sentyabr 1870[…], Lill, Nor, Fransa – 17 aprel 1942[…], Nyu-York, ABŞ[…]) – "Maddənin dəvamsız strukturuna dair tədqiqatlarına və xüsusi olaraq da sedimentasiya balansını kəşf etdiyinə görə" 1926-cı ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik. == Həyatı == Jan batist Perren 1870-ci ildə Fransanın Lil şəhərində anadan olub. Paris Ali Normal Məktəbini bitirib. 1894-97-ci illərdə katot şüaları və rentgen şüaları üzərində tədqiqatına başladığı dövrdə həmin məktəbdə assistant vəzifəsində fəaliyyət göstərib. 1897-ci ildə elmlər doktoru (fr.docteur ès sciences) dərəcəsini qazanıb. Həmin il Parisin Sorbonna universitetində fiziki kimya fənni üzrə mühazirəçi vəzifəsinə təyin edilib. 1910-cu ildə bu universitetin professoru olub və II Dünya müharibəsi dövründə Almaniyanın Fransanı işğal etməsinə qədər bu vəzifəni icra edib. 1942-ci ilin 17 aprel tarixində Nyu-York şəhərində vəfat edib və 1948-ci ildə Paris şəhərində, Panteonda, dəfn edilib. == Tədqiqatları == 1895-ci ildə Perren katod şüalarının təbiətdə mənfi elektrik yüklü olduğunu göstərdi.
Jan Batist Sey
Jan Batist Sey (fr. Jean-Baptiste Say; 5 yanvar 1767[…], Lion – 14 noyabr 1832) — fransız iqtisadçısı == Həyatı == Jan Batist Sey 1767-ci ildə Lion şəhərində tacir ailəsində anadan olmuşdur. O, yaxşı kommersiya təhsili almış, iqtisadi biiklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərmiş, akademik seçilmiş, Paris Universitetinin və Fransanın digər tədris ocaqlarının siyasi iqtisad professoru olmuşdur. Sey özünü Adam Smitin etibarlı şagirdi, onun baxışlarının yalnız sistemləşdiricisi, sadələşdiricisi və geniş formada yayıcısı adlandırmasına baxmayaraq o, faktiki olaraq öz nəzəzriyyələrini yaratmışdır. Sey amillər nəzəriyyəsini Smitin "dəyərin gəlirdən ibarət olması" fikrindən yaratmışdır. Sey proteksionizmin əleyhinə olmuş və onun "bazarlar" qanunu merkantilizmin fiziokratik tənqidinin tərkib hissəsidir.
Jan Batist Tavernye
Jan Batist Tavernye (fr. Jean-Baptiste Tavernier; 1605[…], Paris – 1689[…], Moskva) — XVII əsr fransız cəvahirat taciri və səyyahı. 1630–1668-ci illər aralığında altı dəfə İran və Hindistana səfərlər edərək bu bölgələrinin tarixi, mədəniyyəti və gündəlik həyatı ilə bağlı müxtəlif faktları qələmə almışdır.
Jan Batist Simeon Şarden
Jan Batist Simeon Şarden (Jean Baptiste Siméon Chardin; 2 noyabr 1699[…], Paris – 6 dekabr 1779[…], Paris) — XVIII əsrdə yaşamış məşhur fransız rəssamıdır.
Jan Batist de Lamaz
Jan Batist de Lamaz (fr. Jean-Baptiste de la Maze) — Fransız yezuit din xadimi, İsfahanda və Şamaxıda fəaliyyətdə olmuşdur. == Həyatı == 21 fevral 1624-cü ildə Fransanın Paris şəhərində doğulmuşdur. 16 yaşında yezuit ordeninə daxil olub, 8 dekabr 1658-ci ildə dini and içmişdi. 1652-ci ildən bəri Fransada qrammatika, fəlsəfə və humanitar elmlər dərsi dedikdən sonra 1662-ci ildə Şərqə doğru katolik təriqətini yaymağa gəlmişdi. 2 il Suriyada qaldıqdan sonra, 1664-cü ildə Səfəvilər dövlətinə gəlmişdi. == Fəaliyyəti == 1664-cü ildə Klod İqnat Mersier ilə İsfahandakı Yeni Culfa məhəlləsinə gəlmişdi. 1674-cü ildə Mersierin ölümündən sonra 1676-cı ildə Yezuit missiyasınn rəhbəri təyin olunmuşdu. Onun burdakı əsas işi qriqorian erməniləri katolik məzhəbinə gətirməkdən ibarət idi. Farsca, türkcə və ermənicə bilirdi.
Oqüst Jan Batist Şevalye
Oqüst Jan Batist Şevalye (fr. Auguste Jean Baptiste Chevalier; 23 iyun 1873 – 3 iyun 1956, Paris) — Fransa botaniki. Mission Chari-Lac Tchad, 1902–1904, 1907 Sudania: Énumeration des plantes récoltées en Afrique tropicale, 1911 La forêt et les bois du Gobon, 1917 Les kolatiers et les noix de kola, 1911 (совместно с Émile Constant Perrot) Bonneuil, C. Auguste Chevalier Savant colonial La bibliothèque d’ethnobiologie (fr.) JSTOR: The Bryologist, Vol. 80, No. 3 (Autumn, 1977), pp.
Covanni Batista Tyepolo
Covanni Batista Tyepolo, (digər adı Janbatista və ya Jiambatista Tyepolo) 1696-1770-ci illər ərzində yaşayıb, fəaliyyət göstərib. Venesiyalı rəssam, qravür ustası idi. Tyepolo Venesiya freskaçılarının son “böyük usta”sı olaraq tanınırdı. == Uşaqlığı və gəncliyi (1696-1726) == Janbatista Tyepolo Venesiyada kapitan Dominiko Tyepolonun ailəsində doğulub. Bu soyad aristokrat nəslinə aid idi. Amma Dominiko aristokrat rütbəsini almaq istəmədi. Rəssam yaşadığı bölgədəki Pietro di Castello da xaç suyuna salınıb. Xaç atası Covanni Batista Dorianın adına uyğun olaraq bu adı veriblər. Tyepolonun bir yaşı olanda atası ailəsini maddi çətinliklər içində qoyaraq vəfat edir. Janbatista əvvəllər Gregorio Lazzarinin şagirdi olub.
Jan Batiste Danvil
Jan Batiste Danvil — coğrafiyaşünas və kartoqraf olmuşdur və kartoqrafiyanın inkişafına böyük töhfələr vermişdir. Ehtiyatlı, dəqiq işləri ilə səciyyələnən və original tədqiqatlar əsasında yaradılan qədim coğrafi xəritələri xüsusilə qiymətlidir. O, qitələrin hələ kəşfolunmamış ərazilərini xəritədə boş saxlayırdı və sələflərinin xəritələrindən fərqli olaraq onun xəritələri daha boş görsənirdi. == Fəaliyyəti == Onun coğrafi araşdırmalara olan istəyi hələ gənc yaşlarından özünü büruzə verirdi:12 yaşında o, Latın müəllifləri üçün xəritələr tərtib edirdi. Onun ilk tərtib etdiyi xəritə olan Qədim Yunanıstan 15 yaşı olarkən dərc edilmişdi. 22 yaşında o, Danvil kralın coğrafiyaşünaslarından biri seçildi. Danvilin araşdırmaları dünya ədəbiyyatında coğrafi təbiətin onun haqqında məlumat toplaya biləcəyi hər bir xüsusiyyətini əhatə edirdi. O, sadəcə qədim və müasir tarixçiləri, səyyahları və yazıçıların deyil, həmçinin şair, natiq və filosofların da əsərlərini ətraflı olaraq tədqiq edirdi. Danvil köhnə xəritələrdən məzmununu köçürmək ənənəsinə son qoyaraq coğrafiyaya yeni bir istiqamət gətirdi. O, xəritələrdə olan yerlərin ümumi qəbul olunmuş mövqelərini ciddi tədqiqatlardan keçirdi və dəqiq olmayan adları kateqoriyalardan çıxardı.
Norkis Batista
Norkis Batista (ing. Norkys Batista ) — məşhur Venesuela aktrisası və modeli . Atası Luis Batista, anası Miqdalis Villaroel Batista. Norkis Batista 30 avqust 1977-ci ildə Venesuelanın paytaxtı Karakas şəhərində anadan olmuşdur . 2001: Juana la virgen 2002: Mi gorda bella 2004: Estrambotica Anastasia / Dəlisov Anastasiya 2005: Amor a Palos 2008: La trepadora 2009: Esto es lo que hay 2010: Que el cielo me explique 2011: Flor Salvaje 2006: Miranda 2007: 13 segundos 2008: El Sr.
Qabriel Batistuta
Qabriel Batistuta (1 fevral 1969[…]) – Argentinalı keçmiş futbolçu. FIFA tərəfindən yaşayan ən yaxşı 125 futbolçu arasına seçilmişdir. İtaliya A Seriyasında 1991–2003 illəri arasında oynadığı 318 matçda vurduğu 184 qol ilə liqanın qurulduğu tarixdən bu yana ən çox qol vuran səkkizinci futbolçu ünvanına malikdir. Argentina Milli Futbol Komandasında vurduğu 56 qol ilə Argentina Milli Komandasında ən çox qol vuran ikinci futbolçusudur. 1994, 1998, 2002-ci il Dünya çempionatlarının iştirakçısı. Bir çox məşhur futbol klublarında, o cümlədən İtalyanın "Fiorentina", "Roma", İnter Milan kimi komandalarının şərəfini qorumuşdur. Qabriel Ömər Batistuta, Peşəkar futbol həyatına 1988-ci ildə ölkəsində Newell's Old Boys komandasında başlayan Batigol, 1989/1990 mövsümündə River Plate, 1990/1991 mövsümündə isə Boca Juniorsda oynayıb. 1991-ci ildə ACF Fiorentina klubuna keçən Batistuta, 1993-də Fiorentinanın Serie B'yə düşməsinə baxmayaraq komandasından ayrılmadı. Komandasının Serie A'ya geri yüksəlişində böyük rol oynayaraq daha böyük tərəfdar kütləsinin sevgisini qazandı. 2000-ə qədər ACF Fiorentinada oynayan Batistuta artıq ACF Fiorentinanın simvol futbolçularından biriydi.
Qabriel Ömər Batistuta
Qabriel Batistuta (1 fevral 1969[…]) – Argentinalı keçmiş futbolçu. FIFA tərəfindən yaşayan ən yaxşı 125 futbolçu arasına seçilmişdir. İtaliya A Seriyasında 1991–2003 illəri arasında oynadığı 318 matçda vurduğu 184 qol ilə liqanın qurulduğu tarixdən bu yana ən çox qol vuran səkkizinci futbolçu ünvanına malikdir. Argentina Milli Futbol Komandasında vurduğu 56 qol ilə Argentina Milli Komandasında ən çox qol vuran ikinci futbolçusudur. 1994, 1998, 2002-ci il Dünya çempionatlarının iştirakçısı. Bir çox məşhur futbol klublarında, o cümlədən İtalyanın "Fiorentina", "Roma", İnter Milan kimi komandalarının şərəfini qorumuşdur. Qabriel Ömər Batistuta, Peşəkar futbol həyatına 1988-ci ildə ölkəsində Newell's Old Boys komandasında başlayan Batigol, 1989/1990 mövsümündə River Plate, 1990/1991 mövsümündə isə Boca Juniorsda oynayıb. 1991-ci ildə ACF Fiorentina klubuna keçən Batistuta, 1993-də Fiorentinanın Serie B'yə düşməsinə baxmayaraq komandasından ayrılmadı. Komandasının Serie A'ya geri yüksəlişində böyük rol oynayaraq daha böyük tərəfdar kütləsinin sevgisini qazandı. 2000-ə qədər ACF Fiorentinada oynayan Batistuta artıq ACF Fiorentinanın simvol futbolçularından biriydi.

Значение слова в других словарях