BAXIŞ
BAXIŞ
OBASTAN VİKİ
Baxış Bayramov
Baxış Xəlil oğlu Bayramov (1 iyun 1944, Marneuli rayonu) — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru, professor. Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, A.F.İoffe adına Fizika‑Texnika İnstitutunun baş elmi əməkdaşı. == Həyatı == Baxış Bayramov 1944-cü il iyunun 1-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. B.Bayramov 7-ci sinfi bitirdikdən sonra Tbilisi Maşınqayırma Texnikumuna qəbul olunub. Təhsildə fərqləndiyinə görə 1961-ci ildə hələ texnikumu bitirməmiş “metalların kəsilmə ilə emalı” ixtisası üzrə texnik-texnoloq ixtisası alaraq Tbilisi aviasiya zavoduna texnik-konstruktor qismində işləməyə göndərilib. 1969-cu ildə Leninqrad Politexnik İnstitutunun radioelektronika fakültəsini bitirən B.Bayramov A.F.İoffe adına Fizika-Texnika İnstitutunun (FTİ) aspiranturasına qəbul edilib. Onun elmi rəhbəri akademik B.P.Zaxarçenya olub. == Elmi fəaliyyəti == Lazer şüalanmasının qeyri-xətti yayılmasının tədqiqi və seriyalı spektrometrlərin təkmilləşdirilməsi üzrə ilk işləri ilə o, digər görkəmli alim, FTİ-nin direktoru, akademik V.M.Tuçkeviçin diqqətini cəlb edib. 1972-ci ildə yarımkeçiricilərin fizikası üzrə Beynəlxalq konfransa (Ştutqart, AFR) təqdim etdiyi tezislərə görə B.Bayramov proqram komitəsindən məruzə ilə çıxış etmək təklifini alır. Belə təklif sovet aliminə ilk dəfə edilirdi.
Baxış Mehdiyev
Baxış Mehdiyev (5 may 1919, Şamlıq, Borçalı qəzası – 3 mart 1993, Bakı) — Sovet Ordusunun Polkovnik-Leytenantı, Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı, QULAQ əsiri, Sovet düşərgələrində müqavimətin əfsanəvi rəhbəri, azad edildikdən sonra Azərbaycan SSR DİN sistemində xidmət etmişdir. Polis polkovnikidir. == Həyatı == Ermənistanın Şamluq ərazisinin Yunan-Azərbaycan kəndində, Mehdi və Zeynəb Mehdiyevlərin ailəsində anadan olub. Atası Şamluq mis mədənində mədənçi olub. İbtidai yunan məktəbini bitirmişdir (kənddə bir çox yunanlar var idi). 13 yaşında Tbilisidə məktəbə daxil olaraq, orada rus dilində oxuyub, oradan da Bakıda pedaqoji texnikuma keçirilmişdi. Texnikumu 1937-ci ildə bitirmiş, bölgü üzrə Şəkiyə müəllim göndərilərək, axşam məktəbinin direktoru və riyaziyyat müəllimi sahəsində işləmişdir. Daha sonra İrəvan Rus Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. === Böyük Vətən Müharibəsində iştirak === İrəvan şəhərinin Spandaryan Hərbi Komissarlığından avqustun 5-i 1941-ci ildə qırmızı orduya çağırıldı. 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür.
Baxış Quliyev
Baxış Hüseyn oğlu Quliyev (22 iyun 1959, Quzanlı, Ağdam rayonu – Bakı) — şəhid. === Həyatı === Baxış Hüseyn oğlu Quliyev 1959-cu il iyunun 22-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub.1976-ci ildə Quzanlı kənd orta məktəbini bitirəndən sonra kolxozda işləyib.1978-ci ildə sovet ordusuna çağrılan Baxış ikiillik hərbi xidmətini Moskva şəhərində başa vurub.Əsgərlikdən sonra kolxozda çalışıb. 1982-ci ildə Qazaxıstana köçən Baxış burada bir müddət kənd təsərrüfatında işlədikdən sonra Altay ölkəsinə gedir, orada fabrikdə işə düzəlir.İşləyə-işləyə politexnik institutuna daxil olur,bir müddət burada oxuduqdan sonra Ümumittifaq yüngül sənaye və toxuculuq institutuna dəyişilir.Təhsilini bitirib yenidən doğulduğu kəndə qayıdır.1990-cı ildən Ağdam dəzgahqayırma zavodunda mühəndis kimi işə başlayır.Xocalı soyqırımından az sonra ,1992-ci ilin martında könüllü olaraq milli orduya yazılır.Şirin Mirzəyevin rəhbərlik etdiyi bataliyonda döyüşə başlayır və tezliklə batareya komandiri vəzifəsinə təyin olunur.Rütbəsi baş leytinant idi.Baxışın döyüş yolu Ağdam və Ağdərə bölgələrinin Yeni Qaralar, Canyataq, Gülyataq, Fərrux, Sırxavənd və başqa kəndlərindən keçir,ta Vəngə qədər gedib çıxır.Döyüşlərdən birində Baxışın başçılıq etdiyi batareya çətin vəziyyətə düşür,güllə və sursat tamamilə tükənmək üzrə idi.Belə ağır şəraitdə, yəqin ki, onların köməksizliyindən xəbərdar olan bir düşmən vertaliyotu batareyanın yerləşdiyi əraziyə sarı yön alır.Sayıqlığını itirməyən komandirin çevikliyi və cəldliyi sayəsində əsgərlərimiz həmin vertaliyotu vurub salırlar. İyulun sonlarında batalyonun bir qrup əsgəri ilə birgə Sırxavənddə mühasirəyə düşən Baxış bədəninin dörd yerindən qəlpə yarası alır. Ancaq yaralandığını ailəsinə bildirmir. Ağdamın Qaradağlı kəndindəki hərbi qospitalda bir neçə gün müalicə olunandan sonra döyüşə qayıdır. Ancaq tezliklə vəziyyəti yenidən pisləşdiyindən avqustun 13-də Bakıya qospitala götürülür. Bir ay burada qalsada müalicənin xeyri olmur, sentyabrın 13-də qospitalda vəfat edir. Quzanlı qəbirsanlığında dəfn olunub. Baxış 1987-ci ildə ailə qurmuşdu.
Baxış Rəhimli
Baxış İlqar oğlu Rəhimli (19 fevral 1996, Bala Qacar, Bərdə rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baxış Rəhimli 19 fevral 1996-cı ildə Bərdə rayonunun Bala Qacar kəndində anadan olmuşdur. 2002-ci ildə Bərdə rayon H.Xəliloğlu adına Qullar kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildən təhsilini Bərdə rayon Akademik Z. Əliyeva adına məktəb-liseydə davam etdirmişdir. 2013-cü ildə həmin məktəbin məzunu olan Baxış 2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olmuş, 2019-cu ildə "İktisadi və İdari Bilimler" fakültəsindən həmin universitetin məzunu olmuşdur. == Hərbi xidməti == 2019-cu ildə ali təhsilini bitirən Baxış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Baxış Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baxış Rəhimli noyabrın 9-da, saat 17:00 radələrində Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Baxış Rəhimli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Baxış Əsədov
Baxış Sahib oğlu Əsədov (30 iyun 1999; Yüzbaşılı, Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Baxış Əsədov 30 iyun 1999-cu ildə Ağdam rayonunun Yüzbaşılı kəndində Sahib Əsədovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Ağdam rayon Yüzbaşılı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Baxış Əsədov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Baxış Əsədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Eldar Baxış
Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). == Həyatı == Eldar Baxış 22 iyun 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı obasında, kəndli ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə Onbirillik məktəbi bitirib 1965-1969-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Eldar Baxış Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. O, 1972-1988-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor vəzifəsində çalışmışdır. 1988-1990-ci illərdə isə televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifəsini icra etmişdir."Səs" və "Nəfəs" qəzetlərini yaratmış və "Səs" qəzetinin baş redaktoru olmuşdur. Eldar Baxış 1992-1993-cü illərdə yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur. == Ailəsi == Rejissor və aktyor Tural Ağayevin atasıdır. == Yaradıcılığı == Eldar Baxışın "Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur.
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. == Həyatı == Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Baxış bəy Rüstəmbəyov
Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1870, Salyan, Cavad qəzası – 1942, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi (1918). == Həyatı == Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Texniki Məktəbinə daxil olmuşdur. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunmuşdur. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olmuşdur. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910-1917-ci illərdə neft mədənlərində işləmişdir. === Sovet dövrü === Aprel işğalından sonra yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, balıqçılıq institutundan və texinkumunda, xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda müəllim olaraq dərs demişdir.1929-cu ildə həbs olunmuşdur. 1942-ci ildə azad olunmuşdur. Bakıya dönərkən yolda ölmüşdür.
Baxış bəy Səbur
Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — şair. == Həyatı == Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur". Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Əsəd bəy Vəzirin oğludur.Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır: "Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Bəhram bəy Fədainin kiçik qardaşı, Asinin bacısı oğlu və Zakirin nəvəsidir.
Hacı Baxış məscidi
Hacı Baxşı məscidi və ya Şah Abbas məscidi — Bakının Nardaran qəsəbəsində yerləşən XVII əsrə aid tarixi məsciddir. == Tarixi == Daş üzərində yonulmuş və binanın fasadına yerləşdirilmiş kitabədə məscidin inşa tarixi və inşaatçıların adı göstərilmişdir. İki sətirlik kitabə bəzi fars söz və formaları istifadə edilməklə ərəb dilində yazılmışdır: Kitabəyə əsasən abidə miladi təqvimlə 1662-1663-cü illərdə ustad rütbəsinə malik memar Murad Əli tərəfindən inşa edilmişdir. Kitabədə inşaat işlərinə rəbərlik edən – sərkar vəzifəli şəxsin adının da qeyd edilməsi diqqət çəkən məqamdır. Sərkar termini Azərbaycan ərazisində bir neçə başqa kitabələrdə də qeyd olunsa da, Hacı Baxşı məscidinin kitabəsinin tədqiq olunmasına kimi başqa mütəxəssis rütbələri ilə bir yerdə işlədilməmişdi. Məhz Hacı Baxşı məscidinin kitabəsi “sərkar” terminin mənasını müəyyənləşdirməyə imkan vermişdir: sərkarlar tikinti işlərinə ümumi başçılıq edərək maddi təminatın hazırlanması və təşkilatçılıq funksiyasını həyata keçirirdilər. == Memarlıq xüsusiyyətləri == Mənbə Hacı Baxşı məscidi Abşeronun dini tikililəri arasında xaraketrik memarlıq xüsusiyyətləri ilə diqqət cəlb edir. Planda məscid iki əsas hissədən ibarətdir: mərkəzində dörd sütun olan kvadrat formalı ibadət zalı və ona birləşən giriş poratl nişi. Planda xüsusi qeyd edilmiş mərkəzi kvadrat, həcm baxımından həm də günbəz örtüyü ilə vurğulanmışdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir.
Mirzə Baxış Nadim
Mirzə Baxış Nadim (1785, Nəvai, Cavad qəzası – 1880, Nəvai, Cavad qəzası) — Azərbaycan şairi. == Həyatı == AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata təqdim etmişlər. Bu əsərləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olur ki, Mirzə Baxış Nadim satirik şair omaqla yanaşı bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur. Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin əsərlərinin bəzi əlyazmaları indiyə qədər əhalidə qalmışdır, onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. == Həyatı == Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. == Fəaliyyəti == == TV layihələri == == Mükafatları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Öldürməyə baxış
Öldürməyə baxış (ing. A View to a Kill) – 1985-ci ildə istehsal olunmuş bədii filmdir. == İstinadlar == == Xarici keçidlər == Öldürməyə baxış — Internet Movie Database saytında.
Məlik-Baxış Babayev
Məlik-Baxış Babayev (3 yanvar 1936, Bakı – 11 fevral 2013, Bakı) — Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika — riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məlik-Baxış Əli İkram oğlu Babayev 3 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Məlik-Baxış Əli İkram oğlu Babayev 1954–1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960–1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B.Babayevin əsərlərinə istinad etmişdir.
Öldürməyə baxış (film, 1985)
Öldürməyə baxış (ing. A View to a Kill) – 1985-ci ildə istehsal olunmuş bədii filmdir. == İstinadlar == == Xarici keçidlər == Öldürməyə baxış — Internet Movie Database saytında.
İki min yarda baxış
İki min yarda baxış və ya boşluğa baxış, uzaq baxış - döyüşdə psixiki travma alan əsgərlərdə tez -tez rast gəlinən fokuslanmamış baxışdır. Digər psixoloji travma hallarında da müşahidə edilə bilər. Posttravmatik stress pozğunluğunun əlamətidir. Boşluğa baxış travmatik vəziyyətdən uzaqlaşıldığını göstərir. == Mənşəyi == Amerika Birləşmiş Ştatlarında, döyüş travması almış əsgərinin uzaq baxışı danışıq ifadəsində "iki min yarda baxış" (ing. two-thousand-yard stare) olaraq adlandırılır. İfadə Life jurnalında məşhur amerikan rəssamı, hərbi müxbir və tarixçi Tomas Linin " Dənizçilər bunu ikimin yarada baxış adlandırır" rəsm əsərinin nəşrindən sonra ortaya çıxmışdır, amma rəsm 1945-ci ildə jurnal məqaləsində bu adla qeyd olunmamışdı. 1944-cü ildə Peleliu döyüşündə adı açıqlanmayan bir dənizçinin portreti olan bu şəkil hazırda Fort Lesley J. McNair, Vaşinqton, Kolumbiya bölgəsindəki ABŞ Ordusu Hərbi Tarix Mərkəzində saxlanılır.
Allahverdi Baxışlı
Allahverdi Əbülfəz oğlu Baxışlı (18 fevral 1991, Hacıqabul rayonu – 27 sentyabr 2014, Beyləqan rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Allahverdi Baxışlı 1991-ci il fevralın 18-i Hacıqabul rayonunda anadan olub. 2014-cü il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş postunda leytenant Allahverdi Baxışlı şəhid olmuşdur. Baxışlılar ailəsi iki şəhid verib. Allahverdinin atası Əbülfəz Baxışlı 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Hacıqabul rayonunda evinin yerləşdiyi küçə hazırda Əbülfəz Baxışovun adını daşıyır.
Arəstə Baxışova
Arəstə Kərim qızı Baxışova (4 may 1989; Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. == Hərbi xidməti == Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub.
Baxışlı
Baxışlı (Xızı) – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. ‎Baxışlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Baxışlı (Germi)
Baxışlı (fars. باغشلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (40 ailə).
Baxışlı (Xızı)
Baxışlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Baxışlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Baxışlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd müxtəlif illərdə Baxşalı (1933), Baxşılı (1961) variantlarında da qeydə alınmışdır. Baxışlı toponimi etnotoponimdir. Kəndin əvvəlki adı Baxışlı qazmaları olmuşdur. XIX əsrin əvvəllərində Ataçay sahilindəki Zarat kəndinə məxsus qışlaqda həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Deyilənlərə görə, kəndin əsasını baxışlı nəsli qoymuşdur. == Tarixi == Bu kənd ötən əsr ərzındə 3 dəfə yerinin dəyişməsinə məruz qalmışdır. İlk olaraq Baxşılı Tıxlıdan Beşbarmaq (Baş Bərmək) istiqamətində gedən yolun üstündə səfalı bır yerdə yerləşmiş, ətrafinda Zərgərli, Findığan (köhnə, bu kəndin də yeri dəyişmişdir) Gücöyrə kəndlərı olmuşdur. Zəlzələdən sonra baş vermiş sürüşmədən sonra əhali kəndin indiki yeri ilə üzbəüz, Ataçayın o biri sahilində məskunlaşmışdır.
Baxışlıkəndi (Pərsabad)
Baxışlıkəndi (fars. باغشلوكندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 225 nəfər yaşayır (45 ailə).
Baxışına vuruldum (film, 2002)
Baxışına vuruldum (Rom: Akhiyon Se Goli Maare) — Qovinda, Raveena Tandon, Kader Xan, Şakti Kapur, Asrani və Conni Leverin rol aldığı 2002-ci ildə Harmesh Malhotranın rejissorluğu ilə çəkilmiş hindi dilli komediya filmidir. Film 2 avqust 2002-ci ildə nümayiş olunmuşdur. Filmin adı 1998-ci ildə çəkilmiş Dulhe Raja filminin eyni adlı mahnısından götürülmüşdür. == Süjet xətti == Akelinder və ya Bhangari Dadanın Çor bazarında qanunsuz işlətdiyi dükanı mövcuddur və o, həyat yoldaşı və yeganə qızı Kiranla bərabər yaşayır. Bhangari qızını qanqsterə ərə vermək istəyir, ona görə də belə bir bəy axtarışına başlayır. O, Şakti Dadanı tapır və onun Kiranla evlənməsini istəyir, lakin Kiran artıq cinayətlə heç bir əlaqəsi olmayan varlı iş adamı olan Racı sevir. Lakin atasını razı salmaq üçün o, Racı hələlik qanqster kimi görünməyə razı salır. Bunun üçün onlar Subramaniam adlı məşqçi axtarıb tapırlar və o, Raca qanqster kimi fəaliyyət göstərməyi öyrədir. Nəhayət, Rac özünü qanqster kimi göstərməyə müvəffəq olur, lakin Bhangarinin atasının qəfildən meydana çıxması ilə işlər dəyişir və o Kiranın qanqsterlə evlənməsini istəmir. Rac öz imicini təmizləyə biləcəkmi?
Birinci baxışdan məhəbbət
Birinci baxışdan məhəbbət — Qərb ədəbiyyatında bir insanın, personajın və ya yazıçının özünün əvvəllər görmədiyi bir yad insana ilk baxışdan hiss etdiyi romantik hisslərini ifadə edən bir kəlmədir. Şair və tənqidçilər tərəfindən müntəzəm olaraq vurğulanan bu mövzu, Qərb ədəbiyyatının imtina edilməz elementlərindən biri halına gəlmişdir.
Cahangir Baxışov
Cahangir Əmrah oğlu Baxışov (1 aprel 2001, Nardaran, Qobustan rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahangir Baxışov 1 aprel 2001-ci ildə Qobustan rayonunun Nardaran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Cahangir Baxışov 2 aprel 2019-cu il – 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il oktyabrın 9-da həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hakim Baxışov
Hakim Səyyar oğlu Baxışov (13 dekabr 2000; Topbağ, Qəbələ rayonu, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hakim Baxışov 13 dekabr 2000-ci ildə Qəbələ rayonunun Topbağ kəndində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayon Yenikənd kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Hakim Baxışov 2019-cu ilin yanvarından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Hakim Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hakim Baxışov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Hakim Baxışov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehman Baxışov
Mehman Baxışov (futbolçu)
Mehman Baxışov (futbolçu)
Mehman Nüsrət oğlu Baxışov (15 noyabr 1969, Mingəçevir) — Azərbaycanlı məşqçi, futbolçu. == Həyatı == Mehman Baxışov 15 noyabr 1969-cu ildə Mingəçevirdə anadan olub. == Karyera == Futbolçu karyerası: Avtomobilçi Mingəçevir, Kür-Nur Mingəçevir, Viləş Masallı, Kəpəz Gəncə. Azərbaycan çempionatlarında və kubok yarışlarında 71 qol vurub.
Mehman Baxışov (general)
Baxışov Mehman Abbas oğlu (28 iyul 1959, Altıağac, Xızı rayonu) — Müdafiə Sənayesi nazirinin müavini General-mayor (2013). == Həyatı == Mehman Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olmuşdur. 1966-cı ildə Abşeron rayonu Altı-Ağac orta kənd məktəbinin rus sektorunun 1-ci sinfinə getmişdir, 1974-cü ilə qədər həmin məktəbdə təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər təhsilini C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir, 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi hərbi mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. == Hərbi xidmət keçmə haqqında məlumat == 1974-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-cı ildə həmin liseyi bitirmişdir. 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirmişdir. 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət etmişdir. 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət etmişdir. 1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının "SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr" ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirmişdir. 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət etmişdir. 1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş, çətin döyüş tapşırıqlarını yerinə yetirmişdir.
Məhkəmə baxışı
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. == Ümumi prinsipləri == Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.

Digər lüğətlərdə

без просыпа втечь запрода́жный медли́тельность ме́точный просвети́ться румб скуча́юще устана́вливаться ало́йный га́ркать залогодержа́тельница ил латыши́ оа́зисный окопа́ться свяще́нство соловей тикать preconceptual study skiwear spinosity usual икаться прюнель