BAĞ-BƏRƏ

сущ. багъ-бахча (кӀвалин патав).
BAĞ-BAĞÇA
BAĞA¹
OBASTAN VİKİ
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Bağ
Bağ (anatomiya)
Bağ (Sərdəşt)
Bağ (fars. ‎‎باغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (52 ailə).
Bağ Bahadıran
Bağ Bahadıran—İranın İsfahan ostanının Lencan şəhristanının Bağ Bahadıran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,808 nəfər və 2,432 ailədən ibarət idi.
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,844 nəfər və 4,025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Bağ mixəkgülü
Bağ parabüzəni
Bağ parabüzəni (lat. Pullus subvillosus Goeze.) – formasına görə adi parabüzənlərdən fərqlənməyən parabüzən növü. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. == Biologiyası == Formasına görə adi parabüzənlərdən fərqlənmir. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. Qanadüstlüyünün başa yaxın hissədən başlayan enli haşiyə yarıdan sonra kəskin nazikləşir və sonra "nida" işarəsinə bənzər forma demək olar ki, qanadların üstü ilə simmetrik olaraq bədənin sonuna qədər uzanır, kiçikdirlər, 2 mm-dir. Hər topada 3–7 yumurta qoyurlar. Sürfələri çox acgözdür və cəlddir. Təbii düşmənləri çox olduqda gizlənirlər. Bunlarda qida çatışmayanda hannibalizmi müşahidə olunur.
Bağ qərənfili
Bağ qərənfili (lat. Dianthus caryophyllus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Aralıq dənizi ətrafıdır. == Botaniki təsviri == Hündürlüyü 80 sm-ə qədər olan çoxillik ot bitkisidir. Yarpaqları uzunluğu 15 sm-ə qədər olub, sadə və kənarları tamdır. İyun-oktyabr aylarında çiçəkləyir. == Ekologiyası == Münbit və rütubətli torpağı sevir. Geniş şəkildə becərilir.
Bağ sarıbənövşəsi
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Bağ səhləbi
Bağ səhləbi (lat. Anacamptis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Piramidvari bağ səhləbi (Anacamptis pyramidalis (L.) Rich.) Anacamptis pyramidalis sanguinea Anacamptis pyramidalis tanayensis Anacamptis pyramidalis urvilleana Anacamptis pyramidalis alba Anacamptis × albuferensis (Anacamptis fragrans × A. robusta) Anacamptis × bornemanniae (Anacamptis longicornu × A. papilionacea) Anacamptis boryi Anacamptis caspia Anacamptis champagneuxii Anacamptis collina Anacamptis coriophora Anacamptis coriophora ssp. coriophora Anacamptis coriophora ssp. fragrans Anacamptis × duquesnei (Anacamptis palustris × A. pyramidalis) Anacamptis × feinbruniae (Anacamptis caspia × A. israelitica) Anacamptis fragrans (Pollini) R.M.Bateman Anacamptis × gennarii (Anacamptis morio × A. papilinocea) Anacamptis israelitica Anacamptis × klingei (Anacamptis laxiflora × A. pyramidalis) Anacamptis × laniccae (Anacamptis morio × A. pyramidalis) Anacamptis laxiflora (Lam.) R.M. Bateman, Pridgeon & M.W.Chase Anacamptis × lesbiensis (Anacamptis pyramidalis × A. sancta) Anacamptis × simarrensis (Anacamptis fragrans × A. pyramidalis) Anacamptis longicornu Anacamptis morio Anacamptis palustris Anacamptis palustris ssp. elegans Anacamptis palustris ssp. palustris Anacamptis palustris ssp. robusta Anacamptis papilionacea Anacamptis papilionacea var. cyrenaica Anacamptis papilionacea var.
Bağ vələmirquşu
Bağ vələmirquşu (lat. Emberiza hortulana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından sarımtıl boğazı ilə seçilir. Başı və döşü açıq bozdur. Qanadları və quyruğu qonur, quyruğunun yanlarında ağ zolaqlar vardır. Qalan lələklənməsi oxra-qəhvəyimtildir. Dimdiyi qırmızımtıldır. Dişilər və cavanlar erkəkdən bellərindən və çinədanlarındakı uzununa qonur alalarla yaxşı seçilir. Yuvalama dövründə cüt-cüt, sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Bağ çiyələyi
Bağ çiyələyi (lat. Fragaria × ananassa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Bağ sarılıqotu
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Azərbaycanda bağ
Azərbaycanda bağ — Azərbaycanda bağların tarixən inkişafından, tərtibatı və elementlərindən və Azərbaycan mədəniyyətində rolundan bəhs edir. == Tarixi == === Orta əsrlər === 1647-ci ildə Gəncədə olmuş Övliya Çələbi burada bir çox bağların olduğunu və şəhərin tut bağları ilə əhatələndiyini qeyd edir. XVIII əsrin əvvəllərində Gəncənin bağ ərazisi genişləyirdi. Şəhəri 1681-ci ildə ziyarət edən fransız din xadimi Aurelius Filip burada axar suları (süni suvarma kanallarını) təsvir edir. Gəncənin dövrün digər Azərbaycan şəhərləri ilə müqayisəsi göstərir ki, çoxsaylı yaşıllıq sahələrinin və şəhər bağlarının yerləşdirilməsi təbii landşaftın məntiqi əksi kimi xarakterizə olunur və bağların və parkların təşkili yaxşı düşünülmüş plana əsaslanır. Bu, həm də böyük memarlıq və landşaft komplekslərinin məkan təşkilinə, həm şəhərin özündə, həm də onun ətrafında yaşıllıqların bolluğuna aiddir.XVII əsrdən sonra siyasi vəziyyətin düzəlməsi Ordubad bağ-park incəsənətinin inkişafına səbəb olmuşdur. Bağçılıq əvvəllər olduğu kimi Ordubad əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı. Şəhərin genişlənməsi Ordubadçayın sol sahilində geniş yaşıllıqların inkişafına səbəb olmuş, Ordubad "bağ-şəhər"ə çevrilmişdi. Ordubadın daxil olduğu Naxçıvan xanlığının sakinləri şəhəri "yer üzərindəki cənnət" adlandırırdılar. Digər şəhərlər ilə müqayisədə Ordubad bağ-park sistemi daha yaxşı inkişaf etmişdi.
Bağ (anatomiya)
Bağ — sümükləri digər sümüklərlə birləşdirən lifli birləşdirici toxuma. O, həmçinin articular bağ və ya lifli bağ kimi tanınır. Bədəndəki digər bağlara aşağıdakılar daxildir: Abdominal bağ: peritonun və ya digər membranların bir qatı. Dölün qalıq bağı: dölün boru quruluşunun qalıqları. Periodontal bağ: dişi ətrafdakı alveol sümüyə bağlayan bağlar qrupu.Bağlar vətər və fasyaya bənzəyir, çünki hamısı birləşdirici toxumadan ibarətdir. Aralarındakı fərqlər qurduqları əlaqələr: bağlar bir sümüyü digər sümüyə bağlayır vətərlər əzələləri sümüyə bağlayır fasyalar əzələləri digər əzələlərə bağlayır.Bunların hamısı insan bədəninin skelet sistemində olur. Bağlar adətən təbii yolla bərpa oluna bilməz. Lakin yetkinlərdə periodontal bağa bitişik, periodontal bağın bərpasında iştirak edən periodontal bağ kök hüceyrələridir. Bağları öyrənən elm desmologiya adlanır. == Artikulyar bağlar == Bağ ən çox sıx, səliqəsiz birləşdirici toxuma örtükləri ilə qorunan kollagen liflərindən ibarət sıx, müntəzəm birləşdirici toxuma dəstələrinə aiddir.
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Köhnə Bərə (1984)
== Məzmun == Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açır. Burada eyni zamanda respublikamızda üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən danışılır. == Film haqqında == Film Sabir Azərinin "Duman çəkilir" pyesi əsasında ekranlaşdırılmışdır.Filmə ümumittifaq ekranlarında 6 milyon tamaşaçı baxmışdır.
Bakı-Aktau bərə yolu
Bakı-Aktau bərə yolu — Xəzər dənizinin Bakı və Aktau portları arasında dəniz yolu. 1970-ci illərdə neft daşımaları ilə fəaliyyətə başlamışdır. Bu yol ilə ildə 6–6,5 mln. ton neft Qazaxıstandan Bakıya daşınırdı. Uzunluğu 470 km-dir. 2001-ci ilin sentyabrında yenidən bərpa olunmuş dəmir yolu variantı Bakı–Aaktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. yüklər, həmçinin sərnişin daşımaları yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Yük-sərnişin bərələrinə 28 dəmir yolu vaqonu və ya sisterni, uzunluğu 20 m-ə -dək olan avtoqatarlar və s. yükləmək mümkündür.
Bakı-Türkmənbaşı-Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Bakı–Aktau bərə yolu
Bakı-Aktau bərə yolu — Xəzər dənizinin Bakı və Aktau portları arasında dəniz yolu. 1970-ci illərdə neft daşımaları ilə fəaliyyətə başlamışdır. Bu yol ilə ildə 6–6,5 mln. ton neft Qazaxıstandan Bakıya daşınırdı. Uzunluğu 470 km-dir. 2001-ci ilin sentyabrında yenidən bərpa olunmuş dəmir yolu variantı Bakı–Aaktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. yüklər, həmçinin sərnişin daşımaları yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Yük-sərnişin bərələrinə 28 dəmir yolu vaqonu və ya sisterni, uzunluğu 20 m-ə -dək olan avtoqatarlar və s. yükləmək mümkündür.
Bakı–Türkmənbaşı–Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Köhnə bərə (film, 1984)
== Məzmun == Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açır. Burada eyni zamanda respublikamızda üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən danışılır. == Film haqqında == Film Sabir Azərinin "Duman çəkilir" pyesi əsasında ekranlaşdırılmışdır.Filmə ümumittifaq ekranlarında 6 milyon tamaşaçı baxmışdır.
Aşağı Bağ (Sayınqala)
Aşağı Bağ (fars. باغ سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (59 ailə).
Bağ-behişt xalçaları
Bağ-behişt xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).

Digər lüğətlərdə

в слу́чае е́сли ве́чер разнове́рие столи́чный таре́лочный белоли́цый вида́ться дезинфе́ктор жо́па непоправи́мый пискля́во про́тив раскритико́вываться фономашини́стка boneset disk tiller dolly-shop mump sparklet war-plane запускать магний подъездной проверять пропасть