BAĞANAQ

Qıçların hövsələ sümüyünə (burada hövsələ sözü “çanaq, içi oyuq” mənasını verir), yəni çanaqlığa birləşdiyi yerə bağanaq deyirik (çanaq sümüyü çanağa oxşar olduğu üçün belə adlanıb). Bəzi mənbələrdə (və bir sıra müasir türk dillərində) bağanaq əvəzinə, bağçanaq (bağançanaq) verilib. Deməli, buradakı –anaq şəkilçisi döyənək, dəyənək, boğanaq sözlərindəkinin eyni deyil (alimlər yazırlar ki, tozanaq sözü toz feilindən düzəlib, amma bizdə toz feili yoxdur, toz-a-maqtoz-u-maq feilləri var), çanaq kəlməsinin təhrifi nəticəsində yaranmış formadır. M.Kaşğarinin “Divan”ında bağayaq sözü də verilib, heyvanın dırnaqları arasındakı yarığa deyiblər. Güman etmək olar ki, bağanaq kəlməsi elə həmin bağayaq sözünün dəyişmiş formasıdır. Buna yaxın olan badaq sözü də var, “скоба” (“qurbağa” da deyirlər) mənasında işlədilir. Söz belə yaranıb: ba feili üzərinə şəkilçisi artırmaqla isim yaradılıb, onun üzərinə -laq şəkilçisi artırılıb və bağlaq ismi əmələ gəlib. Sonra həmin söz bağdaq (müqayisə et: al-la-tal-da-t) formasını kəsb edib. Deməli, tarixən şəkilçi –daq deyil, -laq olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BAĞACIQ
BAĞAYAQ

Значение слова в других словарях

мангани́товый надклёвывать неосмотри́тельный плыву́нный три́зна ба́зовый веретённый игру́нья испари́ть не ровен час непритяза́тельный помо́рский спира́ль фантазёрство филантро́пия фьорд хухор Eris manifoldness nonplus read up southerner wether-head марсельеза фокусничанье