BAĞLAMA
(Tovuz)
qapı və ya pəncərəni arxa tərəfdən bağlamaq üçün taxta parçası
II
(Kürdəmir)
1. balqabaqdan hazırlanan xörək adı. – Ci:m bağlama bişirmişdi
2. qozdan hazırlanan xörək adı
III
(Culfa)
yastıq. – Milax kəndində yasdığa de:llər bağlama
IV
(Qazax, Şəmkir)
qıfılbənd. – Saηa bir bağlama də:rəm, açammazsaη (Qazax)
V
(Hamamlı, Kürdəmir, Qazax, Şəmkir)
içərisində yarıya qədər taxıl olan bağlı çuval. – Bir bağlama dünən ü:tdüm (Şəmkir); – Bir bağlama buğdam var, onu at haravıya (Qazax)