bağçadagüllər 2021
bağçalıq
OBASTAN VİKİ
Bağçalı
Bağçalı (Ağbaba)
Bağçalı (Ağbaba)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Bağçalı (Quba)
Bağçalı, Bağçaəli – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub. == Toponimikası == Bağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir.
Dövlət Bağçalı
Dövlət Baxçalı və ya Dövlət Bağçalı (türk. Devlet Bahçeli; 1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri. == Həyatı == 1 yanvar 1948-ci ildə anadan olub. 1997-ci ildə Milliyyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. 1999-cu il seçkilərində qalib gələrək Demokratik Sol Partiya və Ana Vətən Partiyası ilə koalisiya hökumət yaratmışdır. Baş nazirin müavini olmuşdur. 2007-ci ildə keçirilən seçkilərdə yenidən millət vəkili seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Devlet Bahçeli. Ülkü ve Şuur". Milliyətçi Hərəkat Partiyası.
Bağçalı (Amasiya)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Bağçalıevlər
Bağçalıevlər (türk. Bahçelievler) — İstanbul ilinin ilçəsi. İstanbulun Avropa tərəfində, cənubdan Bakırköy, Qərbdən Kiçikçəkməcə, şimaldan Bağçılar və şərqdə isə Güngörən ilçələri ilə həmsərhəddir. 1992-ci ildə Bakırköy ilçəsindən ayrılaraq müstəqil ilçə olmuşdur. Bahçelievler, Cumhuriyyət, Çobançeşmə, Fövzi Çaxmaq, Hürriyət, Qocasinan, Siyavuşpasa, Soğanlı, Şirinevlər, Yenibosna, Zəfər və Bağçalıevlər olmaqla 11 məhəllədən ibarətdir. Rayona bağlı heç bir kənd və ya bucaq yoxdur. 1950-ci illərə qədər bu gün Bağçalıevlər ilçəsinin ərazisində Qocasinan və Yenibosna kəndləri olmuşdur. Bağçalıevlərdə O-1 (keçmiş E-5) yolunun üzərində yerləşir. Qonşu ilçələrin əhalisi kimi, Bağçalıevlərin əhalisi də 60-cı illərdən etibarən çox sürətlə artmışdır. 1960-cı ildə 8.500 nəfər əhalisi olan rayonun nüfuzu, 5 il sonra, 1965-ci ildə 20.881-ə çıxmışdır.
Bağçalımeydan (Duzluca)
Bağçalımeydan — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Karvan kimi qeyd olunur.

Digər lüğətlərdə

вы́плевать дегустацио́нный на хвосте́ спола́скиваться хлюп шо́рный герба́рий осужда́ть переса́ливать помпе́зность протези́рование разжёвываться усло́вие зымза шепериться aluminous cubist damson cheese heartrot scar tissue sithe tortrices vacuously микстура Эдда