BAĞIR

I
(Gəncə, Kürdəmir, Qax, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Şuşa)
qaraciyər. – Bağır kavavı yaxşı olur (Şəki); – Qoyunun bağrınnan yaxşı kavaf yedix’; – Lət ürəx’də olsa öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar (Qazax)
II
(Ağdam, Cəlilabad, Füzuli, Kürdəmir, Quba, Şəki)
ürək, qəlb. – Qorxudan unun bağrı yarıldı (Quba); – İsdidən bağrım çatdadı (Şəki)
BAĞDATI
BAĞIR-ÖFGƏ
OBASTAN VİKİ
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü. == Həyatı == 1936-ci il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir. 160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.
Bağır Cabbarzadə
Bağır Məmmədrza oğlu Cabbarzadə (1894, Bakı – 1951, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti; == Həyatı == Bağır Cabbarzadə 1894-cü ildə anadan olmuşdur. Səhnəyə ilk dəfə 1910-cu ildə çıxıb. "Nicat", "Səfa" cəmiyyətləri teatr truppalarının, "Müdiriyyət" dəstəsinin tamaşalarında oynayıb. 1919–1950-ci illərdə Akademik Milli Dram Teatrının truppasında çalışıb. 21 iyul 1949-cu ildə AZərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. == Əsas rolları == Qədim (Cəfər Cabbarlı, "Yaşar"), Əbdül (Cəfər Cabbarlı, "Dönüş"), Aftil (Cəfər Cabbarlı, "Almaz"), Sönməz (Cəfər Cabbarlı, "Od gəlini"), Qurban (Cəfər Cabbarlı, "Aydın"), Hacı Zaman (Cəfər Cabbarlı, "Oqtay Eloğlu"), Məhəmməd Əmin (Cəfər Cabbarlı, "Ədirnə Fəthi"), Osman Midhət (İsa bəy Aşurbəyov, "Azərbay və Can"), Qulam (Abdulla Şaiq, "Bir saatlıq xəlifə"), Əmir Axşid (Namiq Kamal, "Qara bəla"), Allahqulu (Əbdürrəhim bəy Haqverdiyev, "Köhnə dudman"), İblis (Əbdürrəhim bəy Haqverdiyev, "Pəri cadu") Aslan bəy (Əbdürrəhim bəy Haqverdiyev, "Dağılan tifaq"), Rüstəm bəy (Nəcəf bəy Vəzirov, "Müsibəti- Fəxrəddin"), Zubad (Hüseyn Bədrəddin, "Əmir Əbül Üla"), Mirbağır ağa (Cəlil Məmmədquluzadə, "Ölülər"), İxtiyar (Hüseyn Cavid, "İblis"), Papas (Hüseyn Cavid, "Şeyx Sənan"), Tatar Həsən (Maksim Qorki, "Yurdsuz İnsanlar"), Qusman (Jan Batist Molyer, "Don Juan"), Kölgə (Uilyam Şekspir, "Hamlet"), Lyapkin-Tyapkin (Nikolay Qoqol, "Müfəttiş").
Bağır Kazımi
Seyid Bağır Kazimi (10 fevral 1892, Təfriş, Mərkəzi ostanı – 1976, Tehran) — İran xarici işlər vəziri. == Həyatı == Bağır xan Məhəmməd Kazımi Mötəsimüddövlənin oğludur. Anası şahzadə Əfsər xanım Salurdur. 1891-ci ildə anadan olmuşdu. İranın İraqda, Əfqanıstanda və Osmanlı dövlətlərində səfiri olmuşdu. Bağır xan Mühasibüddövlə İranın Daxili İşlər, Səhiyyə, Yollar və Xarici İşlər nazirliklərinə başçılıq etmişdi. Məhəmmədəli Müsəddiq dönəmində baş nazirin müavini olmuşdu. Bağır xan Mühasibüddövlə 1977-ci ildə vəfat edib. == Ailəsi == Bağır xan Mühasibüddövlə şahzadə Eynülmülk xanım Salurla ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012.
Bağır Musayev
Bağır Namaz oğlu Musayev (17 sentyabr 1958) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü. == Həyatı == Bağır Musayev 1958-ci il sentyabrın 17-də anadan olub. Kuban Dövlət Universitetinin hüquq bölməsində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 99 nömrəli Şəmkir şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Bağır Musayev 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Bağır Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Bağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Bağır Rzazadə
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Bağır Rəfiyev
Rəfiyev Bağır Cəbrayıl oğlu — Azərbaycan operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2018). == Həyatı == Bağır Rəfiyev 5 aprel 1959-cu ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb (1981). Hazırda Rusiyada çalışır. Rusiya istehsalı olan bir neçə filmin operatorudur: “Qaçmağı düşünürəm” (2003), “Kostya Qumankovun Paris məhəbbəti” (2004), “Tanker Tanqo” (2007). 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bakı, mən səni sevirəm (film, 2015) Çalışan adam (film, 1996) Dağıdılmış körpülər (film, 1996) Dundukley (film, 1986) Dünən, bu gün və... (film, 1989) Etimad telefonu (film, 2001) Lətifə (film, 1989) Murad-Sad (film, 1988) Təxribat (film, 1989) Ruslar müharibə istəyirmi?
Bağır Seyidzadə
Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur.Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.Bağır Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir. == İstinadlar == == Xarici keçidlər == "O, məşhur Seyidovlar nəslindən idi".
Bağır Süleymanov
Bağır Ələkbər oğlu Süleymanov (22 iyun 1959, Bakı) — Azərbaycan neftçi-alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Süleymanov Bağir Ələkbər oğlu 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. B. Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsidir. B. Süleymanov əmək fəaliyyətinə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyuk, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmış, hal-hazırda isə neft və qaz hasilatı üzrə direktor müavinidir. B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edir. B. Süleymanov 291 elmi əsərin, o cümlədən 106 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir.
Bağır Xan
Bağır xan (1862, Təbriz – 1916, Kürdistan) — Səttar Xanın yaxın silahdaşı,İranda Məşrutə inqilabının (1905-1911) rəhbərlərindən biri, Təbriz üsyanı (1905–1911) dövründə yaranmış Hərbi Şuranın beş üzvündən biri. == Həyatı == Bağır xan Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Yoxsulluq üzündən təhsil ala bilməmiş, az bir müddət molla yanında oxumuşdur. Uşaq çağlarından atası bənna Hacı Rza ilə birlikdə inşaat-tikinti işlərində çalışmış, sonralar özü mahir usta kimi Təbrizdə bir sıra binalar tikmişdir. Sonralar o, dövlət idarələrində maliyyə məmuru (bu çağdan onun adına "xan" sözü əlavə edilmişdir), yüzbaşı kimi vəzifələrdə çalışmışdır. Bu vəzifələrdə rastlaşdığı haqsızlıqlar, xarici dövlətlərin hökmranlığı və s. mənfi hallar onu dövlət idarələrindən uzaqlaşdırmışdır. == Siyasi fəaliyyəti == Həyatın çətinliklərini hələ gənc ikən dadmış Bağır xan tədricən mövcud istibdad quruluşu dəyişdirmək, sosial ədalətə çatmaq üçün siyasi mübarizəyə hazır bir şəxsiyyət kimi yetişmişdir. O, əhali arasında dərin nüfuzuna görə Xiyaban məhəlləsinin məsulu (ağsaqqalı) seçilmişdir. 1905-1911-ci illər Məşrutə inqilabının ilk sədaları, o cümlədən məşrutə-konstitusiya elan edilməsi (05.08.1906) Təbrizdə də eşidildikdə Bağır xan bir neçə yüz mücahiddən ibarət dəstənin başında inqilabda iştirak etmişdir.
Bağır Ələkbərov
Bağır Əsəd oğlu Ələkbərov (10 fevral 1995, Naxçıvan – 15 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001–2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Bağır Ələkbərov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib. Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib. Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub.
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
İmam Bağır
Bağır bəy Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Bağır bəy Rəfibəyli
Bağır bəy Kərbəlayi Həsən oğlu Rəfibəyli— görkəmli ictimai və siyasi xadim. Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri. == Həyatı == Gəncə Müsəlman Xeyriyyə cəmiyyətinin üzvü, Ələkbər bəy Rəfibəylinin qadaşı Bağır bəy Gəncə üsyanının əsas təşkilatçılarından və rəhbərlərindən olmuşdu.[2] == Ailəsi == Oğlu Cəmil bəy Rəfibəyli 1894-cü ildə Gəncə şəhərinin Balabağmanlar bölgəsində anadan olmuşdur. Cəmil bəy Rəfibəyli Gəncə 8 illik şəhər məktəbini bitirmişdir (1916). Azərbaycan Xalq Cümhuriyyəti zamanı 6 aylıq unter-zabit məktəbini bitirmişdir. Gənc yaşlarından "Müsavat" partiyası sıralarına daxil olmuş, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunda hərbi xidmətə başlamış, 6 aylıq unter-zabit məktəbini bitirdikdən sonra 1-ci piyada alayında zabit köməkçisi vəzifəsinə təyin olunmuşdur. 1919-cu ildə həmin alayın tərkibində Qarabağa göndərilərək, daşnak-erməni qiyamçılarına qarşı döyüşlərdə fəal iştirak etmiş, burada göstərdiyi şücaətə görə kapitan rütbəsinədək yüksəlmişdir. Aprel işğalından (1920) sonra Azərbaycan ordusunun 244-cü piyada alayında atıcı taqımın komandir köməkçisi vəzifəsini yerinə yetirmişdir. 1920-ci ilin ortalarında alayın tərkibində erməni daşnaklarına qarşı döyüşlərdə fəal iştirak etmişdir. 1924-cü ildə ictimai mənşəyini gizlətməkdə ittiham olunaraq, ordu sıralarından uzaqlaşdırılmış və Gəncəyə qayıtmışdır.
Bağır xan Çələbiyanlı
Bağır xan Məhəmmədvəli sultan oğlu Çələbiyanlı (?-1837)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi. == Həyatı == Bağır xan Məhəmmədvəli sultan oğlu Qaradağın Cananlı kəndində doğulmuşdu. Çələbiyanlı elinin başçısı idi. Sərkərdə kimi Qaradağ xanlarına xidmət etmişdi. Qaradağ xanlığı Qacar hakimiyyətinə tabe olduqdan sonra mərkəzi hökumətə qulluq göstərmişdi. Tarixçi Əminə Pakrəvan yazır: "1824-1825-ci illərdə Abbas mirzə, Tehranda ona qarşı yönəlmiş müxaliflərin çox gücləndiklərini müşahidə etməkdə idi. Digər tərəfdən, Gülüstan müqaviləsində sınırlar qəti olaraq bəlli edilməmişdi. Göyçəylə Ərdəbil arası tampon (neytral) bölgə kimi nəzərdə tutul¬muşdu. Bu da Abbas mirzəni çox narahat edirdi. Şahzadə sınırların bəlli olmasını istəyirdi.
Mir Bağır Mirheydərzadə
Mir Bağır Mir Heydər oğlu Mirheydərzadə (1877, Nürgüt, Ordubad rayonu – 10 yanvar 1956, Naxçıvan) – diyаrşünаs, еtnоqrаf-аrхеоlоq. == Təhsili == 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində təhsil alan bu gənc 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini başa vurur. == İctimai-siyasi fəaliyyəti == Naxçıvanda münasib iş tapa bilmədiyindən Tiflisə gedən gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür. 1917-1921-ci illərdə Naxçıvanda Mir Bağır Mirheydərzadə Eynalı bəy Sultanov, Bəhram xan və Əziz xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Şərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, S.Əsgərxanov, Bağır Rzayev, Səməd bəy Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlərlə birlikdə fəaliyyət göstərirdi və onların hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. 1918-ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şose boyunca İrana tərəf hərəkət eməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb Andronikin hücumlarına dəstək vermək idi. Onu da qeyd edək ki, hələ 1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi. Belə bir mürəkkəb vəziyyətdə Mir Bağır Mirheydərzadə naxçıvanlı mübarizə dostları ilə hərbiləşdirilmiş dağınıq qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edirdi.
Məhəmməd Bağır Mirzə
Məhəmməd Bağır Mirzə (Qərbdə daha çox Səfi Mirzə kimi tanınır; 15 sentyabr 1587, Məşhəd – 25 yanvar 1615, Rəşt) — şah I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) böyük oğlu və I Abbasın dövründə Səfəvi xanədanının vəliəhdi. O, bir neçə aparıcı çərkəzin iştirak etdiyi saray intriqalarından birində yaxalanmış, nəticədə o, növbəti şah olmaq üçün varislik xəttindəki yerini itirmiş və öldürülmüşdür. Onun oğlu I Səfi (1629–1642-ci illərdə hakimiyyətdə olmuşdur) növbəti şah olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Bomati, Yves; Nahavandi, Houchang. Shah Abbas, empereur de Perse 1587–1629 [Shah Abbas, Emperor of Persia, 1587-1629] (fransız). Paris, France: Perrin. 1998. ISBN 2-2620-1131-1. LCCN 99161812. == Əlavə ədəbiyyat == Bierbrier, Morris.
Məhəmməd Bağır Xalxali
Məhəmməd Bağır Xalxali — azərbaycanlı şair. == Həyatı == Məhəmməd Bağır Xalxali İranın Təbriz şəhəri yaxınlığındakı Xalxal qəsəbəsində dünyaya gəlib. Şairin bu günümüzə cəmi bir əsəri "Sələbiyyə" (Tülkü) gəlib çatıb. Onun başqa əsərlərinin mövcud olması ilə bağlı heç bir mənbədə məlumat yoxdur. Xalxalinin həyatı haqqında da çox az məlumat var. Bu məlumatlar da əsasən onun əsərindən alınmışdır. Əsərdən belə məlum olur ki, o Nəsrəddin şahın dövründə — hicri tarixi ilə 1310-cu ildə "Sələbiyyəni" yazıb tamamlayıb. Şair bu əsərini nəzmlə yazıb. Əsəri "tülkünün nağılı" da saymaq olar. Tülkü haqqında danışmaqla Xalxali çox dərin fəlsəfi, mənəvi, məişət məsələlərinə toxunur.
Məhəmməd əl-Bağır
Hacı Bağır xan Mərəndi
Hacı Bağır xan Nəzərəli xan oğlu Mərəndi (1797–1856) — siyasi mühacir. == Həyatı == Bağır xan Nəzərəli xan oğlu 1795-ci ildə Mərənd şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi. Şahzadə atası Nəzərəli xanı öldürdükdən sonra Rusiyaya mühacirət etmişdi. İrəvan rəisi onu ailəsi ilə birlikdə İrəvan şəhərində yerləşdirmişdi. Ona mülk ayrılmış, təqaüd kəsilmişdi. == Ailəsi == Hacı Bağır xan Hacıyə xanımla ailə qurmuşdu. Nəzərəli xan, Rza xan, Həbib xan, Məmmədbağır xan, Xanlar xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
Kərbəlayi Bağır kəndi (Poldəşt)
Kərbəlayi Bağır kəndi (fars. كربلاي باقركندي‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (52 ailə).
Mirzə Bağır ağa Təbrizi
Mirzə Bağır ağa Mirzə Əhməd oğlu Təbrizi (1805-12 mart 1869) — İslam alimi, müctəhid. == Həyatı == Mirzə Bağır ağa Mirzə Əhməd oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Şeyx Məhəmməd İsfahaninin və Şeyx Mürtəza Ənsarinin yanında oxumuşdu. O, 1849-cu ildə Azərbaycanda, ümumiyyətlə, bütün İran əhali tərəfindən rəhbər qəbul edilmişdi. Mirzə Bağır ağa Təbrizi 1851-ci ildə İsfahan şəhərində baş verən iğtişaşı sözü ilə yatırmışdı. Mirzə Bağır ağa Təbrizi 12 mart 1869-cu ildə vəfat etmişdi. == Ailəsi == Mirzə Bağır ağa Təbrizi Əbdürrəhim ağa, Əhməd ağa, Hüseyn ağa və Həsən ağa adlı oğlanları vardı.
Mirzə Bağır bəy Hacıəlifbəyov
Mirzə Bağır bəy Hüseyn bəy oğlu Hacıəlifbəyov — Qarabağ bəylərindən biri, mahal mirzəsi, vəkil. == Həyatı == Mirzə Bağır bəy Hüseyn bəy oğlu 1803-cü ildə Qarabağın Cavanşir-Dizaq mahalı nın Kürdmahmudlu obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsə də təhsilini davam etdirmişdi. Mahal naibi Qasım bəy Cavanşirin göstərişi ilə mirzə təyin edilmişdi. Rus üsul-idarəsi dönəmində Mirzə Bağır bəy qardaşı Mirzə Tahir bəylə İrana, Meşkin vilayətinə, Şahsevən elinin Pireyvatlı oymağına qaçmışdı Bir müddət şahsevənlərin içində daldalanmışdı. Aralıq sakitləşəndən sonra doğma obasına dönmüş, vəkilliklə məşğul olmuşdu. Mirzə Bağır bəyin Məmmədqulu bəy, Rzaqulu bəy adlı oğulları vardı.
Seyid Mirzə Bağır Ağa türbəsi
Seyid Mirzə Bağır Ağa türbəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Səfərabad qəbirstanlığında dəfn olnunmuş allah dostu. Səfərabad məhəlləsinin yeganə yadigarı olan və keçmiş məhəllə qəbiristanlığında yerləşən Hacı Seyyid Bağır ağa Müctəhidzadənin qəbir abidəsi. Səfərabad qəbiristanlığı Sovet hakimiyyəti illərində yerlə-yeksan edildi == Kitabənin tərcüməsi == Fî 15 Zilhicce 1337 (11 Eylül 1919) (Orta üst) Medfen-i Ziyârtegâh ... / Mevlâ-yi (mü)şürefü'l-millet, ve'l-Hakk ve'ddîn (?) Hüccetü'l-İslâm Hazret-i ... / Hâdimü'l-beşeriyetü'l ... Efâdil-i ... hayru'l-hâc hâcı / ... ... / Gence şehrinde çeküb hüzn-i ...
Abbas Bağırov
Bağırov Abbas Nizami oğlu (29 avqust 1982, Tovuz) — müğənni, Azərbaycanın əməkdar artisti (2011), Azərbaycan Dövlət Televiziyasının solisti (2011-ci ildən). == Həyatı == Abbas Bağırov 29 avqust 1982-ci ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000–2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003–2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub.
Abbas Bağırov (dövlət xadimi)
Abbas Məmməd oğlu Bağırov (1913, Aldərə, Zəngəzur qəzası – 1980, Bakı) — Azərbaycan Dəmiryol idarəsi rəisi. == Həyatı == Abbas Məmməd oğlu Bağırov 1913-cü ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dəmir Yolunda başlamışdır. İxtisasca hərəkət və yük işləri mühəndisi idi. 1939-cu ildə dəmir yolu Gəncə hissəsinin rəisi, 1953-cü ildə Azərbaycan Dəmir Yolunun rəisi, 1953–1955-ci illərdə Zaqafqaziya Dəmir Yolunun rəisinin müavini vəzifələrində işləmişdi. 1963–1967-ci illərdə Zaqafqaziya dəmir yolu Bakı hissəsinin rəisi, 1967–1979-cu illərdə isə Azərbaycan Dəmir Yolunun rəisi olmuşdur. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdir.
Abbas Bağırov (dəqiqləşdirmə)
Abbas Bağırov — Azərbaycan müğənnisi. Abbas Bağırov (mühəndis) — Azərbaycan mühəndisi.
Abbas Bağırov (mühəndis)
Abbas Məmməd oğlu Bağırov (1913, Aldərə, Zəngəzur qəzası – 1980, Bakı) — Azərbaycan Dəmiryol idarəsi rəisi. == Həyatı == Abbas Məmməd oğlu Bağırov 1913-cü ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dəmir Yolunda başlamışdır. İxtisasca hərəkət və yük işləri mühəndisi idi. 1939-cu ildə dəmir yolu Gəncə hissəsinin rəisi, 1953-cü ildə Azərbaycan Dəmir Yolunun rəisi, 1953–1955-ci illərdə Zaqafqaziya Dəmir Yolunun rəisinin müavini vəzifələrində işləmişdi. 1963–1967-ci illərdə Zaqafqaziya dəmir yolu Bakı hissəsinin rəisi, 1967–1979-cu illərdə isə Azərbaycan Dəmir Yolunun rəisi olmuşdur. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdir.
Abbas Bağırov (müğənni)
Bağırov Abbas Nizami oğlu (29 avqust 1982, Tovuz) — müğənni, Azərbaycanın əməkdar artisti (2011), Azərbaycan Dövlət Televiziyasının solisti (2011-ci ildən). == Həyatı == Abbas Bağırov 29 avqust 1982-ci ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000–2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003–2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Abuzər Bağırov
Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən).
Adil Bağırov
Adil Bağırov (tarzən) — tarzən. Adil Bağırov (alim) — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. Adil Bağırov (filoloq) — AMEA-nın müxbir üzvü (2014).
Adil Bağırov (alim)
Adil Bağırov — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. == Həyatı == Adil Bağırov 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında “Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-nin Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-də qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hökumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ-Türkiyə Şəbəkəsi(USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir.
Adil Bağırov (filoloq)
Adil Nəsib oğlu Bağırov (28 iyul 1947, Nursu, Şahbuz rayonu – 21 aprel 2016) — filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Adil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Ali təhsilini 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. == Əmək fəaliyyəti == Adil Bağırov əmək fəaliyyətinə 1966-cı ildə başlayıb. 1966–1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyib. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Adil Bağırov 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölmə­sinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzi­fə­sini icra edib. == Elmi fəaliyyəti == Adil Bağırov 1981-ci ildə "Türk dillərində yarım­çıq feillər (Oğuz qrupu türk dillərinin mate­rial­ları əsasında)" mövzusunda namizədlik, 2005-ci ildə "Naxçıvan Mux­tar Respub­li­ka­sı ono­mastik vahidlərinin tarixi-linqvis­tik təh­lili (toponimlər və hidro­nimlər)" mövzu­sunda doktorluq dissertasi­yası müdafiə edib. 2010-cu ildə dosent elmi adını alıb.
Adil Bağırov (tarzən)
Adil Kamil oğlu Bağırov (13 may 1937, Bakı) — görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti (2006), Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəri (1976-cı ildən). == Həyatı == Bağırov Adil Kamil oğlu 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti (2006). Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil almış, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən S. Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir.
Aida Bağırova
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloqu, tibb elmləri doktoru, professoru. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakultəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Allahverdi Bağırov
Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam – 12 iyun 1992, Aranzəmin) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi. 1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. == Həyatı == === Erkən illəri === Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb, onun adını Allahverdi qoymuşdular. Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır.O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı. === Futbol karyerası === Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.
Altay Mir-Bağırov
Altay Mir-Bağırov (4 oktyabr 1934, Bakı – 2011, Bakı) — Azərbaycan memarı. == Həyatı == Altay Seyid Hüseyn oğlu Mir-Bağırov 4 oktyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1941–1949 illərdə Bakı şəhəri Nizami rayonunun 201 saylı orta məktəbini əla qiymətlərlə bitirib, 1947–1949-cu illərdə Pionerlər sarayında təsviri sənət dərnəyində məşğul olmuşdur. O, 1949–1953-cü Bakı Neft texnikumunda Neft quyularının qazınması texniki ixtisas üzrə tam təhsil almışdır. Altay Mir-Bağırov 1953–1955-ci illərdə Stalinqrad (Volqoqrad) şəhərində Sovet Ordusu sıralarında xidmət göstərmiş və leytenant rütbəsi almışdır.Altay Mir-Bağırov 1956–1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq fakültəsində oxumuş, "Çoxmərtəbəli ramplı qaraj" mövzususunda diplom işinini müvvəffəqiyyətlə müdafiə etmişdir. 1962–1963-cü illərdə Təyinat üzrə Novokuznetsk şəhərində "Sibir Promproekt" layihə institutunda memar vəzifəsində işləmişdir. O, 1963–1965-ci illərdə "Azərenerji" idarəsində tikinti sahəsində çalışmışdır. 1966-cı ildə SSRİ "Memarlar ittifaqınin" üzvü olmuşdur. Altay Mir-Bağırov 1965-ci ildə Mir-Bağirova Validə Baladadaş qızı ilə ailə qurmuşdur.1965–2002-ci illərdə Moskva "Kurortlayihə" institutunun Azərbaycan şöbəsində memar, layihələrin baş memarı, memarlıq və tikinti emalatxanasının rəisi vəzifələrini icra etmişdir. 2002-ci ildən 2009-cu ilə qədər "Azərinşaatlayihə" institutunda memarlıq şöbəsində rəis vəzifəsində işləmişdir.21 noyabr 2011-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Anar Bağırov
Anar Ramiz oğlu Bağırov (19 iyun 1976, Azərbaycan) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı == Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır. Rus, ingilis və türk dillərini bilir. Ailəlidir. Üç övladı vardır.
Aqil Bağırov
Aqil Fazil oğlu Bağırov (1 may 1995, Muğanlı, Ağstafa rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Bağırov 1995-ci il mayın 1-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2002–2013-cü illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Bağırov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aqil Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Aqil Bağırov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Bağırov
Aqşin Bağırov (Bağırov Aqşin Böyükağa oğlu; d. 6 iyun, 1953. Bakı, Azərbaycan SSR, SSRİ ) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. 1 nömrəli Moskva ortopediya və travmatologiya klinikasının rəhbəri. == Həyatı == Bağırov Aqşin Böyükağa oğlu 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub. 1970-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. 1976-1977-ci illərdə Zabaykalye dəmir yolunun Beloqorsk bölmə xəstəxanasında internatura keçib. 1978-1980-ci illərdə Sumqayıt şəhərində təcili tibbi yardım xəstəxanasında travmatoloq- həkim vəzifəsində çalışıb. 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təyinat alıb. A.Bağırov 1982-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna (MTOİ) göndərilib.
Arzu Bağırova
Arzu Bağırova (11 dekabr 1980, Sumqayıt) — ictimai xadim, iş adamı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri. == Həyatı == Bağırova Arzu Zakir qızı 11 dekabr 1980 tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilinə Sumqayıtda başlamış, Masallı rayonunun Bədəlan kəndində bitirmişdir. Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi almışdır.Evlidir. 4 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyət göstərir. Hazırda Gözəl Yaşam Mərkəzinin təsisçisidir. Arzu Bağırova şəhid, qazi ailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır. O, onlarla gənc yazarın ilk kitablarını nəşr etməsinə və onlarla gənc rəssamların ilk sərgilərini, yaradıcılıq gecələrinin təşkil olunmasına öz töhfəsini vermişdir.
Aydın Bağırov
Bağırov Aydın Rövşən oğlu (5 sentyabr 1980, Ağdam) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qol.az saytının baş redaktoru, "525-ci qəzet"in redaktoru. == Həyatı == Aydın Bağırov 1980-ci il sentyabrın 5-də Ağdam şəhərində anadan olub. 1987–1992-ci illərdə Ağdam şəhər 7 nömrəli rusdilli məktəbdə təhsil alıb. Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar sonradan orta təhsilini Ağcabədi və Bakı şəhərlərində davam etdirib. 1996-cı ildə Bakıda 32 saylı Ağdam köçkün məktəbini, 2005-ci ildə Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib. 1997-ci ilin sentyabrın 1-dən "525-ci qəzet"də jurnalist fəaliyyətinə başlayıb. Müxtəlif illərlərdə qəzetdə müxbir, şöbə müdiri və redaktor vəzifəsində çalışıb. 2008-ci il noyabrın 17-dən fəaliyyətə başlayan Qol.az idman saytının baş redaktorudur. Daha çox idman, xüsusi ilə futbolla bağlı yazılarına görə tanınır. Televiziya kanallarında idmana dair verilişlərdə ekspert kimi çıxış edir.
Azər Bağırov
Azər Bağırov (jurnalist)
Ağasəlim Bağırov
Ağasəlim Yaqub oğlu Bağırov (1940) — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad elmləri namizədi. == Həyatı == Ağasəlim Yaqub oğlu Bağırov 1940-cı ildə anadan olmuşdur. İxtisasca əmtəəşünasdır.Əmək fəaliyyətinə "Qızıl Şərq" mətbəəsində başlamış, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləmişdir. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olmuşdur.Ağasəlim Bağırov 1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilmişdir. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləmiş, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin aprel ayınadək işləmiş, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.
Aşıq Tural Bağırov
Aşıq Tural Vidadi oğlu Bağırov (1981, Naxçıvan) – Azərbaycanlı aşıq, Naxçıvan Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017). == Həyatı == Aşıq Tural Vidadi oğlu Bağırov çağdaş Naxçıvan aşıqlarından biridir. O, 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Aşıq Tural gənclik yaşlarında asıqlıq sənətinə həvəs göstərmiş və bu sənətin incəliklərini Naxçıvan aşıq məktəbinin ulu ustadı Sərraf Qasımın tanınmış yetirmələrindən biri olan Aşıq Abdulla Fətəliyevdən öyrənmişdir. 1998-ci ildə isə Naxçıvan Dövlət Universitetinin saz ixtisasını bitirmiş və saz sənəti üzrə ali təhsilli bir mütəxəssis olmuşdur. Hazırda Babək Rayon Uşaq Musiqi Məktəbində saz sənətindən dərs deyir və Naxçıvan Dövlət Filarmoniyasında saz üzrə solistdir. O, 2016-cı ilin yanvar ayında Naxçıvan Aşıqlar Birliyinin sədri vəzifəsinə seçilmişdir və hazırda bu vəzifədə də öz fəaliyyətini davam etdirir.Aşıq Tural müsahibələrindən birində özü haqqında belə demişdir: "1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Balaca yaşlarımdan dayımın saz çalıb oxuması məni çox həvəsləndirmişdi. Bu həvəsimi görən valideynlərim mənə aşıq sənətinin sirlərini öyrənməyə şərait yaratdılar. On iki yaşında 2 nömrəli musiqi məktəbinə daxil oldum.
Baloğlan Bağırov
Baloğlan Bağırov (tam adı: Baloğlan Həbib oğlu Bağırov; 23 yanvar 1966, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ – 29 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1966-cı il yanvarın 23-də Maştağa qəsəbəsində anadan olmuşdur. Azərquş sənaye birliyinin baytarlıq laboratoriyasında işləmişdir. Ailəli olmuş, iki oğlu və bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Ad günü olan gün, yanvarın 23-də, saat 16.00-da Tbilisi prospektində benzindoldurma məntəqəsinin yaxınlığında, 1 nömrəli taksimotor parkının yanında hərəkət edən zaman hərbçilər heç bir səbəb olmadan onları atəşə tutmuş, Baloğlan döş qəfəsindən və qarın boşluğundan yaralanmışdır. Xəstəxanaya aparılmış, lakin aldığı xəsarətlərdən yanvarın 29-da xəstəxanada vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Xatirəsi == Yaşamış olduğu Maştağa qəsəbəsində adına küçə var.
Bayram Bağırov
Bağırov Bayram Məhəmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, Beynəlxalq Ekologiya Akademiyasının üzvü, SSRİ-nin fəxri ixtiraçısı, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının elmlər doktoru və elmlər namizədi dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının üzvü. O, 2016 cı ildə bir sıra dərsliyin və monoqrafiyaların müəllifidir. " Başım ağrıyor", "Kartofun Cücüyü" , "Rasimə el qızı " , "Xaş ilə bozbaş" əsərləri indidə oxucular tərəfindən sevilir . == Həyatı == == Yaradıcılığı == Bayram Bağırovun ilk elmi əsəri hələ tələbə ikən çap olunmuşdu. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) mexanikiləşdirmə fakültəsində oxuyarkən ikinci kursdan tələbə elmi cəmiyyətində kənd təsərrüfatı maşınları kafedrasının müdiri t.e.d., prof M.R.Məhəmmədəliyevin rəhbərliyi altında "Yer maqnetizimindən kənd təsərrüfatında istifadə edilməsi" mövzusunda elmi-tədqiqat işi aparmış, bu barədə Moskva, Leninqrad, Tbilisi şəhərlərində məruzə etmiş, mütəxəssislərin yüksək rəyini almışdır. Sonradan həmin mövzu üzrə diplom layihəsi işləmiş, onu böyük müvəffəqiyyətlə müdafiə etmişdir. Diplom layihəsinin müdafiəsi zamanı düzəltdiyi yer maqnetizminin təsiri ilə işləyib kvadrat yuva üsulu ilə səpin aparan maşının işlək modelini Dövlət komissiyası qarşısında nümayiş etdirmişdir. İş əla qiymətləndirilmiş, müəllifin aspiranturada oxuması tövsiyə olunmuşdur. Bundan başqa, rəssamlıq, şairlik, müsiqişünaslıq istedadı da vardır. Onun çəkdiyi "Zəngilan löhvələri", "Dağ çayı", "Aşırım", " İki qaniçən", "Qara buludlar", "Avtoportret", "M.N.Tusi" və s.

Digər lüğətlərdə

вернопо́дданная кинодокументали́стика конопле... косола́пость кубоме́тр лоха́нка плагиа́тор подмолоди́ть полево́д рассиде́ться рема́рка спектроскопи́ст выда́лбливать высота́ добавля́ться инстру́ктор проква́шивание тройня́шка dead marine half-timbered homburg multivalence over-lip steady-state trisyllable