BAŞ

is.
1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur. – Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. ( Ata. sözü ).
// Heyvan bədəninin beyin olan yuxarı və ya ön hissəsi.
Toğlular başlarını qaldırıb, Quluya baxdılar və yenə də mərzdəki xırda göy otu yeməyə başladılar. M.İbrahimov.

□ Başı axmaq (dolanmaq) – başı gicəllənmək, başı hərlənmək.
Başı çatlamaq – başı bərk ağrımaq.
Başına vurmaq məc. – beyinə təsir etmək. Spirt başına vurdu.
Başını çevirmək – baxmamaq, görməmək üçün üzünü döndərmək.
// Başın beyin və saç olan yuxarı hissəsi; kəllə, qafa. Başına vurmaq. Daz baş. Başında bir dənə ağ tük yoxdur. Başına papaq qoymaq.
– Başımdan ağrı qopur, gözlərimə qaranlıq çökür. Mir Cəlal.

Başını sığallamaq məc. – mehribanlıqla, nəvazişlə başına əl çəkmək.
2. məc. Zehin, şüur. Başımda hər şey qarışdı. Belə bir şey heç başımda yox idi. Başıma yaxşı bir fikir gəldi.
// məc. dan. Ağıl, zəka mənasında. Kişidə baş var.
3. Bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi, üstü. Qüllənin başı. Ağacın başına çıxmaq.
– Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət.
Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Çəmənzəminli.
Ağacların başını axtardıq, zirzəmilərə adam saldıq. Mir Cəlal.

4. Bir şeyin qalın, çıxıq, yumru ucu, təpəsi. Vintin başı. Mıxın başı.
// Yumru şəkildə olan hər şey. Bir baş soğan (kələm).
5. Kənar, qıraq, yan.
[Əbülhəsən bəy:] Nə isə şam süfrəsinin başına keçdim. M.S.Ordubadi.
Yuxuda görürəm ki, sərin bir bulaq başındayam. M.Hüseyn.
Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Mir Cəlal.

6. Bir şeyin başlandığı yer, başlanğıc. Çayın başı. Arxın başı. Kanalın başı. Yolun başı. Tarlanın başı.
[Cahangir:] …Gedib suyun başını pambığa sarı çevirsinlər. Ə.Haqverdiyev.
Birdən tingə başından qəfildən bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı.

// Müəyyən bir müddətin, hərəkət və ya hadisənin başlanğıcı, əvvəli, ibtidası. İlin başı. Ayın başı. Gələn ayın başında burada olaram.
[Hacı Kərim:] Gərəkdir ki, gələn həftənin başında pullar hazır ola, yola düşək. M.F.Axundzadə.
Yaz başı dolu yağardı. Mir Cəlal.

7. Uzunluğu olan bir şeyin son nöqtəsi, ucu, qurtaracağı, kənarı, son hissəsi. Xalçanın başı. Şalbanın başı çürümüşdür. Ağacın o biri başından tut.
– Məhsəti xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o biri başı isə … Xanəgah kəndində dayanmışdı. M.S.Ordubadi.

8. Bir şeyin ön tərəfi, qabaq tərəfi, qarşıda olan kənarı, yaxud əsas hissəsi. Gəminin başı. Taxtanın başı hansıdır?
9. Yuxarı tərəf, hörmətli yer. Məclisin başı.
□ Başa keçirmək – məclisin yuxarısına keçirmək, birinci yerə keçirmək, ən hörmətli yerdə, başda oturtmaq, hörmətini qaldırmaq.
Başa keçmək – məclisin yuxarısına keçmək, ən hörmətli yeri tutmaq, başda oturmaq.
Aşağı baş – məclisin ikinci dərəcəli yeri tərəfi.
Yuxarı baş – məclisin ən hörmətli yeri, tərəfi.
Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli.
Bütün ailə onun [Nazilə xanımın] ayağına qalxdı, yuxarı başa keçirdilər. Mir Cəlal.

10. Heyvanları saymaq üçün hesab vahidi. Beş baş inək. On baş qoyun. Kolxozun yüz baş qaramalı var.
– Əgər qatıra minə bilsəydi, düzü, anamın qəbri haqqı, ona [Bəxtiyə] dörd baş düyə verəcəkdim. S.Rəhimov.

11. Ailə üzvü, nəfər, adam mənasında. Beş baş ailəm var.
[Qulam dayı:] Özümdən başqa altı başdır. M.Hüseyn.
[Rəis:] Üç baş olana iki otaq! Beş başdan yuxarı üç otaq. Mir Cəlal.

12. sif. Vəzifəcə böyük olan; başçı, rəhbər, birinci, böyük. Baş mühəndis. Baş mühasib. Baş katib. Baş dirijor.
– Baş həkim xəstənin bu sözlərindən daha da həyəcanlandı. M.S.Ordubadi.
Muradxan fermanın baş çobanı idi. İ.Əfəndiyev.

□ Baş olmaq – bir işdə birinci olmaq, başçı olmaq.
Başda olmaq1) bax baş olmaq;
2) məc. əsas yeri tutmaq, birinci olmaq. Orucluq ayının özünə məxsus süfrəsi vardı. Firni, tərək, bal halvası … və sairə.
Bozbaşla plov da başda olardı. H.Sarabski.

13. sif. Başqalarına nisbətən daha mühüm, ən əsas, ən böyük, başlıca. Şəhərin baş küçələri. Ölkənin baş şəhəri. Baş məsələ. İdarələr şəhərin baş binalarında yerləşmişdir.
– Nümayişçilər şəhərin baş küçəsinə doğru ağır-ağır irəliləyirdi. A.Şaiq.

// Ali, ən yüksək. Baş idarələr. Baş məclis. Baş Mətbuat Müdirliyi. Baş komandanlıq.
– Əsgərin qəlbindən qopdu bu cavab; Dedi: “Kremldir bizim baş ştab”. S.Rüstəm.

14. sif. dan. Əla, ən yüksək, ən yaxşı, ən seçmə.
Baş mal. – Nənəqız oxumamış olsa da, bilirdi ki, təhsil işində beş ən baş qiymətdir. S.Rəhimov.

15. Sözün əvvəlinə rəqəm gətirməklə işlənir – dəfə, kərə mənasında.
[Öküzlər] bir baş da gedib qayıtdılar. S.Rəhimov.
[Mirzə Hüseyn] çox əsəbi idi, otağı bir-iki baş dolanıb, sonra Əsgərə lap yaxın oturdu. S.Rəhman.

// İki nöqtə arasında məsafə, yol. Hər iki başı piyada getdik. Biletin bir başı neçəyədir?
16. dan. Əsas, kök, səbəb, səbəbkar. Bütün işlərin başı odur.
– Əgərçi qaşlarındır fitnə başı: Hərami gözlərin əyyarə bənzər. Nəsimi.
Arvadın işini Allah da bilməz.
Genə işlərin başı sənsən. N.Vəzirov.

17. köhn. Keçmişdə kəndlərdə işlənən şərti su ölçüsü vahidi.
[Tubu:] …Getdin ağadan üç günlüyə yarım baş su istədin, onu sənə pulsuz vermədi? Ə.Haqverdiyev.

◊ Baş açıb ağlamaq köhn. – qarğış etmək, nifrin etmək.
Baş açmaq1) başa düşmək, anlamaq, düşünmək.
Vallah, mən sənin sözlərindən baş açmıram. C.Məmmədquluzadə.
Biz də … bisavad adamıq, kitabdan nə baş açacaq idik. Ə.Haqverdiyev.
…Vəli yeni hadisələrdən baş açmırdı. Mir Cəlal;
2) sünbül açmaq, sünbüllənmək. Taxıllar baş açdı;
3) oxşamaq, ölü üstündə ağlamaq.
Baş açmamaq – başa düşməmək, anlamamaq, qana bilməmək.
Vallah, xeyir ola, baş açmıram, toydur, ehsandır, nədir? S.Rəhimov.
Naçalnik bu işdən bir o qədər baş açmadı. M.Hüseyn.

Baş ağartmaq məc. – bir işdə çox çalışıb təcrübə qazanmaq. Mən bu işdə baş ağartmışam.
Baş ağrıtmaq – zəhmət vermək, əziyyət vermək, incitmək, vaxtını almaq, mane olmaq.
[Cahan:] Boş yerə başını ağrıdıb, mənim də vaxtımı əlimdən alma!… Ə.Haqverdiyev.

Baş alıb getmək (qaçmaq) – bax baş almaq 2-ci mənada.
Gecə-gündüz gözüm, könlüm; Qan-yaş tökər yar əlindən; Baş alıb gedim nə yana; Bu iki xunxar əlindən. Q.Zakir.

Baş alıb gəlmək – axışıb gəlmək. Qoyunquzunun mələşməsi, atların kişnəməsi, uşaqların ağlaşması bir-birinə qarışmışdı.
El baş alıb gəlirdi. Çəmənzəminli.

Baş almaq1) uzun-uzadı danışmaq, uzunçuluq eləmək;
2) qarşısına gələn istiqamətə doğru getmək, baş götürüb getmək, qaçmaq.
Ağa evdən baş alıb, dincəlmək üçün şəhərə yola düşdü. S.Rəhimov.

Baş aparmaq1) üz tutmaq, yönəlmək, getmək, əl atmaq, məşğul olmaq.
Baş aparıb hər biri bir sənətə! M.Ə.Sabir.
O öz dəstəsi ilə bacardığı hər bir işə baş aparmaq imkanı verirdi. Ə.Əbülhəsən;

2) zəhlə tökmək, lovğalovğa danışmaq, artıq-əskik danışmaq, danışığını bilməmək.
Az danış, başımı aparma, kişi, sən sərsərisən. M.P.Vaqif.
Baş aparma, Fərhad, adam kimi danış. N.Vəzirov.
[Mehtər] xülasə çox baş apardı. Ə.Haqverdiyev;

3) qaçmaq, tabe olmamaq, baş götürüb qaçmaq. Bu atın bir eybi var ki, baş aparıb gedir.
– Baş aparan “atları” səyirdərək dördnala; Qaçışır, gülüşürlər hey şeypur çala-çala. Ə.Cəmil;

4) dəng etmək, beyninə təsir etmək, üzmək. Zurnanın səsi başımızı apardı.
Baş atmaq1) sözünün dal-qabağını gözləməmək, yekə danışmaq, həddini keçmək;
2) nişanəni vurmamaq, onu yuxarısından vurmaq, düz vurmamaq (hədəfi). Tüfəng baş atır.
Baş bağlamaq1) dən əmələ gəlmək (bitkilərdə). Günəbaxan hələ baş bağlamamışdır;
2) məc. bağlanmaq, məhəbbət yetirmək, uymaq. Oğlan qıza baş bağladı.
Baş çapmaq – bax baş vurmaq 8-ci mənada.
Baş çəkmək – hal soruşmaq, birinin halını bilmək üçün onun yanına getmək; dəymək, yoxlamaq, yoluxmaq. Xəstəyə baş çəkmək.
– Bir baş çəkin dərdməndin halinə; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi.
Rəsul durub ayağa əl-üzünü yuyub dedi: gedim bir qonaqlara baş çəkim. Aşıq Qərib”.
[Xan:] Ələkbərə yazmışam ki, arabanı sazlasın; hazır olan kimi … kəndə baş çəkəcəyəm. C.Məmmədquluzadə.

Baş çıxarmaq1) anlamaq, başa düşmək, qanmaq. Mən sənin işindən heç baş çıxara bilmirəm.
[Məhərrəm:] Məgər sənin işindən mən baş çıxardıram? N.Vəzirov;

2) bax baş açmaq 2-ci mənada.
Baş çıxarmış şükufələr seyr edər; Yaşılına, o alına, sevdiyim. M.V.Vidadi.

Baş dolandırmaq1) birtəhər keçinmək, yaşamaq, güzəran etmək;
2) ciddi bir iş ilə məşğul olmayaraq, vaxtını boş keçirmək, orada-burada yubanmaq. Gəl işini gör, baş dolandırma.
Baş eləmək – yetişmək, ağarışmaq, irinləmək (çiban, yara haqqında).
Baş endirmək – təzim etmək, baş əyib salam vermək.
Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani.
Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş ədəblə çömbəldi. M.Ə.Sabir.
Xidmətçi daxil olub baş endirdi. M.S.Ordubadi.

Baş əymək1) ehtiram etmək, təzim etmək, salam vermək.
[Şahmar bəy:] Səfdərqulu, atan otağa daxil olanda, ya ki küçədə rast gələndə lazım bilirsən ayağa durub baş əymək, yoxsa lazım bilmirsən? N.Vəzirov.
…Oturanlar hamısı baş əyib, dilucu salam verdilər. Mir Cəlal;
2) tabe olmaq, itaət etmək, alçalmaq.
Arvadının mərdliyini görən kişi ömründə düşmənə baş əyməz. M.Hüseyn.

Baş gəzdirmək – bax baş dolandırmaq.
Baş girləmək – bax baş dolandırmaq.
Baş göstərmək – zahir olmaq, meydana çıxmaq, görünmək.
Baş götürüb qaçmaq (getmək) – bax baş alıb getmək.
[Salman bəy:] Bu ev cin, şeytan ocağıdı(r), baş götürüb gedənin canı qurtarı(r). N.Vəzirov.
[Şair] baş götürüb getdiyi uzaqlardan geri qayıtdı. Ə.Məmmədxanlı.

Baş işlətmək – fikirləşmək.
Baş kəsmək məc. – çox baha satmaq, insafsızlıq eləmək.
Baş qaçırmaq – boyun qaçırmaq, boynuna götürməmək, yaxa qurtarmaq, bəhanə gətirmək. Vədəsindən baş qaçırmaq. İşdən baş qaçırmaq.
[Namaz:] Xeyr, qoy görüm, Vəli, ayıb deyil baş qaçırırsan? M.F.Axundzadə.

Baş qaldırmaq1) üsyan etmək, qiyam etmək; qalxışmaq, hərəkətə gəlmək, dirçəlmək.
[İngiltərə və çar hökuməti] hər nə cür olur olsun, İranda baş qaldıran inqilab hərəkatını boğmalı idilər. M.S.Ordubadi;

// üzə durmaq, itaətsizlik göstərmək, tabe olmamaq;
2) bitmək, cücərmək, başları görünmək.
Buludlar parçalanır, torpaq buğlanır, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı. M.İbrahimov;

3) oyanmaq, özünü hiss etdirmək.
Ürəyində anlaşılmaz bir əndişə baş qaldırdı. M.İbrahimov.

Baş qarışdırmaq – bax başını qarışdırmaq.
Baş qarışmaq – iş çox olmaq, vaxt olmamaq.
Burada yenə Mişa qayğıkeşlik göstərdi: – Çıxart çörək yeyək! – dedi,– sonra baş qarışar. Ə.Əbülhəsən.
Baş qatmaq bax baş qoşmaq 2-ci mənada.
Baş qaşımağa vaxtı olmamaq – işi həddindən artıq olmaq, qətiyyən boş vaxtı olmamaq. İşim çoxdur, baş qaşımağa vaxtım yoxdur. Baş qırxmaq ( məc. ) – fırıldaq işlətmək, aldatmaq, tovlayıb almaq.
Dağılıb çöllərə açdı hərə bir növ kələk; Qırxdı xalqın başını hər biri misli-dəllək. S.Ə.Şirvani.

Baş qoşmaq1) fikir vermək, əhəmiyyət vermək, maraqlanmaq.
[Səlim] bir daha qocaya baş qoşmayıb, oxuduğu romanı vərəqlədi… M.Hüseyn.
A kişi, … buna baş qoşma, ağzına ağız verib özündən çıxarma. S.Rəhimov;

2) məşğul olmaq, bir işə girişmək, özünü soxmaq, müdaxilə etmək, qarışmaq. Katib tənglənib çıxardı, baş qoşmazdı. Mir Cəlal;
3) sataşmaq, öcəşmək. Uşaqlar, qoy getsin, baş qoşmayın. Ona baş qoşma, görürsən ki, anlamır.
Baş qoymaq – canını fəda etmək, canından keçmək. Vətən yolunda baş qoymaq.
Baş məqalə – qəzetdə, jurnalda ən birinci yerdə çap olunan əsas redaksiya məqaləsi.
Arsen qəzetin baş məqaləsində kəndə dair nə yazsaydı, Məşədibəylə bir yerdə müzakirə edərdi. M.Hüseyn.

Baş salamatlığı1) bax başsağlığı;
2) dinclik, rahatlıq, salamatlıq, xətərsizlik.
Baş sındırmaq – çətin bir məsələnin üzərində çox düşünmək, çox fikirləşib həll etməyə çalışmaq.
Professor Belokurov beş ildir bunun üstündə baş sındırır, heç bir yana çıxa bilmir. C.Cabbarlı.
Hər daşın oxunması üzərində baş sındırmalara nə ehtiyac vardı? Mir Cəlal.

Baş soxmaq – girmək, soxulmaq.
Baş tapmaq – anlamaq, qanmaq, başa düşmək, dərk etmək. Onun işindən baş tapmaq olmur.
[Süsən:] Hə, bağışlayınız, baş tapmadım. M.S.Ordubadi.
Mirzə Kamal bəy başını qaşıyıb: – Mən baş tapmadım! – dedi. S.Rəhimov.

Baş təpmək – bax baş soxmaq.
[Əhməd:] Bir xaraba qalmayıb ki, mən ora baş təpməyəm. N.Vəzirov.
Bir az fikirləşdim; gözlərimi dörd tərəfə gəzdirdim: dərədə yatmışdım, bircə lağımdan başqa baş təpəcək yer yox idi. Çəmənzəminli.

Baş tutmaq1) əmələ gəlmək, hasil olmaq, nəticə vermək.
[Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! M.F.Axundzadə.
Ancaq üç nəfər adam gəlmişdi.
İclas baş tutmadı. Mir Cəlal.
[Xəlil:] [Şahmar], görünür sövdən baş tutmayıb.
Çox pərtsən, aşna. M.Hüseyn;

2) dən bağlamaq. Bu taxıl hələ baş tutmayıbdır;
3) taxılı xəlbirləyib zibilini təmizləmək. Taxılı baş tutub, anbara yığdılar;
4) bir şeyin oğurluq olduğunu meydana çıxarmaq, oğurluq malı tutmaq.
Baş tutmamaq – əmələ gəlməmək, hasil olmamaq, müvəffəqiyyətsizliyə uğramaq, nəticə verməmək.
Kələyin baş tutmamasından şad və xürrəm halda Mahmud bayıra çıxıb arvadının, çarşabı qoltuğuna vurub, yeznəsi ilə getməsini müşahidə edir. B.Talıblı.

Baş üstə! – hazıram, yaxşı, razıyam mənasında işlənən ifadə.
[Əhməd:] Baş üstə, Cahangir bəy, al bu pulları hər nədir… N.Vəzirov.

Dedim: – Baş üstə.
Və həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim? C.Məmmədquluzadə.
[Tələbə:] Baş üstə, müəllim, sabah birgünlük xatiratımı yazıb gətirəcəyəm. Qantəmir.

Baş vermək1) əmələ gəlmək, meydana gəlmək, vaqe olmaq, sadir olmaq, ortaya çıxmaq, olmaq. Hadisə baş verdi.
– Baş verir səndən öylə bir hərəkət; Ki, bütün xalq edir həmən nifrət. H.Cavid.
[Ağa Həsən:] Xanım, niyə məni bəndəliyə qəbul etmirsən, məndən nə xata baş veribdir? M.F.Axundzadə.
[Konsul:] Son günlər bu cürə hadisələr çox tez-tez baş verir. M.S.Ordubadi;

2) başlamaq. Bulud zahir olunca, yağış baş verdi. Birdən külək baş verdi;
3) cücərmək, bitmək, başı görünmək.
Əcəl macal verə, gün gəlib ötə; Baş verib bənövşə, yasəmən bitə. Aşıq İsmayıl.
Lalələr kim baş verib xaki-məzarımdan çıxar; Firqətindən çəkdi kim, sinəmdə həsrət dağıdır. S.Ə.Şirvani.

Baş vurmaq1) güllə atdıqda hədəfdən yuxarıya vurmaq. Tüfəng baş vurur;
2) mübaliğə etmək, yekəyekə danışmaq, lovğalanmaq;
3) bax baş çəkmək.
[Pası] Cəbini yəhərli atının qucağına alaraq, kənddə evlərinə baş vurmağa gəlmişdi. S.Rəhimov.
Nuruoğlu səhər tezdən işə gedərkən dəftərxanaya baş vurub, hesabdarı yanına çağırtdırdı. M.Hüseyn;

4) suya batıb çıxmaq, dalmaq. Üzgüçü baş vurub, sudan üzüyü çıxartdı.
– Şöhrətimiz bu ellərə yayılsın; Ey baş vurub göldə çimən durnalar. S.Rüstəm.
Gen qoynunda Xəzərin; Sulara baş vuraraq; Qayalar üzərində qağayılar uçur, bax!… Ə.Cəmil;

5) yırğalanmaq (gəmi haqqında);
6) həmlə etmək, hücum etmək.
Qəhrəman baş vurdu bir də; Üç düşmən tankını … sovurdu göyə. R.Rza;

7) baş endirmək, təzim etmək.
Molla Həmid baş vurub, çadırdan çıxır. M.F.Axundzadə.
[Hacı Fərəc:] İndiyə kimi mənə məhəl qoymayan adamlar, məni görəndə ikiqat olub baş vuracaqlar. N.Vəzirov;

8) din. keçmişdə: Məhərrəm ayında aşura günü qatı mövhumatçıların baş çapmaq, baş yarmaq ayini.
Baş yarmaq1) bax baş vurmaq 8-ci mənada;
2) zərər vermək, ziyan vermək. Artıq tamah baş yarar. ( Ata. sözü ).
[Namaz:] Artıq tikə məgər baş yarar? M.F.Axundzadə.

Baş yoldaşı – arvad, ər, həyat yoldaşı.
Baş yoldaşı gör nədir ha! – deyə, bir qadın əsnə(di)… S.Rəhimov.

Baş yormaq məc. – çox düşünmək, çox fikirləşmək. Bunun üçün baş yormağa dəyməz.
Baş(dan) beyindən olmaq – dəng olmaq, çox eşitməkdən, səs-küydən qulaqları batmaq.
Başa aparmaq1) bax baş dolandırmaq 1-ci mənada.
Həmişə nalə və əfğan ilə ruzgarlarını başa apararlar və bir kəs onların dadına yetişmir… M.F.Axundzadə;

2) sürmək, keçirmək.
Bir kənar guşəyə çəkilib, istirahət ilə ömür başa aparır. Ə.Haqverdiyev.

Başa batmaq – ağıl kəsmək, inanıla bilmək, həqiqətə yaxın olmaq.
Başa bəla gətirmək (açmaq, olmaq) – bədbəxtliyə, əziyyətə, narahatlığa, qayğıya səbəb olmaq; əngəl olmaq.
Bu dünyada üç şey başa bəladı; Yaman övlad, yaman arvad, yaman at. Aşıq Ələsgər.
[Yusif:] Mən bilirdim ki, ucuqdan çıxmış qız axırda bizim başımıza bəla gətirəcəkdir. S.S.Axundov.
[Kazım:] Axund, bilirsən ki, dilə düşməkdən qorxuram.
Bu zamanda dilə düşmək başa bəla açar. Çəmənzəminli.

Başa bəla olmaq – zərərli, əziyyətli, dözülməz, yaxud arzuedilməz adam, şey haqqında.
Başa çatdırmaq – axıra çatdırmaq, qurtarmaq, tamamlamaq.
Başa çatmaq – axıra yetmək, nəhayətə varmaq, tamamlanmaq.
Mühəndis Haqverdizadənin bütün hazırlıq işləri başa çatmışdı. S.Rəhimov;

// həyata keçmək.
Neftçilər çalışırlar; dörd ildə başa çatsın; Böyük beşillik plan. M.Seyidzadə.

Başa çıxarmaq məc. – həddindən artıq üz verib, ərköyün böyüdüb qudurtmaq, ayaqlandırmaq. Sən bu uşağı lap başımıza çıxartdın.
Başa çıxmaq1) ərköyünlükdən qudurmaq, həddini aşmaq, böyük-kiçik bilməmək, ayaqlanmaq. Sənə dinmədikcə lap başa çıxırsan;
2) işi axıra qədər görmək, tamamlamaq, qurtarmaq. Əlimdəki işi başa çıxdım. Kitabı oxuyub başa çıxdım;
3) birincilik qazanmaq, üstün gəlmək, qalib gəlmək.
Ötüşdə başa çıxmayanın başı torpağa düşər. S.Rəhimov.

Başa düşmək – anlamaq, düşünmək, qanmaq.
Gərək əhli-Təbriz kimi sahibi-mərifət … olmaq ki, bu mətalibi başa düşmək. M.F.Axundzadə.
[Səfdərqulu:] Vallah, başa düşə bilmirəm, məndən nə istəyirsiniz? N.Vəzirov.
Kərbəlayı Mirzəlinin sözünü əvvəl dəfə biz heç başa düşmədik. C.Məmmədquluzadə.

Başa əngəl olmaq – bax başa bəla olmaq.
Başa gəlmək1) yetmək, tamam olmaq, əmələ gəlmək, hasil olmaq. Nahar hələ başa gəlmədi? – Köçaxır kəndi kövşənində Kür qırağına çəkilən bənd tikilib başa gəldi. Mir Cəlal;
// həyata keçmək.
Başa gəlir elədiyin niyyətlər; Gər sidq ilə doğru qeyrət eylərsən. M.V.Vidadi;

2) bax başına gəlmək.
Başa gətirmək – qayırmaq, düzəltmək, hazırlamaq.
[Usta Ağabalanın] neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-ələ gəzirdi. Çəmənzəminli.

Başa qaxmaq – etdiyi yaxşılığı xatırladaraq, üzünə deyərək utandırmaq, üzünə vurmaq, başa çaxmaq, minnət qoymaq.
Maro dodağını çeynəyə-çeynəyə: – Yastı-yastı danışıb, az başıma qax də! – dedi. S.Rəhimov.

Başa mindirmək – bax başa çıxarmaq.
Başa salmaq – anlatmaq, qandırmaq, izah etmək.
Bəzi kəndlərdə kimin ləhinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq özü böyük hünər idi. Mir Cəlal.

Başa vermək1) axıra yetirmək, sona çatdırmaq;
2) yola aparmaq, yola vermək, rəftar etmək.
Başa vurmaq1) axıra çatdırmaq, bitirmək, tamamlamaq, tamama yetirmək.
Zeynal etiraz edib: – Oyunu başa vurmalısan! – deyə onu yerində oturtdu. A.Şaiq.
Vurdu başa öz ömrünü min qəmdə Nizami; “Şerim qalacaq, söylədi, ölsəm də!” Nizami. S.Rüstəm;

2) axıra kimi gəzmək, bir yeri diqqətlə axtarıb araşdırmaq.
[Qədim dayı] bazarı başa vurub, bir neçə fətir çörək aldı və qoltuğuna vurub, yolun ağzına düşdü. S.Rəhimov;

3) bax başa qaxmaq.
Başa yetişmək (yetmək) – bax başa çatmaq.
Yetişdi başa ömrüm, olmadı məqsudi-dil hasil. Q.Zakir.

Başda dolandırmaq (gəzdirmək) – aldatmaq, yalan vədlərlə aldatmaq.
[Birisi:] Ay muzdur, sən sənin Allahın, de görüm, bizi niyə başda gəzdirirsən? Ə.Əbülhəsən.

Başdan aşmaq (daşmaq) – bol olmaq, həddindən artıq çox olmaq. Mağazalarda mal başdan aşır. Heç vaxtım yoxdur, iş başımda aşmışdır.
Başdan atmaq – rədd etmək, qəbul etməmək, boyun qaçırmaq.
Başdan çıxarmaq – aldatmaq, azdırmaq, tovlamaq, pis yola sövq etmək.
Hansı müflislər sizi başdan çıxardıblar? C.Məmmədquluzadə.

Başdan çıxmaq – çaşmaq, səhv etmək, aldanmaq, yanılmaq.
Mən başdan çıxdım, nahaq yerə onun sözlərinə qulaq asdım! Başı ayazımaq – bax başı ayılmaq 1-ci mənada.
[Vaqif:] Xülasə gecəgündüz bu xanların bir-biri ilə höcəşməsindən heç başımız ayazımır. Çəmənzəminli.

Başdan eləmək (etmək) – rədd etmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq, canını qurtarmaq.
Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib, onu başdan etməyə çalışdı. Ə.Vəliyev.
Fərzəlini başdan etmək üçün Kərbəlayı Hətəm xanla Hacı Səfiqulu kimi mötəbər adamların şahidliyini düzəltmək pis olmazdı. S.Rəhimov.

Başdan getmək – aldanmaq, yanılmaq, səhv etmək.
Başdan keçmək – candan keçmək, özünü fəda etmək.
Başdan keçibən eşqdə cövlan gərək olsun; Meydani-məhəbbətdi bu, ey dil, ciyər istər. S.Ə.Şirvani.

Başdan olmaq (mənfi mənada)1) tamam olmaq, qurtarmaq, bitmək;
2) rədd olmaq, əl götürmək, çıxıb getmək;
3) səs-küydən dəng olmaq, təngə gəlmək, darıxmaq. Bu hay-küy nədir, lap başdan olduq.
Başdan rədd eləmək – bax başdan eləmək (etmək).
[Səfər bəy:] Mirzə Turab, axund Molla Abuş buraya gəlir… Ancaq sən Allah, tez başdan rədd elə getsin ki, nəşəmiz dağılmasın. B.Talıblı.

Başdan sovurmaq – diqqətsizlik etmək, tələsmək, bir işi keyfiyyətsiz, tələsik görmək, başdansovma etmək.
Baş-göz eləmək – evləndirmək.
[Dursun:] Axı bizim əhdimiz vardı, biz sizi baş-göz eləmək istəyirdik. Ə.Əbülhəsən.

Başı (bədəninə, çiyninə) ağırlıq etmək – hədə mənasında işlənən ifadədir.
Başı açıq qalmaq məc. – himayəsiz, yiyəsiz, kimsəsiz qalmaq.
Başı açılmaq1) bax başı ayılmaq 1-ci mənada. İşdən heç başım açılmır;
2) külli miqdarda axın ilə gəlməyə başlamaq. Sürünün başı açıldı.
– Bir neçə dəqiqədən sonra dəstənin başı açıldı. M.S.Ordubadi;

3) başlanmaq.
[Əbdürrəhman bəy:] Mətləbin başı açıldı, amma çox zülmnən. N.Vəzirov.

Başı aşağı etmək – xəcalətli etmək, xəcalət çəkməsinə, utanmasına səbəb olmaq.
Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eyləyir, ataana yanında başı aşağı edirdi. S.Rəhman.

Başı aşağı olmaq – xəcalətli olmaq, etdiyi bir iş üçün xəcalət çəkmək, utanmaq. [Pirverdi bəy:] Sizə məlumdur ki, mən on yeddi ildi ki, ixlas ilə qulluq eləyirəm.
Və bir dəfə olmayıb ki, mən dövlət yanında başı aşağı olum. C.Məmmədquluzadə.

Başı ayılmaq1) işdən asudə olmaq, rahat olmaq, xilas olmaq. İşdən heç başı ayılmayır.
[Püstə dedi:] Qoy qonşumuz(un) yasından başım ayılsın, mən bir qazan qaynadaram ki… H.Sarabski;

2) sərxoşluğu keçmək, ayılmaq.
Başı aynımaq – bax başı ayılmaq 1-ci mənada. Qoy bir başım aynısın.
Başı bağlanmaq – satılması, işlənməsi, istifadə edilməsi məhkəmə və s. tərəfindən qadağan olunmaq.
Başı batsın, başın batsın – qarğış.
Sənin başın batsın! Kaş sən heç gəlib bunu görməyəydin, – deyə Mahmud əmi Əsədin üstə çığırıb və özü də qaçanlara qoşulub, kəndə sarı yönəldi. B.Talıblı.

Başı bənd olmaq1) evlənmək, evli olmaq, ailə sahibi olmaq;
2) bax başı qarışmaq.
Başı böyümək – bax başı şişmək.
Qəm tünlük, mən yalqız, yüz yana çəkər; Zakirəm, böyüyüb başım, ağlaram. Q.Zakir.

Başı çıxmaq – tanış olmaq, aşna olmaq, bələd olmaq, bilmək, başa düşmək, anlamaq.
İnsan gərək qorxaq olmasın, insanda gərək cürət ola, belə-belə işlərdən başı çıxa. B.Talıblı.

Başı çıxmamaq – bələd olmamaq, tanış olmamaq, bilməmək, başa düşməmək, bacarmamaq.
Tükəzban xalanın siyasətdən çox da başı çıxmazdı. B.Talıblı.
[Mədəd:] Haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. İ.Əfəndiyev.

Başı daşa dəymək – fəlakətə, uğursuzluğa rast gəlib peşman olmaq, acı təcrübə görmək. Başı daşa dəyməyincə, ağlı başına gəlməz. ( Ata. sözü ).
Başı ətlənmək – varlanmaq, pullanmaq.
Başı gərm olmaq – başı qızışmaq.
Nə deyim, ay qardaş, başı gərm olsa, getdi gecə yarısına. Mir Cəlal.

Başı gicişmək məc. – heç bir səbəb olmadan özü üçün xətərli iş tutmaq, əcəli çatmaq.
Başı xarab olmaq – sarsaqlamaq, gicləşmək, xərifləmək, başına hava gəlmək, ağlını azdırmaq.
[Mirzə Cavad:] Bala, sənin başın xarab olubdur. Ə.Haqverdiyev.

Başı xoş olmaq – halı, əhvalı yaxşı olmaq.
Başı ilə cavab vermək – bütün məsuliyyəti boynuna götürmək, zamin olmaq.
Başı qarışmaq – bir şeylə məşğul olmaq. Bu gün mənim başım qarışıqdır.
– Hacı Nəsirin başı yas yerinə gələn adamlara qarışdığından, oğlundan xəbərsiz idi. S.S.Axundov.
Kişinin … başı qarışar, uşaq isə onu gözləyər, mollaxanasının vaxtı keçərdi. H.Sarabski.

Başı qızışmaq1) çox məşğul olmaq, bir işlə ciddi məşğul olmaq, hər şeyi unutmaq. Səhərdən axşama kimi işlə başı qızışmış, yemək belə yadına düşmür;
2) hirslənmək, əsəbiləşmək, özündən çıxmaq. Elə başı qızışmışdı ki, heç kəsi tanımırdı.
Başı şişmək – işin çoxluğundan, dərddən, yaxud başqa bir səbəbdən nə edəcəyini bilməmək, başını itirmək.
…İndi yay fəslidir, indi belə-belə məqalələrin vaxtı deyil; istidən adamın başı şişir. C.Məmmədquluzadə.

Başı ucalmaq, başı uca olmaq – yüksəlmək, böyümək, artmaq, hörmət, nüfuz qazanmaq (yaxşı bir iş görmək nəticəsində).
Qəhrəman istəyirdi ki, … Möhsün bəyin üzü ağ, alnı açıq, başı uca olsun. S.Rəhimov.

Başı üstündə durmamaq – bərk kefli adam haqqında.
Başı üstünü kəsmək1) yanından ayrılmamaq, yanını kəsdirib durmaq, qulluq etmək. Bütün günü həkim xəstənin başı üstünü kəsmişdi;
2) məc. qısnamaq, tələsdirmək, sıxışdırmaq.
Başı yastığa enmək – naxoşlamaq, xəstələnmək.
Başıma (başına) dəysin – çox pis, keyfiyyətsiz, dəyərsiz iş haqqında. Dedi ki, belə iş mənim başıma dəysin.
“Kirpi” Başına yeritmək – bax beyninə yeritmək (salmaq) (“beyin”də).
Başın(ız) sağ olsun! – təziyə və təsəlli ifadəsidir.
Ana, başın sağ olsun, oğlun mənimlə gəlirdi, yolda onu həramilər soyub öldürdülər. Aşıq Qərib”.
Qorxuram tən edib deyələr sənə; Zakirin ölübdür, başın sağ olsun! Q.Zakir.

Başın(ız) üçün! – and yerində işlənir.
Başın(ız)a dolanım (dönüm, dönərəm)1) yalvarış, nəvazişlə xahiş bildirən ifadə.
Dolanım başına, ey sərvqamət; Qonaq kafir olsa, lazımdır hörmət. Q.Zakir.
A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Ə.Haqverdiyev.
Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm. M.S.Ordubadi.
[Cavad:] Ay Mirzə! Başına dolanım, atadan, babadanqalma bir parça yerim vardı.
…İndi Səfər ağa gəlib yerimi tutub. B.Talıblı.

Başına ağıl qoymaq – yaxşı məsləhət vermək, pis əməldən daşındırmaq.
Başına almaq, aləmi başına almaq – bax başına götürmək.
Bəs necə oldu ki, Cənnət xanım evdə ola-ola Verdiyevin küykələyi aləmi başına alır? Mir Cəlal.

Başına and olsun! – bax başın(ız) üçün.
Başına at təpmək – dəli olmaq, sarsaqlamaq, axmaqlamaq, axmaq danışmaq (ya iş görmək).
Başına buraxmaq – başlı-başına buraxmaq, öz ixtiyarına qoymaq, sərbəst buraxmaq, baxmamaq, nəzarətsiz qoymaq, daha maraqlanmamaq.
Başına cəm etmək – bax başına toplamaq.
Qışın uzun gecələrində nənəm kürsüyə od töküb qızdırandan sonra, bizi başına cəm edib, qaravəlli və nağıl danışıb, hərdən bir mənim tərcümeyi-halımdan söhbət elərdi. H.Sarabski.

Başına çarə qılmaq (görmək) – tədbir aramaq, çıxış yolu tapmaq.
Dəli könül, gör başına bir çarə; Gözü sərxoş, zülfü ilan gəlmişəm. Q.Zakir.

Başına çəkmək məc. – hamısını birdən içmək, tamamilə içmək, acgözlüklə içmək.
Kişi parçı bir nəfəsə başına çəkdi. İ.Əfəndiyev.

Başına daş düşmək1) gözü götürməmək, paxıllıq etmək, həsəd aparmaq.
[Tükəzban:] Niyə əlinizi qaldırmırsınız? Bir dənə arvad adı gələndə başınıza daş düşür, qoymursuz seçilməyə. B.Talıblı;

2) fəlakətə uğramaq, bədbəxtlik üz vermək.
Başına daş salmaq – boş yerə tələf etmək, puç etmək, itirmək, sərf etmək, korlamaq (pulu, malı və s.-ni). Kitabın başına daş saldın.
Başına dolanmaq – həddindən artıq əzizləmək, nəvaziş etmək, qayğısını çəkmək.
Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar. S.S.Axundov.

Başına düşmək – yadına düşmək, ürəyi istəmək, xatiri istəmək.
Çoxdandır səni görməmişəm, başıma düşdün, gəldim səninlə bir az dərdləşək. H.Sarabski.

Başına gəlmək – birinə hadisə üz vermək, bir hadisəni şəxsən görmək, təcrübə etmək, görüb keçirmək; məruz qalmaq, rast gəlmək. Gülpərinin qorxduğu başına gəldi.
Belə ki, ağır yüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda, bir döngədə aşıb, oxu və çarxı sındı. S.S.Axundov.

Başına girməmək – başa düşə bilməmək, anlaya bilməmək.
Başına götürmək1) hər tərəfə dolmaq, yayılmaq.
Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev.
Ayının bağırtısı meşəni başına götürmüşdü. S.S.Axundov;

2) bərkdən danışaraq başqalarına aman verməmək.
Başına hava gəlmək – ağlı başından oynamaq, dəli olmaq.
Əmir, Teymur oğlu Miranşahın başına hava gəldiyi üçün ona tapşırılan vilayətləri alıb, oğlu şahzadə Ömərə verdi. A.Bakıxanov.
[Cavahir xanım:] Atam bu əhvalatı eşidən kimi başına hava gəlib. N.Vəzirov.

Başına iş gəlmək – bəlaya uğramaq, müsibət üz vermək, qəza üz vermək, hadisə üz vermək, çətin və çıxılmaz bir vəziyyətə düşmək.
Usta Ağabalanın başının yarısı təraş olmamışdı; birdən Kərbəlayı Qulu geri çəkilib dedi: – Usta, axı başıma bir iş gəlib. Çəmənzəminli.

Başına iş gətirmək – əngələ salmaq, pislik eləmək, bəlaya, fəlakətə uğratmaq.
[Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə.
[Nəcəf bəy:] Süleyman! Axırı bu iş qalmışdı ki, mənim başıma gətirdin. Ə.Haqverdiyev.

Başına it oyunu açmaq, başına itin suyunu tökmək – biabır etmək, təhqir edəcək dərəcədə danlamaq.
Qumru … söz verdi ki, gedib evində muzdurun başına itin suyunu töksün. Ə.Əbülhəsən.

Başına kələk açmaq – ağır bir vəziyyətə salmaq.
Başına kül (olsun)! – qarğış ifadəsidir.
Başına qalmaq1) həddindən artıq olmaq, bol olmaq, satılmamaq, müştərisi olmamaq. Bazarda üzüm başına qalıbdır.
– Yatar mühaciriislam ac, qar üstündə; Qalar pilov başına mətbəxində əyanın. M.Möcüz;

2) sahibsiz qalmaq, baxımsız qalmaq, nəzarətsiz qalmaq.
Başına qəza gəlmək – bax başına iş gəlmək.
Başına qiyamət qopmaq – müsibət üz vermək.
Görməsəm başıma qopar qiyamət; Sərvi-qədin məddi-nəzərdir mənə. Q.Zakir.

Başına mindirmək – bax başa çıxarmaq.
[Əsgər:] …Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirdi. N.Vəzirov.

Başına oyun açmaq – bax başına kələk açmaq.
Başına oyun gətirmək – bax başına iş gətirmək.
Başına pislik gətirmək – namusuna təcavüz etmək, zorlamaq.
Başına tənbəki oyunu açmaq – bax başına oyun açmaq.
Başına toplamaq – başına yığmaq.
Başına vurmaq məc.1) fikirləşmək, düşünmək, götür-qoy eləmək. Hey başıma vururam, ağlım bir şey kəsmir;
2) bax başa qaxmaq.
Başına yığılmaq – bir şeyin və ya bir adamın ətrafına toplaşmaq, yığılmaq.
Çağırın Qeys ilə Fərhadı yığılsın başıma. S.Ə.Şirvani.

Başına yığmaq – ətrafına toplamaq (yığmaq).
Nuşirəvanın oğlu Nuşizad həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. A.Bakıxanov.

Başında durmaq – rəhbərlik etmək, başçılıq etmək.
Başında gəzdirmək – çox hörmət və təzim etmək.
Başında qalmaq – yadında qalmaq, vərdiş eləmək, unutmamaq.
Başında qoz sındırmaq – çox incitmək, birinin üzərində hökmranlıq etmək, ağalıq etmək, istədiyini etmək.
Gənə onu istəyirsən ki, təzədən boynuyoğunlar gəlib bizim başımızda qoz sındırsınlar? M.Hüseyn.

Başından atmaq – bax başdan atmaq.
Başından basmaq – inkişaf etməyə, tərəqqi etməyə, irəli getməyə qoymamaq, sıxışdırmaq, əzmək.
Başından böyük (yekə) danışmaq – danışığında həddini aşmaq, həddini bilməmək, yaxud öz yaşına, vəziyyətinə, biliyinə və s.-yə uyğun danışmamaq, yekə-yekə danışmaq.
Başından çıxarmaq1) fikrindən çıxarmaq, yada düşülməmək, yadına salmamaq;
2) “öz” sözü ilə – uydurmaq, icad etmək. Bunu öz başından çıxarmısan, yoxsa bir yerdən eşitmisən?
Başından çıxmamaq – daim düşündürmək, daim fikrində olmaq.
Başından keçmək1) bax başına gəlmək. Başından çox şeylər keçib;
2) bax başını vermək.
Başından rədd etmək – bax başdan eləmək (etmək).
Bir az danışıqdan sonra atası Tükəzbanı ona [Abdal Əsədə] verib, başından rədd elədi. B.Talıblı.

Başından tüstü çıxmaq – son dərəcə hirslənmək, hiddətlənmək.
Kiçikxanımı görəndə, Nərimanın vücuduna od düşdü, başından tüstü çıxdı. Mir Cəlal.

Başını ağartmaq – bax baş ağartmaq.
Başını ağrıtmaq – bax baş ağrıtmaq.
Əgər bu [Erkək Tükəzban] şəhərli arvadı olsa idi, mən heç fikir verməzdim və oxucuların başını ağrıtmazdım… B.Talıblı.

Başını aşağı dikmək1) başını sallamaq;
2) məc. rüsvay etmək, biabır etmək.
Kişilər belə deyirdilər ki, “kim bilir Bakıda bu arvadın başına nə iş gətirəcəklər, əgər bir iş olsa, sahibsiz arvaddır, onsuz da mahal içində bizim başımızı aşağı dikib”… B.Talıblı.

Başını bağlamaq1) qanun üzrə birinin malını, şeylərini və s.-ni siyahıya alıb, satılmasını, yaxud istifadəsini qadağan etmək;
2) bir şeyi almaq üçün beh vermək, sövdələşib qurtarmaq;
3) məc. evləndirmək.
Başını batırmaq – tələf etmək, yox etmək, ortadan qaldırmaq.
Məhəllədə hər kəs bir az zirəklik göstərsəydi və ya baş qaldırıb, söz qaytarsa idi, qoçular dərhal onun başını batırardı. H.Sarabski.

Başını bənd etmək1) bax başını qarışdırmaq;
2) məc. evləndirmək.
Başını bir yerə yığmaq1) bir yerə toplamaq, yekunlaşdırmaq, ümumiləşdirmək.
…Bu söhbətlərin başını bir yerə yığıb tərtibə salsan, təxminən belə bir mənzərə əmələ gələr… R.Rza;

2) evləndirmək.
Başını bişirmək – dilə tutub razı etmək, yola gətirmək, aldatmaq, tovlamaq.
Başını boşlamaq – öz ixtiyarına buraxmaq, sərbəst buraxmaq, əl çəkmək, bənd olmamaq, mane olmamaq.
Başını böyütmək – təngə gətirmək, darıxdırmaq, usandırmaq, sıxıntı vermək, əziyyət vermək.
Başını bulamaq – başını tərpətməklə narazı olduğunu, xoşlanmadığını bildirmək.
Tərlanın bu cavabından razı qalmayaraq, başını bulayan dostu, onun qolundan tutub, stoluna tərəf çəkdi. M.Hüseyn.
Eldar başını bulayaraq, Ayazı hədələdi. Ə.Məmmədxanlı.

Başını buraxmaq – yüyənini, cilovunu boşaldaraq yerişini sürətləndirmək (atın).
Məmməd bəyin atı cilov gəmirirdi, başını buraxmaq lazım idi. Çəmənzəminli.
Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. S.S.Axundov.
Eldar … atın başını buraxaraq, … bir dəstə traktoristə yaxınlaşdı. Ə.Məmmədxanlı;

2) bax başına buraxmaq.
Başını daşa döyür – yersiz, haqsız, əsassız danışan adam haqqında.
Başını daşlamaq – bax başına daş salmaq.
Başını dolandırmaq – bax başını qorumaq 2-ci mənada.
Başını əkmək – tovlamaq, aldatmaq, tovlayıb uzaqlaşdırmaq.
İndi qaldı İmranın bir cür başını əkib, İrana göndərmək. S.S.Axundov.
Onun başın elə əkim ki, heç ruhu da inciməsin. Z.Xəlil.

Başını girləmək – bax başını qorumaq 2-ci mənada.
Qoysana … daz başımızı girləyib saxlayaq. S.Rəhimov.

Başını girləmək – vaxtını boşboş keçirmək. O, iş görən deyil, başını girləyir.
Başını itirmək – ağlını itirmək, özünü itirmək, işinin əvvəlini, axırını bilməmək, çaşmaq.
[İvan bəy:] Pristavlar başlarını itirmişlər, bundan artıq da nə istəyirsən, canım! N.Vəzirov.
Ara qarışdı, eşikağası başını itirdi, artıq o, qonağı ilə maraqlanmırdı. Çəmənzəminli.

Başını külləmək – bax başını piyləmək.
Başını qarışdırmaq1) məşğul etmək, bir işlə vaxtını keçirmək. Uşağın başını qarışdır, bu saat gəlirəm;
2) birisini aldatmaq, fikrini yayındırmaq məqsədi ilə bir işlə məşğul etmək. Başını qarışdırıb tez əkildi.
Başını qaşımağa vaxtı olmamaq – işdən göz aça bilməmək, işi son dərəcə çox olmaq.
Başını qatmaq – bax başını qarışdırmaq.
Bu nümayiş yazılanların başını qatmaq idi. M.S.Ordubadi.

Başını qınına çəkmək – gizlənmək, özünü gizlətmək.
Salonda oturanlardan bir çoxu tısbağa kimi başını qınına çəkib, qorxu ilə baxırdı. M.S.Ordubadi.
Tısbağa başını qınına çəkən kimi, topal qıçını altına çəkib gizlətdi. Mir Cəlal.

Başını qorumaq1) özünü qorumaq, özünü mühafizə etmək. Xəstəlikdən başını qoru;
2) birtəhər dolanmaq, keçinmək.
Başını qoymaq – canını fəda etmək, canından keçmək.
Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi.
Sərikuyində qoyub başımı, bir uf demədim. X.Natəvan.

Başını qurtarmaq – canını qurtarmaq, xilas olmaq.
İki siçan qaçdı qurtardı başın; Seyl kimi cari edib göz yaşın. S.Ə.Şirvani.

Başını piyləmək – aldatmaq, tovlamaq.
Başını saxlamaq – bax başını qorumaq. O hələ də öz başını saxlaya bilmir.
– Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət.

Başını sallamaq – xəcalət çəkmək, cavab verə bilməmək, gözlərini yerə dikmək.
Başını sığallamaq məc. – asta-asta və sezdirmədən aldatmaq, tovlamaq, yuxulatmaq. Hərif onun başını sığallayıb əlindəkini aldı.
Başını silkələmək – bax başını bulamaq.
Başını tovlamaq – aldatmaq.
Başını vermək – başından, canından keçmək, canını fəda etmək.
Başını yarıb ətəyinə qoz tökmək – birinə pislik edib, sonradan cürbəcür üsullarla könlünü almağa çalışmaq.
Başını yemək1) məhv etmək; müxtəlif yol və vasitələrlə ortadan qalxmasına, yaxud ölümünə səbəb olmaq;
2) bax başını batırmaq.
Başını yerə qoymaq – ölmək.
[Vaqif:] Sabah Kərim xan başını yerə qoydu, yenə ölkə qarışacaq, hər şəhərdə bir xan baş qaldıracaqdır. Çəmənzəminli.

Başını yerə döymək məc. – ibadət etmək, səcdə etmək, namaz qılmaq.
Yüz il başın yerə döysə, nə hasil zahidin bihudə ibadətindən. Q.Zakir.

Başını yığmaq (saxlamaq) – cilovunu, yüyənini yığaraq, yerişini ağırlaşdırmaq (atın). Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib məni keçdi.
Bunu gördükdə mən atın başını yığdım. S.S.Axundov.

Başını yırğalamaq – bax başını bulamaq.
Başını yola vermək – bax başını qorumaq 2-ci mənada.
Bir baş yuxarı – hər hansı bir cəhətdən başqasından üstün.
Bir başdan – ucdantutma, bir tərəfdən başlayaraq. Bir başdan bu kitabları qəfəsələrə yığ.
Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – bax boy.
Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) – bax boy.
Bu başdan – əvvəlcədən, qabaqcadan.
Mən heyrət içindəyəm, deyim sizə bu başdan. S.Rüstəm.

Əvvəl başdan – birinci növbədə, ilk əvvəl, qabaqca, hər şeydən əvvəl.
Əvvəl başdan deməliyəm ki… Əzəl başdan – lap əvvəldən, lap başdan, çoxdan, yaranandan.
Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi.
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq; Hər torpağın öz eşqi var, hər millətin öz adı. S.Vurğun.

Nə başını(zı) ağrıdım – xülasə, müxtəsər (ara söz kimi işlənir).
Nə başınızı ağrıdım, tələbəmin yazısını düzəltdim, içində bəzi sözləri lap yerli-dibli atdım, gözəl bir “xatirat” çıxdı. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞ 1. BAŞ (müxtəlif mənalarda: burada yalnız insan bədən üzvü nəzərdə tutulur) [Cənnətəli ağa:] Sən çox qələt elədin, başını daşdan-daşa döydün (N
  • BAŞ əla — yüksək
  • BAŞ zehin — şüur
  • BAŞ təpə — zirvə
  • BAŞ kənar — qıraq — yan

Etimologiya

  • BAŞ “Süfrənin başına yığılın” deyirik, amma süfrədə baş olmur. Buradakı baş kəl­məsi daş (dış) sözünün təhrif formasıdır, “kənar” (ətraf) deməkdir
BASMARLANMAQ
BAŞ-AYAQ₂
OBASTAN VİKİ
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. == Tarixi == Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. == Ağ Baş və qədim türk tayfaları == Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. == Tarixi == Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Baş Gözəldərə
Baş Gözəldərə, Yuxarı Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının ətəyində yerləşir. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Toponim fərqləndirici əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür. 1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir.
Baş Güneypəyə
Baş Güneypəyə — Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Qavartu çayının sahilində, dağ ətəyində yerləşir. == Əhalisi == 2019-cu il aprelin 6-da hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan, keçmiş Ağdərə rayonunun sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlmişdir.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Baş Kov
Baş Kov — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir. Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N.A.Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Baş hərf
Baş hərf — digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərf. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Baş miqyas
== Baş miqyas == Baş miqyas-coğrafiya xəritələrində sıfır təhrifli xətt və nöqtələrin miqyasına deyilir. Xəritənin qalan hissələrində miqyaslar xüsusi miqyas adlanır. Dünya və yarımkürələr xəritəsində baş miqyas ekvator xəttinin miqyasıdır.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Baş pontifik
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş Şabalıd
Baş Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Şabalıd Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir. Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar. == Mədəniyyəti == Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Adi başınağacı
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Ekoloji qrup və bitdiyi yerlər == Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Ana duasından başlanan yol (film, 2001)
Ana duasından başlanan yol — qısametrajlı sənədli televiziya filmi. Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Əli İsa Cabbarov tərəfindən 2001-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə haqqındadır.
Aralıq baş hərflər
Aralıq baş hərflər ( ing. intercaps ) - sözün ortasında baş hərflər; məsələn, PostScript. Bax: CAMEL NOTATION, PASCAL NOTATION. Şirkətlər öz əmtəə nişanlarında belə qeyri-adi yazılışdan istifadə etdiyəndən, o, orfoqrafik cəhətdən düzgün hesab edilir. Belə qeyri-adi yazılışı heç də hamı qəbul etmək istəmir. Vaxtilə bir şirkət öz adının yeganə düzgün yazılışının “envös” olduğunu iddia edirdi. Buna baxmayaraq, demək olar ki, hamı onun adını Envos kimi çap edirdi. Bu hekayənin mənəvi tərəfi ondadır ki, belə adlardan ticarət markalarında və loqotiplərdə istifadə etmək lazım deyil. Doğrudan da, əgər şirkətin adının yazılışı çox çətindirsə, bu onun aşkar çatışmazlığıdır ¬– jurnalistlər ona, sadəcə, məhəl qoymaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arif Qasımov (icra başçısı)
Arif Adil oğlu Qasımov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı (2015–2020). == Həyatı == Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu "iqtisadçı" və Naxçıvan Dövlət Universitetini "hüquqşünas" ixtisasları üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə başladıqdan sonra Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 11 iyul 2020-ci ildə tutduğu vəzifədən azad edilmişdir.Evlidir, üç övladı var.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. == Tarixi == Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. == Kontingenti == 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. == Ticarət nişanları == Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Mükafatları == Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi — Azərbaycan ordusunun topçu hissə və bölmələrinin formalaşdırılması və təlim-tərbiyəsinə, həmçinin atıcı və topşu ehtiyat əmlakının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə rəhbərlik edən hərbi qurum. == Yaradılması == Türk hərbi qüvvələri Azərbaycanda olarkən bu vəzifələr Qafqaz İslam Ordusunun müvafiq strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa edildikdən sonra 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusu ümumi qərərgahınınn tərkibində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray bəy Tlexas həmin şöbənin rəisi təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac artırdı. Hərbi nazirin 1918-ci il, 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu idarəsi yaradıldı. Yeni qurum Ümumi Qərərgahın tərkibindən çıxarılaraq birbaşa hərbi nazirə tabe edildi. Baş Topşu İdarəsinin rəisi əlahiddə Azərbaycan Korpusunun tərkibinə daxil olmayan bütün topçu hissələrinin, müəssisələrinin rəisi idi. Korpusun topçu hissələri üçün isə o, müfəttiş funksiyasını yerinə yetirirdi. İdarə rəisi həmin hissələrdə təlim-tərbiyə işlərini nəzarət altında saxlamaqla, vaxtaşırı hərbi nazirə bu barədə məlumat verməli idi. Baş Topşu İdarəsi iki bölmədən ibarət idi: I bölmə texniki II bölmə müfəttiş bölməsiBölmələrə rəisin texniki və müfəttiş bölmələri üzrə müavinləri rəhbərlik edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. == Yaradılması == 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. == Fəaliyyəti == Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinın Batum baş konsulluğu
Azərbaycanın Batum Baş Konsulluğu — Türkiyə və Avropa ölkələri ilə normal iqtisadi və ticarət əlaqələri saxlamaq, beynəlxalq aləmdə baş verən hadisələrdən müntəzəm və operativ xəbər tutmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi nümayəndəlik. == Yarandığı tarix == Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu və ağ neft kəmərinin Avropaya çıxış məntəqəsi olan Batumda nümayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəaliyyət göstərərkən bildirmişdi. Azərbaycan Hökuməti Batumun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri ilə əlaqələr qurmaq baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, 1918-ci il noyabrın 10-da orada konsulluq yaratmağı qərara aldı. 10 noyabr 1918-ci il tarixində Mahmud bəy Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyəyinin Batumda konsulu təyin edildi. Konsulluğun katibi doktor Əziz bəy Qədimbəyov, kargüzarı Safuət əfəndi Ağayev idi. == Vəzifəsi == Azərbaycanın Batumdakı konsulluğu ölkəyə aid yüklərin Batum limanında qəbul edilməsi və yola salınması, nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlənməsi, diplomatik kuryer və poçtla əlaqədar məsələlərin nizama salınması sahəsində mühüm rol oynamışdı. Konsulluq bölgədə türk və müsəlman əhalinin problemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, konsulluq 1919-cu ilin mart ayında bölgədəki Azərbaycan təbəələrinə 10 min rubl, 1919-cu ilin mayında normal fəaliyyət göstərməsi üçün Batumdakı türk məktəbinə 10 min rubl yardım etmişdi. 1919-cu il sentyabrın 27-də konsulluq nəzdində ticarət şöbəsi yaradıldı. Şöbənin tərkibinə yollar, ticarət və sənaye, həmçinin ərzaq nazirliklərinin nümayəndələri daxil edildi.
Azərbaycan Xalq cümhuriyyətinin Baş Qərərgahının kəşfiyyat və əks-kəşfiyyat bölməsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları.Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. == Strukturu == 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi. == Fəaliyyəti == Yeni fəaliyyətə başlamış bölmə ölkədə kəşfiyyat və əks-kəşfiyyatın təminatına məsuliyyət daşıyırdı.
Azərbaycanın şəhər, rayon və şəhərdə rayon icra hakimiyyəti başçılarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan–Başqırdıstan münasibətləri
Azərbaycan–Başqırdıstan münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Başqırdıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Xüsusilə həmin dövrdə əsasən əsasən neft sahəsində inkişaf etmişdir. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Başqırdıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir. == Diaspora == === Başqırdıstan azərbaycanlıları === Başqırdıstan Respublikasında Azərbaycan diasporu vardır.
Ağlım başıma gəldi (mahnı)
Ağlım başıma gəldi — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır.
Balaklava (baş geyimi)
Balaklava — sifətin bir qismini örtən baş geyimi. Geyinilmə tərzindən asılı olaraq yalnız gözlər, ağız və burun və ya sadəcə sifətin ön hissəsi görünür. Bu baş geyimi həmçinin yaxada və ya yalnız başın yuxarı hissəsində toplanmaqla da istifadə edilə bilər. Geyimin adı indiki Krımda Sevastopol şəhəri yaxınlığındakı Balaklava adlı ərazidə Krım müharibəsinin gedişində baş vermiş Balaklava döyüşündən götürülmüşdür. İngilis qoşunları isti saxlamaq üçün başlarına trikotaj başlıq keçirmişdilər. == Tarixi == Ənənəvi balaklavalar, əsasən, yundan toxunur. Müasir versiyaları, həmçinin, ipək, pambıq, polipropilen, neopren, nitron və ya flisdən hazırlanır. XIX əsrdə sözügedən tipdə baş geyimi həm də Ulan şapkası və ya Templiyer şapkası adı ilə də bilinirdi.1854-cü ildə Krım müharibəsinin gedişində Britaniya ordusunu kəskin soyuqlardan qorumaq üçün orduya əldə hazırlanmış balaklavalar göndərilmişdi. Ordu, onların öz ləvazimatları (isti geyim və ərzaq) vaxtında çatmadığına görə bu yardımı tələb edirdilər. Əldə toxumanın tarixi kitabında Riçard Rattın qeyd etdiyinə görə, "balaklava başlığı (dəbilqəsi)" ifadəsi müharibə zamanı işlənməmiş, əksinə daha sonralar - 1881-ci ildə meydana çıxmışdır.
Bank of Georgia baş ofis binası
Bank of Georgia baş ofis binası (gürc. ოფიცერთა სახლი) və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası (gürc. საქართველოს საავტომობილო გზების სამინისტროს შენობა) – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab Calaqxaninin layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir. == Tarixi == Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur..
Baykal başlıqotu
Baykal başlıqotu (lat. Scutellaria baicalensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.
Başqırdıstanın coğrafi mərkəzi
Başqırdıstan Respublikasının coğrafi mərkəzi — ölkənin ucqar nöqtələrindən eyni məsafədə yerləşən, mərkəzi nöqtə. Başqırdıstanın coğrafi mərkəzi Qafuri rayonunun şimalında, Ağidel və Zilim çayları arasında, Erek kəndindən şərqdə, Arxangel və Karmaskalı rayonları sərhəddinə yaxın ərazidə yerləşir. Ufa şəhərindən 67,5 km məsafədə yerlkəşir Bu nöqtə 2002-ci ildə Başqırdıstan Dövlət Universiteti Fiziki coğrafiya və Torpaq hidrologiyası kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Aufar Qareyev və kafedra asistenti Əzəmət Niqmatullin tərfindən müəyyən edilmişdir. 4 iyul 2009-cu ildə Şəjərə bayram günündə, yerli əhali tərəfindən xatirə oxu qoyulmuşdur. Abidədən bir qədər aralıda inanac xüsiusiyyəti daşıyan, yay daşı vardır. == Mənbə == "Volqaİnform" informasiya agentliyi В самом центре Башкирии установят стелу. Комсомольская правда. 8 июля 2009 г. Krasnousolsk kəndinin saytı Памятник станет местом паломничества туристов со всех городов.
Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə
Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə (başq. Башҡортостандың дәүләт суверенитеты тураһында декларация) — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir. == Bəyannamənin qəbul edilmə tarixi == 12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı. SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi.
Başqırdıstanın dövlət quruluşu
Başqırdıstanın dövlət quruluşu — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Dövlət quruluşunun əsasları. Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının Dövlət hakimiyyəti orqanları sistemi 1993-cü ildə qəbul edilmiş Başqırdıstan Respublikasının Konstitusiyası ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, Dövlət məclisi – Qurultay, Başqırdıstanın Nazirlər kabineti və respublika konstitusiyasına uyğun yaradılan digər hakimiyyət orqanları həyata keçirir. Başqırdıstan Respublikasının başçısı Rusiya Federasiyası Prezidentinin təqdimatına əsasən Dövlət məclisi tərəfindən səlahiyyətlər alan ali vəzifəli şəxs – Başqırdıstan Prezidentidir. Dövlət məclisi Qurultay adlanır və dövlət hakimiyyətinin ali qanunverici – təmsiledici orqanıdır. Birmandatlı seçki dairələri üzrə 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Deputatlar həm peşəkar daimi əsasda, həm də qeyri-daimi əsasda işləmək hüququna malikdirlər. Nazirlər kabineti (hökumət) dövlət hakimiyyətinin ali icraedici orqanıdır; prezident tərəfindən formalaşdırılır. Baş nazir Dövlət məclisinin razılığı ilə prezident tərəfindən təyin edilir.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Başqırdıstanın ucqar nöqtələri
Başqırdıstanın Respublikasının ucqar nöqtələri. == Ucqar nöqtələr == Respublikanın ən ucar nöqtəsində abidə ucaldılmışdır. Abidə 12 oktyabr 2017-ci ildə Rusiya Coğrafiya cəmiyyətinin Başqırdıstan Respublikasındakı bölməsi tərəfindən açılmışdır. Eynilə respublikanın qərb nöqtəsində də bu cür abidə ucaldılmışdır. Abidə 27 oktyabr 2017-ci ildə ucaldılmışdır. sahəsi 143 000 km² . Uzunluğu şimaldan cənuba — 550 km, şərqdən qərbə — 430 km. == Ucar zirvələr == Respublikanın ən ucqar nöqtəsi Yamantau dağı (1640 m). Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir.
Başqırdıstan–Tatarıstan münasibətləri
Başqırdıstan–Tatarıstan münasibətləri — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Etnik quruluş etibarilə başqırdlar tatarlara yaxındırlar. Tarixi mənbələrə görə, başqırd-tatar əlaqələri hələ təxminən on min il əvvəl başlamışdır. 1552-ci ildə Kazan xanlığının süqutundan sonra hər iki türk boyu – tatar və başqırdlar ruslara qarşı birlikdə qiyam qaldırmış, lakin XVIII əsrin sonlarında rus hakimiyyətinə daxil olmaq məcburiyyətində qalmışlar. Bundan sonra hər iki respublikanın ərazisi Rusiya imperiyasının tərkibində olmuşdur. Dörd əsrlik bir dövrdə bir yerdə yaşayan başqırdlar və tatarlar bir-biriləriylə tamamilə qaynaşmışlar. Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstan şəhərləri olan Ufa, Orenburq, Kargah, Troyskiy, İsterlibaş və digər şəhər və qəsəbələrdəki mədrəsələr arasında təhsil və tədris üsulları baxımından demək olar ki, heç bir fərq yox idi. Təhsil işçiləri arasında tatarlar olduğu kimi, çoxlu başqırdlar da var idi. Onlar heç bir zaman ayrılıq və həsrət yaşamamışlar. Son dövrlərin tanınmış yazıçı, tarixçi və şairlərindən Həbibünnəccar, Zəki Vəlidi Toğan, Şeyxadə Babiç və digərləri əsərlərini başqırd dilində deyil, məhz tatar dilində qələmə almışlar.
Başqırt atı
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır. == Görünüşü == Bu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır. == Tarixi == Başqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi.
Başqışlaq
Baş Qışlaq (Zəncan) —
Başsız
Başsız (Eçmiədzin)
Başsız (Bostanabad)
Başsız (fars. باش سيز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (92 ailə).

Digər lüğətlərdə

окта́вистый откорми́ться передо́й пролива́ть селитрова́рня лактофлави́н непоня́тный обыва́тельский порха́ющий силуэ́тный тис электроснабже́ние chairmanship jointless purpura smell out turreted выравнивание кислородный книгообмен прошпаклёвывать разговляться согбенный стелиться чудачество