behişt
behiştlik
OBASTAN VİKİ
Behişt
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Cəhənnəm
Cəhənnəm (yəhudicə gehinnom – "Hinnom vadisi") — "dərin quyu" Bunun ərəbcə “bədbəxtlik, uğursuzluq” mənasını verən bir söz olduğunu iddia edən İslam alimləri olsa da, dil alimləri bu məsələdə tərəddüd etmişlər. Yunan dilində geenna və latınca gehenna kimi istifadə olunan söz, ehtimal ki, ibranicə gé-Hinnom (Hinnom vadisi) sözündəndir. Əksər dini təlimlərə görə əbədi əzaba düçar edilmiş günahkarların ruhlarının məskəni. İslam dininə görə 7 təbəqədən ibarət cəhənnəm üzərindən qıldan nazik Sirat körpüsü çəkilmişdir. Günahkarlar körpüdən yıxılıb cəhənnəmə vasil olurlar. == İslamda cəhənnəm == Quranın yetmiş yeddi ayəsindəki cəhənnəm sözünün ərəbcə olduğunu deyənlər cəhənnəm sözünün ərəbcə “Cəhnəm” sözündən götürüldüyünü, cəhnəmin isə “cəhm”dən törədiyini bildiriblər.Cehm; galiz, murdar, istenmeyen deməkdir.Cəhənnəm günahkar bəndələrin və kafirlərin axirətdə gedəcəkləri əzab yeridir.Yaxud bu, Allahın əzaba layiq olanları onunla cəzalandıracağı və ölümdən sonra əbədi əzab yurdu olan odun adıdır. Qurani-Kərimdə cəhənnəmin müxtəlif adları qeyd olunmaqdadır. == Cəhənnəmin təbəqələri == "Qurani-Kərim"də cəhənnəmin 7 qapısının olduğu qeyd olunur: (Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər. Cəhənnəm — Ümumiyyətlə, axirətdə bütün əzab yerinin adıdır.
Həşt-Behişt
Həşt-Behişt (Təbriz) — Uzun Həsənin əmri ilə 1478-ci ildə tikilməsinə başlanılmış və 1484-cü ildə tikintisi sona çatmışdır. Həşt-Behişt (İsfahan) — Səfəvi hökmdarı Süleyman şahın əmri ilə 1669-cu ildə tikilib Həşt-Behişt (Bitlisi) — İdris Bitlisi tərəfindən yazılmış kitab. Həşt-Behişt (Dəhləvi) — Əmir Xosrov Dəhləvi tərəfindən yazılmış kitab.
Cəhənnəm qapıları
Cəhənnəm qapıları (türkm. Derveze) — Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir. == Tarixi == 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində qeoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qaza dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin olnar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. 2004-cü ildə Darvaza kəndi ləğv edilmişdir.
Cəhənnəm vampiri
Vampyroteuthis infernalis (lat. Vampyroteuthis infernalis) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinin vampyromorphida dəstəsinin vampyroteuthidae fəsiləsinin vampyroteuthis cinsinə aid heyvan növü.
Xristianlıqda cəhənnəm
Cəhənnəm: Xristian teologiyasına görə cəhənnəm Allahdan ayrı düşən insan bədəninin, canının və ruhunun əbədi olaraq iztirab çəkməsi vəziyyətidir. İncildə bildirilir ki, cəhənnəm əhli "atəş gölü içində əbədi iztirab çəkəcəklər". Müqəddəs Kitaba görə, Allahın Xilas Planına iman etməyən — Müqəddəs Ruha küfr edən, İsanın çarmıxdakı "doğruluq əbasını" geyinməyənlər əbədi iztiraba, yəni cəhənnəmə məhkumdurlar. Çünki İsanın da dediyi kimi Tək Yol var. O da İsadır. Bu göyün altında bizə verilmiş başqa heç bir ad bizi xilas etməyə qadir deyil. İncil cəhənnəmdəkilərin vəziyyətini və hisslərini bu şəkildə ifadə edir: "Ora qaranlıq çöldür, orada ağlaşma, iztirab və diş qıcırtısı olacaq". Dəyərli dostlar, gəlin Allahın bizə tərəf uzanan xilas əlindən tutaq. Bu əl İsadır! == Yehova şahidlərində == Yehova şahidləri Cəhənnəmə gedən adamın dirilmədiyini deyir, və ölən adamın istirab çəkməyib, öldüyü andan dirildilinə qədər yuxuda olduğunu deyir.
İslamda cəhənnəm
İslamda cəhənnəm (ərəb. جهنم‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasındakı əzabıdır. İslamda Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran Kafirlər (inancda bir və daha çox şeyi inkar edənlər), şirklər (Allahın birliyinə qarşı çıxanlar), munafiqlər (iman gətirməsinə baxmayaraq, İslam inanclarına inanmayan şəxslər), günahkarlar və zalımlar üçün hazırlanmışdır. Onlar pillədən-pilləyə yüksələn cəhənnəmdə sonsuza qədər qalıb, əzab çəkəcəklər. == Cəhənnəm haqqında hədislər == Peyğəmbər : "Veyl cəhənnəmdə bir vadidir.Kafir orada qırx il batar, lakin dibinə çatmaz". Peyğəmbər : "Sizə cəhənnəm əhlindən xəbər verimmi?" Səhabələr: "Bəli, ey Allahın Rəsulu" dedilər. Peyğəmbər "Bunlar simic,paxıl,təkəbbürlü kimsələrdir" deyə buyurdu. Rəsulullah sədid suyu haqqında buyurdu: "O, ağıza yaxınlaşdırılacaq və onu cəhənnəmdə əzab çəkən heyvanın suyu içdiyi kimi içər. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq.O suyu içəndə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaqdır". Əbu Səid əl Xudri (r.a) deyir: "Bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üsdünə düşər".
Bağ-behişt xalçaları
Bağ-behişt xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Həşt-Behişt (Ağqoyunlular)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Həşt-Behişt (Təbriz)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (İsfahan)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Cəhənnəm (film, 2016)
Cəhənnəm (İng: Inferno) — rejissoru Ron Hovard olan və Den Braunun 2013-cü ildə yazılmış eyniadlı romanının David Koepp tərəfindən ekran uyğunlaşdırılması olan 2016-cı ildə çəkilmiş Amerika triller filmidir. Film Mələklər və iblislər filminin davamıdır. Çəkilişlər 27 aprel 2015-ci ildə İtaliyanın Venesiya şəhərində başlayıb və 21 iyul 2015-ci ildə Budapeştdə başa çatıb. Film 3D və 2D formatlarında ABŞ-də 2016-cı il oktyabrın 14-də, Da Vinçi Şifrəsinin nümayişindən on il sonra nümayiş etdirilmişdir. Film tənqidçilərdən ümumiyyətlə mənfi rəylər almışdır, lakin 75 milyon dollarlıq istehsal büdcəsinə qarşı 220 milyon dollar gəlir əldə etmişdir.
Cəhənnəm Atəşi Klubu
Cəhənnəm Atəşi Klubu (ing. Hellfire Club) və ya Uikomblu Müqəddəs Frensis Ordeni (ing. Order of the Friars of St. Francis of Wycombe) – XVII əsrdə Böyük Britaniyada yaradılmış gizli cəmiyyət. Cəmiyyət özündə yüksək mənsəb sahiblərini, varlı əyanları, iş adamlarını birləşdirirdi. Klub toplantılarında pis hərəkətlər qəti olaraq cəzalandırılırdı. == Tarixi == Klubun qurucusu Frensis Deşvud idi. O, qəribə şəxsiyyətə sahib bir insan idi. Bir sıra Avropa ölkələrinə səyahət edir və qayıtdıqdan sonra klub qurmaq qərarına gəlir. 1733-cü ildə qurduğu kluba Dilettanti Cəmiyyəti adını verdi və üzvlük üçün 40 nəfərə dəvət göndərir.Bu uğurlardan cəsarətlənən Deşvud 1744-cü ildə yeni bir klub yaradır, lakin bu klub sadəcə iki il mövcud olur.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – Fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsərdir. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. == Tarixi == 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur “Cəhənnəm qapıları”nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin “İlahi komediyası” mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Xortdanın cəhənnəm məktubları
"Xortdanın cəhənnəm məktubları" povesti — Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Əsər 1906-cı ildə Molla Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il- də "Odabaşının hekayəsi" ona əlavə olunaraq ayrıca kitab halında çap olunmuşdur. == Əsərin ideyası == Bu povestdə əsas ideya xalqın tərəqqisinə mane olan ictimai təbəqələrin, habelə o dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid etməkdir. Lakin yazıçı yeri gəldikdə başqa ciddi siyasi-ictimai mətləblərə də toxunmuşdur. == Əsərin mövzusu == Yazıçı "Xortdanın cəhənnəm məktubları" povestində həyatda görüb müşahidə etdiyi mənfi tipləri "cəhənnəm" adlanan məkanda cəmləşdirərək ideya və mövzu baxımından zəngin bir əsər yaratmışdır."Xortdanın cəhənnəm məktubları" povestinin mövzusu yazıçının özünün dediyi kimi, "mənfi tiplər cəmiyyəti" ilə əlaqədardır. Povestdə həm bu dünyanın, həm də cəhənnəmin təsvirində üç əsas mövzu diqqəti cəlb edir. Bunlardan birincisi, fırıldaqçı din xadimlərinin ifşasıdır. Bu mövzu müqəddimə hissəsindən başlayaraq bütün əsər boyu davam edir. İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası məsələsidir. Ədib burjua-mülkədar cəmiyyətinin geniş təhlilini və tənqidini vermir.
Cəhənnəm (Den Braunun əsəri)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. == Məzmunu == Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Cəhənnəm anatomiyası (film, 2004)
Cəhənnəm anatomiyası - 2004-cü il fransız erotik dram filmi. == Mövzu == Homoseksuallara özəl olan bara gedən kadın burada intihara təşəbbüs edir və bir kişi tərəfindən son anda xilas edilir. Özlərini küçələrə atan bu ikili razılığa gəlirlər. Razılığa əsasən, yaraşıqlı və özünəinamlı bu gey kişi pul qarşılığında qadının evinə gedib onu gecələr boyunca izləməlidir. Hər nə qədər istəksiz olsa da, bu təklifi qəbul edir və qadının evinə köçür. Dördüncü günün sonunda aralarında çox güclü hislər aşkara çıxır.
Cəhənnəm törəməsi (film, 1994)
Cəhənnəm törəməsi — 1994-cü ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmin rejissoru Aaron Norrisdir. Azərbaycanda ilk dəfə Azərbaycan Televiziyası kanalında göstərilmişdir. == Məzmun == Şetter (Çak Norris) və Cekson (Kelvin Conson) İsrail ravvinin qəddar qətlini araşdırmaq üçün göndərilən iki Çikaqo polisidir. İstintaq başlayan zaman Şetter və Cekson sorğu üçün İsrailə çağırılır. Gələndən sonra onlar başa düşürlər ki, Prosatanos adlı bir varlıq təqib edirlər. Prosatanos 1951-ci ildə səhv nəticəsində qəbirdən çıxmışdır... == Rollarda == == Xarici keçidlər == Cəhənnəm törəməsi — Internet Movie Database saytında.
Cənnət və Cəhənnəm çuxurları
Cənnət və Cəhənnəm çuxurları (türk. Cennet ve Cehennem Çökükleri və ya Cennet ve Cehennem Obruklar) — Mersin ilinin Narlıkuyu kəndi yaxınlığında karst prosesi nəticəsində meydana gələn mağaraların tavalarının çökməsi nəticəsəində formalaşan çuxurlar. == Ümumi məlumat == Mersinin Aralıq dənizi sahillərinə yaxın hissəsində, Narlıkuyu kəndinin 3 km-də, əhəng daşı süxurlarından təşkil olunmuş bir yayla da meydana gələn çüxurlar mənşə baxımdan karst mağaraları hesab olunur. Bir-birindən 80 metr məsafədə yerləşən çuxurların divarları çox dikdir. Vaxtilə tavan çökmüş və hal-hazırdada ərazidə çökmüş tavanın qalıqları qalmaqdadır. Hər iki çuxurun ağız hissəsi ellipsis formasındadır. Mağaralar tarixi, mifoloji və turizm baxımdan əhəmiyyətlidirlər. == Cənnət çuxuru == Ölçüləri 250 m və 110 m olan bu çuxurun dərinliyi 70 metrdir. Çüxurun cənub ucunda uzunluğu 200 m, maksimium dərinliyi 135 metr olan mağara girişi mövcuddur. Girişdə V əsrə aid olunan kiçik Məryəm Ana kilsəsi mövcuddur.
выбе́ливаться гидропла́н за́дняя матадо́р набахва́литься не́ за что неврастени́чность отчихво́стить пятидеся́тник удобовари́мый укрыва́тельство дезерти́ровать дупели́ный надло́мленный ханжа́ че́лядь четверико́вый lachrymal moonshot Sabbath вялость зашуршать латания побаливать сожительствовать