BELÇİKA

1. бельгия; 2. бельгийский;
BELBAĞI
BELÇİKALI
OBASTAN VİKİ
Belçika
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçika şokoladı
Belçika şokoladı — Belçika şokoladı dünyada ən çox tanınan və satılan şokoladlardandır. Belçika şokalad muzeyləri ilə də məşhurdur. == Ümumi məlumat == 17-ci əsrdə indi tanıdığımız Belçika ispanların idarəsi altında idi. Bu dövrdə İspan idarəsinin başqa yerlərində olduğu kimi belçikalılar da ilk dəfə şokolad içkisi içirlər. Şokolad hələ bizim tanıdığımız formada deyildi. 19-cu əsrin birinci yarısında isə şokoladı pressləməyi və ondan bərk formalar almağı öyrənirlər. Beləcə şokoladdan tabletlər və fiqurlar hazırlayırlar. Bu dövrdə Belçikada şokolad hazırlayıb satan yerlər — chocolatier açılır ki, sonradan bir çoxu bu gün də mövcud olan böyük şokolad kompaniyalarına çevrilirlər. 19-cu əsrdin ikinci yarısında Belçika Konqonu (Afrika) kolonizə edir və ölkənin geniş kakao plantasiyalarına sahib olur. Beləcə Belçikada şokolad daha da geniş yer alır və Belçika şokoladı məşhurlaşır.
Belçika şəhərləri
Belçika şəhərlərinin siyahısı(2006)-cı il.
Belçika ədəbiyyatı
Belçika ədəbiyyatı – Belçika şair və yazıçıların Belçika mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Belçika Avropanın "kiçik ölkə"lərindən biri olmasına baxmayaraq, bu ölkə dünya ədəbiyyatı və mədəniyyəti tarixinə bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bəxş etmişdir. == Belçika ədəbiyyatı orta əsrlərdə == Hələ Orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir . İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin lap əvvəllərində yaranmağa başlamışdır . XIII-XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır . Müəllifi məlum olmayan "Okassen və Nikolet" dastanı da məhz bu dövrdə Belçikada yazılmışdır . Bunlardan başqa , qədim Flandriyada zəngin şifahi xalq ədəbiyyatı ilə yanaşı , cəngavərlik və şəhər ədəbiyyatının bir sıra nümunələri yaranmışdır. Belə ki, bu dövrdə burada fabliolar (yumoristik xalq hekayələri), xalq nəğmələri və povestləri, eləcə də cəngavərlik romanları yaranmışdır. J. de Konde və V. de Kuven bu dövrün məşhur şairləri olmuş , menestrellər yazmışlar. "Tülkünün tacqoyma mərasimi" anonim satirik-alleqorik əsəri xüsusilə diqqətəlayiqdir.
Azərbaycan-Belçika münasibətləri
Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir. === Müasir dövr === 31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur. 1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb. Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
Azərbaycan–Belçika münasibətləri
Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir. === Müasir dövr === 31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur. 1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb. Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
Belçika şəhərlərinin siyahısı
Belçika şəhərlərinin siyahısı(2006)-cı il.
Belçika–Qazaxıstan münasibətləri
Qazaxıstan–Belçika münasibətləri — Belçika ilə Qazaxıstan arasında ikitərəfli diplomatik əlaqələr mövcud olmuşdur. == Tarixi == 31 dekabr 1991-ci ildə Belçika Krallığı Qazaxıstan Respublikasının dövlət suverenliyini tanıdı. Diplomatik əlaqələr 25 avqust 1992-ci ildə qurulmuşdur. 15 aprel 1993-cü ildə Qazaxıstan Respublikasının Belçika Krallığındakı Səfirliyi açıldı. 1996-cı ildən D. Pariss Belçikanın Qazaxıstan Respublikasında fəxri konsulu olmuşdur. 1998-ci ilin sentyabr ayından etibarən, Antverpendə iqamətgahı olan Qazaxıstan Respublikasının Belçikadakı fəxri konsulu J. Stupdur. 2006-cı ilin yanvarında Belçikanın Qazaxıstan Respublikasındakı Səfirliyi (Astana) açıldı. 8 iyun 2012-ci ildə A. Xamzayev Qazaxıstan Respublikasının Belçikadakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi. 2017-ci ilin oktyabr ayından etibarən Belçikanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alexi de Krombrüxe de Pikendaeldir. == Siyasi əməkdaşlıq == Diplomatik münasibətlərin qurulmasından bəri Qazaxıstan Respublikasının Prezidenti N. Nazarbayev Belçikaya 8 dəfə səfər etmişdir (1993, 2000, 2002, 2006, iki dəfə 2010, 2014 və 2016-cı illərdə).
Belçika–Türkiyə münasibətləri
Türkiyə–Belçika münasibətləri — Türkiyə Respublikası ilə Belçika Respublikası arasındakı ikitərəfli beynəlxalq münasibətlər. Ölkələr Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Aralıq dənizi İttifaqının üzvləridir. Belçika Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu quruma üzv olmaq üçün namizəddir. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == 1837-ci ildə Osmanlı İmperiyası Belçikanın müstəqilliyini tanıyır. 1848-ci ildə ölkələr arasında rəsmi diplomatik əlaqələr qurulur. 2019-cu ilin mart ayında Türkiyə Xarici İşlər Nazirliyi, Belçika məhkəməsinin Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli olduğu iddia edilən 30 nəfərə qarşı təqibə son verdikdən sonra Belçika səfiri Mişel Malerbeyə narahatlıqlarını ifadə etdi. 2019-cu ildə Belçika, Türkiyənin Suriyanın şimal-şərqindəki Sülh Bulağı əməliyyatını tənqid etdi və Türkiyəni dərhal dayanmağa çağırdı. Sonra Belçika hökuməti Türkiyəyə silah embarqosu tətbiq etmək qərarına gəldi. Hal-hazırda Belçikada təxminən 230.000 türk kökənli vətəndaş yaşayır.
Azərbaycan–Belçika futbol matçları
== Kişilər ==
Belçika Konqosu
Belçika Konqosu (fr. Congo belge; nid. Belgisch-Kongo) - 1908-1960-cı illərdə Mərkəzi Afrikada yerləşmiş Belçika krallığının koloniya dövləti. Belçika kralı II Leopold tərəfindən krallığının müstəmləkəsinə çevirilən ölkənin paytaxtı kralın şərəfinə Leopoldvil adlandırılmışdır. 1960-cı ilin 30 iyun tarixində yerli siyasi xadimlərin rəhbərliyində Konqonun müstəqilliyi elan edilmiş və Yozef Kasavubu prezident, Patris Lumumba isə baş nazir seçilmişdir. Günümüzdə Belçika Konqosunun mövcud olduğu ərazilərdə Konqo Demokratik Respublikası yerləşməkdədir.
Belçika Krallığı
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçika bayrağı
Belçika bayrağı — Belçikanın Dövlət bayrağı Belçika Krallığının dövlət bayrağı düzbucaqlı şəklində olub, üç bərabər şaquli zolaqdan ibarətdir. Zolaqların rəngi ardıcıl olaraq qara, sarı və qırmızıdır. Bayrağın ölçü nisbəti 13:15-dir. Qara rəng gücü təmsil edir. Sarı rəng müdriklik yolu ilə əldə edilən kamilliyin rəmzidir. Qırmızı rəng isə fədakarlıq, cəsurluq və qurbanlar vermək yolu ilə əldə edilən qələbənin tərənnümüdür. Belçikanın dövlət bayrağı rəsmi olaraq 1831-ci ilin sentyabr ayının 13-də qəbul edilmişdir.
Belçika mədəniyyəti
Belçika mədəniyyəti — Belçika ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş mədəni irs. Belçikanın ərazisində qədim kelt və qədim Romaya aid olan incəsənət abidələri mövcud olmuşdur. Ayrı-ayrı feodallıqlara parçalanmış Belçikanın şəhərləri Orta əsrlərdə sürətlə inkişaf etmiş və Avropanın mədəni mərkəzlərindən biri olmuşdur. Belçikanın Turn, Brügge, Gent, Brüssel, Antverpen və Mehelen şəhərlərində XI-XII əsrlərdə roman üslubunda, XIII-XIV əsrlərdə qot üslubunda çox əzəmətli kilsələr tikilmişdir. XIV-XV əsrlərdə Niderland mədəniyyətinin təsiri altında vahid flamand rəssamlıq məktəbi yaranmışdır və bu məktəbin yaradıcısı Yan Van Deyk idi. İntibah dövrü flamand rəssamlığının ən görkəmli nümayəndələri isə P.Bregel (Böyük) və P.Bregel (Kiçik) olmuşdur. XVII əsrdə Flandriyada T.Rombouts, A.Yansens, F.Sneyders, Y.Feyt, Y.İordans, K.Yeqer, L.van Uden, K.de Vos, D.Tenirs və K.Heysmans kimi məşhur rəssamlar olmuşdur. Bütün bunlarla yanaşı Qərbi Avropa rəssamlığının ən görkəmli nümayəndələrindən olan P.P.Rubens və A.van Deyk məhz bu dövr flamand rəssamlıq məktəbinin içərisindən çıxmışdır. XVIII əsrdə flamand ədəbiyyatı elə də inkişaf etməsə də, memarlıq, rəssamlıq və digər incəsənət sahələri xeyli irəli getmişdir. Belçikada yaşayan flamandlar da bir sıra başqa Avropa xalqları kimi azad yaşamaq, müstəqil olmaq arzusu ilə yaşayırdılar.
Belçika mətbəxi
Belçika mətbəxi — Belçika mətbəxi öz yeməkləri, fri kartofu, pivəsi ilə məşhurdur. Belçika mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Belçika mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Tipik belçika ailəsi qidanı gündə üç dəfə qəbul edir: 06:30-un və 09:00-ün arasında səhər yeməyi, 12:00 — 18:00-də nahar, 12:30 — 20:00 şam yeməyidir. Səhər yeməyinə və şam yeməyinə ailə adətən birlikdə yığılırlar. Başqa Avropa ölkələrində ki, kimi Belçikada Avropa xörək cihazlarından istifadə etməyi qəbul edilmişdir. Səhər yeməyi pendirlə buterbrodlardan ibarət olan adi kontinental səhər yeməyini təşkil edir.
Belçika inqilabı
Belçika inqilabı (fr. Révolution belge, nid. Belgische Revolutie/opstand/omwenteling) — cənubi əyalətlərin (əsasən, keçmiş Cənubi Niderland) Niderland Birləşmiş Krallığından ayrılmasına və müstəqil Belçika Krallığının qurulmasına səbəb olan münaqişə.
Belçika Futbol Assosiasiyası
Belçika Futbol Assosiasiyası — Belçikanın ali futbol qurumu Belçika Futbol Assosiasiyası 1895-ci ildə yaranıb. 1904-cü ildən FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Belçika Kral Kitabxanası
Belçika Kral Kitabxanası — Belçikanın elmi kitabxanasıdır və Brüssel şəhərində yerləşir.1559-cu ildə II Filippinin əmri ilə burqund hersoqlarının topladıqları əlyazmalar Kaudenberq sarayına köçürülür. 1731-ci ildə saray yanır və kitabxananın müəyyən hissəsi xilas edilir. 19 iyun 1837-ci ildə Belçika Kral Kitabxanası təsis edilir.Əsası bibliofil Karl Van Xultenin topladığı 70 min kitab əsasında qoyulmuşdur. 1842-ci ildə burqund hersoqları tərəfindən toplanmış kitablar kral kitabxanasına təhvil verilir. 1935-ci ildə kral kitabxanası üçün yeni binanın tikintisi haqqında qərar qəbul edilir. Lakin müharibə səbəbindən onun tikintisinə 1954-cü ildə başlanılır. Kitabxana binasının açılışı isə 17 fevral 1969-cu ildə baş tutur. Kitabxananın fondunda təxminən 8 mln. ədəbiyyat vardır.
Belçika Krallarının siyahısı
== Belçikanın krallarının siyahısı ==
Belçika Pro Liqası
Belçika Pro Liqası — Belçikanın futbol klubları üçün yüksək liqa yarışması. 2020–21 mövsümündən liqada 18 klub yarışır və 2023–24 mövsümündən etibarən 16 komandaya endirilməsi nəzərdə tutulur. Çempionatın sponsoru olan və InBev pivə şirkəti tərəfindən istehsal olunan "Jupiler" pivəsi brendinə görə rəsmi olaraq Jupiler Pro League adlanır. Mövsümlər avqustun əvvəlindən aprelin sonuna qədər davam edir, komandalar pley-offlara daxil olmamışdan əvvəl adi mövsümdə hər biri 34 oyun keçirirlər. Sonra çempionluq, avrokuboklara vəsiqə və liqada qalmaq uğrunda play off oyunları keçirilir. == Tarixi == Çempionat 1895-ci ildən Belçika Kral Futbol Assosiasiyası tərəfindən keçirilir, ilk çempion "FC Liege" klubu olub. 1974-cü ildə peşəkar klublar assosiasiyası yaradıldı, 2008-ci ildə "Pro Liqa" adını və çempionatı təşkil etmək hüququ qazandı. Çempionatın bütün tarixində yüksək divizionda 74 klub çıxış edib, onlardan 15-i çempion olub. Ən uğurlu klub isə 34 dəfə çempion olmuş Brüsselin "Anderlext"idir.
Belçika Silahlı Qüvvələri
Belçika Silahlı Qüvvələri — Belçikanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == 1952-ci ildə dövlət tərəfindən təşkil olunaraq, protestant və yəhudilərin də iştirakı ilə Roma Katolik Kilsəsi tərəfindən həyata keçirilir. 75 Roma-katolik, 9 protestant və 1 yəhudi təmsilçisi olmaqla generaladək müxtəlif rütbələr daşıyırlar.
Belçika monarxlarının siyahısı
== Belçikanın krallarının siyahısı ==
Belçika universitetlərinin siyahısı
Belçika universitetlərinin siyahısı ― Belçika Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı. Belçikada dövlətin federal quruluşda olması təhsil sistemində də özünü göstərir. Dövlətin federal subyektlərinin ali məktəblərin təşkili və diplomların tanınması hüquqları vardır. Sözügedən subyektlər flamand, fransız və alman icmalarından formalaşmışdır. Onlar yaşadıqları bölgələrdə müvafiq dillərdə təlim-tədris aparmaq imkanlarına malikdirlər. Aşağıdakı siyahı Belçika Krallığının hüdudları daxilində fəaliyyətləri rəsmən tanınan ali təhsil müəssisələrini ehtiva edir.
Filip (Belçika kralı)
Flip (Fransız dili: Philippe Léopold Louis Marie, Holland dili: Filip(s) Leopold Lodewijk Maria; d. 15 aprel 1960, Belvedere qalası, Laeken yaxınları) — II Albert və Kraliça Paolanın böyük oğlu. VII Belçika kralı. Flip , 1978–1981-ci illərdə Belçika Kral Hərbi Akademiyasında təhsil almışdır. 26 sentyabr 1980-ci ildə ona baş leytenant rütbəsi verilmişdir. Flip bundan sonrakı təhsilini, Oksfordda Triniti Kollecində davam etdirdi vəKaliforniya ştatının Stanford Universitetindəki aspirantura məktəbinə qatıldı və Siyasət elmləri dərəcəsi ilə 1985-ci ildə məzun oldu. 4 dekabr 1999-cu ildə Şahzadə Filipp Mathilde d'Udekem d'Acoz ilə, Brüsseldə Saint Michel kafedralında evləndi. Cütlüyün 4 övladı var. 20 ildir ki, Belçika Kraliyyət taxtında oturan atası Kral II Albert, Belçikanın müstəqillik günündə taxtını oğluna, Şahzadə Filippə verəcəyini açıqladı.Flip, 21 iyul 2013-cü il tarixində Belçikanın Kralı elan edildi.
Ukraynanın Belçika səfirliyi
Ukraynanın Belçika səfirliyi (ukr. Посольство України в Королівстві Бельгії) — Ukraynanın Belçikanın Brüssel şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il martın 10-da Ukrayna və Belçika dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Belçika səfirliyi yaradıldı. Ukraynanın Belçikada olan fövqəldə və səlahiyyətli səfiri Nihola Toçishidir. O, 2016-cı ildən bu vəzifədədir.
Azərbaycan-Belçika futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Belçika futbol matçlarının siyahısı
== Kişilər ==
Belçika 1956 Avroviziya Mahnı Müsabiqəsində
Belçika 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Belçikanı 1956 Avroviziya Mahnı Müsabiqəsində iki müğənni təmsil etmişdir. Fud Leklerk "Messieurs les noyés de la Seine" mahnısı ilə çıxış etmişdir. Moni Mark isə "Le plus beau jour de ma vie" mahnısını ifa etmişdir. Heç biri qalib olmamışdır. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Belçika Ümumi Əmək Federasiyası
Belçika Ümumi Əmək Federasiyası (nid. Algemeen Belgisch Vakverbond / fr. Fédération Générale du Travail de Belgique) və ya qısaca ABVV/FGTB — Belçikanın 3 mərkəzi həmkarlar ittifaqı təşkilatlarından biri. Sosialist milli həmkarlar ittifaqı federasiyasıdır. == Tarixi == 1898-ci ildə yaradılmışdır. 1937-ci ildən hazırkı adını daşıyır. == Məqsədi == Təşkilatın strategiyasında islahatların aparılması ilə nəyisə dəyişmək mümkün olsa da, onun əsas missiyası sosialist planlı iqtisadiyyatın və işçilərin özünüidarəsinin qorunub saxlanılmasına nail olmaqdır. == Tərkibi == Digər həmkarlar ittifaqlarından fərqli olaraq, hansısa peşə və ya sənət deyil, iqtisadiyyatın sahələri üzrə təşkil olunmuşdur. Federasiya 14 həmkarlar ittifaqını, İctimai Xidmətlər Birliyi, Metal İşçiləri Birliyini və 36 regionlararası ittifaq orqanını əhatə edir. == Beynəlxalq əlaqələri == Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Belçika İkinci dünya müharibəsində
Belçika İkinci Dünya müharibəsinin başlanğıcından etibarən, 10 May 1940-cı il tarixində Almaniyanın onun ərazisinə işğalına qədər neytral qaldı. 28 may 1940-cı ildə Belçika silahlı qüvvələri Kral Leopold III əmri ilə həbs edildi. Daha sonra Belçika könüllülərindən iki SS şöbəsi (27-ci Flaman və 28-ci Valon) yaradılmışdır. == Alman işğalı == === Tərəflərin qüvvələri və planları === Belçika komandanlığının planı, Lyej cənubundakı süvari və ovçu bölmələri tərəfindən müdafiə olunmasını təmin etdi. Antverpen-Lyej bölməsində, Albert-kanalı tank əleyhinə bir maneə olaraq istifadə edərək, 12 bölmə yerləşdirildi. Qalan 4 bölmə Antverpen və Löven arasında Dil çayı üzərində müdafiə mövqelərini ələ keçirdi. Lyej və Albert-kanalını davamlı müdafiə etməsi planlaşdırılmamışdı. Belçika müdafiə planları ingiltərə-fransız qoşunlarının əmri ilə əlaqələndirilməmişdir. 9 Britaniya bölmələrinin - Belçika - Fransız sərhəd yerləşən 1-ci ordu qrupu (28 bölmələrinin 2, mexanikləşdirilmiş 3, 5 süvari motorlu o cümlədən 4 qoşunları ibarətdir). Onların arxasında əsas komandanın ehtiyatı - 14 bölmə.
Belçikada Covid-19 pandemiyası
Belçikada COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu dünya miqyasında 2019-cu il (COVID-19) koronavirus xəstəliyi pandemiyasının bir hissəsidir. Virusun Belçikaya yayıldığı 4 fevral 2020-ci ildə, Uhandan Brüsselə repatriasiya edilmiş doqquz belçikalıdan birinin koronavirus üçün müsbət test verdiyi bildirildiyi zaman təsdiqləndi. Belçika daxilində yoluxma martın əvvəlində təsdiqləndi; səlahiyyətlilər bunu yarımmüddətli tətillərin sonunda Şimali İtaliyadan qayıdan tətilçilərlə əlaqələndirdi. Epidemiya 2020-ci ilin mart-aprel aylarında sürətlə artdı. Martın sonuna kimi ölkənin bütün 10 əyalətində yoluxma halları qeydə alınıb. Cons Hopkins Universitetinin tərtib etdiyi məlumatlara görə, 2021-ci ilin mart ayına qədər Belçika, dünyada əhalinin başına düşən COVID-19 ölümlərinin sayına görə üçüncü yerdədir. Lakin Belçika, səhiyyə rəsmiləri təsdiqlənmiş hallarla yanaşı şübhəli hallar barədə də məlumat verərək, halların sayını çox göstərmiş ola bilər. Əsasən təsdiqlənmiş xəstəxana ölümlərinə əsaslanan rəqəmləri dərc edən bəzi ölkələrdən fərqli olaraq, Belçika səlahiyyətliləri tərəfindən bildirilən ölüm rəqəmlərinə virusun səbəb olduğu təsdiqlənmiş qocalar evləri kimi cəmiyyətdəki ölümlər, habelə bu cür ölümlərin daha böyük bir hissəsi daxildir – fərd test edilməmiş olsa belə, virusun səbəb olduğu ehtimal edilən ölümlər. Hesablama metodlarında bu cür fərqlər müxtəlif ölkələrdə ölüm nisbətlərini müqayisə etmək cəhdini çətinləşdirir. == Fon == 12 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr 2019-cu ildə ÜST-ə bildirilmiş Çinin Hubey əyalətinin Uhan şəhərində bir qrup insanın tənəffüs yoluxucu xəstəliklərin səbəbi yeni koronavirus olduğunu təsdiqlədi.
Belçikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Belçika Krallığının UNESCO-nun Ümumdünya irsi Siyahısında, 12 ad (2016-cı ilə qədər) var, bu ümumi 1,1% -ni (2018-ci il üçün 1092) təşkil edir. Bütün obyektlər mədəni meyarlara əsasən verilmişdir və onlardan 4-ü insan dəhşətinin şüarı (kriteriya i) kimi tanınır. Əlavə olaraq, 2016-cı ilədək Belçikada 17 sayt Dünya İrs Siyahısına daxil olmaq üçün namizədlərdəndir. Belçika, 24 iyul 1996-cı ildə Dünya Mədəniyyət və Təbiət Varlığının Müdafiəsi Konvensiyasını təsdiqlədi. Belçikada yerləşən ilk iki sayt 1998-ci ildə UNESCO-nun Ümumdünya irsi Komitəsinin 22-ci sessiyasında siyahıya alınmışdır. == Siyahı == Bu cədvəldə obyektlər UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısının əlavə olunduqları qaydada təşkil edilir.. == Obyektlərin coğrafi yeri == == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Belçika hökumətinin Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif etdiyi xüsusiyyətlər daxildir.
Belçikada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Belçika Krallığının UNESCO-nun Ümumdünya irsi Siyahısında, 12 ad (2016-cı ilə qədər) var, bu ümumi 1,1% -ni (2018-ci il üçün 1092) təşkil edir. Bütün obyektlər mədəni meyarlara əsasən verilmişdir və onlardan 4-ü insan dəhşətinin şüarı (kriteriya i) kimi tanınır. Əlavə olaraq, 2016-cı ilədək Belçikada 17 sayt Dünya İrs Siyahısına daxil olmaq üçün namizədlərdəndir. Belçika, 24 iyul 1996-cı ildə Dünya Mədəniyyət və Təbiət Varlığının Müdafiəsi Konvensiyasını təsdiqlədi. Belçikada yerləşən ilk iki sayt 1998-ci ildə UNESCO-nun Ümumdünya irsi Komitəsinin 22-ci sessiyasında siyahıya alınmışdır. == Siyahı == Bu cədvəldə obyektlər UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısının əlavə olunduqları qaydada təşkil edilir.. == Obyektlərin coğrafi yeri == == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Belçika hökumətinin Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif etdiyi xüsusiyyətlər daxildir.
Belçikada holokost
Belçikada holokost (fr. Shoah en Belgique) — Nasist Almaniyası tərəfindən işğal edilmiş Belçikada 1940–1944-cü illərdə yəhudilərin və qaraçıların təqib edilməsi və məhv edilməsi. Müharibənin başlanğıcında Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Bu dövrdə əhalisi 8 milyon olan Belçikada yəhudilərin sayı 70–75.000 nəfər idi və Belçikada qeyri-xristian əhalinin ən böyük təbəqəsini təşkil edirdilər. Yəhudilərin məskunlaşdığı əsas şəhərlər Antverpen, Brüssel, Şarlerua və Leyj idi. Yəhudilərin böyük əksəriyyəti Almaniya və Şərqi Avropada təqiblərə məruz qalanlardan ibarət idi və çox az qismi Belçika vətəndaşlığını ala bilmişdi. Belçikanın işğalından qısa müddət sonra Hərbi Hökumət 1940-cı ilin oktyabrında anti-yəhudi qanunlarını verdi. Belçika Sədrlər Komitəsi hər hansı anti-yəhudi tədbirindən ötrü əməkdaşlıq etməkdən imtina etdi və Hərbi Hökumət əlavə qanunlar verməkdə həvəssiz görünürdü. Almaniya hökuməti yəhudilərin ticarət fəaliyyətlərini mənimsəməyə və yəhudiləri dövlət xidmətindən uzaqlaşdırmağa başladılar. 1941-ci ilin aprelində Almaniyanın səlahiyyətli şəxslərinin əmri olmadan flamand kollaborasionistlər Antverpen şəhərində iki sinaqoqu çapıb-taladılar və Antverpen qırğınında baş rabbinin evini yandırdılar.
Belçikada islam
Belçikada islam (nid. Islam in België, fr. Islam en Belgique, alm. Islam in Belgien‎) — islam dini Belçika ərazisində. == Tarixi == 1975-ci ildə ümumdünya neft böhranının qızğın çağında Belçikada "Brüssel İslam Mərkəzi" rəsmi fəaliyyətə başlamışdır. Bundan sonra Türkiyə öz nümayəndələri və pedaqoqlarını bu Mərkəzə göndərmişdir. Səudiyyə Ərəbistanı isə Belçika kralı tərəfindən ayrılmış ərazidə həmin dövr üçün Avropada ən böyük olan məscidi inşa etdirmişdir.
Belçikada koronavirus pandemiyası 2020
Belçikada təhsil
Belçikada təhsil — Avropanın ən qabaqcıl təhsil sistemlərindən biri. == Ali təhsil sistemi == === Ümumi prnsiplər === Belçika ali təhsil sistemi üçün xarakterik ənənə tədris prosesi ilə elmi tədqiqatların sıx bağlılığıdır. Universitetlərin büdcəsinin 40% elmi tədqiqatlara ayrılır. Onun maliyyələşməsi Sənaye və Kənd təsərrüfatında Elmi Tədqiqatlara dəstək İnstitutuna dövlət və nazirliklərdən ayırmalar və müxtəlif şirkət, fond və təşkilatlardan könüllü yardım xətti ilə gedir.Belçikanın ali təhsil sisteminin qədim tarixi vardır. İlk universitet – Luven Katolik Universiteti 1425-ci ildə yaranıb. Вu 1517-ci ildə Erazm Rotterdam Luvendə Üç Dil Məktəbi (ivrit, latın və yunan dilləri) yaradır. Buna bənzər məktəb – Paris Fransız Kolleci sonradan yaranır. === Xüsusiyyətləri === Belçikada ali təhsil iki yarımsistem üzərində qurulub. Onlar müvafiq olaraq fransız dilli və flamand dilli vilayətlərin təhsil nazirliklərinə tabedirlər. Təhsil sistemi mərkəzləşməsinə görə fransız və alman təhsil modelinə yaxındır.
Belçikalı
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçikalılar
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçikanın işğalı (1940)
Belçikanın işğalı və ya Belçika kampaniyası (10-14 may 1940) — İkinci Dünya Müharibəsi zamanı Fransa kampaniyasının gedişində alman silahlı qüvvələrinin (vermaxt) Belçika qoşunlarına qarşı strateji hərbi əməliyyatı və Belçikanın Üçüncü Reyx tərəfindən işğal edilməsi. == Tarixi == Belçikanın alman hücumu ərəfəsində ümumilikdə 1338 artilleriya silahına malik olan 22 diviziyası var idi. Lakin, silahlı qüvvələrin müasir tanklar və texnika ilə təchizatı son dərəcə aşağı idi. Məsələn, o dövrdə Belçika ordusunda ən müasir tipli tank, fransız “Renault” şirkətinin 1930-cu illərdə istehsal etməyə başladığı “AMC 35” yüngül tankları idi ki, ondan da cəmi 10 ədəd var idi. Səfərbər olunmuş ordunun ümumi sayı 600 min nəfər idi. Almaniya ilə müharibənin başlanğıcında Belçika Hərbi Hava Qüvvələrində (HHQ) 250 hərbi təyyarə, o cümlədən 90 qırıcı, 12 bombardmançı, 12 kəşfiyyatçı təyyarə var idi. Lakin, bütün bunların təqribən, yalnız 50-si müasir müharibənin tələblərinə cavab verirdi. Ümumilikdə, fransızların 2-ci, 7-ci və 9-cu orduları da, Belçika uğrunda döyüşlərdə iştirak etmişdir. Britaniyalıların isə, Belçikadakı əsas qüvvələri, 152 min nəfər canlı qüvvəyə malik 2 korpusdan ibarət olan və general lord Con Qortun komandanlıq etdiyi Britaniya Ekspedisiya Qüvvələrində cəmlənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Belçikanın nasist Almaniyası tərəfindən işğalı cəmi 18 gün çəkdi.

Digər lüğətlərdə

второго́дник единоли́чно загранпа́спорт зёрнышко ковёр опаде́ние припуска́ть пурпу́рно ци́рлих-мани́рлих куполови́дный надёргивать прутяно́й -ade forsook geometrical mandibulary Mordovia séance ship railway наподдать опасность проблематический пчеловодство тепловозостроение тунг