Benzilamin
Benzilamin (α-aminotoluol) C6H5CH2NH2.
== Fiziki xassələri ==
Suda, spirtdə, efirdə, benzolda yaxşı həll olur. Anilinlə, fenolla, m-krezolla azeotrop qarışıq əmələ gətirir.
== Kimyəvi xassələri ==
Benzilamin güclü əsasdır (K 2,35×10-5). Xassələrinə görə alifatik aminlərə yaxındır. Onun N-alkiltörəmələri, məs. C6H5CH2NHR daha güclü əsasdır. Benzilamin benzolla (tərkib 1:3, ərimə t-ru 15,30C), p-krezolla (1:1, ərimə t-ru 60C) və qarışqa turşusu (1:1, ərimə t-ru 810C) ilə adduklar əmələ gətirir. Karbon və mineral turşuların məhlulları ilə duzlar əmələ gətirir, Məs., monohidroxlorid (ərimə t-ru 2600C), sulfat (ərimə t-ru 930C), pikrat (ərimə t-ru 1940C). Havadan CO2-ni udaraq bərk karbamat əmələ gətirir.