Benzilxlorid
Benzilxlorid [(xlormetil)benzol, α-xlortoluol] C6H5CH2Cl.
== Fiziki xassələri ==
Molekul kütləsi 126,59; kəskin iyli rəngsiz maye; ərimə t-ru 390C, qaynama t-ru 179,30C; sıxlığı 1,100 q/sm3 (250C); nD20=1,5391; buxarının təzyiqi (kPa) : 0,1 (220C), 1,3 (60,80C), 8,0 (100,50C), 26,6 (134,00C); ∆Hyanma - 3714 kC/mol; ε 6,43 (19,90C).
Benzilxlorid etanolda, xloroformda, benzolda istənilən miqdarda həll olur, suda həll olmur.
== Kimyəvi xassələri ==
Xlorun nukleofil əvəzolunma reaksiyalarına eləcə də aromatik nüvənin hidrogen atomlarının elektrofil əvəzolunma reaksiyalarına asan daxil olur. Zəif oksidləşdiricilərin təsirindən benzaldehidə çevrilir; asanlıqla Qrinyar reaktivi əmələ gətirir.
== Alınması ==
Benzilxlorid sənayedə maye fazada toluolun radikal xlorlaşması üsulu ilə alınır:
С6H5CH3 + Cl2 → C6H5CH2Cl + HCl
Bu üsulla ildə 100 000 tona yaxın benzilxlorid alınır2. Reaksiya zamanı aralıq məhsul kimi benzalxlorid və benzotrixlorid alınır (C6H5CHCl2 və C6H5CCl3).
Prosesin bir neçə variantı mövcuddur:
Toluolun 1% PCI3 iştirakı ilə 90-100 0C-də, UB-şüalar altında və ya 2,21-azo-bis-izobutironitril iştirakı ilə xlorlaşması.
Yüksək temperaturda xlorlaşma ilə yanaşı reaksiyanı otaq temperaturunda, katalizatorun iştirakı olmadan ilə də aparmaq mümkündür. Belə ki, günəş işığı və ya süni işıq altında, qazın yaxşı həll olmasını təmin etmək üçün daha hündür kalonkadan istifadə etməklə və toluol üzərində xlor buraxmaqla benzil xlorid alırlar.