BERBER
BEREKET
OBASTAN VİKİ
Beren (siyasi partiya)
Beren - Qırğızıstanda siyasi partiya. 2006-cı ilin dekabrın 30-da Ar-Namıs partiyasının keçmiş üzvləri tərəfindən qeydiyyatdan keçirilmişdir. Partiya parlament üsuli-idarəsini müdafiə edir.
Beren Partiyası
Beren - Qırğızıstanda siyasi partiya. 2006-cı ilin dekabrın 30-da Ar-Namıs partiyasının keçmiş üzvləri tərəfindən qeydiyyatdan keçirilmişdir. Partiya parlament üsuli-idarəsini müdafiə edir.
Beren Saat
Beren Saat (26 fevral 1984, Ankara) — məşhur Türkiyə aktrisası. == Bioqrafiya == Beren Saat 26 fevral 1984-cü il tarixində Ankarada dünyaya göz açıb. Atası Hüseyn futbolçu, anası Ayla isə müəllimdir. Özündən böyük Cem adlı qardaşı var. İlk dəfə "Aşkımızda ölüm var" serialında rol alıb. Daha sonra Eşqə sürgündə Zilan, "Xatırla sevgili"-də Yasəmən obrazını canlandırıb. 2008–2010-cu illərdə Aşk-ı Memnu serialında Bihtər Ziyagil obrazını canlandırıb, hansı ki onu bütün dünyada tanıdıb və bu roluna görə daha çox sevilib. Daha sonra isə "Fatmagülün suçu nə?", İntiqam kimi seriallarda da oynayıb. Son olaraq 2015-ci ildə Möhtəşəm Yüz İl Kösəm serialında Kösəm Sultan rolunu canlandırıb. 2014-cü ildə Kənan Doğulu ilə Los Ancelesdə ailə qurub və o vaxtdan karyerasını müvəqqəti dayandırıb.
Berenberq vulkanı
Berenberq (norv. Beerenberg) — Yan Mayen adasında yerləşən, dünyanın şimal qütbünə ən yaxın fəaliyyətdə olan vulkanı. Vulkan adamnın şimal-şərq qurtaracağında yerləşir. Strato vulkan buzlaqla örtülüdür. Hündürlüyü 2277 metrsir. Vulkan kraterinin eni 1 kilomterə yaxındır. Vulkan uzun illər yatmış olaraq bilinsə də XX əsrin 70-ci illərində aktivləşmişdir. Son püskürmə 1985-ci ilə təsadüf etmişdir. Berenberq norveç dilindən tərcümədə "Ayı adası" mənasını verir.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir.Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov.
Berendeylər
Berendeylər—Peçeneq və Qarabörk tayfa ittifaqına daxil olan qədim türk tayfası. == Tarixi == V.Bartold və eləcə də M.Artamonov XI-XII əsrlər arasında qədim rus dövlətinin daxili həyatında mühüm rol oynamış türk tayfalarından biri olan Berendeyləri Bayandırlarla eyniləşdirirlər. Məlum həqiqətdir ki, köçəri türk qəbiləsi berendeylər XI-XII əsrlərdə Cənubi Rus çöllərində sakin idilər. 1146-cı ildən etibarən bir çox türk soyları kimi qara klobukların tərkibinə daxil olmuşlar XIII əsrin başlanğıcında berendeylərin böyük qismi Bolqarıstana və Macarıstana mühacirət etmiş, qalanı Qızıl Orda dövlətinin əhalisi ilə qaynayıb qovuşmuşdular. "Moskvadan şimala tərəf stansiya adı olan Berendeevo adı türk nəslinin adı ilə bağlıdır. == İstinadlar == == Mənbə == Oljas Süleymenov, Berendeylər Oljas Süleymenov, Qarabörklülər Енциклопедія Українознавства. Т. 1. Львів, 1993. С. 115. == Həmçinin bax == == Xarici keçidlər == Nikolay Karamzin.
Beretbinə
Beretbinə (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Beretbinə (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd.
Beretbinə (Balakən)
Beretbinə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Beretbinə Balakən r-nunun Katex i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin ərazisi vaxtilə Zaqatala r-nunun Qəbizdərə kəndinə aid binə yeri olmuşdur. Sonralar Qəbizdərədən çıxmış bir qrup ailənin burada məskunlaşması ilə daimi yaşayış məntəqəsinə çevrilmişdir. Daha sonralar kənd iki hissəyə bölünərək eyni adla yarısı Balakən, digər hissəsi isə Zaqatala r-nuna verilmişdir. Avar. peret "xırda ağaclıq", "kol-kos" mənasını bildirir. Oykonim "ərazisi kol-kosdan ibarət olan binə, kənd" deməkdir.
Beretbinə (Zaqatala)
Beretbinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Beretta
Beretta — ad və soyad. Beretta (şirkət) — Beretta şirkəti. Beretta 92 — Beretta şirkətinin tapançası. Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat.
Beretta (şirkət)
Beretta silah markası — öz adını Bartolomeo Berettanın soyadından götürmüşdür. Bartolomeo Beretta (təxminən 1490 – təq. 1565). maestro di canne (master silah lüləsi ustası) kimi tanınan Lombardiyadan olan italyan sənətkarıdır və o, 1526-cı ildə Beretta silah istehsalı müəssisəsini qurmuşdu. Arquebus Beretta Val Trompiadakı Gardone-də, sonra Venesiya Respublikasında işləmiş və kənddə dəmir ustası olmuşdur. O, təfərrüfatla maraqlanırdı və silah lülələrinin məhsuldar istehsalçısı idi. 1526-cı ildə Venesiya Arsenalı ona 185 arquebus barelinə görə 296 dukat ödədi. Dəmir tökmə və silah biznesi Berettanın oğlu Yakopo və nəvəsi Covannino tərəfindən davam və inkişaf etdirilmişdir və Beretta ailəsi 21-ci əsrdə biznesə nəzarət edir. Britannica Ensiklopediyası Berettanı "dünyanın ən qədim sənaye müəssisələrindən biri" adlandırmışdır.
Beretta 92
Beretta 92 (it. Beretta 92, həmçinin Beretta 96 və Beretta 98) — Beretta şirkətinin ən istedadlı mühəndisləri Karlo Beretta, Cuzeppe Mazetti və Vittorio Valle tərəfindən 1972-ci ildə istehsal edilmişdir. Özüdolan 9 mm kalibrli Beretta 92F tapançası 1985-ci ildə müsabiqəyə əsasən ABŞ ordusuna 0.45 kalibrli Kolt M1911i əvəz edərək M9 adıyla istifadəyə verilmişdir. Müqaviləyə əsasən M9 İtaliya (Beretta) və həmçinin ABŞda (Beretta USA Corp., Akkokike, Merilend ştatı) istehsal edilir. 1985-1995ci ilədək ABŞ bütün ordusu üçün 1 020 257 ədəd M9 almışdır (1 tapançanın qiyməti 178,50 ABŞ Dolları). Beretta 92FS (Beretta 92F modelindən tətiyin yanında disk ilə fərqlənir) dünyada ən çox yayılmış və tanınan modellərdən biridir. O bir çox ölkələrin ordusu, polisi, xüsusi orqanları və özünü müdafiə silahı kimi istifadə edilir. Hər il 92 modeli İtaliyada və digər ölkələrdə 100 000 artıq istehsal edilir. == Yaranma tarixi == == Modellər == Beretta 92 Beretta 92S Beretta 92SB Beretta 92FBeretta 92FS Beretta 92DS Beretta 92D Beretta 93R === Üstün cəhətləri === === Çatışmayan cəhətləri === İri qabaritli olması gizdi daşınmaya imkan vermir. İlkin mərhələdə yüngül materiallardan istifadə edilməsi onun dözümlülüyünü azaldırdı.
Beretta AR-70
Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat == Tarixi == 1968-ci ildə "Beretta" şirkəti 5,56×45 mm gilizi üçün nəzərdə tutulmuş yeni silahın konstruksiyasına başlayır. Nəzərdə tutulmuşdurki yeni silah yeni silah İtaliya ordusunda Beretta BM59-ın yerin alsın. 1972-ci ildə Beretta AR-70/223 adlı yeni avtomatlar xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş qüvvələrə verildi. 2009-cu ildə silahlanmaya ARX-160 adlı yeni silah qəbul olundu və AR-70/90 nın yerini müəyyən qədər tutdu.
Beretta AR70/90
Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat == Tarixi == 1968-ci ildə "Beretta" şirkəti 5,56×45 mm gilizi üçün nəzərdə tutulmuş yeni silahın konstruksiyasına başlayır. Nəzərdə tutulmuşdurki yeni silah yeni silah İtaliya ordusunda Beretta BM59-ın yerin alsın. 1972-ci ildə Beretta AR-70/223 adlı yeni avtomatlar xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş qüvvələrə verildi. 2009-cu ildə silahlanmaya ARX-160 adlı yeni silah qəbul olundu və AR-70/90 nın yerini müəyyən qədər tutdu.
Beretuk (rəqs)
Berutuk rəqsi - İndoneziyada subay kişilər tərəfindən məbəddə icra olunan sakral ayin xarakteri daşıyan rəqs növü. == Haqqında == Berutuk rəqsini ifa edən nəfərlər tamaşaya qədər bir növ qüsl prosesindən keçirlər: onlar məbəddə gecələyir, rahibin köməyi ilə tamaşa üçün müəyyən dualar öyrənirlər. Tamaşa zamanı bu dualar Bethara Berutukun çağrılmasını təmin etməlidir. Burada hələ aşkar hind təsiri görünmür: rəqs mahiyyətcə daha çox əcdadlara sitayişə yönəlikdir. Belə ki, Berutuk rəqsi Bali Aqanın, yəni “dağ əhli” adlandırılan yerli sakinlərin (adaya böyük axınla sonradan gəlmiş hindliləri (Bali Hindu) yerlilərdən fərqləndirmək məqsədi güdür) Balinin digər bölgələrindən Şərqi Baliyə köç edərək burada məskunlaşması haqqında əfsanəni canlandırır. Bu rəqs musiqisiz rəqsdir. İştirakçılar üzlərinə maska taxırlar, boyun və bel ətrafına isə quru banan yarpaqlarının liflərini elə sancırlar ki, ağac-kol formasında gombul bədheybətə oxşayırlar. Maskalardan biri Noh teatrının ağ qadın maskasını xatırladır: amma qalın qaşlıdır, kifir ağızlıdır, eybəcərdir. Digər maskalar isə bir növ Afrika maskalarına bənzəyir: qara-qəhvəyi rəngdədirlər, gözləri pırtlaşıqdır. Tamaşa gedə-gedə seyrçilər banan liflərindən qoparmağa cəhd göstərirlər: çünki sonra onlardan qoruyucu həmayil kimi də yararlanmaq mümkündür.
Berezit
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
Berezitlər
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
Berezniki
Berezniki - Rusiya Federasiyasında yerləşən şəhər, Perm diyarına daxildir.
Berezovaya çayı (Çir)
Berezovaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Berezovaya çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsəbinə 28 km qalmış ona tökülür. Berezovaya çayının uzunluğu 63 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 524 km²-dir. Çay sistemi: Berezovaya → Çir → Don → Azov dənizi. == Təsviri == Berezovaya çayı öz başlanğıcını Rostov vilayətinin Oblivsli rayonunun Slepixin xutoru ərazisindən götürür. Aşağı axarı boyunca getdikdə Truxin xutorunun ərazisimdən keçir. Sonradan Krivov xutoru, Çermovski, Samoxin, Nesterkin, Frolov, Senşin və Kovılenski xutorları ərazisindən axır.
Berezovka (Arxangel)
Berezovka (başq. Березовка, rus. Берёзовка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Irnıktı kənd şurasının tərkibindədir. Ağıdel çayının sahilində yerləşir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel):18 km, kənd sovetliyindən (Irmıktı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (87%) üstünlük təşkil edir.
Berezovskiy
Beryozovskiy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Berezya
Berezya (fr. Béréziat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01040. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 445 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 278 nəfər arasında (15-64 yaş) 234 nəfər iqtisadi cəhətdən fəal, 44 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 84,2%, 1999-cu ildə bu 72.4%). Fəal 234 sakindən 219 nəfər (115 kişi və 104 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın). 44 hərəkətsiz şəxs arasında 19 nəfər şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Boris Berezovski
Boris Abramoviç Berezovski (rus. Бори́с Абра́мович Березо́вский; 23 yanvar 1946[…], Moskva – 23 mart 2013[…]) 23 yanvar 1946[…], Moskva – 23 mart 2013[…]) — Rusiya siyasətçisi.
Bulbophyllum berenicis
Bulbophyllum berenicis (lat. Bulbophyllum berenicis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Gintaras Beresnyavisius
Gintaras Beresnyavisius (lit. Gintaras Beresnevičius; 7 iyul 1961, Kaunas – 6 avqust 2006, Vilnüs) — Litva dinşünas, yazıçı və publisist. == Bioqrafiyası == Gintaras 7 iyul 1961-ci il Kaunasda anadan olmuşdur. 1979-cu ildə 26 №-li (hal-hazırda Simonas Daukantas adına məktəb) Kaunas məktəbini bitirmişdir. 1984-cü ildə Vilnüs Universitetinin tarix fakultəsi bitirmişdir. İnstitutu bitirdikdən sonra 2 il sovet ordusuna xidmət etmiş, zirehli tank qoşunlarında iştirak etmişdir. 1986-cı ildən müxtəlif universitetlərdə işləmiş və 1993-cü ildə (elmi rəhbər Norbertas Velyus) həkim dərəcəsini almışdır.Gintaras bir sıra elmi kitabların müəllifi və redaktoru olmuşdur. 100-dən çox elmi məqalənin müəllifidir. Baltika mifologiyasını və din tarixini ən yaxşı bilənlərindən biri hesab edilirdi. 2003-cü ildə din tədqiqatı üzrə dərslik dərc etmişdir.
ака́нтовый бо́мба засну́ться захлёбывание истира́ться не складне́е повремени́ть штрафо́вка акце́нтный мудрено́ ли отвинти́ть помпе́зно удра́ть камишир очиток conventionally-armed distorted Elysium foreseeing overfulfilment usucaption беспрестанно востро дробление распалять