beşik
beyin
OBASTAN VİKİ
Beyazıt Öztürk
Beyazıt Öztürk (12 mart 1969, Bolu) — Beyaz olaraq tanınan, türk aparıcı, televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən,radiyo aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı. Ancaq "r" hərfini tələffüz edə bilməməsinə görə , aparıcılıq niyyəti baş tutmadı və yalnız program hazırlamaqla kifayətləndi. Yenə də qaydaları pozaraq səsini dinləyicilərə çatdıran Öztürk, fərqli və zarafatcıl imici ilə böyük izləyici sevgisi topladı.

Digər lüğətlərdə

возмужа́ние затёс мо́кша про́низь съёжить запина́ть мастери́ца мохови́к фосге́новый чертоло́м бусово ловить привет трупёрда шаль Christogram mumbo-jumbo penetrator sago-palm tree sift out T-shirt выглядеть выпрямлять выселки монументальный