biblioloq
Bibliya
OBASTAN VİKİ
Bibliometrik analiz
Bibliometrik analiz - iki başlıca elementə əsaslanır: nəşrlər tədqiqat məhsullarının əsas indikatoru kimi və nəşrlərdən əldə olunan istinadlar elmi fəaliyyətin qiymətləndirilməsi üçün əsas vasitə kimi. Statistik biblioqrafiya adlanan erkən bibliometrik araşdırmalar elmin inkişafının araşdırılması, daha sonralar isə kitabxana kolleksiyalarının idarə olunmasına tətbiq olunurdu. Məsələn, bibliometriyanın ilk tədqiqatçıları sayılan F.J.Kol və N.İls 1543-1860-cı illərdə nəşr olunan ədəbiyyata əsasən, Avropa ölkələrində anatomiya sahəsində aparılan araşdırmaları tədqiq etmişlər. Verilmiş istiqamətdə elmi aktivliyin qiymətləndirilməsi üçün əsas vahid olaraq elmi əsərləri götürməklə gələcək bibliometrik tədqiqatların əsasını qoymuşlar. 10 il sonra P.L.K.Qros və E.M.Qros (Gros and Gros) öz kitabxana kolleksiyalarının idarə olunması üçün obyektiv metod kimi jurnalların istinad analizini həyata keçirən ilk alimlər olmuşlar. Tədqiqatçılar "Journal of Chemical Society" jurnalının 1926 cildindən 3663 ədəbiyyat siyahısında göstərilən istinadları çıxararaq ən çox istinad olunan jurnalları təyin etmişlər. Bu cür yanaşma ilə tədqiqatçılar istinad analizinin həm kitabxana kolleksiyasının idarə olunması, həm də tədqiqatın qiymətləndirilməsində vacibliyini sübut etmişlər. == Bibliometriyanın riyazi əsasları == Bredfordun yayılma qanunu hər müəllif üçün məqalələrin tezliyi haqqında Lotka qanunu, mətnlərdə sözlərin işlənmə tezliyi haqqında Zipf qanunu və Praysın elmdə eksponensial artım qanunu ilə birlikdə bibliometriyanın riyazi əsaslarını formalaşdırır. Bununla yanaşı qlobal və bir istiqamətli istinad indeksinin, yəni Qarfildin Elmi İstinad İndeksinin yaradılması bibliometrik üsulların və istinad analiizinin əsas aspekti olan tədqiqatların idarə olunması və qiymətləndirilməsi sahəsinə keçidi təmin etdi. Bibliometriya və tədqiqatın qiymətləndirilməsində əsas vasitə verilənlər bazaları, qlobal və genişmiqyaslı analizi təmin edən istinad indeksləri hesab olunurdu.
Bibliometrik indikatorlar
Elmi məhsulların ölçülməsinin əsas bibliometrik indikatoru nəşrlərin sayı, tipi və yayılmasıdır. Tədqiqat istiqamətinin məhsuldarlığı həmin istiqamətdəki nəşrlərin sayı ilə ölçülür. İxtiyari tədqiqat oblastında az sayda yüksək məhsuldarlıqlı alimlərin nəşri, həmin istiqamətdəki bütün nəşrlərin çox böyük hissəsini təşkil edir. İstiqamətin araşdırılması zamanı verilmiş oblastda çap olunan əsərlərin xarakterindən asılı olaraq yalnız uyğun nəşrlər sayılmalıdır. Belə ki, hunanitar elmlərdə bir çox tədqiqatçıların nəticələrini məqalələrdə deyil, kitab şəklində çap etdirməyə çalışırsa, tətbiqi elmlərdə nəşrlərin standart forması elmi-tədqiqat işi hesabatlar və patentlərdir. Kitablar və məqalələrin yükünün eyni olduğu istiqamətlərdə kitablar daha üstün tutulur. İcmal xarakterli məqalələrə də xüsusi nəzarət olunur. Elmi və tibbi istiqamətlərdə, həmçinin ictimai və humanitar elmlərdə nəşrlərin müqayisəsi çox zaman müxtəlif tip nəşrlərə təyin olunan şəkilərə əsasən aparılır, bir kitab müxtəlif istiqamətlərdə 2-6 məqaləyə ekvivalent sayılır. Tədqiqat qruplarının və ya təşkilatların qiymətləndirilməsi zamanı 1 il və ya daha uzun müddətli zaman aralığı əsas göstərilir, adətən 4 illik dövr istifadə olunur. Tədqiqatçı qrupun məhsuldarlığının inkişafının izlənməsi hər il hesablanan indikatorlar əsasında aparılır.
карака́тица подшёптывать хмы́кнуть матерщи́на отжи́ливать отличи́ть подева́ть порабоща́ться поча́ще расконопа́чиваться раску́поривать смерте́льно яма́йка корреспонденция crabstick Greenland Sea lone wolf majorat moony out-of-step phonology radiolysis израильтянка отточенный хороший