BİLAARAM [ ər. bila… və fars. aram] bax aramsız. Bilaaram yağış yağır. Bilaaram danışır, yorulmaq bilmir. – …Rza bütün günü bilaaram gah körük basar, gah dəmir döyərdi. M.İbrahimov. Kəpənəklər alabəzək qanadlarını bilaaram titrədərək, nəşə ilə uçurdular. İ.Əfəndiyev.