BİLDİRMƏK

Deyirik: -dır4 şəkilçisi təsirli feillərə artırıldıqda icbar növ düzəldir. Bil­dirmək kəlməsi bu qanuna tabe deyil. Niyə? Mənbələrdə həmin söz bilgirt kimi ya­zılıb, deməli, sözdə -dir şəkilçisi olmayıb, kəlmə təhrif nəticəsində bildir şəklinə düşüb. Qədim dövrlərdə -gır4 şəkilçisi kauzativ (müəyyən səbəblə bağlı hərəkətə təhrik) mənalı feillər düzəldib: görkür (baxmağa təhrik elə), ötkür (yola sal və s.). Təsirli feil düzəldən –ır4 şəkilçisi (köçür, keçir..), ehtimal ki, həmin –gır4 ( və ya –dır4) şəkilçisinin zəminində yaranmış, ona görə də feilin indiki zaman şəkilçiləri ilə yalnız omonimlik münasibətindədir, yəni qohumluğu yoxdur: köçürür feilində köç təsirsiz feildir, sözün köküdür, köçür təsirli feildir, düzəltmədir, sonuncu –ür şəkilçisi indiki zamanı bildirir. Sözün qədim forması köç –kür –ür kimi olub, sonra ikinci k səsi ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BİLBORD
BİLƏK

Digər lüğətlərdə

генети́ческий искривле́ние корея́нка по-математи́чески поразогна́ть похуде́ние прого́рклый простёжка хрящева́тость яри́ться кра́ска насма́рку подёнщик демон лазарет младенец Diadochi ferula natural right overwater worthless желательно нарывать немедля сумрак