bimetal

1) is. bimétal m (pl aux) ; 2) sif. bimétal, -e

bimbiz
bimetallik
OBASTAN VİKİ
Bimetal
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. == Bimetallik element == Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
Bimetallizm
Bimetallizm (lat. bis – iki dəfə və yun. metallum – metal) — ümumi ekvivalent rolunu eyni zamanda iki metalın – qızıl və gümüş metalların oynadığı tədavüldə olan banknotların bu metallara dəyişilən pul sistemi. == Tarixi == Sistem XVI–XVIII əsrlərdə bir çox ölkələrdə (Fransada, Belçikada, İsveçrədə) geniş yayılmışdı və XIX əsrin təxminən son qərinəsinə qədər mövcud olmuşdur. Ənənəvi tərifə görə bimetallizm qızıl və gümüş sikkələrin sərbəst zərb edilməsini, yəni nəcib metaldan olan külçələrin sikkə sarayına gətirilməsi və bu külçələrin rəsmi dəyərinə bərabər məbləğdə xüsusi şəxslər üçün sikkə almaq imkanıdır. Qızıl və gümüş arasında rəsmi nisbətin – bimetal paritetinin müəyyən edilməsini tələb edir. == Növləri == Bimetalizmin aşağıdakı növləri məlumdur: Paralel valyuta sistemi; İkiqat valyuta sistemi; "Axsayan" valyuta sistemi. === Paralel valyuta sistemi === Paralel valyuta sistemi zamanı qanunvericilik qızıl ilə gümüş arasında müəyyən qiymət nisbətini müəyyən etmir, qızıl və gümüş sikkələr isə qızıl və gümüşün bazar dəyərinə uyğun olaraq alqı-satqı və digər sövdələr zamanı qəbul olunur. === İkiqat valyuta sistemi === İkiqat valyuta sistemi zamanı dövlət iki metal arasında müəyyən qiymət nisbətini təsbit edir, qızıl və gümüş sikkələrin zərb olunması və onların əhali tərəfindən qəbul olunması isə bu nisbətdə həyata keçirilir. === "Axsayan" valyuta sistemi === "Axsayan" valyuta sistemi zamanı qızıl və gümüş külçələr bərabər olmayan nisbətdə qanuni tədiyyə vasitələridir, yəni gümüş sikkələr qızıl sikkələrin sərbəst zərb olunmasından fərqli olaraq qapalı qaydada zərb olunurdu (bimetalizm gümüş "ayaqla" "axsayırdı").

Digər lüğətlərdə