biogeokimyəvi

biogeokimyəvi
biogeokimya
biogeosenologiya
OBASTAN VİKİ
Biogeokimyəvi proseslər
Biogeokimyəvi proseslər — canlı və cansız sistemlərin arasında əlaqəli proseslər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biogeokimyəvi rejim
Biogeokimyəvi rejim — tektonik, vulkanik, hidrodinamiki, geomorfoloji, oksidləşmə-reduksiya və s. təbii proseslərdə iştirak edən kimyəvi elementlərin təsirindən biogeokimyəvi mühit tiplərinin yaranmasıdır. Tektonik proseslərdə — S, vulkanik proseslərdə Pb, hidrodinamiki proseslərdə — C, geomorfoloji proseslərdə — Si və oksidləşmə-reduksiya proseslərində — Fe kimyəvi elementlərinin yaratdıqları biogeokimyəvi mühit tipləri mövcuddur.
Biogeokimyəvi tarazlıq
Biogeokimyəvi tarazlıq – əsasən düzənlik və alçaq dağlıq ərazilərdəki təbii ərazi komplekslərində təsadüf edilir. Hər hansı bir mühit tipi üçün mövcud tarazlıq biogeokimyəvi rejimlin göstəriciləri dəyişilərkən pozulmuş olur. Biogeokimyəvi mühitdə bir sıra kompanentlərin, məsələn, C, K, S, J və s. elementlərin miqdarlarının dəyişməsi də bir mühit tipinin pozulması və digər bir mühit tipin yaranmasına gətirib çıxarır. Daha çox insanların yaşam tərzinə uyğun gələn O2 və CO2 biogeokimyəvi mühit tiplərinə uyğun gələn fiziki-kimyəvi və coğrafi göstəricilər isə ekoloji tarazlıq yaradır. Biogeokimyəvi tarazlıq şəraitində kimyəvi indikator elemenetlərin orqanizmlər tərəfindən mənimsənilmə sırası (K – Zn – Fe – Cu – Co – C) kimi olduğu ehtimal edilir. Biofil elementlərdən K, C, P, N, Fe, Co və Cu birləşmələrinin miqrasiyası yüksəkdir. J mikroelementinin tipomorfluğu, K / Na nisbətinin yüksək göstəriciləri səciyyəvidir.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı