BİR DİLİ VAR, QIRX AÇARI

ikiüzlü, riyakar adam haqqında deyilən ifadə.

BİR DİLDƏ DANIŞMAQ
BİR DÜNYA
OBASTAN VİKİ
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
Eleqaz açarı
Eleqaz açarı — elektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür. == Giriş == Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur. Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi. Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər. == Eleqaz açarının quruluşu == Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir.
Qacaranın açarı
"Qacaranın açarı" abidəsi (yerli azərbaycanlılar tərəfindən: Ayı heykəli; erm. Քաջարանի բանալի) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin Qafan və Qacaran şəhərlərini birləşdirən avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində yerləşən abidə. 1966-cı ildə Qafan-Qacaran avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində ucaldılan abidənin müəllifi heykəltaraş Marat Nuricanyandır. Abidə respublika əhəmiyyətli olub, Qafanın tarixi-mədəni daşınmaz abidələri siyahısındadır. Oxçuçayın sahilində qaya üzərində yerləşmiş ağzında açar tutan ayı heykəli bərəkətli Zəngəzur torpaqlarını və onun uğrunda döyüşmüş zəngəzurluları simvolizə edir. Azərbaycanlı yerli sakinlər tərəfindən də "Ayı heykəli" adıyla tanınan abidə Qafan şəhərinin əsas simvollarından biridir.
Xəlilov açarı
Xəlilov açarı — neft və qaz quyularının yeraltı təmirində nasos-kompressor borularını (diametri 20-dən 132 mm-dək) bağlamaq və açmaq, həmçinin APR tipli mexaniki açarlarla birgə işlənməsi üçün nəzərdə tutulan alət. Alət ilk dəfə 1956-cı ildə Azərbaycan alimi A.A.Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib. Xəlilov açarlannın təyinatı montaj və demontaj işləri, quyularda qaldırma-endirmə əməliyyatları zamanı nasos-kompressor borularının açılması və bağlanması, həmçinin APR tipli mexaniki açarlarla birgə işlənməsi üçündür.
Bakının açarı
Bakının Açarı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər. Tanıtım linki == Filmin janrı == Film Macəra janrındadır. == Yaradıcı heyət == Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Elvin Mikail Montaj: Azflix Pro === Aktyor heyəti === Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Urfan Cabbarlı Nərmin Əhməd Vüsal Dastan Anar Əli İbrahim Əlizadə Fidan İsmayılova Maya Hüseynli == Çəkiliş yerləri == • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.
Qırx (adət)
"Qırx" – dəfnin qırxıncı günü. İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Qırx altı
Qırx altı — say sistemində ədədlərdən biridir. Qırx beşdən sonra, qırx yeddidən əvvəl gəlir. Qırx altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx beş
Qırx beş — say sistemində ədədlərdən biridir. Qırx dörddən sonra, qırx altıdan əvvəl gəlir. Qırx beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx doqquz
Qırx doqquz — say sistemində ədədlərdən biri. Qırx səkkizdən sonra, əllidən əvvəl gəlir. Qırx doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7 və 49 ədədlərinə qalıqsız bölünür.
Qırx dörd
Qırx dörd — say sistemində ədədlərdən biridir. Qırx üçdən sonra, qırx beşdən əvvəl gəlir. Qırx dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Qırx səkkiz
Qırx səkkiz — say sistemində ədədlərdən biridir. Qırx yeddidən sonra, qırx doqquzdan əvvəl gəlir. Qırx səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx Çıraq
Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Salyan rayonunun faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Qırx Çıraq şəhərləri inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. 2006-cı ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 1.000 nəfərdir və əhalinin 71% şəhər əhalisidir. Qırx Çıraq da yaşayan etnik qruplar: yerli azərbaycan türkləri 80%, gəlmə kürdlər 10%, gəlmə talışlar 10%.
Qırx üç
Qırx üç — say sistemində ədədlərdən biridir. Qırx ikidən sonra, qırx dörddən əvvəl gəlir. Qırx üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx hədis
Qırx hədis — hədis ədəbiyyatının alt janrı. Adından da göründüyü kimi, bu hədislər tərtibçinin məqsədindən asılı olaraq bir və ya bir neçə mövzuya aid qırx hədisdən ibarət toplulardır. Buna ən məşhur nümunə indiyə qədər İmam Nəvəvinin islam şəriətinin bütün əsaslarını özündə ehtiva edən "Qırx hədis"idir. Forty Hadith Nawawi – English and Arabic. Translation of Imam An-Nawawi's Forty Hadiths. Forty Hadith al-Nawawi in English and Arabic (hadith qudsi) 40 Hadith Nawawi by the Muslim American Society. An Exposition on 40 Ahadith by Imam Ruhullah al-Musawi al-Khumayni (Shia). Turath Publishing's series “Collections of Forty Hadiths”.
Şuşa qalasının açarı
Şuşa qalasının açarı- Qarabağ xanlığının inzibati mərkəzi Şuşa şəhərinin qala qapısının açarı Şuşa qalasının açarı gümüşdən hazırlanaraq qızılı və gümüşü saplarla toxunmuş qotazlarla işlənib. Açarlar Çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüşdür. Daha sonra 1924-cü ildə Tiflis şəhərindəki Qafqaz Hərb Tarixi Muzeyindən alınmışdır. Gümüşü saplı qotazları olan açar ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa və konservasiya edilmişdir. Açar gümüşə xas qaralmadan və oksid təbəqəsindən təmizlənmiş, qoruyucu təbəqə ilə örtülmüşdür. Açarın qotazları isə təmizlənmiş, sökülmüş, itirilmiş hissələri, saçaqlarının zədələnmiş ipləri bərpa və konservasiya olunmuşdur. Gümüş açar laboratoriyanın əməkdaşı Tural Nəbiyev, qotazlar isə Nuridə Hüseynova tərəfindən bərpa və konservasiya olunmuş və fonda təhvil verilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarları mühafizə olunur.
Solomonun kiçik açarı
Solomonun kiçik açarı (lat. Lemegeton Clavicula Salomonis) — həm də Lemegeton adıyla tanınan, xristian demonologiyası və qoetiyası haqqında məlumatların toplandığı ən vacib qrimuarlardan biri. Kitab, anonim müəlliflər tərəfindən daha qədim dövrlərə aid materiallar əsasında hazırlanmışdır. Kitab beş hissədən ibarətdir: Ars Goetia, Ars Theurgia-Goetia, Ars Paulina, Ars Almadel və Ars Notoria. Kitab, "Solomonun vəsiyyəti" və orda xatırlanan, demonların bağlanması üçün istifadə edilən üzüyə əsaslanır. == İstinadlar == == Ədəbiyyat == Peterson, Joseph H., redaktorThe Lesser Key of Solomon: Lemegeton Clavicula Salomonis. York Beach, Maine: Weiser Books. 2001. ISBN 978-1-57863-220-6. Porter, John.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Qırx Abdal bulağı
Qırx Abdal piri — Xınalıqda ziyarətgah. Xınalıq ərazisinin demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr qaynayır. Onlar hər tərəfə həyat verir, gözəllik bəxş edir. Lakin şenliyin məskunlaşdığı sahədə istifadə üçün bulaq, çeşmə yoxdur. Ona görə də qızlar-gəlinlər çiyinlərində həmişə səhəng və kuzələrlə su gətirməli olmuşlar. Yaşayış yerindən xeyli aralı və dərənin dibindən axan Qudyalçaydan su gətirmək məcburiyyəti onları daim çətin vəziyyətdə qoyurmuş. Hava şəraitindən asılı olaraq adi ehtiyatsızlıq bədbəxtliklə nəticələnərmiş. Odur ki, Xınalığın su təchizatı təkcə can rahatlığı deyil, yaşayış deməkdi, həyat deməkdi. Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar.
Qırx Abdal piri
Qırx Abdal piri — Xınalıqda ziyarətgah. Xınalıq ərazisinin demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr qaynayır. Onlar hər tərəfə həyat verir, gözəllik bəxş edir. Lakin şenliyin məskunlaşdığı sahədə istifadə üçün bulaq, çeşmə yoxdur. Ona görə də qızlar-gəlinlər çiyinlərində həmişə səhəng və kuzələrlə su gətirməli olmuşlar. Yaşayış yerindən xeyli aralı və dərənin dibindən axan Qudyalçaydan su gətirmək məcburiyyəti onları daim çətin vəziyyətdə qoyurmuş. Hava şəraitindən asılı olaraq adi ehtiyatsızlıq bədbəxtliklə nəticələnərmiş. Odur ki, Xınalığın su təchizatı təkcə can rahatlığı deyil, yaşayış deməkdi, həyat deməkdi. Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar.
Qırx Sütun sarayı
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Qırx Yaşar (Xoy)
Qırx Yaşar (fars. قرخ ياشار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (47 ailə).