BİRƏ

is. İnsan və heyvanları sancıb əziyyət verən çox sıçraq cücü.
Köhnə məscid hücrələrində birə əlindən tərpənmək olmazdı. H.Sarabski.
Laçın … tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birələr onun üstünə daraşdı. M.Hüseyn.

◊ Kürkünə birə düşmək – təşvişə düşmək, qorxuya düşmək.

Этимология

  • BİRƏ Mənbələrdə bürgə şəklində əks etdirilib. Burmaq feili ilə bağlıdır. Birəni məhv etmək üçün hökmən barmaqların arasında burublar
BİRƏ...
BİRƏ-BEŞ
OBASTAN VİKİ
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. == Quruluşu == Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. == Yayılması == Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. == Nəsilvermə və İnkişafı == Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.
Birəbittən fəsiləsi
Birəbittənlər
Birəbittənlər (lat. Troglodytidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Yayılması == Gödək quyruğu olan kiçik, hərəkətli meşə həşəratyeyən quşlarıdır. Əksər növlərin rəngi qəhvəyi-şabalıdıdır. Su sərçələrinə yaxındırlar. Amerika mənşəli fəsiləyə daxil olan 63 növ başlıca olaraq Yeni dünyada yaşayır. Yalnız 3 cins köhnə dünyada təmsil olunmuşdur. Qafqazda yeganə növünə – adi birəbittənə (lat. Troglodytes troglodytes) rast gəlinir. Arealı Şimali Amerikanın mülayim qurşağını, Avropanı, Palearktikanın cənub və şərq sərhədlərini əhatə edir.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Birəndiq (Ərdəbil)
Birəndiq - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Şahrud bölgəsinin Xuruşrüstəm kəndistanında, Həşçin qəsəbəsindən 22 km., cənub-şərqdə, Xalxal-Miyanə avtomobil yolunun 39,5 kilometrliyindədir.
Birəotu
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Cənub çuğundur birəciyi
Cənub çuğundur birəciyi (lat. Chaetocnema breviuscula) — Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Quruluşu == Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Yayılması == Kələm aqrosenozlarında geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Abşeron, Dağlıq Qarabağ, Lənkəran-Astara zonalarında yayılmışdır. == Zərər vurması == Çuğundur əkilən təsərrüfatlar üçün qorxulu zərərvericidir. Onları əsasən kələm, turp, şəkər çuğunduru bitkilərinin üzərində görmək olar. Birəciklər aprelin əvvəllərində alaq otlarının, sonra isə mədəni bitkilərin üzərində görünür.
Dalmat birəotu
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Daphnia pulex və ya Su birəsi
Adi subirəsi (lat. Daphnia pulex) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ. == Morfoloji quruluşu == Dişi fərdin uzunluğu 1,4–4,0, erkəyinki isə 0,9–1,5 mm -dir. Dişi fərdin çanağı oval formada olub, yan tilləri yoxdur, quyruq iynəsi qismən uzundur. Çanağın arxa hissəsi və quyruq iynəsi tikanlı çıxıntılarla örtülmü.dür. Baş qıs lateral til ilə təchiz olunmuşdur. Baş zirehi çanağa söykənir və çıxıq əmələ gətirir. Rostrum uzanmış və itidir. Ön antenaları qısa olub, rostrumun qurtaracağına çatır.
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Komarov birəotu
Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu - NT == Qısa morfoloji təsviri == Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.
Koçi birəotu
Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qara xaççiçək birəciyi
Rəngi qara və ya metal parıltısına bənzəyir. Uzunluğu 2–3 mm-dir. Bu birəciklər nəmliyi az olan yerlərdə yaşayırlar. Başqa birəciklərə nisbətən onlar respublikamızda geniş yayılmışdılar və daha çox zərər verirlər. Respublikanın Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır. Azərbaycan şəraitində onlar erkən fevralın axırı və martın əvvələrində qışlamadan çıxırlar. Qışlamadan çıxandan sonra əvvəlcə alaq otları, sonra isə mədəni bitkilərlə qidalanırlar. əlavə qidalanma hava şəraitindən asılı olaraq bir aya qədər davam edir. əlavə qidalanmadan sonra yumurtaqoyma və cütləşmə başlayır. Bu proses aprelin ikinci yarısından may ayına qədər davam edir.
Qızyarpaq birəotu
Sinerariyarpaq birəotu
Su birəsi
Adi subirəsi (lat. Daphnia pulex) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ. Dişi fərdin uzunluğu 1,4–4,0, erkəyinki isə 0,9–1,5 mm -dir. Dişi fərdin çanağı oval formada olub, yan tilləri yoxdur, quyruq iynəsi qismən uzundur. Çanağın arxa hissəsi və quyruq iynəsi tikanlı çıxıntılarla örtülmü.dür. Baş qıs lateral til ilə təchiz olunmuşdur. Baş zirehi çanağa söykənir və çıxıq əmələ gətirir. Rostrum uzanmış və itidir. Ön antenaları qısa olub, rostrumun qurtaracağına çatır.
Çəhrayı birəotu
Ətrəngi birəotu
Ətrəngi birəotu (Elmi adı — Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 25–80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10–15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır. Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir.
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.

Значение слова в других словарях