1. Tək-tək, ayrı-ayrılıqda.
[Süleyman:] De, bir-bir söylə, qulaq asım.
Anası da oğlu qazan yollara bir-bir bələd oldu.
Konsul onları [siyahıları] bir-bir alıb, öz katibinə verir…
2. Bir-birinin ardınca, ardıcıl surətdə, növbə ilə.
Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər.
[Hakim] stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb, səbətə atırdı.
3. Təfsilatı ilə, təfərrüatına qədər, hər biri ayrı olaraq. Gördüyü işləri bir-bir saydı. Nöqsanları bir-bir göstərmək.
– Əcnəbinin bu sözlərini Sədrəddin bəy qapı dalısında bir-bir yazırdı.
Rüstəm komandirə bu ətrafdan bir-bir, yerbəyer danışır.
4. Hərəyə bir, hər dəfədə bir. Bir-bir vermək. Bir-bir paylamaq.