blok-balans
blok-indikator
OBASTAN VİKİ
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Element
Element – mürəkkəb obyektin, hadisənin, prosesin analiz olunarkən sonrakı hissələrə ayrılmayan kompanentidir. Element – 1)kimyada adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə, nüvənin eyni yükünə malik atomların toplusu (sadə, artıq parçalanmayan maddə); 2)fizikada kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz; 3)tamın, bütövün tərkib hissəsi; 4)kiçik enerji mənbəyi; 5)hər hansı bir şeyin tərkib hissəsi; 6)sosial qrup üzvü; 7)bütövdə hər hansı bir şeyin payı; 8)danışıqda adam, şəxs, ünsür. Elementin formaları Element (fəlsəfə) Çoxluq elementi Elementar funksiyalar Kimyəvi element Qalvanik element Elektron element == Həmçinin bax == Element-indikatorlar Element 122 Element 123 Element 124 Element 125 Elementlərin geokimyəvi təsnifatı == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Aleksandr Blok
Blok Aleksandr Aleksandroviç (16 (28) noyabr 1880, Sankt-Peterburq – 7 avqust 1921[…], Petroqrad) – görkəmli rus şairi. Rusiya simvolizminin nümayəndəsi. == Həyatı == 1905-1907-ci illərdə yazdığı əsərlərdə həyatın kəskin ziddiyyətləri, insanın faciəsi əks olunmuşdur. Blok lirikasında rus mədəniyyəti və vətənin taleyi haqqında dərin düşüncələr mühüm yer tutur ("Rusiya", "Kulikovo çolündə"). == İstinadlar == == Xarici keçidlər == А. Блок "Как день, светла, но непонятна" Александр Блок, собрание сочинений в Библиотеке поэзии Александр Блок Стихотворения, биография, поэмы, переводы, музеи, театр, неизданное. Александр Блок. Открытки, фотографии, стихи. Arxivləşdirilib 2020-01-15 at the Wayback Machine Автобиография. Малоизвестные факты о жизни поэта. Бесплатная помощь в поиске информации о Блоке Блок Александр Александрович, выдающийся русский поэт и драматург Материалы А. А. Блока в Российском государственном архиве литературы и искусства (РГАЛИ) Arxivləşdirilib 2019-08-09 at the Wayback Machine Государственный историко-литературный и природный музей-заповедник А. А. Блока Arxivləşdirilib 2006-08-30 at the Wayback Machine Шахматово на сайте Ассоциации музеев России Могила Блока Александр Александрович Блок Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine — стихи.
Blok-şot
Blok-şot və ya blok (ing. blocked shot — qarşısı alınmış atış) — basketbol termini, müdafiəçinin rəqibin səbətə doğru atışının qaydalar çərçivəsi daxilində qarşısının alınması. Basketbolda əsas bloklayıcı oyunçular ön xəttdə olan — "mərkəz" və "ağır hücumçular" olur. Ancaq başqa mövqedə olan oyunçular yaxşı sıçrayışa və kordinasiyaya malik olarsa o zaman blok etmə üzrə önə keçə bilirlər. Blok-şot — basketbolçunun müdafiədə səviyyəsini göstərən kəmiyyətdir.
Blok (mexanika)
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Blok siniri
== İstinadlar ==
Lyubov Blok
Lyubov Blok, Mendeleyeva (29 dekabr 1881, Sankt-Peterburq – 27 sentyabr 1939, Leninqrad) — aktrisa, balet tarixçisi, memuarist, "Blok və özü haqqında hekayə və nağıllar" və "Klassik rəqs: tarix və müasirlik" kitablarının müəllifi. Kimyaçı Dmitri Mendeleyevin qızı, şair Aleksandr Blokun həyat yoldaşı. == İstinadlar == == Əsərlər == Блок Л. Д. И были, и небылицы о Блоке и о себе. Бремен: Кафка-Пресс. 1979. Блок Л. Д. Классический танец: История и современность (25000 nüs.). М.: Искусство. Вступит. слово Гаевский, Вадим Моисеевич; рецензент: Пётр Гусев; ред. коллегия: В. М. Красовская,Суриц, Елизавета Яковлевна.
Mark Blok
Mark Blok (fr. Marc Léopold Benjamin Bloch; 6 iyul 1886[…], Lionun 2-ci rayonu[d] – 16 iyun 1944[…], Sen-Didye-de-Forman[…]) — XX əsr yəhudi əsilli Fransa tarixçisi, Qərbi Avropa feodalizmi, Fransada aqrar münasibətlər, tarix elminin ümumi metodologiyaları üzrə elmi işlərin müəllifi. Lyüsen Fevr ilə birgə 1929-cu ildə "Annallar" jurnalını təsis edib. Tarixi metodologiyada çevriliş edən eyniadlı elmi məktəbin əsasını qoyub.
Vladimir Blok
Blok Vladimir Mixailoviç (7 noyabr 1932, Moskva – 28 avqust 1996, Moskva) — sovet, rus bəstəkarı, pianoçu, musiqişünas, jurnalist. == Bioqrafiyası == 1957-ci ildə Moskva Konservatoriyasını V.Y. Şebalinın bəstəkarlıq sinfində və E. Q. Qilelsin fortepiano sinfini bitirmişdir. 1961-ci ildə aspiranturanı musiqi nəzəriyyəsi (rəhbər - L. A. Mazel) və kompozisiya (rəhbərlər - V. Ya. 1958-1960-cı illərdə Muzgizin redaktoru işləmişdir. 1960-1962-ci illərdə V.İ.Lenin adına Pedaqoji İnstitutda dərs demişdir. Moskvadakı 13 nömrəli uşaq musiqi məktəbində dərs demişdir. 1993-cü ildə - Qriq Cəmiyyətinin təsisçisi 1995-ci ildə - Rusiyada Macar Musiqi və Musiqi Pedaqoji Cəmiyyətinin təsisçisi == Yaradıcılığı == === Seçilmiş əsərləri === xor, solistlər və orkestr üçünBöyük Torpağın Mahnisi (sözləri Rojdestvenskiy, 1960) Bahar mahnısı (kantata, V. Mayakovski və N. Aseevin sözləri, 1963) Ulduzları ziyarət etmək (uşaqlar üçün musiqili nağıl, S. Boqomazov, 1964)orkestr üçünKiçik Suite (1956) Udmurt suite (1960) Bahar keçməsi (1957) Şimali melodiyalar (Komi xalq mövzularında dövrə, 1966)fortepiano və orkestr üçünkonsert (1966)skripka və orkestr üçün Slovak Suite (1954, 2-ci nəşr - 1959)simli orkestr üçün Passakaglia və S. Prokofyevin xatirəsinə (1957) Dördlük (1956, 2-ci nəşr - 1966)fortepiano üçünOyuncaqlar (uşaq dəsti, 1967) Udmurt melodiyaları (1960) Komi xalq mövzusunda dəyişikliklər (1966) Sol uşaq üçün 3 uşaq pyesi (1969) Qələm rəsmləri (uşaq pyesləri, 1960)skripka və fortepiano üçünNorveç Suite (1958) Udmurt Rapsodiyası (1961)violonçel və fortepiano üçün Kiçik Suite (1967) Udmurt mövzularında kiçik bir şeir (1963)klarnet və fortepiano üçünsonatina (1963) Kareliya mövzularında miniatürlər və akvarellər (1971) 5 uşaq pyesi (1974)Rus xalq çalğı alətləri orkestri üçünRus Suite (1962) Volqa haqqında şeir (1967)səs və fortepiano üçüntsikllər: Skripka (sözlər L. Kvitko, 1963), vokal şəkillər (sözləri A. Sanin, 1964), əyləncəli rəssamlar (sözlər E. Rujentsev, 1970) mahnılarıpop ansamblları üçünrəqs parçaları tamaşalar üçün musiqidigər bəstəkarların əsərlərinin tərcümələri və nəşrləriSellonun solo müəllifi S. Prokofiev üçün sonatanın tamamlanması (1971) S. Prokofiyevin violonçel və orkestri üçün yeni konsertino aləti - Stefen İsserlis üçün İ. S. Baxın "İngilis Suite" g-mollun cihazı Bax, Bethoven, Ravel, Prokofiev, An əsərlərinin konsert aranjımanı. Alexandrova, Shebalina A. Taneyevin İkinci Simfoniyasının Nəşri. == İstinadlar == == Xarici keçidlər == Блок, Владимир Михайлович (Большая биографическая энциклопедия). 2009.
Ken Blok
Ken Blok (ing. Ken Block; 21 noyabr 1967, Lonq-Biç, Kaliforniya – 2 yanvar 2023, Uosatç[d], Yuta) — amerikalı ralli sürücüsü. Skeytbordinq, ralli, gymkhana(en) yarışlarında iştirak edib. == DC Shoes == DC Shoes(en) ayaqqabı firmasının qurucularından biridir. == İdman karyerası == === 2005 === Ralli karyerasına 2005-ci ildə Vermont SportsCar komandası ilə başlamışdır. == Vəfatı == 2 yanvar 2023-cü il tarixində ABŞ-nin Yuta ştatında qar motosikleti ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsi onun üstünə aşıb və nəticədə sürücü dünyasını dəyişib.
Basic Element
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Coğrafi element
Coğrafi element — bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında coğrafi elementdən geniş istifadə olunur.
Element 122
Element 122 və ya Unbibium - 122 atom nömrəli element. Latınca adı bir-iki-iki-ium mənasını verir. Ubb və ya 122 kimi işarə olunur.
Element 123
Element 123 və ya Unbitrium - 123 atom nömrəli element. Latınca adı bir-iki-üç-ium mənasını verir. Ubt və ya 123 kimi işarələnir.
Element 124
Unbikadium və ya Element 124 — Dövri cədvəlin 124 atom nömrəli elementi. 124 kimi işarələnir.
Element 125
Element 125 və ya Unbipentium 125 və Ubp kimi işarələnir. Latınca adı biriki-beş-ium mənasını verir. Dövri cədvəlin 125-ci elementidir.
Honda Element
Honda Element (ing. Honda Element) – SUV sinfindən olan və Honda şirkətinin ABŞ-nin Ohaya ştatındakı İst Liberti zavodunda quraşdırılan avtomobil (East Liberty, Ohio). Rəsmi satış 2003-cü ildən ABŞ, Kanada və Yaponiyada başlamışdır. "Element" Honda CR-V-nin bazası əsasında tamam başqa cür yaradılmışdır. Onun banı 300 mm qısa, təkər bazası 43 mm kiçildilib. "Element"də 2.4 l həcmində, 5500 dövr/dəq-də gücü 166 a.g. (119 kVt) olan dördsilindirli K24A4 i-VTEC motoru quraşdırılıb.
Kimyəvi element
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Neptun (element)
Neptunium (Np) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Qalvanik element
Qalvanik element — kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihaz. Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır. Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır. Dövrədən elektrik cərəyanının axması üçün aşağıdakı şərtlər ödənməlidir: 1) yüklü hissəciklərin (elektronların, ionların) olması; 2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur); 3) dövrənin qapalı olması. == Tarix == Müxtəlif metalların kontakt sərhədində elektrik cərəyanın meydana gəlməsi hadisəsi italyan fizioloqu, Bolonya Universitetinin (Bolonya şəh., İtaliya) tibb üzrə professoru olan Luici Qalvani tərəfindən 1786-cı ildə kəşf edildi. Qalvani mis qarmaqlara bərkidilmiş təzə qurbağaya polad neştərlə toxunduqda, onun arxa ayaqlarının əzələlərinin yığılma prosesini təsvir edir. Nəhayət o öz müşahidələrini "canlıların elektriklənməsi" şəklində şərh etdi. Qalvaninin təcrübələrilə yaxından maraqlanan italyan fiziki və kimyaçısı Alessandro Volta bu təcrübədə tamamilə yeni bir hadisəni — elektrik cərəyanının yarandığını gördü.
Radioaktiv element
Radioaktiv element (lat. radius - şüa) – sabitolmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. == Radioaktiv filizlər == Radioaktiv elementlərin mineralları olan filizlər. == İstinadlar == == Xarici keçid == Bəzi maddələr hər zaman radiasiya verir.
Uran (element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.
Aleksandr Blok (şair)
Blok Aleksandr Aleksandroviç (16 (28) noyabr 1880, Sankt-Peterburq – 7 avqust 1921[…], Petroqrad) – görkəmli rus şairi. Rusiya simvolizminin nümayəndəsi. == Həyatı == 1905-1907-ci illərdə yazdığı əsərlərdə həyatın kəskin ziddiyyətləri, insanın faciəsi əks olunmuşdur. Blok lirikasında rus mədəniyyəti və vətənin taleyi haqqında dərin düşüncələr mühüm yer tutur ("Rusiya", "Kulikovo çolündə"). == İstinadlar == == Xarici keçidlər == А. Блок "Как день, светла, но непонятна" Александр Блок, собрание сочинений в Библиотеке поэзии Александр Блок Стихотворения, биография, поэмы, переводы, музеи, театр, неизданное. Александр Блок. Открытки, фотографии, стихи. Arxivləşdirilib 2020-01-15 at the Wayback Machine Автобиография. Малоизвестные факты о жизни поэта. Бесплатная помощь в поиске информации о Блоке Блок Александр Александрович, выдающийся русский поэт и драматург Материалы А. А. Блока в Российском государственном архиве литературы и искусства (РГАЛИ) Arxivləşdirilib 2019-08-09 at the Wayback Machine Государственный историко-литературный и природный музей-заповедник А. А. Блока Arxivləşdirilib 2006-08-30 at the Wayback Machine Шахматово на сайте Ассоциации музеев России Могила Блока Александр Александрович Блок Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine — стихи.
Bizim Azərbaycan (blok)
Bizim Azərbaycan bloku - Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. == Haqqında == Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15-16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur. 19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.
Blok (döyüş sənəti)
Blok və ya qorunma — Müxtəlif zərbə və silahlarla hücumun qarşısının alınması üçün müdafiə texnikasının kifayət qədər səlis icra olunmuş böyük əhəmiyyət kəsb edir. == Xarakteristika == Rəqib həmləsi hiss olunan və ya qəflətən həyata keçirilə bilər. Belə hücumu bacarıqla dəf etmək yüksək müdafiə şücaətinə malik olmaq qabiliyyəti tələb edir. Uzun zamanlar məşq prsesində mənimsənən müdafiə texnikasının real həyatda demək olar ki, istifadə edilmir. İdmançının ömrünün bir hissəsi belə təlimlərə sərf olunur. Müdafiə, bədəni meyl etmək, arxaya, yana çəkilmək, irəli şahin kimi şığımaqla, açıqəl, yumruq, bilək dirsək və qıçın müxtəlif hissələri ilə həyata keçirilir və zərbədə olduğu kimi bədənin müdafiə səyi bütövlüklə hədəfə yönəldilir. Müdafiə olunarkən eyni zamanda bədən rəqib zərbəsinin istiqamətindən münasib tərəfə yayınır. Müdafiə, tək əllə deyil, birgə kəsişən, birləşən vəziyyətli qollarla da yerinə yetirilir. Döyüş sənətlərində müdafiə elementləri rəqib zərbəsini saxlamağa (buna daha yüksək güc tələb olunur) deyil, onu tarazlıqdan çıxarmağa, dalbadal zərbə vurmaq cəhdinə imkan verməməyə yönəldilir və ani şəkildə əks hücumla tamamlanır.
в уедине́нье вкрапле́ние внешта́тно креозо́товый общёлкиваться препариро́вочный размаха́ть сканди́роваться ссечь туркофо́б я́рус нада́вливанье прощебета́ть раскоря́читься awnchaff cymatium ridge tile Teutonism wild pig вокализы иды мотоциклет печёный толстопузый шарахнуться