BOĞMAQ

f.
1. Boğazı sıxmaqla nəfəs yolunu, nəfəsini kəsmək. Boğazından yapışıb boğmaq. Boyunduruq öküzün boynunu boğur.
[Bayram:] Yüyürdüm yanına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. M.F.Axundzadə.
Baba qollarını ata-ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Çəmənzəminli.
Arvadı hıçqırıq boğdu. M.İbrahimov.
Ağlamaq məni boğdu. Mir Cəlal.

// Nəfəs almağı çətinləşdirmək, nəfəs almağa qoymamaq. Buranın havası adamı boğur.
2. Boğub öldürmək. Çaqqal toyuqları boğdu.
[Rəsul:] Kişi məni boğmağa gətirib. N.Vəzirov.

// Suya batırıb öldürmək. Küçüyü suya atıb boğmaq.
3. Əl, ip və s. ilə sıxmaq. Çuvalın ağzını boğmaq. Borunun bir tərəfini boğ, su axmasın.
// Tarım çəkmək, bağlamaq, sarımaq.
[Göyərçin] gümüş kəmərini açaraq, bir az daraltdı və belini boğdu. S.Rəhimov.

4. məc. Yolunu daraldaraq suyunu azaltmaq (arxın).
5. məc. İnkişaf etməyə, yayılmağa, güclənməyə qoymamaq; qabağını almaq. Azadlığı boğmaq.
– Çar hökuməti 1905-ci il inqilabını boğmaq məqsədi ilə ermənilərlə müsəlmanlar arasında milli qırğın üçün bir zəminə hazırladı. M.S.Ordubadi.

// məc. Yatırtmaq, məhdudlaşdırmaq, üzə çıxmasına, görünməsinə, eşidilməsinə mane olmaq.
[Əlyarov] hirsini boğub, səsinə mülayim bir ahəng verdi. M.Hüseyn.
Amma … Nadir ürəyinin tələbini boğub, öldürüb fürsətdən istifadə etmədi… B.Talıblı.
İsfahani təzəcə yaralanmış ayı kimi qəzəbini boğa bilmədi… M.İbrahimov.

6. məh. Xam atı öyrətmək, sakitləşdirmək, ram etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOĞMAQ BOĞMAQ, BOĞMALAMAQ
  • BOĞMAQ sıxmaq
  • BOĞMAQ öldürmək

Etimologiya

  • BOĞMAQ Mənbələrdə göstərilir ki, ba feili olub və indiki “bağlamaq” mənasını əks etdirib. Həmin feildən bağ ismi də yaranıb
BOĞMACA
BOĞMALAMA

Digər lüğətlərdə

аспира́ция вперегонки перетракто́вываться пляса́ться преесте́ственный протопо́пша решетчатый соло́нка бельги́йский вагонострои́тельный глядеть в книгу и видеть фи́гу жу́желица рис норка регалия спирт ammophoska rapid sideboard затеплиться манекенщица мчаться перебаллотировывать сдаться тайм