BOKSİ́T
BOL
OBASTAN VİKİ
Boksyor
Alman boksyoru (alm. Deutscher Boxer‎)– xidməti it cinsi. Almaniyada öküz ovlamaq və onları gücdən düşənədək təqib etmək məqsədilə yetişdirilmiş bullenbeyser cinsindən alınmışdır. 1925-ci ildə rəsmi status almışdır. Qəşəng görünüşlü, əzələli, məğrur qamətli qısatüklü itdir. Yaşlı erkəklərinin cidov hündürlüyü 57–63 sm, kütləsi 30 kq-adək olur. Enli döşü, hündür cidovu var. Alnı azacıq dəyirmi, üzü bir qədər qısa, irəli çıxmış enli çənəsi və inkişaf etmiş qalın dodaqları var. Rəngi kürəndir, bəzən ağ ləkələri olur. Sədaqətli, cəsarət lidir; asan əhliləşir.

Digər lüğətlərdə

ва́жность водораствори́мый гварне́ри ло́дочка отчего́-нибудь поси́литься расчеркну́ть рефлекси́ровать тополеви́дный торпеди́роваться у себя́ вскружи́ться забира́ние замока́ние интерсексуа́льный нераскры́тый поколеба́ться стеклома́сса хны́кать ad gustum compromise equestrianism integrator pop fly separatrix