BOKS
BOKSÇULUQ
OBASTAN VİKİ
Boksçu
Boksçu — İdmanın boks növü ilə məşğul olan şəxs.
Boksçu Homer
"Boksçu Homer" (ing. The Homer They Fall) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyası. İlk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır. Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub. Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub. == Məzmun == Simpsonlar yüksək texnologiyalı qurğular mağazasına baş çəkirlər, burada Bart Komiks satıcısından 4 dollara hər cür faydasız mexanizmlərdən ibarət olan kəmər alır, aldığı bu kəməri sonradan geri qaytarmaq istəsə də, alış qəbzi olmadığı üçün bunu edə bilmir. Bart aldığı kəməri məktəbdə hər kəsə göstərməyə başlayır, amma tezliklə Dolf, Cimbo və Kerni kəməri ondan alırlar, özünü isə döyürlər. Bundan sonra Homer dələduzların ataları ilə Monun tavernasında söhbət etmək qərarına gəlir, bu söhbət zamanı Dolf, Cimbo və Kerninin ataları Homeri döyürlər, ancaq onlar Homeri yıxa bilmədikləri üçün onu döyməkdən tezliklə təngə gəlirlər. Daha sonra Mo Dolf, Cimbo və Kerninin atalarını tavernadan qovur.
Fariz Məmmədov (boksçu)
Fariz Məmmədov (15 aprel 1980, Ağdam, Azərbaycan SSR) — peşəkar azərbaycanlı boksçu. Həmçinin Dünya və Avropa çempionu. == Həyatı == Fariz 15 aprel 1980-ci ildə Ağdam şəhərində anadan olub. 12 yaşı olanda Qarabağ müharibəsində iştrak edib. O, Milli Qəhrəman Allahverdi Bağırov adına 745 nömrəli batalyona qoşulmuşdu. İdmandan başqa müxtəlif hücum ittihamları ilə 7 il həbs edilib. 2016-cı ildə idman karyerasını sonlandırıb.
Fərhad Acalov (boksçu)
Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000). == Karyerası == 1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir: 1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi.
Laslo Papp (boksçu)
Laslo Papp (mac. László Papp; 25 mart 1926, Budapeşt – 16 oktyabr 2003, Budapeşt) — Macarıstanın Budapeşt şəhərindən olan professional boksçu. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medallar əldə etmişdir. Sonuncu Olimpiya yarışmasında Xose Torresi məğlub edərək Olimpiya tarixində üç ardıcıl qızıl medal qazanan ilk boksçu oldu. == Həvəskar karyerası == Papp 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medalların sahibi olmuşdur. O, həmçinin, 1949-cu ildə Osloda və 1951-ci ildə Milan şəhərində keçirilən orta çəki kateqoriyasında çempion oldu. O, amatör olaraq 55 oyunda ilk raundda nokaut etdi. === Olimpiya Oyunlarında nəticələri === 1948 London (İngiltərə) Məğlub edib Valfrid Resko (Finlandiya) KO 2 Məğlub edib Jan Velter (Luksemburq) KO 1 Məğlub edib Oqyust Kavinyak (Belçika) KO 1 Məğlub edib Ivano Fontana (İtaliya) 3–0 Məğlub edib Conni Rayt(İngiltərə) 3–01952 Helsinki (Finlandiya) Məğlub edib Spayder Vebb (ABŞ) KO 2 Məğlub edib Çarli Çeys (Kanada) KO 2 Məğlub edib Petar Stankoff Spassoff (Bolqarıstan) 3–0 Məğlub edib Eladio Oskar Herrera (Argentina) 3–0 Məğlub edib Teunis van Şalkvik(Cənubi Afrika) 3–01956 Melburn (Avstraliya) Məğlub edib Alberto Saenz (Argentina) KO 3 Məğlub edib Zbiqnev Petrikovskiy (Polşa) 3–0 Məğlub edib Xose Torres (ABŞ) 2–1 == Peşəkar karyerası == Əlində problem olmasına baxmayaraq Papp 1957-ci ildə peşəkar boksçu karyerasına başladı və tez bir zamanda orta çəki kateqoriyasında yüksəlməyə başladı, lakin Macarıstan kommunist ölkəsi idi və həmin dövrdə peşəkar boks ilə məşğul olmağa icazə verilmirdi. Papp məşq etmək və döyüşlərə qoşulmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərinə getməli oldu. Bu dezavantajlara baxmayaraq Avropanın orta çəkili baş məşqçisi adı uğrunda Tayqer Cons, Fransanın çempionu İppolit Anne və Kris Kristensen kimi bir sıra yarışmaçıları məğlub etdi.
Murad Əliyev (boksçu)
Murad Əliyev (fr. Mourad Aliev; 31 iyul 1995, Moskva, Rusiya) — 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan əsilli Fransa boksçusu. == Həyatı == Murad Əliyev 31 iyul 1995-ci ildə Moskvada azərbaycanlı ailəsində anadan olub. 6 yaşından Fransada yaşayır. Atası Bərdəli, anası isə Ağdamlıdır.2019-cu ildə Fransa yığmasının heyətində Minskdə keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb.
Məhəmməd Əli (boksçu)
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pərviz Bağırov (boksçu)
Pərviz Bağırov (10 fevral 1994; Mingəçevir, Azərbaycan) — Azərbaycanı təmsil edən boksçu. == Həyatı == Pərviz Füzuli oğlu Bağırov 1994-cü il fevralın 10-da Mingəçevir şəhərində anadan olub. Şəxsi məşqçisi Vüqar Ələkbərovdur. == Karyerası == Pərviz Bağırov 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasile Belousa (3:0), 1/4 final mərhələsində Almaniya təmsilçisi Abbas Baraouya (3:0), 1/2 final mərhələsində isə Birləşmiş Krallıq nümayəndəsi Coş Kelliyə (3:0) qalib gələn Pərviz Bağırov, final görüşündə Rusiya təmsilçisi Alexander Besputin ilə üz-üzə gəldi. Həlledici görüşdə Pərviz Bağırov rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və I Avropa Oyunlarının qalibi oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pərviz Füzuli oğlu Bağırov "Şöhrət" ordeni ilə təltif edildi.Daha sonra Pərviz Bağırov Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Çempionatın 1/8 final mərhələsində Meksika nümayəndəsi Marvin Kabrera Vergaraya qalib gələn (3:0) Pərviz Bağırov, 1/4 final mərhələsində 2012-ci il London Olimpiadasının qalibi olan Kuba təmsilçisi Roniel İglesiası məğlub elədi (2:1) və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Qazaxıstan nümayəndəsi Daniyar Yeleussinova məğlub oldu (0:3) və Dünya Çempionatının bürünc medalına sahib oldu.XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin 5-22 avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutdu. Turnirin 1/8 final mərhələsində Pərviz Bağırov Fransa nümayəndəsi Süleyman Sissoxo ilə üz-üzə gəldi və rəqibinə 0:3 hesabı ilə məğlub olaraq Olimpiada da mübarizəsini dayandırdı.Rio-de-Janeyro Olimpiadasından sonra Pərviz Bağırov 2017-ci ilin 16-24 iyununda baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Simeon Çamova qalib gəlsə də (4:1), 1/4 final mərhələsində Ukrayna təmsilçisi Yevgen Barabanova məğlub oldu (0:3) və Avropa Çempionatında mübarizəsini başa vurdu.Daha sonra Pərviz Bağırov 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.
Rövşən Hüseynov (boksçu)
Rövşən Hüseynov (17 dekabr 1975; Yeğeqnadzor, Ermənistan SSR) — azərbaycanlı boksçu, 1993-cü il Avropa Çempionatının qalibi. == Həyatı == Rövşən Məmməd oğlu Hüseynov 1975-ci il dekabrın 17-də Yeğeqnadzor şəhərində anadan olub. "Dinamo" İdman Cəmiyyətində Rauf Cabbarovun məşqçiliyi altında idmanla məşğul olurdu. == Karyerası == Rövşən Hüseynov 1993-cü ilin 6-12 sentyabrda Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Ukrayna nümayəndəsi İqor Matveyçuju, 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Yulian Stroqovu, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Kadir Yıldırımı məğlub edən Rövşən Hüseynov, turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Almaniya təmsilçisi Rico Kubat oldu. Sentyabrın 12-də baş tutan final görüşündə Rövşən Hüseynov rəqibi üzərində 7:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.Daha sonra Rövşən Hüseynov 1996-cı ilin 30 mart-8 aprelində Vayle şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. 1/8 final mərhələsində o, Ukayna nümayəndəsi Sergey Kovqanjoya məğlub oldu və turnirdə mübarizəsini dayandırdı. == Uğurları == == Dövlət təltifləri == "Tərəqqi" medalı — Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Məmməd oğlu Hüseynov "Tərəqqi" medalı ilə təltif edildi.
Samir Məmmədov (boksçu)
Samir Məmmədov (15 may 1988, Bakı) — Azərbaycanı təmsil edən boksçu
Sərxan Əliyev (boksçu)
Sərxan Əliyev (29 iyul 1998, Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. 2021-ci il Dünya Çempionatının bürünc medalçısı. == Həyatı == Sərxan Nəriman oğlu Əliyev 1998-ci il avqustun 27-də Naxçıvan şəhərində anadan olub. Şəxsi məqşçisi Nəriman Əliyevdir. Tayfur Əliyevin qardaşıdır. == Karyerası == Sərxan Əliyev 2021-ci ildə Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində Şotlandiya nümayəndəsi Stefen Nevnsa (5:0), 1/8 final mərhələsində Yaponiya təmsilçisi Yuta Ahiyamaya (5:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Obed Barte-Ela (4:1) qalib gələn Sərxan Əliyev, yarım-final mərhələsində Ukrayna təmsilçisi Yuri Zaxareyeva məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.
Teymur Məmmədov (boksçu)
Teymur Füzuli oğlu Məmmədov (11 yanvar 1993, Rusiya) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2011-2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Hal-hazıda isə məşqçi olaraq çalışır. 2008-ci ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çemppionatının qalibi olan Teymur Məmmədov 2008-2010-cu illərdə gənclər arasında beş beynəlxalq turnirin hamısında qızıl medala sahib olub. 2010-cu ildə 17 yaşında Azərbaycan çempionu adını qazanan Teymur Məmmədov həmin ilin iyununda baş tutan Avropa Çempionatının final görüşüdə Bolqarıstan nümayəndəsi Tervel Pulev üzərində təmiz qələbə qazanaraq 18 ildən sonra Azərbaycana Avropa Çempionatının qızıl medalını qazandırdı. Həmin ilin sentyabrdaın baş tutan Dünya Çempionatının finalçısı olmaqla isə Teymur Məmmədov 2012-ci il London Olimpiadasına lisenziyanı təmin elədi. Teymur Məmmədov 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Olimpiadadan sora isə Teymur Məmmədov 2013-cü ilin iyununda baş tutan Avropa Çempionatının yalnızca turnirin final görüşündə məğlub olmaqla turniri gümüş medalla başa vurdu. Həmin il o, həm də Dünya Çempionatının bürünc medalına sahib oldu. 2015-ci ilin iyununda I Avropa Oyunlarının qızıl medalına sahib olduqdan sonra Teymur Məmmədovun nəticələri bir qədər zəiflədi.
Vüqar Ələkbərov (boksçu)
Vüqar Mürsəl oğlu Ələkbərov (5 yanvar 1981, Mingəçevir) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2000-2005-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. 2 dəfə Olimpiya Oyunları, 2 dəfə Dünya Çempionatı, 2 dəfə isə Avropa Çempionatında mübarizə aparan Vüqar Ələkbərov 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Vüqar Ələkbərov bu idman növü üzrə Olimpiya Oyunlarının medalına sahib olan birinci azərbaycanlı idmançıdır. Vüqar Ələkbərov Azərbaycan idmanında xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 2015-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi. == Həyatı == Vüqar Ələkbərov 1981-ci il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub. 1995-ci ildən idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Rəşid Məmmədovdur. Vüqar Ələkbərov 2000-ci ildə Mingəçevir Politexnik İnstitutundan, 2005-ci ildə isə Bakı Dövlət Universitetindən məzun oldu. == Karyerası == === 2000-ci il Sidney Olimpiadası === Vüqar Ələkbərov 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı.
Ədalət Məmmədov (boksçu)
Ədalət Məmmədov (3 avqust 1974, Bakı – 30 mart 2003, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Ədalət Məmmədov 1993-cü ildə Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Miya Kihlstroma qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Co-El Sota məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.Daha sonra Ədalət Məmmədov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Svilen Rusinova qalib gəlsə də, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kliçoya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.Ədalət Məmmədov həm də Azərbaycanı 1996-cı ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ədalət Məmmədov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu. Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Nigeriya nümayəndəsi Dunca Dohivari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ədalət Məmmədov rəqibinə məğlub oldu və Atlanta Olimpiadasını beşinci pillədə başa vurdu.Ədalət Məmmədov 2003-cü il martın 30-da 28 yaşında vəfat elədi.
Əli İsmayılov (boksçu)
Əli İsmayılov (8 may 1974) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Əli İsmayılov 1993-cü ildə Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində Gürcüstan nümayəndəsi Tenqiz Meşadzeyə 4:6 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu. Daha sonra Əli İsmayılov 1995-ci ildə Almaniyanın Berlin şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Əli İsmayılov 1/16 final mərhələsində Finlandiya nümayəndəsi Anssi Peraeyoiya 12:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Oleq Kudinova 8:10 hesabı ilə məğlub oldu və Dünya Çempionatını doqquzuncu pillədə başa vurdu.1996-cı ildə isə Əli İsmayılov Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əli İsmayılov turnirin 1/16 final mərhələsində Rusiya nümayəndəsi Sergey Karavayeva 18:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Gyorgi Mizseiya 6:8 hesabı ilə məğlub oldu və Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu. Əli İsmayılovun növbəti turniri 1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatı oldu. Bu Avropa Çempionatı da Əli İsmayılov üçün uğursuz oldu. Əli İsmayılov turnirin 1/8 final mərhələsindəcə İngiltərə nümayəndəsi Kortni Friya 0:2 hesabı ilə məğlub oldu.Daha sonra Əli İsmayılov 1999-cu ilin avqustunda Birləşmiş Ştatların Hyuston şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Əli İsmayılov turnirin 1/8 final mərhələsində Avstriya nümayəndəsi Zdravomir Dimitriyeviça 6:4 hesabı ilə qalib gəldi.
Cavid Tağıyev (boksçu)
Cavid Tağıyev (6 oktyabr 1981, Lənkəran) – keçmiş Azərbaycan boksçusu və məşqçisi. == Karyerası == Cavid Tağıyev 75 kilo dərəcəsində mübarizə aparmışdır. 2003-cü ildə Tailandda keçirilmiş dünya çempionatında və 2004-cü ildə Afinada keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak etmişdir. 2004-cü ildə isə Pula şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanmışdır. Yeniyetmələrdə dünya çempionatında (66 kq) gümüş medal qazanmış, dünya kuboklarında (2005–06) 3-cü yeri tutmuşdur. Rusiyada keçirilmiş OPEC turnirində (2004) qızıl medal qazanmışdır. Dünya çempionatlarında ən yaxşı nəticəsi 2005-ci ildə Çində əldə etmişdir (5-ci yer). 2006-cı ildə Plovdivdə keçirilmiş Avropa çempionatında yarımfinalda məğlub olmuşdur. === Məşqçilik === Azərbaycan millisindən kənarlaşdırıldıqdan sonra boks məşqçisi olmuşdur. Bosniya və Herseqovina və İraqdan təkliflər almış, 2019-cu ildə İraqın gənclərdən ibarət boksçulardan ibarət millisinin məşqçisi təyin olunmuşdur.
Boksçular üsyanı
Boksçu üsyanı və ya İxetuan hərəkatı — Çində 1899-1901-ci illər arasında, Tzin sülaləsinin sonlarına doğru Saleh və Harmonik Yumruqlar Cəmiyyəti ( Yìhéquán ) tərəfindən qaldırılan xarici müdaxilə, müstəmləkəçilik və xristianlıq əleyhinə üsyan. Üsyançılar ingiliscə "Boxers" ("Boksçular") kimi tanınırdılar, çünki onun bir çox üzvləri o vaxtlar "Çin boksu" adlandırılan Çin döyüş sənətləri ilə məşğul olurdular. 1895-ci il Çin-Yapon müharibəsindən sonra Şimali Çindəki kəndlilər xarici təsir dairələrinin ekspansiyasından qorxurdular və öz ardıcıllarını qorumaq üçün onlardan istifadə edən xristian missionerlərin imtiyazlarının genişləndirilməsindən narazı idilər. 1898-ci ildə Şimali Çində bir sıra təbii fəlakətlər, o cümlədən Huanhe çayında daşqınlar və quraqlıqlar yaşandı, boksçular bunu xarici təsir və xristianların təsiri ilə əlaqələndirdilər. 1899-cu ildən başlayaraq, boksçular Şantun və Şimali Çin düzənliyində zorakılıq yaydılar: dəmir yolları kimi xarici mülkləri məhv edir, xristian missionerlərə və Çin xristianlarına hücumlar edir və ya onları öldürürdülər. Hadisələr öz kulminasiyasına 1900-cü ilin iyununda xarici silahlara qarşı toxunulmaz olduqlarına əmin olan Boksçu döyüşçüləri "Tzin hökumətini dəstəkləyin və xariciləri məhv edin" şüarı ilə Pekinə toplaşdıqda zirvəyə çatdı. Diplomatlar, missionerlər, əsgərlər və bəzi çinli xristianlar diplomatik nümayəndəlik məhəlləsinə sığındılar. Amerika, Avstriya-Macarıstan, İngilis, Fransız, Alman, İtalyan, Yapon və Rus qoşunlarından ibarət Səkkiz millət Alyansı mühasirəni aradan qaldırmaq üçün Çinin üzərinə hərəkət etməyə başladı və iyunun 17-də Tyantszindəki Daqu qalasına hücum etdi. Əvvəlcə tərəddüd edən imperator Tsısi, indi boksçuları dəstəklədi və 21 iyunda işğalçı güclərə müharibə elan edən İmperator fərmanı verdi. Çin rəsmiliyi Boksçuları dəstəkləyənlər və Şahzadə Tsinin başçılıq etdiyi barışıq tərəfdarları arasında bölündü.

Digər lüğətlərdə

апатриди́зм бесцеремо́нность гаранти́йный ку́колка облегчи́тельный отшуме́ть распя́лочка фамили́ст масти́тный противоправи́тельственный разбро́санный страуси́ный наст antae Berenice's Hair extempore graduality gross-out hymnographer laugh down rockabilly springiness unhunted потрошить стремглав