BOMBALAMAQ
BOMBARDMANÇI
OBASTAN VİKİ
Gecikən Ağır Bombardman
Gecikən Ağır Bombardman və ya Ay fəlakəti — Yer kürəsindəki Katarxey və Eoarxey dövrlərinə uyğun bir zamanda, təxminən 4,1 -3,8 milyard il əvvəl baş verdiyi düşünülmüş bir hadisədir. Fərziyyəyə görə bu dövr ərzində çox sayda asteroid, Günəş sistemindəki Merkuri, Venera, Yer və Mars da daxil olmaqla erkən daxili planetlərlə toqquşmuşdur. 2018-ci ildən bəri, bu fərziyyənin mövcudluğu şübhə altındadır.Bu hadisə üçün dəlillər Apollon astronavtlarının gətirdiyi Ay nümunələrindən qaynaqlanır. Ay süxurlarının izotopik tanışlığı, xarici qüvvə təsirlərinin böyük bir qisminin zamanın dar bir intervalında meydana gəldiyini göstərir. Bir neçə fərziyyə Günəş sistemindəki cisimlərin (asteroidlər və kometlər) axınındakı aydın görünən eyni zaman dilimini izah etməyə çalışır, lakin hələlik konsensus mövcud deyil. Planetləri araşdıran alimlər arasında məşhur olan, "Yaxşı model" (ing. Nice model) adlandırılan model, nəhəng planetlərin orbital miqrasiyaya uğradığını və bu zaman asteroid və ya Koyper qurşağındakı sərbəst cisimlərin yer planetlərinin orbitinə daxil olduğunu söyləyir. Digər tədqiqatçılar isə aydan tapılan nümunələrin 3.9 milyard il yaxınlığında dağıdıcı bir toqquşma hadisəsi tələb etmədiyini, bu tarixə aid tapılmış dəlillərin hamısının eyni bir toqquşma nöqtəsindən götürülmüş nümunələr olduğunu bildirirlər. Həm də qeyd edirlər ki, toqquşmanın sürəti Günəş sisteminin xarici və daxili zonaları arasında əhəmiyyətli dərəcədə fərqlənə bilər. == Sübutlar == Fərziyyənin əsas sübutu Apollo missiyaları zamanı toplanmış süxurların radiometrik yaşları ilə bağlıdır.
Şayrat azviabazasının bombardman edilməsi
Şayrat aviabazasının bombardman edilməsi
Şayrat azviabazasının bombardman edilməsi (ing. 2017 Shayrat missile strike) — ABŞ Hərbi-Dəniz Qüvvələrinin Suriya müharibəsi çərçivəsində Suriyada dövlətə məxsus Şayrat aviabazasını 59 Tomahauk raketləri ilə bombardman etməsi. Hücum əmrini ABŞ Prezidenti Donald Tramp 4 aprel 2017-ci il Xan-Şeyxunda kimyəvi silahdan istifadəyə cavab olaraq verib. Bu hadisə Suriya müharibəsi başlayandan ABŞ-nin Suriya dövlətinə məxsus obyektə ilk hücumudur. == Münasibət == === Suriya === === ABŞ === === Beynəlxalq === Avstraliya, İsrail, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq və Türkiyə hökumətləri hücumu kimyəvi hücuma cavab olaraq qiymətləndirib və müsbət dəyərləndirib. Rusiya və İran hücumu tənqid edərək, bunu suveren bir ölkənin hüquqlarının pozulması kimi qiymətləndiriblər. == İstinadlar == == Həmçinin bax == Xan-Şeyxunda kimyəvi silahdan istifadə == Xarici keçidlər == "ABŞ Suriya hərbi bazasına zərbə endirdi, nə baş verir? - TƏHLİL" ( (az.)). islamazeri. 2017-04-07.
2037 Bombardmançı
2037 Bombardmançı(ing. 2037 Bomber) - Amerika Hərbi Hava Qüvvələri tərəfindən planlaşdırılan ağır strateji bombardmançı təyyarəyə verilən qeyri-rəsmi addır.
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu — Rusiyanın Uzaqməsafəli Aviasiya Bölməsi idi. Ən son vaxtlar bu Ali Komandanlığının 37-ci Hava Ordusu daxil edilmişdir. O, 23 İyunun 1944-də əvvəlcədən formalaşmış Moskva Vilayətində 10 Oktyabr 1943 Yegoryevsk-də formalaşmış.326-cı Gecə Bombardmançı Aviasiya Divizionu kimi, bu 326-cı Bombardmançı Aviasiya Diviziyasının adı dəyişdirilib.
Bombardmançı
Bombardmançı — bomba və raket silahları vasitəsi ilə yerüstü, yeraltı, suüstü, sualtı obyektləri vurmaq üçün nəzərdə tutulan hərbi təyyarə.
Drezden bombardmanı
Drezden bombalanması — Almaniyanın Drezden şəhərinin Amerika Hərbi Hava Qüvvələri və Kral Hərbi Hava Qüvvələri tərəfindən 1945-ci il 13 və 15 fevral arasında bombalanmasıdır. İkinci Dünya Müharibəsinin ən mübahisəli hadisələrindən biri hesab olunur. == Səbəbləri == II. Dünya müharibəsinin sonuna yaxınlaşarkən. Müttəfiq Qüvvələr Komandanlığı, SSRİ qoşunlarının şərqdən irəliləməsini asanlaşdırmaq üçün Almaniyanın stratejik və logistika bölgələrini bombalamaq və Alman qüvvələrinə daha bir problem yaratmaq istədi. Bunu həyata keçirmək üçün hədəflər seçildi. Hədəflər Berlində və ətrafdakı hərbi sursat fabriklərindən başqa, strateji əhəmiyyətli olmayan tarixi Drezden şəhərini də əhatə edirdi. == Nəticə == Fevralın 13-də başlayan hücum fevralın 15-dək davam etdi. Hücum başa çatanda Drezden tamamilə məhv edilməmişdi. Ancaq Müttəfiqlərin istifadə etdiyi bomba arasında bir fosfor bombası da var idi. Buna görə də, Drezden şəhəri bombalanma başa çatdıqdan sonraki günlərlə yandırıldı və məhv edildi.
Hiroşima və Naqasakinin atom bombardmanı
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. Atom bombası böyük partlayışlara və onminlərcə insanın ölümünə səbəb olmuşdur 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” amerikan B-29 bombardman təyyarəsi “Balaca oğlan (bomba)” adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. “Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul (bomba) adlanan atom bombası “Bockscar” amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olmasıTaktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. == Terminin istifadə olunması dairəsi == Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
Şığıyıcı bombardmançı
Şığıyıcı bombardmançı və ya pike bombardmançı — vuruş dərəcəsini artırmaq və zenit atəşindən daha yaxşı qorumaq üçün hədəfinin üzərinə şığıyaraq vuran bir bombardmançıdır. Hədəfə dalma demək olar ki, düz bir şəkildə baş verir və bomba bu istiqamətdə və yüksək sürətlə atılır. Bu, şığıyıcı bombardmançının hədəfə tam olaraq bomba atmasını və kiçik və/və ya hərəkət edən hədəfləri nisbətən daha yaxşı vurmasına imkan verir. Norden bombardmançı visoru kimi mürəkkəb avadanlıqlara ehtiyac yoxdur. Pike bombardmançıları gəmilər və körpülər kimi yüksək dəyərli hədəflər üçün istifadə olunurdu. Bundan əlavə, dalma şəklində bombalama, zirehinin yandan daha güclü olduğu gəmilər kimi hədəfləri zəif nöqtəsi olan yuxarıdan bombalayaraq vurmaq kimi üstünlüklərə malikdir. İlk pike bombardman qeydləri, RAF pilotlarının Birinci Dünya müharibəsi əsnasında xüsusi bir həll versiyası hazırlamaları şəklində idi. 1917 və 1918-ci illərdə onlar Orford Ness Bombardman bölgəsində texnika üzərində çalışdılar, ancaq dövrün təyyarələri bomba atdıqdan sonra yüksəliş zamanı sovrulma sürətinə tab gətirə bilmirdilər. Bir neçə il sonra ABŞ Hərbi Donanması, Haiti və Nikaraqua da yeni bir sistem tətbiq etdi. Təyyarələr dayanıqlıq və yükləmə qabiliyyəti baxımından inkişaf etdikcə tətbiq edilən üsul da daha rahat oldu.
Samsun bombardmanı
Samsun bombardmanı — 7 iyun 1922-ci ildə ABŞ hərbi dəniz qüvvələri və Yunan hərbi dəniz qüvvələrinin Samsuna hücumu. == Arxa plan == Qurtuluş savaşı illərində Qara dənizdə bir neçə kiçik gəmi ilə Sovet İttifaqından silah və sursat gətirməyə çalışan türk dənizçiləri Yunan ovçu qayıqları və döyüş gəmilərinin öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. Daha böyük gəmilərə ehtiyacı olan dənizçilər üçün Trabzon Nəqliyyat Dəniz Qüvvələrinin komandanı Fəxri bəyin planına uyğun olaraq Qara dənizdəki böyük Yunan ticarət gəmilərindən birinin tutulmasına qərar verildi. Plana görə, Rusiyanın Novorossiysk limanında yüklənən “Enosis” yük gəmisi yola çıxdıqdan sonra iki kanoner qayığı tərəfindən dayandırılmalı, ələ keçirilməli və gizli şəkildə Trabzona gətirilməli idi. Plan 1922-ci il aprelin 26-da axşam həyata keçirildi. Bir neçə saatlıq təqibdən sonra 500 min lirəlik material və qızılla ələ keçirilən Enosis Trabzon adı ilə Türk gəmiçilik donanmasına qatıldı. O günə qədər Qara dənizdə yalnız daşınma ilə məşğul olan Qüvayi-milliyənin dənizçiləri bu əməliyyatla ticarət gəmiləri vasitəsilə Yunanıstan qüvvələrinə zərbə endirməyə başladılar. Yunanlar isə Samsun bombardmanını cavab tədbiri kimi planlaşdırmışdılar. == Bombardman == 7 iyun 1922-ci il səhər saatlarında Yunan donanması Georgios Averof və Kilkis döyüş gəmiləri, Panter sinif iki destroyer, iki köməkçi kreyser və dörd kiçik minaaxtaran gəmi ilə Samsuna gəldi. Müdafiə tədbirləri görən Samsun Dəniz Mühafizə dəstəsi və 10-cu diviziya səngərlərə sursat yığmağa başlayır, sahilə artilleriya batareyaları yerləşdirir.

Digər lüğətlərdə

белкова́ние вышкострое́ние ли́зис льнуть миролюби́вость обеззара́живаться отку́тать уны́вно цензирова́ть япо́нский астроме́трия кирпи́чный ла́мповый перехлестну́ть порази́ться раке́точный реванши́ст самодви́жущийся auctorial box-beam brainteaser spoofery zoon politicon недолговечный учебно-воспитательный