BOMBARDMANÇI


1. sif. Bombalamaya məxsus. Bombardmançı təyyarə.
2. is. Bombardman təyyarəçisi.
Hava ayaz deyildi ki, bombardmançılar onsuz da qalxıb dağım-dağım olan yeri təzədən şumlamağa başlasın. Ə.Əbülhəsən.

BOMBARDMAN
BOMBATÖKƏN
OBASTAN VİKİ
Bombardmançı
Bombardmançı — bomba və raket silahları vasitəsi ilə yerüstü, yeraltı, suüstü, sualtı obyektləri vurmaq üçün nəzərdə tutulan hərbi təyyarə.
2037 Bombardmançı
2037 Bombardmançı(ing. 2037 Bomber) - Amerika Hərbi Hava Qüvvələri tərəfindən planlaşdırılan ağır strateji bombardmançı təyyarəyə verilən qeyri-rəsmi addır.
Şığıyıcı bombardmançı
Şığıyıcı bombardmançı və ya pike bombardmançı — vuruş dərəcəsini artırmaq və zenit atəşindən daha yaxşı qorumaq üçün hədəfinin üzərinə şığıyaraq vuran bir bombardmançıdır. Hədəfə dalma demək olar ki, düz bir şəkildə baş verir və bomba bu istiqamətdə və yüksək sürətlə atılır. Bu, şığıyıcı bombardmançının hədəfə tam olaraq bomba atmasını və kiçik və/və ya hərəkət edən hədəfləri nisbətən daha yaxşı vurmasına imkan verir. Norden bombardmançı visoru kimi mürəkkəb avadanlıqlara ehtiyac yoxdur. Pike bombardmançıları gəmilər və körpülər kimi yüksək dəyərli hədəflər üçün istifadə olunurdu. Bundan əlavə, dalma şəklində bombalama, zirehinin yandan daha güclü olduğu gəmilər kimi hədəfləri zəif nöqtəsi olan yuxarıdan bombalayaraq vurmaq kimi üstünlüklərə malikdir. İlk pike bombardman qeydləri, RAF pilotlarının Birinci Dünya müharibəsi əsnasında xüsusi bir həll versiyası hazırlamaları şəklində idi. 1917 və 1918-ci illərdə onlar Orford Ness Bombardman bölgəsində texnika üzərində çalışdılar, ancaq dövrün təyyarələri bomba atdıqdan sonra yüksəliş zamanı sovrulma sürətinə tab gətirə bilmirdilər. Bir neçə il sonra ABŞ Hərbi Donanması, Haiti və Nikaraqua da yeni bir sistem tətbiq etdi. Təyyarələr dayanıqlıq və yükləmə qabiliyyəti baxımından inkişaf etdikcə tətbiq edilən üsul da daha rahat oldu.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olmasıTaktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. == Terminin istifadə olunması dairəsi == Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu — Rusiyanın Uzaqməsafəli Aviasiya Bölməsi idi. Ən son vaxtlar bu Ali Komandanlığının 37-ci Hava Ordusu daxil edilmişdir. O, 23 İyunun 1944-də əvvəlcədən formalaşmış Moskva Vilayətində 10 Oktyabr 1943 Yegoryevsk-də formalaşmış.326-cı Gecə Bombardmançı Aviasiya Divizionu kimi, bu 326-cı Bombardmançı Aviasiya Diviziyasının adı dəyişdirilib.

Digər lüğətlərdə

всмя́тку дифира́мб крутобёдрый несвя́зно подса́дка разре́зка сине́лька снегирёнок стёсывать сухоя́дец испо́днее ло́жечный мудри́ть обсту́кать подбодря́ть похлёстывать расточи́тельность узурпа́тор мятель catalogize grimness sanitariness вольготно иждивенство разутый