BOQ

(Qax)
qarğıdan hazırlanan boru. – Boqnan təndiri üfürüyux
BOĞUŞMAX
BOQANMAX
OBASTAN VİKİ
Yun Son-Boq
Yun Son-Bo (d. 9 avqust 1960) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yun Son-Bo Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Aleksandr Boqosyan
Aleksandr Boqosyan (erm. Ալեքսանդր Բողոսյան) - Efiopiya ermənilərindən olan rəssam və incəsənət müəllimi. Rəssamlıq və incəsənət fəaliyyət ilə əsasən Amerika Birləşmiş Ştatlarında olduğu dövrdə məşğul olmuşdur. Afrika qitəsindən çıxmış və ağ-qara mövzularda tablolar çəkmiş rəssamlar arasında ən tanınmışlardandır.
Anatoli Boqdanov
Anatoli Boqdanov (1896 – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında xidmətçi. Anatoli Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Bidens boquetiensis
Bidens boquetiensis (lat. Bidens boquetiensis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Boqatovski rayon bayrağı
Boqatovski rayon bayrağı — Samara vilayətində yerləşən Boqatovski rayonın bayrağı
Boqatube burnu
Boqatube burnu (ukr. Богатубе) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri. Leninski rayonu ərazisində, Azov dənizi sahillərində qərarlaşır. Dəniz Piyadaları buxtasının qərb nöqtəsini təkil edir. Kurortnoe kəndindən qərbdədir. Əvvəllər ərazisində Novı Svet adlı kənd olmuşdur. Sahilləri sıldırəımlıdır. Ətrafında su altıdaşlar müşahidə edilir. Cənubunda Çokrak gölü yerləşir.
Boqatı adası
Boqatı adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 42 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Ruski Havan körfəzinin akvatoriyasına aiddir. 1927-ci ildə Rudolf Samoyloviçin rəhbərliyi altında "Şimalı araşdırma İnstitutu" tərəfindən təşkil olunmuş ekspedisiya zamanı hazırkı adı verilmişdir.
Boqaçyov (Baymak)
Boqaçyov (başq. Богачёв, rus. Богачёво) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşmirzə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 24 km, kənd sovetliyindən (İşmirzə): 7 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (80%) üstünlük təşkil edir.
Boqdan (Baltas)
Boqdan (rus. Богданово, başq. Боғҙан) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Boqdan kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 23 km., kənd sovetliyindən (Starotimkino): 3 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (56%) və tatarlar (44%) üstünlük təşkil edir.
Boqdan Boqdanoviç
Boqdan Boqdanoviç (18 avqust 1992, Belqrad) — hal-hazırda MBA komandalarından Sakramento Kinqzdə oynayan Serb professional basketbolçu. Həmçinin Serbiya milli basketbol komandasında da forma geyinir. Onun boyu 1.97 metrdir. 2014 MBA Seçmələrində 1. tur 27. Sıradan Foniks Sans tərəfindən seçilib. 2016–2017 Avroliqada Fənərbaxça ilə çempionluq sevinci yaşayıb. 2017-ci ilin iyulundan Sakramento Kinqzdə forma geyinməyə başlayıb. == Peşəkar karyerası == === Partizan Belqrad === Boqdanoviç ilk peşəkar müqaviləsini 18 yaşında – 2010-cu ilin sentyabrında Serb komandası Partizan BK ilə imzalayıb. 2012–2013 sezonu onun komandası ilə keçirdiyi ilk Avroliqa sezonu idi.
Boqdan Kuzmanov
Boqdan Kuzmanov (ing. Bogdan Antonov Kuzmanov; 19 aprel 1934, Sofiya, Bolqarıstan krallığı – 22 dekabr 1991, Sofiya) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boqdan Kuzmanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.Papaver degenii növünü təsnif etmişdir. == Əsərləri == Kuzmanov B., Kožuharov S., Ivanova H. Biometric studies on the genus Betula in Bulgaria // Fragmenta Floristica et Geobotanica. — 1966. — Vol. 12, № 4. — P. 329—336. Митрев А. А., Попова С. М. Атлас на лечебните растения в България / под ред. на Б. А. Кузманов.
Boqdan Kuzmenko
Boqdan Stanislavoviç Kuzmenko (rus. Богдан Станиславович Кузьменко; 21 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan "Çertanovo-2 Moskva" klubunda qapıçı kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Kuzmenko öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə "Çertanovo-2 Moskva" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Boqdan Xmelnitski
Boqdan Xmelnitski (ukr. Богдан Зиновій Михайлович Хмельницький; 27 dekabr 1595 (6 yanvar 1596) – 27 iyul (6 avqust) 1657, Çigirin) — Kazak Hetmanlığının rəhbəri. == Həyatı == Polşa tarixçisi Osip Senkovskinin "Collectanea z dziejopisów tureckich" (1824-cü il) əsərində qəribə bir qravür vardır. Qravürdə getman Boris Xmelnitski tatar xanı ilə birlikdə namaz qılır. Bu illüstrasiyanı Vasili Smirnovun "Krım xanlığının tarixi" əsərinin səhifələrində də görmək olar. Bu qəribə illüstrasiyanın öz izahı vardır. Tarixçilərə çoxdan məlumdur ki, XVII əsr türk salnaməçisi Mustafa Naimin "Hüseynin gül bağçası Şərq və Qərb hadisələri işığında" əsərində Xmelnitskinin İslamı qəbul etməsi barədə fraqment vardır. Bunun da tarixi 1648–1654-cü illər Böyük azadlıq müharibəsindən çox-çox əvvələ, XVII əsrin əvvəllərinə gedib çıxır. 1620-ci ilin oktyabrında hələ gənc olan Xmelnitski öz atası Mixail ilə birlikdə Podolda, Tsetsoroy kəndi yaxınlığında polyak-osmanlı döyüşündə iştirak etmişdi. Bu döyüşdə atasının tatarlar tərəfindən öldürülməsinin şahidi olan Boqdan qəzəblə düşmən qılınclarının üzərinə atılır və əsir düşür.
Boqdan Xmelnitski ordeni
Boqdan Xmelnitski ordeni — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni.
Boqdanoviç
Boqdanoviç — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Boqdanovka
Boqdanovka, Noraşen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Boqe adası
Boqe adası (dan. Bogø) — Baltik dənizidə, Danimarkaya məxsus olan ada. Ölkənin cənub-şərqində yerləşir. Adanın sahəsi 13.07 km², əhalisi isə 1097 nəfər təşkil edir (2015). Dəniz-mülayim iqlimə malikdir. Yayı mülayim, qışı isə yumşaq keçir.
Boqenşperk qəsri
Boqenşperk qəsri (sloven. Grad Bogenšperk, alm. Schloss Wagensperg‎) ― Sloveniyada yerləşən 16-cı əsrə aid qəsr. Tikili, London Kral Cəmiyyətinin əməkdaşı, 17-ci əsr alimi və təbiətşünası Yanez Vaykard Balvazor ilə əlaqəsi səbəbilə daha çox tanınır. == Memarlıq == 412 m yüksəkliyindəki alçaq bir təpədə yerləşən intibah dövrünə aid qəsr tamamilə bərpa edilmiş və Sloveniyanın əhəmiyyətli bir mədəniyyət abidəsi olaraq siyahıya alınmışdır. Üç mərtəbəli qəsr dörd qülləni birləşdirən və daxili həyəti əhatə edən bir neçə dövrə aid dörd hissədən ibarətdir. Qəsrin ən qədim hissəsi əvvəllər müstəqil istehkam olmuş şimal qülləsidir. == Tarix == Qəsr ehtimal ki, qəzalı vəziyyətdə olan və 1511-ci ildə baş verən güclü zəlzələ nəticəsində ciddi şəkildə zədələnmiş Lixtenberk qəsrinin əvəzi olaraq Vaqen ailəsi tərəfindən inşa edilmişdir. 1630-cu ildə ailənin son üzvü olan Yuriy Vaqenin öldü. Bundan sonra qəsr 1672-ci ildə Yanez Vaykard Balvazor tərəfindən alınana qədər bir neçə sahib dəyişmişdir.
Boqomilçilik
Boqomilçilik — Balkan ölkələrində bidət hərəkatı. X əsrdə ehtimal ki, Makedoniyada yaranmışdır. Adı, hərəkatın ehtimal olunanan rəhbəri keşiş Boqomilin adından götürülmüşdür. Boqomilçilər dövlət hakimiyyətini, feodal istismarını pisləyir, xristian kilsəsini, onun dini ayinlərini rədd edirdi. Boqomilçiliyin dini –fəlsəfi təliminin əsası dünyanın ikiliyi və xeyrin şərlə daimi mübarizəsi haqqındakı təsəvvür idi. Bolqarıstan Bizansa tabe olan dövrdə (XI–XII əsrlər) boqomilçilər bolqar xalqının Bizans zülmünə qarşı qaldırdığı üsyanlarda (1040, 1072) iştirak etmişdilər. Boqomilçilik XI–XII əsrlərdə Bizansda, XII–XIII əsrlərdə Serbiya və Bosniyada yayılmışdır. Boqomilçilik XIV əsrdə təriqətə çevrilmiş və bu şəkildə XVII əsrədək mövcud olmuşdur.
Boqor
== Boqor == Boqor (İndon. Bogor) – İndoneziyanın Qərbi Yava əyalətinin Yava adasında yerləşən şəhər. Şəhərin ərazisi müstəqil inzibati vahid – bələdiyyə (kota) kimi fəaliyyət göstərir. Əhalisi 949 mindən çox (2010-cu ilin iyun ayına olan məlumat), ərazisi – 118,5 kvadrat kilometrdir. Əyalətin şimal-qərbində, ölkənin paytaxtı Cakartanın 60 kilometr cənubunda yerləşir. Mühüm iqtisadi, infrasturktur, elmi, mədəni və turistik mərkəzdir, dağ iqlimili kurort sayılır. Orta əsrlərdə Pakuan-Pacacaran adlandırılıb (indon. Pakuan Pajajaran), Sunda (indon. Kerajaan Sunda) krallığının paytaxtı olub. Holland istilası zamanı Beytenzorq (niderl.
Boqorodiçk
Boqorodiçk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Boqorodsk
Boqorodsk — Rusiya Federasiyasının Nijeqorod vilayətinin tərkinində şəhər.
Boqorodskie dağları
Boqorodskie dağları — Tatarıstanın Ust-Kmski rayonu ərazisində, Volqa çayının sağ sahilində yerləşən yüksəklik. Şimaldan Krasnovidovo, cənubdan Lobaç, şərqdən Volqa çayı, qərbdən Kramolka və Suxaya Ulema çayının vadisi ilə əhatələnir. Bəzi mənbələrdə Boqorodskie dağlarını Yurev dağları kimi qeyd edirlər. Dağlar öz adını Boqorod qəsəbəsindən almışdır. Boqorodskie dağlarında Tenişevo, Kamskoe Uste, Yşelça Antonovka adlı yaşayış məntəqələri yerləşir. Tenişevoda Avropanın ən iri gips şaxtası yerləşir. Boqorodskie dağlarında digər təbiət abidəsi olan Antonov ovraqı, həmcinin Yurevskaya mağarası, Lobaç dağı yerləşir.
Boqos silsiləsi
Boqos silsiləsi (bir sıra mənbələrdə Boqoz kimi qeyd olunur) — Dağıstan Respublikası ərazisində yerləşən dağ silsiləsi. Böyük Qafqaz sistemində Boqos dağ silsiləsinin bir hissəsidir, Baş Qafqaz silsiləsinə perpendikulyardır. == Yerləşməsi == Boqosski silsiləsi Baş Qafqaz silsiləsinin cənub-qərbindən şimal-şərqə doğru və Meçiqala dağından (hündürlüyü 3116) Xapurda aşırımına qədər uzanır. Silsilənin uzunluğu təxminən 72 km-dir.Silsilə Avar və Andi Koysusu çay hövzələrini ayırır.Boqos silsiləsi Dağıstanın altı inzibati vahidindən: Tsunta rayonu, Tlərata rayonu, Tsumada rayonu, Axvax rayonu, Şamil rayonu, Bejtin rayonlarından keçir.Boqos silsiləsinddən keçir: Xema silsiləsi (3809 m-ə qədər) və Kad (4111 m-ə qədər) - şimal-qərbdə. Cənub-şərqdə Keran silsiləsi (3375 m-ə qədər), Tlim (3769 m-ə qədər), Rosoda (3662 m-ə qədər) və Qamçıl (3573 m-ə qədər) silsilələri. == Geologiyası == Boqos massivi Böyük Qafqaz meqantiklinoriumunun şimal-şərq hissəsində yerləşir.Silsilənin strukturunda qalın gil şist və qumdaşı təbəqələri üstünlük təşkil edir.Massiv Dağıstanın əsas eninə qırılmalarından biridir. Boqos dağ silsiləsinin relyefi yamacların böyük sıldırımlığı, qayalılıqları ilə xarakterizə olunur. == Flora və faunası == Bejtinski və Kosobsko-Kelebski qoruqları Boqos silsiləsinin ərazisində yerləşir. Faunası ayı, qarapaça, Dağıstan dağ keçisi, ular, dələ kimi müxtəlif qiymətli növlərlə təmsil olunur.Veronika Borisova, əsasən xerofitik kollar, subalp və alp çəmənlikləri ilə örtülmüş Boqos silsiləsinin qayalı yamaclarında böyüyür. == Təbii abidələri == Boqos silsiləsində qorunmağa ehtiyacı olan təbiət abidələri var: Çox şaxəli Ajuçi şəlaləsi (Tindi kəndinin yaxınlığında).
Boqoslov adası
Boqoslov adası (Rusiya) — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada.
Boqoslov adası (ABŞ)
Boqoslov adası və ya Aqasaquk (aleut. Aĝasaaĝux̂, ing. Bogoslof Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ-yə satılır. Rəsmi olaraq, hazırkı ad 1881-ci ildə yerli əhalinin adaya "Sözlərin tanrısı" və ya "Tanrının sözü" dediyini öyrənərək amerikalılar tərəfindən adaya verilmişdir. Yerli əhalinin xatirələrinə görə, 1787-ci ildə rus dənizçilərinin bu adaya enərək oraya pravoslav xaçı qaldırdıqları və buna görə də ona "İlahi" adını verdikləri göstərilir. == Coğrafiya == Sahəsi ≈0,7 km² (173 akr).
бестолко́вый завечерять и́стовый подкипяти́ть распу́ченный журнали́стика забо́тливость каса́тик комиссио́нка неизве́стный препара́торша разверте́ть фарфо́ро-фая́нсовый вихор bone china kevel lardon preventively proconsulate protractedly tolly вольноопределяющийся гематома питейный цилиндр