BOYUNDURUQ

is.
1. İş heyvanlarını arabaya və s.-yə qoşmaq üçün onların boynuna keçirilən ağac çərçivə şəklində qoşqu cihazı. Boyunduruqdan qaçan öküzü kəsərlər. ( Ata. sözü ).
Salman kişi də arabanın boyunduruğuna oturdu. A.Şaiq.

2. məc. Zülm, əsarət, məhkumluq mənasında.
Qaçmaq bacarmayanlar hamısı orada-burada boyunduruq altında qırılırlar. Ə.Haqverdiyev.
Qəhrəmanlar yetişdirməyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz. M.S.Ordubadi.

Etimologiya

  • BOYUNDURUQ Ulağın (öküz, kəl...) boynuna geydirilən alətdir. Boyun və durmaq sözlərindən əmələ gəlib. Aşağıdakı hissələrdən ibarət olur: boğazaltı, iç samı, daş
BOYUNCUQ
BOYUNDURUQLAMA

Digər lüğətlərdə