BOĞULMAQ

f.
1. Hava azlığından nəfəsi çətinləşmək, nəfəs ala bilməmək. İstidən boğulmaq. Bu otağın havası yoxdur, adam boğulur. Dağa qalxdıqca boğulurdum.
2. Nəfəs ala bilməmək nəticəsində ölmək (tüstüdən, boğucu qazdan və s.). Tüstüdən, az qala boğulmuşdum.
3. Suda qərq olmaq, batmaq. Dənizdə boğulmaq. Çayda boğulmaq.
4. məc. Məhv olmaq, tələf olmaq, yox olmaq, qeyb olmaq.
Görürəm ilk dəfə ulduzun, Ayın; Alovlar içində boğulduğunu… S.Vurğun.

5. məc. Son dərəcə sıxıntı, təzyiq, mənəvi və cismani əzab hiss etmək.
Yazıqda qalmayır taqətdən əsər; Boğulur qəfəsdə bir bülbül kimi. S.Vurğun.

6. məc. Bir şeyin çoxluğunu, ağırlığını, güclülüyünü, üstünlüyünü bildirir.
Ətraf qəmgin bir sükut içində boğulurdu. M.Hüseyn.

BOĞULMA
BOĞULMUŞ

Digər lüğətlərdə

зави́симость необразо́ванность обзаведе́ньице просу́нуться психи́я риэ́лтерство сбо́рная чей-ли́бо безли́ственный веща́ние захламля́ть перепуска́ться части́чность конфиденция chop off effulge leman perite snail-like testacy поясница станочник старьёвщик убивать филигрань