BOŞ
BOŞ-BOŞUNA
OBASTAN VİKİ
Boş funksiya
Boş funksiya – təyin oblastı sıfra bərabər olan funksiyaya deyilir. f A : ∅ → A .
Boş krateri
Boş krateri (lat. Bosch) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Nobel mükafatı laureatı Karl Boşun (1874–1940) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Uypl krateridir və ondan şimalda yerləşir. Rojdestvenski krateri bu kraterdən şərqdə, Plaskett krateri cənub-şərqdə, Hevesi və Haskin krateri cənubda, Usay krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°49′ şm. e. 133°32′ ş. u.86,82° şm. e.
Boş məhsul
Riyaziyyatda boş məhsul və ya sıfır məhsul heç bir vuruğun vurulmamasının nəticəsidir. Konvensiyaya görə, boş cəm də olduğu kimi — heç bir rəqəmin əlavə edilməməsinin nəticəsi — sıfırdır. Rəqəmlər nəzərdə tutulduqda, boş məhsul birə bərabər olur. Boş məhsul termini hesab əməliyyatlardan bəhs edərkən ən çox yuxarıdakı mənada istifadə olunur. Bununla belə, termin kompüter proqramlaşdırmasında çoxluq-nəzəri kəsişmələri müzakirə edərkən istifadə olunur.
Boş çoxluq
Boş çoxluq, tərkibində heç bir elementi olmayan çoxluğa deyilir. Boş çoxluq ∅ {\displaystyle \emptyset } ilə işarə olunur. Uyğun olaraq: ∅ {\displaystyle \emptyset } və { ∅ } {\displaystyle \{\emptyset \}} müxtəlif olurlar. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluğu həmçinin aşağıdakı kimi də ifadə etmək olar: ∅ A = { x ∈ A ∣ ∀ x ∉ A } {\displaystyle \emptyset _{A}=\{x\in A\mid \forall x\notin A\}} ∅ A − A {\displaystyle \emptyset _{A}-A} çoxluğunun boş alt çoxluğudur.
Boş çəki
Boş çəki - standart avadanlıqlarla real olan bir nəqliyyat vasitəsinin ümumi çəkisidir; mühərrik yağı, ötürücü yağı, soyuducu, kondisioner qazı və bəzən dolu bir yanacaq çəni kimi işləməsi üçün lazımlı olanlar daxil, sərnişin və ya yük daxil edilməmək şərti ilə hesablanır.
Robert Boş
Robert Boş (alm. Robert Bosch‎; 23 sentyabr 1861[…] – 12 mart 1942, Ştutqart) — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. == Həyatı == Çox sayda ideyalara və müasir avtomobil istehsalının prinsipial olaraq yeni texniki həllərinə görə məşhur alman ixtiraçısı Robert Boşa (1861–1942) borcluyuq. Robert Boş Ulm yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur. O, Servasius Boş ailəsinin on birinci uşağı idi. Atası təhsilli və savadlı biri idi, onun kiçik mehmanxanası və pivə zavodu var idi. Atası arzu edirdi ki, onun oğlu əczaçı və ya müəllim olsun, lakin oğlunun marağı tamam fərqli idi: ustalıq etməyi həddindən artıq sevirdi. 1869-cu ilin yazında Boş ailəsi Ulm şəhərinə köçdü. 1869-cu ildən 1876-cı ilə qədər Robert Boş şəhər məktəbində təhsil aldı, sonra isə usta köməkçisi kimi işə düzəldi.
İeronim Boş
İeronim Bosx (nid. Hieronymus Bosch) (Jeroen Anthoniszoon van Aken) — XV və XVI əsr holland rəssamı. İntibah dövrünün şimaldakı nümayəndələrindən biri sayılır. Yaşadığı dövrdə əsərləri kral və zadəganlar tərəfindən alınan məşhur rəssam olmağına baxmayaraq, indiki dövrdə haqqında çox az şey məlumdur. == Həyatı == Jeroen Anthoniszoon van Aken adıyla rəssam Antonis van Akenin (ö. 1478) oğlu kimi 1450-ci ildə Şimali Brabant, Hollandiya da dünyaya gəlmişdir. Həyatının böyük bir qismini Sertoqenbuş ('s-Hertogenbosch) şəhəri və ətrafında keçirən Bosxun rəsmi qeydlərdə adı ilk dəfə 1474-cü ildə, iki qardaşı və bir bacısı ilə birlikdə keçir.
Aşağı boş vena
Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır. == Qəbul etdiyi venalar == ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir. == Təsvirlər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Boş Yer (1989)
Boş yer qısametrajlı bədii filmi rejissor Cahangir Şahmuradov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Əsas rolları Lyudmila Duxovnaya, Anatoli Yeqorov, Rafiq Əliyev, Fərman Şəkili və Mübariz Əlixanoğlu ifa edirlər. == Məzmun == Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir.Müəlliflər filmin süjetini qrotesk üslubda qurmuşlar. == Rollarda == Lyudmila Duxovnaya — qatar bələdçisiAnatoli Yeqorov — ezam olunmuşRafiq Əliyev — alverçiFərman Şəkili (Fərman Abdullayev kimi) — təbilçiMübariz Əlixanoğlu — məmur Pavel Vinnik — saatsaz Manefa Sobolevskaya — saatsazın arvadı Viktor Lazarev — akademik Vitali Leonov — maşinist Yuri Mitrofanov — maşinist köməkçisi Aleksey Fadeyev — ocaqçı Tatyana Xaritonova — manekençi Nuriyyə Çavkina — idmançı Eduard Ozeryanski — ofisiant == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Yuxarı boş vena
Yuxarı boş vena (YBV) (lat. Vena cava superior) — birinci sağ qabırğa-döş sinxondrozunun arxasında sağ və sol bazu-baş venalarının (lat. vv. brachiocephalicae dextra et sinistra) birləşməsindən əmələ gələrək döş sümüyünün və aortanın sağ tərəfi ilə aşağıya doğru gedur və üçüncü qabırğanın yuxarı kənarı bərabərliyində sağ qulaqcığa açılır. YBV-nin uzunluğu 5-6 sm və diametri təxminən 2,5 sm-dir, sol tərəfdən aortaya, sağ tərəfdən sağ ortadivar plevrasına və ağciyərə söykənmişdir; ikinci qabırğa səviyyəsində ürək kisəsi ilə örtülü olur, belə ki, aşağı hissəsi ürək kisəsi daxilində yerləşir. Aşağı boş vena kimi bunun da qapağı yoxdur. YBV ürək kisəsinə daxil olmamış arxa tərəfdən tək venanı - lat. v. azygos qəbul edir və bunun vasitəsi ilə aşağı boş vena sistemi ilə rabitədə olur. Tək venadan başqa YBV-yə lat.
Aşağı boş vena sistemi
Aşağı boş vena sistemi Aşağı boş vena vasitəsilə aşağı ətraflardan, çanaq və qarın boşluğu divarı və üzvlərindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Aşağı boş vena sisteminə aid olan venalar: == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Boş yer (film, 1989)
Boş yer qısametrajlı bədii filmi rejissor Cahangir Şahmuradov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Əsas rolları Lyudmila Duxovnaya, Anatoli Yeqorov, Rafiq Əliyev, Fərman Şəkili və Mübariz Əlixanoğlu ifa edirlər. == Məzmun == Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir.Müəlliflər filmin süjetini qrotesk üslubda qurmuşlar. == Rollarda == Lyudmila Duxovnaya — qatar bələdçisiAnatoli Yeqorov — ezam olunmuşRafiq Əliyev — alverçiFərman Şəkili (Fərman Abdullayev kimi) — təbilçiMübariz Əlixanoğlu — məmur Pavel Vinnik — saatsaz Manefa Sobolevskaya — saatsazın arvadı Viktor Lazarev — akademik Vitali Leonov — maşinist Yuri Mitrofanov — maşinist köməkçisi Aleksey Fadeyev — ocaqçı Tatyana Xaritonova — manekençi Nuriyyə Çavkina — idmançı Eduard Ozeryanski — ofisiant == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Yuxarı boş vena sistemi
Yuxarı boş vena sistemi aorta qövsü və döş aortası şaxələrinin təchiz etdikləri nahiyələrdən: başdan, boyundan, yuxarı ətraflardan, döş qəfəsindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Yuxarı boş vena sisteminə aid olan venalar: == İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Boş yerə təbil vurma (film, 2011)
Boş yerə təbil vurma (rus. ...В барабан не бью без толку...) qısametrajlı sənədli filmi rejissorlar Andrey Pavlenko və Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyası və Lennauçfilmin birgə istehsalıdır. Film Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. == Məzmun == Ekran əsəri Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur.Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.

Digər lüğətlərdə

воспреща́ть гундо́сый карте́чь скло́чливый теплофици́роваться ута́йщица целова́ние азербайджа́нский взапо́й вола́ вертеть измусо́ливаться лу́чшее павиа́ний садо́вничать веник antiscience bitsy clarinet Hanseatic misalignment nuclear-powered per se монархия назавтра эсер