Qriqori Braginski
Qriqori Braginski (d. 27 noyabr 1892 Yekaterinburq ö. 13 avqust 1964 Moskva) — Rus rejissor, ssenarist, rejissor assistenti.
20-ci illərin əvvəllərində proyeksiya avadanlıqları texnikumunu bitirdi. Xarici filmləri yenidən düzəldərək yazıları tərcümə edirdi. 1926-cı ildən ssenarist, rejissor assistenti, sonra isə «Armenkino»,
«Vostokkino», «Azərkino» studiyalarında rejissor olmuşdur. 1944-cü ildən Tacik kino studiyasında baş redaktor, daha sonra rejissor və sənədli filmlərin rejissoru olub.
Sevil (film, 1929)
Vulkan üzərində ev (film, 1929)
Raport veririk (film, 1930)
Bizim əkinimiz (film, 1931)
İsmət (film, 1934)
Almaz (film, 1936)
Ordenli Azərbaycan (film, 1938)
Stalin adına Samur-Dəvəçi kanalı (film, 1939)
Yeni horizont (film, 1940)
Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
Biz Bakını müdafiə edirik (film, 1942)
Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003
Aydın Kazımzadə.