BRİQÁDA

[ fr. ]
1. Bir neçə polkdan, batalyon, ya batareyadan ibarət qoşun birləşməsi. Tank briqadası.
– …Kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxardı. M.S.Ordubadi.

// Birtipli hərbi gəmilər birləşməsi. Torpeda gəmiləri briqadası.
2. Dəmir yolunda qatara xidmət edən işçilər heyəti. Qatar briqadası.
3. Zavodda, müəssisədə və s.-də müəyyən sahəyə aid olan istehsal tapşırıqlarını yerinə yetirən kollektiv, işçilər dəstəsi. Çilingərlər briqadası.
– Salman kişi axşam tikintiyə qayıdanda briqada üzvlərini orada gördü. Mir Cəlal.

BRİKETLƏNMƏK
BRİQADİ́R

Digər lüğətlərdə