BU

тӀв-эв. 1. и; ин; çayın bu sahilində вацӀун и пата; 2. им, има; bu kimdir? им вуж я?; ** bu biri маса, муькуь; bununla belə гьакӀ ятӀани, ...килиг тавуна; bununla bərabər гьа инал, идахъ галаз(санал), гьа са вахтунда.
BROYLER
BUBLİK
OBASTAN VİKİ
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Bu bizik
Bu bizik (ing. This Is Us) - 20 sentyabr 2016-cı ildə NBC-də premyerası olan bir Amerika televiziya serialıdır.
Bu Şəhərdə
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərova Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Bu, sondur
Bu sondur (ing. This Is the End) — 2013-cü il Amerika qorxu komediya filmi. Rejissorluğu Set Rocen və Evan Qoldberqin etdiyi filmin baş rollarında Set Roqen, Ceyms Frenko, Cona Hill, Cey Baruşel, Danni Makbrayd və Kreyq Robinson yer almaqdadır. Film 14 iyun 2013-cü ildə təqdim edildi və tənqidçilərdən müsbət rəylər aldı.
"Bu Şəhərdə" Prodakşn
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərova Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Bu, Mircavaddır (1987)
Bu, Mircavaddır qısametrajlı sənədli televiziya filmii rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film tanınmış Azərbaycan rəngkarı Mircavad Cavadova həsr olunmuşdur. == Məzmun == Film tanınmış Azərbaycan rəngkarı, sağlığında yaradıcılığına dövlət orqanları tərəfindən göz yumulan, istedadlı rəssam Mircavad Cavadova həsr olunmuşdur.
Bu, Şotlandiyanın neftidir
Bu, Şotlandiyanın neftidir (ing. It's Scotland's oil) — 1970-ci illərdə Şotlandiya Milli Partiyasının (ŞMP) istifadə etdiyi siyasi şüar.Şotlandiya sahillərində yerləşən Şimal dənizinin neftli-qazlı hövzəsində yataqların istismar edilməsindən sonra ŞMP bu faktdan öz siyasi kampaniyası üçün istifadə etməyə başlamışdı. ŞMP iddia edirdi ki, neft hasilatından əldə olunan gəlir yalnız Şotlandiyanın müstəqilliyi halında onun inkişafı üçün xərclənə bilər. Bunun ardınca onlar Şotlandiya parlamentinin bərpası və sonradan Şotlandiyanın tam suverenliyi məsələsini qaldırmışdılar. == İstinadlar == == Əlavə ədəbiyyat == Murkens, J, Jones, P & Keating, M (2002) Scottish independence — A Practical Guide. Edinburgh University Press. Edinburgh. Kemp, A.G & Stephen, L (1999) Expenditures and Revenues from the UKCS — Estimating the hypothetical Scottish Shares 1970—2003 North Sea Study Occasional Paper No. 70. Department of Economics.
Bu divarı sökün!
"Bu divarı sökün!" (ing. Tear down this wall!) — ABŞ Prezidenti Ronald Reyqanın 1987-ci il 12 iyun tarixində Qərbi Berlində söylədiyi nitqin bir hissəsi. O zaman Reyqan, SSRİ dövlət başçısı Mixail Qorbaçova müraciət edərək 1961-ci ildən bəri Berlin şəhərini qərb və şərq hissələrinə ayıran səddin aradan qaldırılmasına çağırış etmişdir.Nitq o zaman nisbətən kiçik media əhatəsi qazansa da, 1989-cu ildə Berlin divarının sökülməsindən sonra daha çox tanındı. Lakin nitqin divarın yıxılmasında nə qədər təsirli olması ilə bağlı müzakirələr var. == Zəmin == "Bu divarı sökün" adlanan nitq Ronald Reyqanın Berlin divarına yönəlmiş ilk çıxışı deyildi: 1982-ci ildə Qərbi Almaniyaya səfəri zamanı o, bəyan etdi ki, "Mən Sovet İttifaqı liderinə bir sual ünvanlamaq istəyirəm […] Nəyə görə orada divar mövcuddur?" Divarın tikilməsindən 25 il sonra 1986-cı ildə, buna cavab olaraq, Qərbi Almaniyanın "Bild" qəzeti Reyqana belə bir sual ünvanladı ki, "O, divarın sökülə biləcəyini nə zaman düşündü?" və cavab olaraq, Reyqan bildirdi ki, "Mən divarın sökülməsi üçün məsul şəxslərə [bu gün] çağırış edirəm".Reyqanın 1987-ci ildə Berlinə olan səfərindən öncə 50.000 insan ABŞ Prezidentinin gəlişi əleyhinə nümayiş keçirdi. Onun gəlişi dövründə baş verə biləcək hər hansı anti-Reyqan nümayişlərinin qarşını almaq məqsədi ilə Berlin şəhərinin geniş bir ərazisi bağlandı. Xüsusilə Kroytsberq küçəsi bu məqsədlə əsas götürülərək, şəhərin bu hissəsi boyunca hərəkət tamamilə məhdudlaşdırıldı.Nitq həmçinin Reyqan administrasiyası üçün də çox böyük anlaşılmazlıq mənbəyi idi. Belə ki, bir çox yüksək rütbəli işçi və köməkçilər ifadənin əleyhinə olan məsləhətlər verdilər ki, buna oxşar hər hansı ifadənin deyilməsi gələcəkdə Şərq–Qərb gərginliyinə səbəb ola bilərdi. Həmçinin Reyqanla birlikdə yaxşı münasibət qurmuş M. Qorbaçova sıxıntı yaşada bilərdi. Ona görə də məhz bu ifadə deyilməməli idi.
Bu gün (qəzet)
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu gün qəzeti
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu qadın (mahnı)
Bu qadın — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. "Aygun Music" tərəfindən hazırlanan mahnının sözləri və musiqisi MC Murada aiddir. Aygün Kazımova mahnını 26 yanvar 2021-ci ildə öz 50-ci doğum günündə təqdim etmişdir. == Arxa fon və yazılması == Aygün Kazımova 22 avqust 2020-ci ildə "Tovuz döyüşləri" zamanı şəhid olmuş hərbiçilərimizə ithafən "Əsgər marşı" adlı mahnısını təqdim etmişdir. Aygün Kazımova İkinci Qarabağ Müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsi və torpaqlarımızın işğaldan azad olunması müsabətilə əsgərlərimizin simasında Ali Baş Komandan İlham Əliyevin doğum gününə özəl olaraq "Vətən oğlu" sinqlını təqdim etmişdir. "Bu qadın" layihəsi də "Vətən Müharibəsi" zamanı şəhidlərinə həsr olunmuşdur. Layihə şəhidlik zirvəsinə ucalmış sevgilisinə qovuşmayan xanımlara həsr edilmişdir. Aygün Kazımovanın 2018-ci ildə təqdim etdiyi "Duy" adlı albomundakı "Duy" və "Toy boy" mahnılarının sözlərinin müəllifi olan MC Muradla bu layihədə də əməkdaşlıq etmişdir. Mahnının söz və musiqisi MC Murada aiddir. Aygün Kazımova mahnının aranjimanını daha öncə "S.U.S." və "Vətən oğlu" layihələrində çalışdığı gürcüstanlı musiqiçi Aliko Berdzanişviliyə, mahnının lentə yazılmasını isə türkiyəli bəstəkar Hakan Erola həvalə etmişdir.
Bu sevgi (mahnı)
Bu sevgi — bəstəkar Eldar Mansurovun mahnısı. Sözləri şair Vahid Əzizə məxsusdur. Aygün Kazımova 1989-cu ildə Latviyada keçirilən "Yurmala" mahnı müsabiqəsində "Bu sevgi" mahnısı ilə çıxış etmişdir. Mahnını 1989-cu ildə İlqar Muradov solo, daha sonra İlqar Muradov Almaz Ələsgərli ilə duet şəklində ifa etmişdir. 1990-cı ildə Firəngiz Rəhimbəyli, 1995-ci ildə Faiq Ağayev, 2013-cü ildə Günay İbrahimli, 2016-cı ildə Samirə Əfəndiyevada ifa etmişdir. Mahnıdan 1991-ci ildə Firəngiz Rəhimbəyovanın ifasında Azərbaycanın ən məşhur komediya filmlərindən olan "Bəxt üzüyü" filminin soundtrekti kimi istifadə olunmuşdur. Mahnı 2016-cı ildə Eldar Mansurovun prodüsserliyi ilə satışa çıxarılan "Aygün Kazımovanın ifaları" albomuna daxil edilmişdir. Qeyd etmək lazımdır ki, "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "Melodiya" firması mahnını 1991-ci ildə buraxdığı plastinkaya daxil edib. Bununla da Aygün Kazımova Azərbaycan musiqi tarixində "Melodiya" şirkətinin buraxdığı plastinkaya ifası salınan ən gənc ifaçı kimi tarixə düşüb.
Kim Bu Şik
Kim Bu Şik (kor. 김부식; 1075[…], Köncu[d] – 1151, Keson) — Qoryo dövründə yaşamış Koreya tarixşünası, sərkərdəsi və dövlət xadimi. O, "Samquk saqi" xronikinin müəllifidir. Bu Şik Şila kral sülaləsinə yaxın bir zadəgan ailəsindən idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ким Бусик. Самкук саги. Т. 1. Изд. текста, пер., вступит. ст.
Yusif Bu-Ariş
Borc-Bu-Arreric vilayəti
Borc-Bu-Arreric vilayəti — == Ərazisi == Borc-Bu-Arreric vilayətinin ərazisi 4 115 Km2-dır. Borc-Bu-Arreric vilayətinə 10 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Borc-Bu-Arreric vilayətinin əhalisi 628 475 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bu, Mircavaddır (film, 1987)
Bu, Mircavaddır qısametrajlı sənədli televiziya filmii rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film tanınmış Azərbaycan rəngkarı Mircavad Cavadova həsr olunmuşdur. == Məzmun == Film tanınmış Azərbaycan rəngkarı, sağlığında yaradıcılığına dövlət orqanları tərəfindən göz yumulan, istedadlı rəssam Mircavad Cavadova həsr olunmuşdur.
Bu Gözəl Tuğay (1983)
Bu gözəl Tuğay qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1983-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur. == Məzmun == Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur.Filmdə Qazax bölgəsindən Neftçala bölgəsinədək geniş ərazidə, Kür çayı boyu 800 kilometrlik sahədə Tuğay meşələri lentə alınmış və bu problemin həlli yollarından söhbət açılmışdır. == Mükafatlar == 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində film münsiflər heyətinin diplomuna və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bu Torpağın Nemətləri (1979)
Bu bizik (teleserial, 2016)
Bu bizik (ing. This Is Us) - 20 sentyabr 2016-cı ildə NBC-də premyerası olan bir Amerika televiziya serialıdır.
Bu cütlüyü Tanrı yaradıb
"Bu cütlüyü Allah yaradıb" (hind रब ने बना दी जोड़ी) — rejissor Aditya Çopranın filmi. == Məzmun == İlk görüşdə eşq. Surinder bir vaxtlar ona dərs demiş müəlliminin qızını görəndə məhz bu hissi keçirir. Aşiq olduğu qız – Tani gəncdir, lakin artıq nişanlıdır. Taninin atası ölüm ayağında Surinderdən Tanini himayə etməsini və onunla ailə qurmasını istəyir. Çünki Taninin nişanlısı yol qəzasında həlak olur. Çox utancaq və subay olan Surinder Tani ilə evlənir. Amma Tani atasının və keçmiş nişanlısının ölümündən sonra həmişə qəmgin görünür. Surinder Taninin xoşbəxtliyini geri qaytara bilmir. Onlar ər-arvad kimi yox, bir evə salınmış iki yad adam kimi yaşayırlar.
Bu da bir həyatdı
"Bu da bir həyatdı" – Hamlet İsaxanlı nın 2004-cü ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər kitabı. Redaktoru – Camal Mustafayev. == Fəlsəfi şeirlər == Kitaba daxil olan "Fikir yükü", "Bu da bir həyatdı", "Ömrün harasındayıq", "Kim kimi yaratdı?", "Qismət", "Ölümə nə var ki?!", "Dalğalarla yan-yana", "Get-gedə", "Arasında", "Ot kökü üstə bitər", "Yollar" və digər şeirlər insanı düşündürən, onu narahat edən fəlsəfi və psixoloji problemlərə aiddir. Bu şeirlərə xas olan bədii tapıntılar, orijinal müşahidələr və incə lirizm şairin digər kitablarında olduğu kimi oxucunu cəlb edir. "Hamlet İsaxanlı poeziyasının qısa vaxtda bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şeirlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir" (Camal Mustafayev, kitabın supercildinin iç səhifəsindən) Şair həyatını, varlığını, xoşbəxtliyini düşüncə gücü ilə bağlayır, "fikir yüklü sənətkar"lıqla eyniləşdirir. İnsanı ən çox düşündürən, qəmə qərq edən ömrün hansı məqamında olması, ona nə qədər həyat bəxş olunduğu, arzuların həyata keçməsi üçün omür yetəcəkmi sualları deyilmi? "Bilirik ki uşaq deyilik daha", "Bilirik ki gənclik arxada qaldı" Fəqət insan güclüdür, həyatın mənasını dərk edir, təslim olmur, baş əymir, üzü sabaha doğru hərəkət edir.
Bu oğlanın həyatı (film)
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Bu sondur (film, 2013)
Bu sondur (ing. This Is the End) — 2013-cü il Amerika qorxu komediya filmi. Rejissorluğu Set Rocen və Evan Qoldberqin etdiyi filmin baş rollarında Set Roqen, Ceyms Frenko, Cona Hill, Cey Baruşel, Danni Makbrayd və Kreyq Robinson yer almaqdadır. Film 14 iyun 2013-cü ildə təqdim edildi və tənqidçilərdən müsbət rəylər aldı.
Bu şəhər ikimizindir (albom)
Azərbaycan – bəstəkar, Azərbaycanın xalq artisti Aygün Səmədzadənin 2016-cı ildə satışa çıxardığı musiqi albomu. Tərkibində 4 disk olan alboma müxtəlif dövrlərdə yazdığı 60 musiqi əsəri daxildir. Disklərin adları bəstəkarın mahnıları ilə eyni adı daşıyır. Bu şəhər ikimizindir, Gecikmiş etiraf, Tut ağacım, Məktəb illəri adlı disklərdə əsasən lirik mahnılar yer almışdır. Albom 2017-ci ildə Apple Music, Spotify, Deezer və s. rəqəmsal musiqi platformalarına yüklənmişdir.
Bu şəhərdə kimsə yoxdur
Bu şəhərdə kimsə yoxdur — azərbaycanlı yazıçı, filosof-şərqşünas və psixoloq Rövşən Abdullaoğlunun ilk romanı. == Məzmun == Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir.
"Badamlı" mineral bulaqları
"Badamlı" mineral bulaqları — dəniz səthindən hündürlükdə, Dərələyəz dağ silsiləsi zirvəsinin arasından axıb keçən Salasuzçayın vadisində, Naxçıvan MR-nin Badamlı qəsəbəsindən cənubda mineral bulaqlar. Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Əsasən bu kiçik dislokasiyalarla əlaqədə üzə çıxan mineral sular qazlıdırlar (CO2 −1,4 q/l), minerallaşma dərəcəsiləri 3,3–7,2 q/l təşkil edir, kimyəvi tərkibi isə hidrokarbonat-sulfat-natrium-kalsiumlu olaraq "Narzan" tiplidir. Suyun ümumi debiti sutkada milyon litrdən çoxdur. Suyun tərkibində yod, brom, mis və borat turşusu var. Həm süfrə suyu kimi, həm də həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İstismar edilən bulaqların əsasında Qafqazda ən böyük "Badamlı" sudoldurma zavodu, eyni zamanda, həzm pozğunluğu problemləri olan pasiyentlər üçün müalicəxana fəaliyyət göstərir.
1,4-Butandiol
1,4- Butandiol (butilenqlikol) C₄H₁₀O₂ - üzvü birləşmə, İki atomlu spirt, rəngsiz qatı mayedir. == Alınması == 1,4-Butandiol, katalizatorun iştirakı ilə 110-130 0 C temperaturda və 200-300 atmosfer təzyiqində sulu məhlulda 1,4-butindiolun hidrogenləşdirilməsi yolu ilə əldə edilir. 1,4-Butandiol, həmçinin, katalizator kimi ağır metal asetilenidlərdən istifadə edərək formaldehidin asetilenlə yüksək təzyiqdə aparılan reaksiya zamanı alınır. 2 H C H O + H C ≡ C H → H O H 2 C C ≡ C C H 2 O H {\displaystyle {\mathsf {2HCHO+\ HC\equiv CH\ \rightarrow HOH_{2}CC\equiv CCH_{2}OH}}} 1,4-Butandiol malein anhedridindən alınma üsuluda var. Malein anhedridi metil efirinə çevrilir və sonra hidrogenləşir. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə 1.4 – Butandiol tipik qlikoldur. Karbon turşularla (katalizatorun iştirakı ilə) qarşılıqlı təsir göstərir və karbon turşularının anhidritləri və turşu xloranhidridləri ilə mürəkkəb efirlər əmələ gətirir. 1,4-butanediolun sulu məhlulları ortofosfor turşusu iştirakı ilə qızdırıldıqda, tetrahidrofuran əmələ gəlir. == Toksikliyi == 1.4 – Butandiol etanola bənzəyir, insanlara narkotik təsir göstərir. Doza həddi artıq olarsa başgicəllənmə, qusma, zəiflik, yuxululuq, ağır zəhərlənmə və hətta ölümə səbəb ola bilər.
2.02 (Buran sinifli kosmik gəmi)
2.02 Sovetlər tərəfindən inşa edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin dördüncüsü idi. 1993-cü ildə Sovet Space Shuttle proqramı dayandırılmışdır, bu zaman 2.02 tikinti mərhələsinin hələ başlanğıc mərhələsində idi (10–20%). Natamam 2.02 sonradan istehsal binasında söküldü, bu və Moskva yaxınlığındakı Tushino Machine Buildin zavodundan çölə çıxarıldı. Shutlee 2.02-nin bəzi hissələri internetdə onlayn olaraq hərraca çıxarılaraq satılmışdır.
Abdullah təpəsi (Bukan)
Abdullah təpəsi (fars. عبداله تپه سي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (38 ailə).
Abdullahabad (Bukan)
Abdullahabad (fars. عبداله اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (19 ailə).
Abram burnu
Abram burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burun yaxınlığında eyni adlı qəsəbə vardır. Burunda dəniz limanına aid tikililər vardır. Sərnişin gəmilərini qəbul edən priçal isə 2010-cu ildən fəaliyyətini dayandırmışdır. Burunun cənub hissəsindən körfəzə Varyajski axarı tökülür. == Ədəbiyyat == Абрам-мыс // Кольская энциклопедия. В 5 т. Т. 1.
Accel World: Infinite Burst
Accel World: Infinite Burst (アクセル・ワールド INFINITE∞BURST, azərb. Sürətləndirilmiş dünya: Sonsuz partlayış‎) — 2016-cı il istehsalı elmi fantastika və döyüş anime filmi. HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılmış "Accel World" ranobe seriyasına əsaslanır. == İstehsal == 4 oktyabr 2015-ci ildə keçirilmiş Payız festivalında Dengeki Bunko ranobe seriyası əsasında Reki Kavahara tərəfindən yazılmış orijinal ssenari ilə "Accel World: Infinite Burst" adlı anime filminin çəkiləcəyini və anime filminin istehsalçı heyəti ilə seyyularının anime serialınında olduğu kimi olacağını açıqlamışdır. 2016-cı ilin fevralında "Dengeki Bunko Magazine" jurnalının 48-ci cildində filmin Yaponiya premyerasının 23 iyul 2016-cı ildə baş tutacağı anons edilmişdir. Filmin açılış mahnısı KOTOKO × ALTIMA tərəfindən ifa olunan "Plasmic Fire" mahnısıdır. == Media == === Film === Anime filmi Sunrise studiyası tərəfindən istehsal olunmuşdur. Rejissoru Masakazu Obara, ssenaristi Reki Kavahara, personaj dizayneri və animasiya rejissoru Yukiko Aykey, ekşn rejissoru Yosuke Kabaşimadır. Filmin Yaponiyada premyerası 23 iyul 2016-cı ildə baş tutmuşdur. === Ranobe === Filminin premyerasının ilk həftəsində filmi izləməyə gələnlərə Kavahara tərəfindən yazılmış "Accel World: Jump To Infinity" (アクセル・ワールド-無限への跳躍-, Accel World -Mugen e no Chōyaku, azərb.
Accipiter butleri
Accipiter butleri (lat. Accipiter butleri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Achillea bucharica
Achillea bucharica (lat. Achillea bucharica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun. == Ümumi məlumat == Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır. == Tarixi == Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb. 1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü.
Adi buqələmun
Adi buqələmun (lat. Chamaeleo chamaeleon) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin buqələmunlar fəsiləsinin buqələmun cinsinə aid heyvan növü.
Adi buruqboyun
Adi buruqboyun (lat. Jynx torquilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin buruqboyun cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Dimdiyi qısa va iti, başı yumru, quyruğu olduqca uzundur. Yerdə tullanır, ağac budaqlarına dırmaşır. Kürəyi boz, qəhvəyi və çirkli sarı rənglərdə sıx naxışlıdır. Kürəyinin ortasında uzun və tünd rəngli bir xətt vardır. Alt tərəfi incə xəttli, boğazı qızıl rəngi kremdir. Quyruğu geniş və sıx xəttlidir. Səsi kəskin, yumşaq, boğazdan gələn kişnəməni xatırladan "kii-kii-kii-kii-kii" şəklindədir. == Arealı == Avropanın mülayim iqlimli bölgələri və Asiyada yaşayır.
Aechmea burle-marxii
Aechmea burle-marxii (lat. Aechmea burle-marxii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Agin-Buryat Milli Mahalı
Agin-Buryat Muxtar Dairəsi və ya Agin-Buryat Milli Mahalı — Rusiya Federasiyasının subyektlərindən biri. Agin-Buryat Muxtar Dairəsi Şərqi Sibirdə, Zabaykaliyanın cənub-şərqində yerləşirdi. Ərazisi 19,592 m2 olmuşdur. Muxtar dairə ərazisi alçaq-orta dağ relyefi daxilində, Onon və İnqoda çaylarının qovşağında yerləşirdi. Muxtar dairənin əhatə etdiyi ərazinin ən yüksək nöqtəsi Alxanay dağı idi (1663 metr).
Agin-Buryat Muxtar Dairəsi
Agin-Buryat Muxtar Dairəsi və ya Agin-Buryat Milli Mahalı — Rusiya Federasiyasının subyektlərindən biri. Agin-Buryat Muxtar Dairəsi Şərqi Sibirdə, Zabaykaliyanın cənub-şərqində yerləşirdi. Ərazisi 19,592 m2 olmuşdur. Muxtar dairə ərazisi alçaq-orta dağ relyefi daxilində, Onon və İnqoda çaylarının qovşağında yerləşirdi. Muxtar dairənin əhatə etdiyi ərazinin ən yüksək nöqtəsi Alxanay dağı idi (1663 metr).
Akkani burnu
Akkani burnu — Çukot yarımadası sahillərində yerləşən, Berinq dənizinə daxil olan Meçiqmen buxtası ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukot rayonu ərazisinə daxildir. çuk. Ыкынин sözündən əmələ gəlmişdir. Mənası «soyuq» anlamındadır. Digər versiyaya görə isə «yeddi yurt» mənasını verir. Burun yaxınlığında morj yatağı vardır. == Akkani qəsəbəsi == Burnun şimal-şərqində dəniz məməliləri ovlayanlar tərəfindən salınmış qəsəbə vardı. 1960-ci illərdə burada 150 nəfər yaşayırdı. 1978-ci ildə sakinlər Lorinoya köçürlər.
Akritas burnu
Akritas (yun. Ακρωτήριο Ακρίτας) — Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərq qutaracağı və Messeniyanın cənub ucunu təşkil edən burun. Peloponnesenin cənub hissəsində Lıkodimon dağının cənub tərəfində meydana gəlmişdir. Peloponnes perferiyasının Messinya periferik vahidliyində, Pilos-Nestor cəmiyyətində, Koronidən 7 mil və Kalamatadan 21.5 mil məsafədə yerləşir. Bitki örtüyündən məhrumdur və İnuse və Avqo qayalı adaları ilə əhatə olunmuşdur. Qərbdən İon dənizinə aid olan Mesiniakos körfəzinə girişi məhdudlaşdırır. Tenaron burnu isə onu şərqdən əhatələyir. Qərbdən yüksək məsuldarlığı ilə seçilən Makariya adlandırılan düzənliklə həmsərhəddir. Düzənlik Pamisos çayı ilə suvarılır. Strabon Akrit və Pavsani isə onu Akrita kimi qeyd etdir.
Aksay (Burlin rayonu)
Aksay (qaz. Ақсай) — Qazaxıstanda şəhər, Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunun inzibati mərkəzi. == Tarixi == Bölgədə Kiçik juz qazaqları yaşayırdı. Duz bataqlıqları və ağ torpaq bu ərazidə əkinçiliklə məşğul olmağa imkan vermədi və kiçik Utva çayı buraya axsa da, burada yaşayış məskəni yox idi. 1936-1939-cu illərdə bu yerlərdən keçərək Uralsk-Sol-Iletsk dəmir yolu çəkilmişdir. Stansiyanın dizaynerləri bu yeri seçdilər və stansiyaya Qazaxıstan adını verdilər. Stansiya adı ilə burada böyüyən Qazaxıstan kəndi rəsmi olaraq 1936-cı ildə qurulmuşdur. 11 aprel 1941-ci ildə işçi kənd statusu aldı . Kəndin əlverişli coğrafi mövqeyi (inzibati bölgənin coğrafi mərkəzində) və sonrakı iqtisadi inkişafı yaşayış məntəqəsinin 1965-ci ildə Qazaxıstan SSR-in Qərbi Qazaxıstan vilayətinin Burlinsky bölgəsinin mərkəzi olmasına gətirib çıxardı. Qazaxıstanın yaşayış məntəqəsi Aksay şəhərinə çevrildi.
Aksel Heyberq buzlağı
Antarktidadakı Aksel Heyberq buzlağı Antarktik platosunun yüksəkliklərindən Ross şelf buzlağına (təxminən dəniz səviyyəsinə) doğru alçalan, Kraliça Mod dağlarındakı Don Pedro Kristofersen və Herbert silsilələri arasında yerləşən 48 km uzunluğundakı vadi buzlağı. Bu nəhəng buzlaq 1911-ci ilin noyabrında norveçli qütb səyyahı Roald Amundsen tərəfindən kəşf edilmiş və onun tərəfindən buzlağa çox sayda Norveç qütb tədqiqatına töhfəsini verən alim və norveçli biznesmen Aksel Heyberqin adı verilmişdir. Amundsen buzlaqdan uğurlu Cənub qütbü ekspedisiyası ərzində qütb platosu üzərindən öz marşrutunu tapmaq üçün istifadə etmişdi.
Aleks Buda
Aleks Buda (7 sentyabr 1910, Elbasan[d] – 7 iyul 1993, Tirana) ― Albaniya tarixçisi. İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur. == Erkən illəri == Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir. Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı. == Peşəkar karyerası == İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu. O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı. Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu.
Aleksandr Butlerov
Aleksandr Mixaylovic Butlerov (3/15 sentyabr 1828, Çistopol — 5/17 avqust 1886, Butlerovka) — rus kimyaçı, üzvi maddələrin kimyəvi quruluşu nəzəriyyəsinin, eləcə də "Butlerov məktəbi"nin yaradıcısı, arıçı-alim, lepidopteroloq, ictimai xadim, 1860–1863-cü illərdə Kazan İmperator Universitetinin rektoru. == Həyatı == Aleksandr Butlerov mülkədar, Böyük Vətən müharibəsinin iştirakçısı (1812), təqaüdçü-zabit ailəsində doğulmuşdur. İlk təhsilini Topornin özəl pansionunda fransız dili müəllimi kimi almışdır, daha sonra 1-ci Kazan gimnaziyasında, 1844–1849-cu illərdə isə Kazan Universitetinin "təbiət elmləri şöbəsi"ndə tələbə olmuşdur. 1849-cu ildən buranın müəllimi, 1854-cü il fövqəladə, 1857-ci ildən isə həmin universitetdə adi kimya professoru kimi fəaliyyət göstərmişdir. 1860–1863-cü illərdə iki dəfə universitetin rektoru olmuşdur. 1868–1885-ci illərdə Peterburq Universitetində adi kimya professoru kimi işləmişdir. 1885-ci ildə təqaüdə çıxmış, yalnız universitetdə xüsusi mühazirələr deməyə davam etmişdir. 1870-ci ildə həmkar seçilmişdir, 1871-ci ildə fövqəladə, 1874-cü ildə isə Peterburq EA (Elmlər Akademiyasında) adi akademik. 1878–1882-ci illərdə N.N.Zininin varisi Rusiya Kimya Cəmiyyətinin Kimya şöbəsinin sədri kimi fəaliyyət göstərmişdir. Bir çox digər elmi cəmiyyətlərin Rusiyada və xaricdə fəxri üzvü olmuşdur.
Aleksandr burnu (Qrenlandiya)
Aleksandr burnu (qren. Ullersuaq, həmcinin Uvdlerssuak və Sarfalik; dan. Kap Alexander) — Qrenlandiyanın ucqar qərb nöqtəsi. Burun Heys yarımadasının qərbində, Kaasuitsup kommunasında, Kaanaak şəhərindən 250 km şimalda yerləşir. Aleksandr və Elsmir adasında yerləşən İzabella burnu ilə birlikdə Baffin dənizi və Basin hövzəsi arasında sərhəd rolunu oynayır. Hər iki buruna adı 1818-ci ildə Con Ross ekspedisiyasında iştirak etmiş iki gəminin şərəfinə adlandırmışdır.
Alisa artıq burada yaşamır (film, 1974)
Alisa artıq burada yaşamır (ing. Alice Doesn't Live Here Anymore) Oskar mükafatlı, 1974-cü ilin filmidir. Rejissoru Martin Skorseze, ssenarisi isə Robert Getçeldir. Baş rolun ifaçısı Elen Börstin ən yaxşı qadın roluna görə "Oskar"a layiq görülmüşdür. == Məzmun == Alisa yenicə dul qalmış gənc qadındır. O, 11 yaşlı oğlu ilə yeni həyat qurmaq üçün Montereyə yollanır. Onun məqsədi yenidən müğənni olmaqdır, lakin o Montereyə çatmamış başına bir çox əhvalat gəlir.
Allium margaritaceum var. bulbiferum
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Allium schoenoprasum var. buhseanum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.

Digər lüğətlərdə

новорождённый спознава́ться угости́тель флекти́вность атмосфе́рный ездо́к золи́ть отшлифова́ть подува́ть расстро́иться улей dovelet en brochette equine fameful monoplane non-stick osteomyelitis Serbia singular атеросклероз привязчивость приотворить редуцировать самобранка