BU

iş. əvəz.
1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olan şeyi göstərir, həm də ismə konkretlik verir (o müqabili). O bu evdə yaşayır. Bu kitabı oxudum.
Bu şeylər kimindir? – [Qoca:] Bilin ki, bu şəhərin hər daşına bir iyidin qanı tökülüb. M.Hüseyn.

2. Qoşa olan iki şeyin birincisini göstərir (o biri müqabili). Çayın bu sahilində. Meydanın bu tərəfində.
– Qəmər xanım … astanadan bu taya adladı. M.İbrahimov.
[Ayaz:] Bu dəfəlik məni yerə vurma, Elman əmi. Ə.Məmmədxanlı.

3. İs. mənasında. Haqqında danışılan, göz qabağında olan hadisə, şey. Bu mümkün deyil. Bu bizim tanış idi. Bu necə olmuşdu?
◊ Bu biri – başqa, digər.
Atasının səsini eşidib Xalıq bu biri otağa yüyürdü. S.Rəhimov.

Bununla belə – baxmayaraq.
Bununla bərabər – eyni zamanda, yanaşı olaraq.

Etimologiya

  • BU Əbu Həyyan (1256-1344) “Kitab Əl-idrak li-lisan əl-ətrak” (Bakı, 1992, s. 17) əsə­rində göstərir ki, bu əvəzliyi yerinə, şu (uş) əvəzliyi işlədilir (A
BROYLER
BÚBLİK

Digər lüğətlərdə