BUDAQ

is.
1. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol; şaxə.
Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər. A.Səhhət.
Budaqları sınan ağacları görərkən … yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı.

□ Budaq atmaq (vermək) – bax budaqlanmaq.
Boylu çinar budaq atmış, qol atmış. R.Rza.

2. məc. Əsas bir şeydən ayrılan qol, şaxə, xətt, şöbə, hissə, qisim.
◊ Budaq cümlə qram. – tabeli mürəkkəb cümlənin tərkibinə daxil olub, baş (yaxud digər budaq) cümləyə tabe olan cümlə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BUDAQ BUDAQ (ağac və kolların gövdəsindən ayrılan hissələri) Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər (A
  • BUDAQ şaxə — qol

Etimologiya

  • BUDAQ Bu sözlə yanaşı, adır kəlməsi də mövcud olub, ayırmaq feili ilə bağlıdır. Budaq və bud (ayaq, qıç) sözləri kökdaşdır
BUD
BUDAQCIQ

Digər lüğətlərdə