Buldoqlar
Buldoqlar (ing. bul – öküz və dog –it) — qısatüklü it cinsləri qrupu.
== Tarixi ==
Əcdadları molos doqları – qədim döyüş itləri hesab olunur.
== Növləri ==
=== İngilis buldoqu ===
Buldoqlar üçün seleksiya yolu ilə möhkəmləndirilmiş sifətin xüsusi quruluşu səciyyəvidir: qısa üst və yuxarı əyilmiş alt
çənə, geniş girdə çənəaltı. Buldoqların vətəni Böyük Britaniyadır; burada onlardan it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi. 1835-ci ildə bu tamaşalar qadağan edildiyindən, Buldoqları qiymətləndirənlər ekstremal spesifik əlamətlərə (iri bədən quruluşu, enli sifətli böyük baş və s.) malik itlərin yetişdirilməsi ilə məşğul olmuşlar. İngilis buldoqu cinsi belə formalaşmışdır. Standartı 1875-ci ildə qəbul edilmişdir. Ortaölçülü, irisümüklü itdir. Cidov hündürlüyü 38–40 sm, kütləsi 23– 25 kq-dır.